“Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir”
Aktual
2313
13 Oct 2023 | 17:03

“Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirir”

“Mina terroru göstərir ki, Ermənistan Azərbaycana qarşı müharibə cinayətlərini bu gün də davam etdirir”.

 

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. O, qeyd edib ki, Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin Azərbaycanla həmrəylik sərgiləməsi vacibdir:

 

“Mülki əhaliyə qarşı minaların tətbiqi beynəlxalq hüquqda müharibə cinayəti hesab olunur. Bu, isə o deməkdir ki, Ermənistan beynəlxalq hüquqla məsuliyyət daşıyır.

 

Bildiyiniz kimi, Azərbaycan dəfələrlə Ermənistandan  minalanmış ərazilərin xəritəsini tələb etsə də, Ermənistan bizə doğru-dürüst xəritə verməyib. Onun təqdim etdiyi xəritələr saxta çıxıb. Bu, onu göstərir ki, Ermənistan mina terrorunun qarşısının alınmasında maraqlı deyil.

 

Törətdiyi müharibə cinayətlərinə görə Ermənistana qarşı sanksiyaların tətbiqinə ciddi ehtiyac var və bu, beynəlxalq hüquqda təsbit olunan bir məsələdir. Ona görə də, beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların və dünya dövlətlərinin bu məsələdə Azərbaycanın haqlı çağırışlarını dəstəkləməsi vacibdir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər