“Ermənistanın sülhdən imtina etməsinin əsas səbəblərindən biri...”
Aktual
2243
17 Jan 2024 | 19:47

“Ermənistanın sülhdən imtina etməsinin əsas səbəblərindən biri...”

Vətən müharibəsi və 10 noyabr üçtərəfli Bəyanatından bir neçə il ötsə də, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq niyyətində deyil.

 

Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev qeyd edib ki, rəsmi İrəvanın sülhdən imtina etməsinin əsas səbəblərindən biri bəzi ermənipərəst dövlətlərin, xüsusilə də Fransanın Ermənistana verdiyi açıq dəstəkdir:

 

“Baş verən proseslər onu göstərir ki, Makron hökuməti ermənidən çox ermənilik sərgiləyir. Hətta Ermənistan bəzi məsələlərdə Azərbaycanla ortaq məxrəcə gəlsə də, Fransa bunu qəbul  etmir, bununla bacara bilmir.

 

Makron hökuməti həm 44 günlük Vətən müharibəsinin gedişində, həm də ondan sonrakı dönəmlərdə Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoyub. Sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri də Fransanın Ermənistanı revanşizmə həvəsləndirməsi, ona dəstək verməsi, Azərbaycana qarşı qərəzli  mövqeyini davam etdirməsidir.

 

Biz beynəlxalq təşkilatlarda Fransanın anti-Azərbaycan mövqeyinin şahid olmuşuq. Fransa casusunun ölkəmizdəki həbsi də rəsmi Parisin ölkəmizə qarşı məkirli niyyətinin göstəricisidir”.

 

Seymur ƏLİYEV

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər