Xocalı: 33 İlin Yarası – Unutmadıq, Unutdurmayacağıq!
Aktual
542
12:52, Bu gün

Xocalı: 33 İlin Yarası – Unutmadıq, Unutdurmayacağıq!

Bu gün Xocalı faciəsindən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərində mülki azərbaycanlılara qarşı amansız qətliam törətdi. Bu faciə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qətlə yetirildi, yüzlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü, bir çoxunun taleyi hələ də naməlumdur. Xocalı faciəsi təkcə Azərbaycan tarixinə deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət kimi yadda qalıb. 
Moderator.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbayan dövləti son 33 ildə şərəfli və qürurlu bir inkişaf yolu keçib:
“33 il əvvəl Azərbaycan zəif, dünyada tanınmayan və öz haqqını müdafiə edə bilməyən bir ölkə idisə , bu gün Azərbaycan dünyanın hər bir tərəfindən parlaq  görünən, özünə məxsus yeri və roluna malik bir ölkəyə çevrilmişdir.  33 il əvvəl Ermənistan 366 -cı alayın dəstəyi ilə xalqımıza qarşı soyqırımlar törədib ərazilərimizi işğal edirdisə, bu gün isə Azərbaycan öz ərazilərini işğaldan azad edən qalib ölkəyə çevrilmişdir. Təbii ki, bütün uğursuzluqların və uğurların təməlində lider əsas rol oynayır. Çünki, 1992-ci il dövlətin rəhbərliyində olanlar Azərbaycanı vahid bir yumruğa çevirə bilmədi və haqqımızı müdafiə edə bilmədilər. Amma Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı monolit bir dövlətə çevirərək atəşkəsi əldə edib dövlətimizi yenidən qurmağımıza yol açdı. Məhz Ulu Öndər  Heydər Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımına hüquqi qiymət verildi.  Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlahm Əliyev Azərbaycanı yeni bir mərhələyə gətirib çıxartdı. Belə ki, Xocalı soyqırımı dünya tərəfindən tanınmağa başlandı, Azərbaycanın beynəlxalq arenalarda sözünün çəkisi artdı və haqqımızın bərpası üçün hüquqi baza yaradıldı”
Millət vəkili vurğulayıb ki, məhz 44 günlük Vətən müharibəsinə ciddi hazırlaşmağımız beynəxlaq hüququn işlənməməsinin göstəricisi idi. Çünki, əgər beynəlxalq hüquq işləsəydi, torpaqlarımız müharibə aparmadan azad olunmalı idi. Amma  Müzəffər Ali Baş Komandan, qəhrəman ordu və xalqımızın vəhdəti Azərbaycanı qələbəyə apardı və ərazilərimizdə konstitusion hüquqlarımızın bərpasına yol açdı:
“Bu il dövlət başçımızın sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunmuşdur.  Bu baxımdan Azərbaycan tam şəkildə suverənliyi təmin etmiş ölkəyə çevrilmidir. Azərbaycan bu gün regionun ən güclü hərbi və iqtisadi gücə malik olan ölkəsinə çevrilmidir. Təbii ki, güclü olmağımız  ölkəmizin süverənliyini və konstisuon qurluşunun möhlkəmləyini əbədi edir. Biz 5 il əvvələ qədər soyqırım və işğal tarixlərimizi başı aşağı qeyd edirdiksə, bu gün isə şəhidlərimizin qanını yerdə qoymayan xalqın nümayəndələri kimi  başımızı uca tutaraq şəhidlərimizin ruhu qarşısında başımızı əyib ehtiramımızı bildiririk. Azərbaycan qalibdir, amma Xocalı soyqırımı heç vaxt unudulmayacaqdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər