“Azərbaycan burada yaşayan bütün etnik qruplar, milli azlıqlar üçün ortaq dəyərdir!”
Aktual
Oxunub: 3614
23 Sep 2023 | 19:15
“Azərbaycan burada yaşayan bütün etnik qruplar, milli azlıqlar üçün ortaq dəyərdir!”

“Cənab Prezidentin 20 sentyabr 2023-cü il tarixində xalqa müraciəti  hər bir azərbaycanlı üçün sonsuz sevinc və qürur mənbəyi oldu. Müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 1 gün davam edən lokal antiterror əməliyyatları Azərbaycan ordusunun mühtəşəm qələbəsi ilə başa çatdı. Nəticədə separatçılar ağ bayraq qaldıraraq, təslim oldular. Bu faktiki olaraq qanunsuz rejimin kapitulyasiyası idi.  Nəticədə Azərbaycan suverenliyini bütün əraziləri boyunca bərpa etməyə nail oldu.

 

Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bir daha bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, “ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər”. Böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir!

 

2020-ci ildə BMT-nin 4 Qətnaməsinin icrasını təkbaşına icra edən dövlətimiz, bu dəfə, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı!”

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, Ölkə Başçısının nitqi Cənubi Qafqazın müasir tarixinin yeni səhifələrini formalaşdırmaqla yanaşı, bölgənin gələcək inkişafının müəyyən olunduğu yol xəritəsidir.

Prezident İlham Əliyevin müraciətində Qarabağın erməni sakinlərinə mesajlarına toxunan Tamam Cəfərova  Dövlətimizin başçısının Azərbaycan dövləti və xalqının bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmadığını xüsusi qeyd edib.  Cənab Prezidentin kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyinin, bu zəhər yuvasının artıq tarixdə qalması və Qarabağda yaşayan erməni əhalisinin də nəhayət rahat nəfəs ala biləcəyi barədə fikirlərini və erməni əhaliyə aşağıdakı mesajlarını diqqətə çatdırılıb:

 

“Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

 

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, düşmənin kapitulyasiyası nəticəsində birbaşa dialoqun baş tutması üçün real zəmin formalaşmışdır:

 

“Bu baxımdan  Yevlax görüşü tarixi əhəmiyyət kəsb edir. Bir məqamı xüsusilə vuğulamalıyıq ki, yüz illərdir Cənubi Qafqazda davam edən konflikt ocağını “Dəmir Yumruq” söndürdü. Dünyanın aparıcı güc mərkəzlərinin, böyük dövlətlərinin həll etmədiyi (etmək istəmədiyi) məsələni Azərbaycanın dəmir yumruğu hərbi-siyasi yollarla həll etdi. Şübhəsiz ki, Cənubi Qafqazda sülh və sabitliyin davamlı olması üçün Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesində fəal olmaları olduqca mühüm amildir. Bu baxımdan deyə bilərik ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Azərbaycanın şərtlərini qəbul etməsi və reinteqrasiya prosesinin başlaması üçün real addımların atılması bölgədə yeni vəziyyətin yaranmasını labüd edir. Çünki kriminal xunta rejimi təslim olandan sonra faktiki olaraq bu qondarma rejim artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.

 

İndi isə Cənubi Qafqaz üçün lazım olan odur ki, özünü dünyanın ağıllı sayan güclər bu bölgədən əl çəkib imkan versinlər ki, bu dövlətlər və xalqlar öz talelərinə özləri qərar versinlər. Yalnız bu sayədə Cənubi Qafqaz rahat nəfəs ala bilər. Prezidenin xalqa müraciətində deyildiyi kimi, “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın....Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır”!

 

Millət vəkili T.Cəfərova xüsusilə vurğulayıb ki, Azərbaycan çoxmillətli, çoxkonfessialı dövlətdir. Burada yaşayan bütün etnik qrupların, milli azlıqların ortaq dəyəri Azərbaycandır. Biz İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verdilər, şəhid, qazi oldular. Qarabağın erməni sakinləri də Azərbaycanda yaşayan digər millətlər kimi Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın digər vətəndaşları kimi Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn  hüquqi təminatlar sözsüz ki, onlara da şamil olunacaqdır. Reinteqrasiya prosesləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan digər ərazilərdə olduğu kimi Xankəndidə, Ağdərədə, Xocavəndə də qısa zamanda böyük layihələrin, quruculuq işlərinin reallaşacağının şahidi olacağıq. Prezident İlham Əliyev xalqa müraciətində dediyi kimi “...İşğaldan azad olunmuş bütün ərazilər inkişaf olunacaqdır. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq...”.

 

Əminliklə deyə bilərik ki, Qarabağda yaşayan erməni sakinlər üçün yeni bir həyat, yeni bir şans yaranmışdır. Ümid edək ki, onlar bu şansı düzgün qiymətləndirəcək və reinteqrasiya prosesində fəallıq göstərəcəklər.

 

Bir daha suverenliyimizin tam bərpa olunması münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla xalqımızı təbrik edir, bu uğurda canından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralı qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram. Millət vəkili Tamam Cəfərova belə deyib.

Oxşar xəbərlər
N.Tusi adına Klinika
14:06, Bu gün
Azərbaycanda gələn il iki seçki keçirilə bilər
14:03, Bu gün
İlham Zəkiyev: "Hər birimiz qızıl medal qazanmaq istəyirdik, əsas hədəfimiz paralimpiadadır"
13:59, Bu gün
"Real Madrid"in Arda Gülerlə bağlı qərarı AÇIQLANDI - FOTO
13:51, Bu gün
Böyük Britaniya Azərbaycan torpaqlarının minalardan təmizlənməsinə kömək edəcək
13:45, Bu gün
"Biz ermənilərlə birgəyaşayışa maraqlıyıq"- Millət vəkili
13:39, Bu gün
Azərbaycanda yenidən formalaşdırılan seçki dairələrinin sıra sayı və adları - TAM SİYAHI
13:25, Bu gün
Rusiyada prezident seçkisi üç gün davam edə bilər - YENİLƏNİB
13:20, Bu gün
Ərdoğan Yunanıstanda səfərdədir - YENİLƏNİB
13:17, Bu gün
Ağdaş sakini qonşusunu öldürdü
13:10, Bu gün
Azərbaycan millisinin 4 boksçusu ölkə çempionatında yarımfinala yüksəlib
13:08, Bu gün
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib
13:06, Bu gün
Qurban Yetirmişli bugünkü zəlzələ barədə: "Buna görə dağıntı baş vermədi"
13:06, Bu gün
Alen Simonyan: “Moskva ilə İrəvan arasında silah məsələsi həll oluna bilər”
12:48, Bu gün
Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq
12:48, Bu gün
“Bizdəki zəlzələnin Türkiyədəki ilə əlaqəsi yoxdur”
12:35, Bu gün
Güclü yağış, qar- Sabahın hava proqnozu
12:26, Bu gün
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM
12:23, Bu gün
Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsində zərərçəkmişlər ifadə verib
12:12, Bu gün
Şuşada kişi minaya düşdü
12:04, Bu gün
“Tamaşaçının zövqünü niyə korlayırıq?!” – Əməkdar artist
11:51, Bu gün
Zəlzələ AZAL-ın uçuşlarına necə təsir etdi?
11:45, Bu gün
“Santos” klubunun qəzəbli azarkeşləri iğtişaşlar törədiblər - VİDEO
11:40, Bu gün
Ağcabədidə dönərxanada partlayış olub, xəsarət alanlar var
11:30, Bu gün
Tokayev: “Qazaxıstan Aİ ilə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır”
11:20, Bu gün
Azərbaycanda baş verən güclü zəlzələdən sonra marketin tavanı uçdu - VİDEO
11:20, Bu gün
83 yaşlı erməni Putindən onu övladlığa götürməsini tələb etdi...-AĞLASIĞMAZ
11:12, Bu gün
Horadizdə traktor minaya düşüb, xəsarət alan var
11:10, Bu gün
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir.
11:05, Bu gün
TƏBİB xəstəxanalara zəlzələ ilə bağlı tapşırıqlar verib, gücləndirilmiş iş rejiminə keçirilib
11:00, Bu gün
Yaponiya Ukraynaya böyük məbləğdə vəsait ayıracaq
11:00, Bu gün
Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO
10:57, Bu gün
Qırğızıstanda əsgər həlak olub
10:50, Bu gün
Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
10:45, Bu gün
Şərurda İran vətəndaşına məxsus "TIR" aşıb
10:40, Bu gün
Dövlət Agentliyi zəlzələ ilə bağlı valideynlərə çağırış edib
10:37, Bu gün
Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub
10:36, Bu gün
Ekspert Qarabağ ermənilərinin Ermənistandakılarla gərgin münasibətinin maraqlı səbəbini açıqladı...
10:35, Bu gün
DYP sürücülərə müraciət edib
10:32, Bu gün
İran HDQ-nin komandanı hərbi institut və "N" hərbi hissəsini ziyarət edib
10:30, Bu gün
İranda həbsxanalarda 4 məhbus edam edilib
10:27, Bu gün
BƏƏ-də iqlim riskləri və həlli yolları məsələsi müzakirə olunub
10:25, Bu gün
Bağdadda 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib
10:23, Bu gün
"Araz-Naxçıvan"ın futbolçusu: "O, səhvinə görə hər kəsdən üzr istədi"
10:20, Bu gün
Özbəkistan Prezidenti 300-dən çox məhbusu əfv edib
10:17, Bu gün
O’Brayn: "Blinken Bayramov və Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir"
10:15, Bu gün
Ramallahda israilli hərbçilərlə fələstinli gənclər arasında toqquşma olub
10:11, Bu gün
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib
10:10, Bu gün
Sumqayıtda kanal daşıb, 10 minə yaxın sakinin yaşadığı ərazini su basıb
10:09, Bu gün
Ötən gün vətəndaşlardan 3 avtomat, 23 tüfəng götürülüb
10:05, Bu gün
DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcək
10:00, Bu gün
BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"
09:50, Bu gün
Bakıda kişi dəm qazından boğularaq ölüb
09:47, Bu gün
Səfir: "Şotlandiyada 52 azərbaycanlı tələbə təhsil alır"
09:40, Bu gün
Türkiyə vətəndaşı Göygöldə yük maşınında ölüb
09:37, Bu gün
İngiltərə klubu 89 illik rekordu təkrarlayıb
09:36, Bu gün
TƏBİB: "Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb"
09:35, Bu gün
Azərbaycanda polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
09:34, Bu gün
Azərbaycanda baş verən zəlzələ Qazaxıstanda da hiss olunub
09:33, Bu gün
“Həyatımda 5 insan var ki, onları heç vaxt bağışlamayacam”-FOTO
09:30, Bu gün
Rusiyada təyyarə göydə alışıb yanmağa başladı - VİDEO
09:27, Bu gün
“Onlar Ermənistanı yenidən müharibəyə hazırlayır”
09:27, Bu gün
BMT baş katibi: “Qəzzada vəziyyət geri dönülməz nəticələri olan fəlakətə çevrilir”
09:26, Bu gün
“Taliban” Pakistan qarşısında tələb qoydu: “Bizi rəsmi olaraq tanımalısınız”
09:25, Bu gün
Elektrik skuterinin fantastik sürəti: Türkiyəli sürücü təəccübünü gizlədə bilmədi - VİDEO
09:24, Bu gün
Maykl Ceksonun ilk studiya yazısı satışa çıxarılacaq
09:23, Bu gün
SSRİ-nin gizlətdiyi faciə: 77 ölü, ac-susuz saxlanılan xilasedicilərimiz - VİDEO
09:22, Bu gün
Braziliyada çempion müəyyənləşib, məşhur komanda ilk dəfə aşağı liqaya düşüb
09:21, Bu gün
Qurban Yetirmişli: "Zəlzələdən sonra afterşoklar olacaq"
09:20, Bu gün
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.12.2023)
09:17, Bu gün
DİN: "Zəlzələ ilə bağlı dağıntı və təlafat barədə məlumat daxil olmayıb"
09:17, Bu gün
O, istintaqda Gəncənin vurulması üçün Araikin əmr verməsi haqda sualı necə cavablandırıb?..
09:15, Bu gün
Azərbaycan neftinin qiyməti 79 dollara düşüb
09:10, Bu gün
“Həyatımda bir kişi var, həbsxanada olanda təklif etdi ki...”-FOTO
09:10, Bu gün
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.12.2023)
09:09, Bu gün
Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
09:08, Bu gün
Messi mağazaya daxil olub alış-veriş etdi - VİDEO
09:05, Bu gün
Keçmiş məcburi köçkün: “Artıq bütün ağrı-acılar geridə qaldı”
08:57, Bu gün
FHN: “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb”
08:50, Bu gün
Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb - SİYAHI
08:48, Bu gün
Zəlzələ metroda belə hiss olundu
08:47, Bu gün
Komitə rəsmisi: “İlk növbədə ağır şəraitdə yaşayan keçmiş köçkün ailələrin köçürülməsi həyata keçirilir”
08:45, Bu gün
Şirvanda sənədsiz silah-sursatlar polis əməkdaşlarına təhvil verilib
08:43, Bu gün
Zəlzələdən sonra dəmiryol xətlərində qatarların sürəti aşağı endirilib
08:43, Bu gün
Zəlzələdən necə qorunaq?
08:20, Bu gün
Bakıda 5 bal gücündə zəlzələ oldu...
07:45, Bu gün
“Reyqan öz partiyasının Putinə at oynatmağa yol verdiyini görsəydi, məzarda çevrilərdi...”
06:59, Bu gün
"Qadınlar özləri vuruşaraq qaçan müsəlman əsgərlərini danlayıb döyüşə ruhlandırdılar..."
01:22, Bu gün
Yaponiya "PKK"-nı terror təşkilatları siyahısına daxil etdi...
01:18, Bu gün
Vətəndaşlara VACİB XƏBƏR - Azərbaycanda bu məhsulların qiyməti KƏSKİN ARTACAQ
