
Tənzilə Rüstəmxanlı: “Bunu Hərbi Prokurorluğun aparıdğı araşdırmalar da sübut edir”
“Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının miqyası düşündüyümüzdən daha böyük olub”.
Bunu Moderator.az-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib. O, qeyd edib ki, Hərbi Prokurorluğun işğaldan azad edilən torpaqlarımızda apardığı araşdırmalar bu soyqırımlarının son dərəcə kütləvi və mütəmadi hal aldığını göstərir:
“Hərbi Prokurorluğun işğaldan azad edilmiş ərzilərdə, eləcə də aşkar edilən kütləvi məzarlıqlarda apardığı araşdırmalar ermənilərin xalqımıza qarşı yeni cinayətlərini üzə çıxarır. Bu faktlar həm də onu göstərir ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın miqyası çox geniş olub.
Mən hər zaman demişəm və bu gün də bildirirəm ki, hələ o torpaqlarda çox kütləvi məzarlıqlar var və zamanla yəqin ki, onlar da üzə çıxacaq. İşğaldan azad edilən ərazilərimizdə elə bir yaşayış məntəqəsi yoxdur ki, ermənilər orada vəhşiliklər törətməsinlər, azərbaycanlılara qarşı qətliyamlar həyata keçirməsinlər.
Bu baxımdan Hərbi Prokurorluğun orataya çıxardığı hər bir soyqırım, hər bir işgəncə faktı erməni vəhşiliyinin ifşa edilməsi, erməni cinayətlərinin üzə çıxarılması baxımından mühüm önəm kəsb edir. Bu faktlar həm də xalqımıza qarşı cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün də ciddi zəmin formalaşdırır ki, bu da ədalətin bərqərar olması baxımından vacibdir”.
Seymur ƏLİYEV





























