“Rəqəmsal valyutalara bu gün maraq artır. Bu gün rəqəmsal valyutanın məşhurlaşmasında suni intellektin rolu böyükdür. Süni intellekt və digər qabaqcıl texnologiyalar, kriptovalyuta sektoruna marağı artırır”
Bunu Moderator.az-a İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
İT mütəxəssisi qeyd edib ki, kriptovalyutaların (rəqəmsal valyutaların) inkişafında süni intellektin (AI) tətbiqləri çoxşaxəli olduğunu müşahidə etmək mümkündür:
“Süni intellekt kriptovalyuta sektorunun inkişafını sürətləndirən və bu sahəni daha innovativ, güvənli və effektiv edən texnoloji bir alətə çevrildiyini demək mümkündür. Süni intellektin kriptovalyutalarla əlaqəli bəzi mühüm tətbiq sahələrini nəzərdən keçirmək müqayisəli təhlilini aparmaq olar. Süni intellekt kriptovalyuta bazarlarının çox dinamik və dəyişkənliyini nəzərə alaraq, praqnozlaşdırma apara bilir. Qiymətlərin sürətli dəyişməsi bazarda riskləri artırır. Süni intellekt bu çətinlikləri aşmaq üçün istifadə edilir. Süni intellekt, bazar məlumatlarını təhlil edərək qiymət proqnozlarını dəqiqləşdirə bilər. Bu, maşın öyrənmə (ML) və dərin öyrənmə (DL) alqoritmləri ilə həyata keçirilir. Dərin Öyrənmə Alqoritmləri bazar məlumatlarını zamanla dəyişən şəraitə uyğun təhlil edərək qiymətləri proqnozlaşdırmaqda istifadə olunur. Əvvəlki məlumatları yadda saxlayaraq, gələcək bazar davranışlarını təxmin edə bilir. Neyron şəbəkələri də kriptovalyutaların qiymət dəyişkənliyini təhlil etmək və qiymət proqnozları vermək üçün istifadə olunur”.
B.Əliyev kriptovalyutaların istifadəsi ilə bağlı ən böyük narahatlığın təhlükəsizlik məsələsi olduğunu vurğulayıb:
“Kriptovalyuta əməliyyatları çoxsaylı təhlükəsizlik təhdidlərinə qarşı həssasdır. Süni intellekt, bu riskləri idarə etmək və əməliyyatları təhlükəsizləşdirmək üçün müxtəlif tətbiqlərlə gücləndirilmişdir. Süni İntellektin blokçeyin üzərindəki qeyri-adi davranışları və transaksiyaları təhlil edərək, şübhəli fəaliyyətləri aşkarlaya bilər. Məsələn, anormal miqdarda və ya şübhəli IP ünvanlarından gələn əməliyyatlar avtomatik olaraq işarələnir. Eyni zamanda anormal fəaliyyətləri müəyyən edərək, haker hücumlarının əvvəlcədən aşkarlanmasına və qarşısının alınmasına kömək edir.
Kriptovalyuta bazarları barədə düzgün məlumat əldə etmək vacibdir. AI, böyük verilənlərdən (big data) istifadə edərək daha aydın bazar proqnozları verə bilər. Süni intellekt, sosial media, forumlar və xəbərlər üzərindən bazar haqqında əhval-ruhiyyəni (sentimenti) təhlil edərək, bazar qiymətlərinə necə təsir edə biləcəyini proqnozlaşdırır. Böyük verilənlərdən faydalı məlumatlar çıxarır və bu məlumatları kriptovalyuta bazarına tətbiq edir. Kriptovalyuta ticarəti, alqoritmik ticarət və investisiya qərarları verərkən AI tərəfindən dəstəklənir. AI, həm ticarət strategiyalarını inkişaf etdirir, həm də investisiya risklərini azaldır. AI, bazar analizlərini sürətləndirərək, ticarət əməliyyatlarını optimallaşdırır. Alqoritmalar, kriptovalyutaların qiymətini analiz edərək, alqoritmik ticarət strategiyaları təklif edir. Ticarət zamanı mümkün olan riskləri müəyyən edərək, optimal ticarət qərarları verməyə kömək edir”.
“Ümumiyyətlə süni intellekt, rəqəmsal valyutaların inkişafında çox geniş və dərin təsirə malikdir. Qiymət proqnozlaşdırılması, təhlükəsizlik, verilənlər analizi və ticarət strategiyalarında süni intellektin tətbiqləri kriptovalyutaların bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Süni intellektin bu sahədəki tətbiqləri yalnız daha effektiv əməliyyatlar yaratmaqla kifayətlənmir, həm də bazarın gələcək inkişafını sürətləndirir”, - deyə Bəhruz Əliyev şərh edib.
Mehin Mehmanqızı