01:15, Bu gün
Aylarla cinsi əlaqədə olmamaq problem yaradırmı?
01:10, Bu gün
100 minlik yalan 1 ailənin faciəsinə çevrildi...
01:00, Bu gün
“Avtomobili yeni almışdılar”: Üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI - VİDEO
00:55, Bu gün
İmişlidə qəza: 28 yaşlı gənc xəsarət aldı
00:50, Bu gün
Tünzaləni tənqid etmişdi, özü ondan geri qalmadı - VİDEO
00:40, Bu gün
Xanəndə: “Oxlovla döyülmüşəm” - VİDEO
00:32, Bu gün
Netanyahu: “İsrail ordusu HƏMAS liderinin Qəzza zolağındakı evini mühasirəyə alıb”
00:18, Bu gün
Qazaxıstan Prezidenti futbol məharətini göstərdi - VİDEO
00:07, Bu gün
Tünzalə geyimi ilə yenidən GÜNDƏMDƏ - VİDEO
06 Dec 2023 | 23:57
Haniyə: HAMAS bir şərtlə danışıqlara hazırdır
06 Dec 2023 | 23:56
“Bavariya”nı məğlub edən 3-cü liqa təmsilçisi “Ayntraxt”a da qalib gəldi - VİDEO
GÜNLÜK
06 Dec 2023 | 19:20
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib
06 Dec 2023 | 18:47
Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib
06 Dec 2023 | 18:17
Ermənistanın ömürlük həbs etdiyi Azərbaycan əsgərinin anası: "Azərbaycan dövlətinə arxalanıram"
08:20, Bu gün
Bakıda 5 bal gücündə zəlzələ oldu...
06 Dec 2023 | 21:03
“Makronun Fransada diktatura rejimi qurduğu bütün platformalarda bəyan edilməlidir” - RƏY + FOTO
06 Dec 2023 | 15:26
Mikayıl Cabbarov Lord Malkolm Offord ilə görüşüb - YENİLƏNİB + FOTO
06 Dec 2023 | 14:48
"Rusiyanın təcrid edilməsi alınmır, Putin üçün xoş əyyamlar yetişir" - "Bloomberg"
06 Dec 2023 | 14:12
AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar
06 Dec 2023 | 15:12
Azərbaycanda baş həkim vəfat etdi - FOTO
06 Dec 2023 | 16:58
Aİ nümayəndəliyinin rəhbəri Araik Arutyunyanla görüşdü, Qarabağdan danışdı -FOTO
HƏFTƏLİK
05 Dec 2023 | 19:55
Canlı yayımda şok hadisə: "Yalan deyir, mən onun əri olmamışam"
01 Dec 2023 | 00:00
Laçının işğaldan azad edilməsindən üç il ötür
02 Dec 2023 | 08:55
"Daxili işlər naziri  vəzifəsindən azad edilməlidir... -Rusiya casusudur..."
03 Dec 2023 | 00:13
“Toyda yanımda oturan insanlar məni tanımadan haqqımda danışırdılar”-ÖZƏL+FOTO
05 Dec 2023 | 14:54
“Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev
03 Dec 2023 | 00:38
“Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım, deyirdilər ki, üzün kinoya düşmür”-FOTOLAR
04 Dec 2023 | 23:30
Aurelia Qriqoriu Ermənistandan azərbaycanlıların qovulmasını insan hüquqlarının pozuntusu adlandırıb
06 Dec 2023 | 19:20
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib
03 Dec 2023 | 11:15
"Yalçın müəllimə bir minnətdarlıq borcum var, nə yaxşı ki..."
02 Dec 2023 | 19:25
“Milli Məclis Ermənistana Zəngəzurun Azərbaycan ərazisi olmasını qəbul etməsi haqda rəsmi təklif göndərsin...”
AYLIQ
06 Dec 2023 | 19:20
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib
06 Dec 2023 | 18:47
Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib
06 Dec 2023 | 18:17
Ermənistanın ömürlük həbs etdiyi Azərbaycan əsgərinin anası: "Azərbaycan dövlətinə arxalanıram"
08:20, Bu gün
Bakıda 5 bal gücündə zəlzələ oldu...
06 Dec 2023 | 21:03
“Makronun Fransada diktatura rejimi qurduğu bütün platformalarda bəyan edilməlidir” - RƏY + FOTO
06 Dec 2023 | 15:26
Mikayıl Cabbarov Lord Malkolm Offord ilə görüşüb - YENİLƏNİB + FOTO
06 Dec 2023 | 14:48
"Rusiyanın təcrid edilməsi alınmır, Putin üçün xoş əyyamlar yetişir" - "Bloomberg"
06 Dec 2023 | 14:12
AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar
06 Dec 2023 | 15:12
Azərbaycanda baş həkim vəfat etdi - FOTO
06 Dec 2023 | 16:58
Aİ nümayəndəliyinin rəhbəri Araik Arutyunyanla görüşdü, Qarabağdan danışdı -FOTO