Bizi sosial şəbəkələrdən izləyin:
"Məsələn, hədisdə su qabının dəstəyi olan tərəfdən su içməmək tövsiyə olunur, çünki o yerdə şeytanlar yuva qurar..."
Məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) yaşadığı VII əsrdə mikroblar hələ kəşf olunmamışdı. Ona görə də Peyğəmbərin (s) hədislərində mikroblar barədə aşkar məlumatın olmasını gözləmək əbəsdir. Hətta o həzrət mikrobların mövcudluğundan xəbərdar olsa da, bunu indi bizim anladığımız şəkildə insanlara çatdıra bilməzdi. Çünki o dövr insanlarının bilik səviyyəsi, düşüncəsi buna uyğun deyildi...
Ancaq maraqlıdır ki, Peyğəmbərin (s) hədislərində insan sağlamlığına zərər vuran bəzi varlıqlardan “şeytan” adı altında bəhs olunur. Məsələn, hədisdə su qabının dəstəyi olan tərəfdən su içməmək tövsiyə olunur, çünki o yerdə şeytanlar yuva qurar. Məlumdur ki, qabın dəstəyi və ona yaxın olan yerlər əl ilə çox təmasda olduğu üçün kirli olur və mikroblar onların üzərində toplaşır. Ağızı həmin yerlərə vurarkən mikrobların su ilə birləşərək mədəyə keçmə ehtimalı çoxalır. Yenə hədislərdə bığları qısa saxlamaq müsəlmanlara tövsiyə olunur və izah edilir ki, uzun bığların ucunda şeytanlar yuva qurar. Aydındır ki, burada da bığ tüklərinin ucunda mikrobların toplanması qəsd edilir. Uzun bığ saxlayan adam su içəndə bığların ucu qabın içinə girir və mikroblar suya qarışandan sonra mədəyə keçir. Müasir alimlər bu kimi hədislərdə “şeytan” deyilərkən məhz mikrobların nəzərdə tutulduğunu yazırlar.
Mənbə: //islam.az