“Ermənilərin 12 fevral tarixində Zəngilan istiqamətində törətdiyi təxribat göz önündədir və bununla bağlı videomateriallar hər şeyi deyir”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, bu fakt bir daha ermənilərin xəbis xislətini ortaya qoydu:
“Baş verən məlum insident bir daha göstərdi ki, ermənilər heç vaxt dinc durmayacaq.
Yadınızdadırsa, prezidentimiz bu yaxınlarda öz müsahibələrinin birində dedi ki, biz sülh istəyirik, müharibə istəmirik. Lakin bu, o demək deyil ki, biz fəaliyyətsiz daaynmalıyıq. Biz hansı düşmənlə üz-üzə olduğumuzu bilirik və daim ayıq olmalıyıq.
Baş verən məlum təxribatdan dərhal sonra sərhədçilərimizin həyata keçirdiyi uğurlu qisas əməliyyatı sübut etdi ki, Dövlət Sərhəd Xidməti ayıq-sayıqdır və istənilən təxribatın qarşısını almağa qadirdir.
Bu qisas əməliyyatı hər bir vətəndaşımızın ürəyincə oldu və cəmiyyət tərəfindən məmnunluqla qarşılandı. Dövlət Sərhəd Xidməti sübut etdi ki, Azərbaycanın sərhədlərinə düşmən kimi yaxınlaşanların aqibəti acınacaqlı olur və bu məsələdə heç vaxt heç bir istisna olmayacaq”.
Seymur ƏLİYEV