Aktual
3478
26 Dec 2024 | 13:03

"Hər Şeyin Yaxşı Olacağına" İnanan Hökümə Əliyeva Kimdir? - VİDEO 

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
 
Rəsmi məlumata görə,  təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara görə 39 nəfər həyatını itirib.
 
Təəssüf ki, həyatını itirənlər arasında qəhrəmanlıq nümunəsi göstərən stüardessa Hökumə Əliyeva da var idi. O  son anlarında sərnişinlərə “Hər şey yaxşı olacaq” deyərək  cəsarət və ümid  vermişdi.
 
Moderator.az-a Hökümə Əliyevanın  yaxını bildirib ki, o 1991-ci ildə Kəlbəcərdə dünyaya gəlib:
 
 “Kəlbəcər işğal olunanda o qucaqda gələn körpələrdən olub. Hökümənin ailəsi Bərdənin Qaradəmirçi kəndinə gəlib və orada bir müddət  yaşayıblar. Daha sonra ailəsi ilə birliktə Rusiyanın Volqoqrad vilayətinə köçərək burada məskunlaşıblar. Hökümə 6-cı sinifə qədər Volqoqradda oxuduqdan sonra  ailəsi ilə birliktə  Gəncə şəhərinə köçüblər. Hökumə təhsilini burada davam etdirib, məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Hökümə təhsilinin magistr və doktorantura pillələrini də tamamlayıb 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başlayıb, daha sonra stüardessa kimi fəaliyyət göstərib. O bir müddət əvvəl imtahan vermişdi, AZAL-da hüquqşünas kimi işə başlayacaqdı. Hökümə  yeni ildən bu vəzifədə çalışacaqdı. Təəssüf ki, son uçuşu həm də onun həyatındakı son anlar oldu”.
 
 

 

 
Mehin Mehmanqızı
 
 
 
Link kopyalandı!
Son xəbərlər