“Fransa Cənubi Qafqazda militarizm siyasəti yürüdür”
Aktual
1684
29 Oct 2023 | 20:50

“Fransa Cənubi Qafqazda militarizm siyasəti yürüdür”

“Fransa Cənubi Qafqazda militarizm siyasəti yürüdür”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq qeyd edib ki, Fransanın Ermənistanı silahlandırmaq siyasəti xoş mərama xidmət etmir:

 

“Fransa Vətən müharibəsindən sonra Ermənistanı silahlandırmaq siyasəti yürütməkdədir ki, bu da xoş mərama xidmət etmir. Aydındır ki, rəsmi Paris Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə, bu yolla regiona daxil olmağa çalışır.

 

Ermənistanı silahlandırmaqda digər bir məqsəd isə heç şübhəsiz Azərbaycana təzyiq göstərməkdir. Lakin Fransa bilməlidir ki, o, Ermənistanı silahlandırmaqla heç nəyə nail ola bilməyəcək. Ermənistanın Azərbaycan üzərində hərbi baxımdan hansısa üstünlük qazanması mümkün deyil. Bu, nə bu gün mümkündür, nə də sabah mümkün olacaq”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər