TARİXİ RAZILAŞMA: Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ
Aktual
662
16:22, Bu gün

TARİXİ RAZILAŞMA: Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ

Xəbər verdiyimiz kimi Azərbaycanla Ermənistan Gürcüstandan başlayaraq İranadək sərhədin delimitasiyası barədə razılığa gəlib.
Bəs bu razılaşma özündə nəyi ehtiva edir? 
Bu barədə Moderator.az-a danışan millət vəkili Azər Badamov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında müəyyən məsələlərdə razılığa gəlməsində ancaq ikitərəfli danışıqlar platforması effektiv nəticələr göstərib:  
 
“Belə ki, həm sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsi, həm də Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə 13 kilometr sərhədin delimitasiyası və demarkasiyasının olunması ikitərəfli danışıqlar müstəvisində nail olunmuşdur.  Sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın keçirdiyi görüşlər və son görüşdə əldə olunan razılaşmalar da vasitəçi olmadan iki ölkə arasında məsələlərin tənzimlənməsinin  mümkünlüyünün göstəricisidir. Komissiyalarda Gürcüstandan İrana qədər olan sərhədin delimitasiyası ilə bağlı razılıq əldə olunmuşdur. Növbəti görüşdə delimitasiya üçün konkret hansı ərazilərdən başlanması ilə bağlı  razılığın əldə olyunacağı gözlənilir. Yəni, iki ölkə arasında sərhədlərin müəyyən olunması prosesi artıq başlanılmışdır və bu uzun illər düşmən iki ölkə arasında münasibətlərin  normallaşma prosesinin davam etməsi kimi dəyərləndirə bilərik. Sülh müqaviləsinin yekun müzakirələri də ikitərəfli görüşlərlə həll olunacaqdır.  Təbii ki, bunun üçün Ermənistan müəyyən tələblərimizi icra etməlidir. Sərhədlərin delimitasiyası prosesi uzun bir prosesdir və ola bilsin ki, illərlə zaman aparsın. Sülh müqaviləsinin imzalanmasına isə mane Ermənistranın məsələyə konstruktiv yanaşmaması dayanır. Əgər Ermənistan sülhə aparan yolda yerdə qalan iki-üç tələbimizi də icra edərsə, sülh müqaviləsi bu il də imzlana bilər. Yəni, sərhədlərin delimitasiyasını sülh müqaviləsinin imzlanması prosesindən ayırmışdır və bunlar fəqli məsələlərdir. Təbii ki, ikitərəfli formatda bütün məsələlər həll olacaqdır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər