
“Xalqımıza qarşı tarixən çoxsaylı soyqırımları törədən ermənilər onların bu qətliyamına şahid olan hər kəsi – öldürə bildikləri hər bir şahidi öldürüblər”.
Bunu Moderator.az-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib. O, qeyd edib ki, son bir əsrdə ermənilərin xalqımıza qarşı törətdiyi hər bir soyqırımında bu fakta rast gəlmək mümkündür:
“Ermənilər hər zaman çalışıblar ki, xalqımıza qarşı törətdikləri soyqrımları heç kim bilməsin. Bu soyqırımlarından beynəlxalq ictimaiyyət xəbərsiz qalsın. Ona görə də onlar bu soyqırımına şahid olan hər kəsi öldürməklə öz cinayətlərini gizlətməyə çalışıblar. Soyqırım qurbanlarının kütləvi məzarlıqlarda dəfn edilməsi də məhz bununla bağlıdır. Onlar bu yolla öz qorxunc cinayətlərini ört-basdır etməyə çalışıblar. Ancaq məlum olduğu kimi, heç nə əbədi sirr olaraq qalmır və ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları da bu gün bütün dünyanın diqqətinə çatdırılmaqda, erməni vəhşilikləri ifşa edilməkdədir. Dünya ermənilərin necə vəhşi xislətə malik olduğunu bilməli və bu cinayətləri lənətləməlidir”.
Seymur ƏLİYEV





























