
Tofiq Abbasov: “Lokal antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycan bu məsələdə güzəştə getməyəcək”
“Biz separatizmin başını 3 il öncə - 44 günlük Vətən müharibəsində əzmişdik. Həmin müharibədə separatçılara, habelə Ermənistan ordusuna son dərəcə ağır zərbə vurmuşduq”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, antiterror tədbirlərində əsas məqsəd Ermənistan orduusna məxsus silahlı birləşmələrin, eləcə də bəzi separatçı tör-töküntülərin Qarabağdan çıxarılması olub:
“Sentyarbın 19-da başlayan və 24 saatdan da az çəkən antiterror tədbirlərində məqsəd Ermənistan Silahlı Qüvvələrinin bu torpaqlardakı birləşmələrini, habelə separatçıların qalıqlarını Qarabağdan çıxarmaq, ölkəmizin suverenliyi üçün təhdid təşkil edən təhlükəni aradan qaldırmaq olub. Bu missiya şanlı Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.
Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri bir daha göstərdi ki, dövlətimiz suverenlik və təhlükəsizlik məsələsində heç bir güzəştə getməyəcək. Öz ərazisində qanunsuz silahlı biləşmələrin mövcudluğu faktına göz yummayacaq. Həyata keçirilən antiterror tədbirlərində əsas məqsəd və əsas hədəf məhz bu idi”.
Seymur ƏLİYEV





























