00:31
14°C
Bakı
Xurşidbanu Natəvanın Fransanın Evian-le Bən şəhərində təhqir olunan heykəli Parisə -Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb. Məlum olub ki, abidənin üzərinə qırmızı boya atılıb, heykəlin burnu və barmaqları qırılıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə baş verənləri Fransanın anti-türk siyasətinin tərkib hissəsi kimi dəyərləndirib:
“Bu, Fransa hakimiyyətinin anti-türk, anti-islam siyasətinin tərkib hissəsidir.
Söhbət yalnız mədəniyyətdən getmir. Fransa hakimiyyətinin insanlara, onların həyatlarına münasibəti də belədir. Bu isə təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı, Parisin məlum siyasəti ifşa edilməlidir”.
Seymur ƏLİYEV