Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nələr dayanır?
Aktual
419
17:45, Bu gün

Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nələr dayanır?

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Bu barədə “AnewZ” diplomatik mənbələrə istinadən məlumat yayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Bəs , bu addımın arxasında hansı geosiyasi səbəblər dayanır? Hindistanın Bakıya qarşı qərəzli münasibətinin əsas motivləri nələrdir?
 
Moderator.az-a danışan politoloq  Sultan Zahid bildirib ki, Hindistanın Azərbaycana qarşı münasibətdə biz son bir neçə ildə qərəzli yanaşmanın şahidi olmuşuq. Onun sözlərinə görə, Hindistanın regiona yönəlik öz geosiyasi maraqları var. Hələ lap əvvəldən Pakistanın Azərbaycana yaxınlığı Hindistanın maraqlarına xidmət etmədiyindən, Hindistan alternativ olaraq Ermənistana üstünlük verməyə başladı və İkinci Qarabağ müharibəsindən sonra intensiv şəkildə Ermənistanın silahlanmasında rol oynadı:
 
“Hətta bu günə qədər olan statistik məlumatlara nəzər salsaq, Hindistan Fransadan belə çox Ermənistana hərbi silahlar və texnika göndərmişdir. Bu qərəzli addım nədən irəli gəlir? Bu, ilk növbədə dediyim kimi: Azərbaycan-Pakistan birliyi əsas  faktordur. Digər tərəfdən Hindistan, İran və Ermənistan vasitəsi ilə Avropaya çıxış əldə etmək, ticarət koridoru yaradılmasına çalışır. Bu baxımdan  Hindistan Ermənsitanın  önəm verdiyi dövlətdir. Üçüncü faktor isə ondan ibarətdir ki, Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir. Bilirsiniz ki, Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə Azərbaycan Orta dəhlizdə aktiv rol oynayır, bu layihənin inteqrasiyası hazırda gündəmdədir. Məhz buna görə də aprel ayında prezidentin Çin səfərində Azərbaycanın Çinin birgə layihələrdə iştirakı və strateji tərəfdaşlığın dərinləşməsi ilə bağlı razılaşma imzalanıb. Bu, Hindistanı narahat edən məqamlardandır.
Amma Hindistanın bloklanması ilə paralel olaraq Pakistan da Ermənistanın üzvlüyünü bloklanıb.  Ola bilsin ki, hər ikisi arasında bir razılaşma olub ki, Hindistan Azərbaycanı bloklasın, Pakistan isə Ermənistana qarşı eyni addımı atsın. İndiki halda Azərbaycan hələ ki tərəfdaş statusuna malikdir. Təşkilata üzvlük müəyyən vaxt və mərhələlər tələb edir, qısa zamanda baş vermir. Düşünürəm ki, bunun ciddi praktiki nəticəsi olmayacaqdır".
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər