Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər?
Aktual
520
12:55, Bu gün

Vəfat edən şəxsin pensiya kapitalını vərəsələri ala bilər?

Vəfat edən şəxsin yığılmış pensiya kapitalının ailə üzvlərinə və ya digər vərəsələrinə keçib-keçməməsi tez-tez gündəmə gələn hüquqi suallardan biridir. Qanunvericiliyə əsasən, pensiya kapitalının vərəsələrə verilməsi müəyyən şərtlərlə mümkündür. Bəs, bu vəsaitin ailə üzvlərinə ödənilməsi üçün hansı prosedurlar mövcuddur? Kimlər bu hüquqdan yararlana bilər?
Bu barədə Moderator.az-a danışan hüquqşünas Loğman Abdullayev deyib ki, Azərbaycanda vəfat etmiş şəxsin pensiya vəsaitinin ailə üzvlərinə keçib-keçməməsi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir:
“Bu məsələdə bir neçə mühüm məqam var. Əgər vəfat etmiş şəxs artıq əmək pensiyası alırdısa və ya onun fərdi hesabında topladığı pensiya kapitalı varsa, bu halda həyat yoldaşının müəyyən şərtlər daxilində həmin pensiyanı almaq hüququ yaranır. Lakin bu hüquq yalnız alternativ pensiya seçimi ilə mümkündür. Yəni, əgər həyat yoldaşının özünün pensiya almaq hüququ varsa, o, ya öz pensiyasını, ya da mərhumun pensiyasını seçə bilər. Əks halda, vəfat etmiş şəxsin pensiyası həyat yoldaşına keçmir. Bundan başqa, yalnız 18 yaşına çatmamış uşaqlar atalarının pensiyasını ala bilərlər. Bu, himayəsində azyaşlı övladları olan ailələr üçün nəzərdə tutulmuş bir sosial təminat mexanizmidir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər