
2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Xatırladaq ki, bir müddət bundan öncə daha bir separatçı – Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan da hərbçilərimiz tərəfindən saxlanılaraq Bakıya gətirilmişdi.
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə baş verənləri Azərbaycanın separatizmə qarşı uğurlarının davamı kimi dəyərləndirib:
“Təbii ki, baş verənlər ölkəmizin erməni separatizminə qarşı mübarizədəki ciddi uğurları kimi qiyətləndirilməlidir.
Separatizmə qarşı mübarizə Azərbaycan üçün prinsipial əhəmiyyətə malikdir. Xalqımıza qarşı ağır cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunması olduqca vacibdir. Bu şəxslərlə bağlı aparılan istintaq işləri, məhkəmə prosesləri onların törətdiyi cinayətlərlə bağlı daha geniş və dolğun məlumat əldə etməyə imkan verəcək.
Biz çalışmalıyıq ki, bu şəxslərin törətdiyi cinayətlər, mənfur əməllər haqqında beynəlxalq ictimaiyyət də geniş şəkildə məlumatlansın. Dünya ictimiyyəti görsün ki, xalqımıza qarşı necə dəhşətli cinayətlər törədilib və Azərbaycanın bu cinayətkarları məsuliyyətə cəlb etməsi tamamilə ədalətli, ədalətli olduğu qədər də qanunidir”.
Seymur ƏLİYEV





























