Fazil Mustafa niyə güllələndi - Müxalifətdən terror olayına MÜNASİBƏT
Oxunub: 3677
29 Mar 2023 | 11:21
Fazil Mustafa niyə güllələndi - Müxalifətdən terror olayına MÜNASİBƏT

Müxalifət partiyalarının təmsilçiləri deputat Fazil Mustafaya qarşı terror aktının törədilməsinə münasibət bildiriblər.

 

Moderator.az xəbər verir ki, Sui-qəsd olayı haqda Modern.az-a danışan müxalif siyasətçilər niyə məhz Fazil Mustafanın hədəf seçilməsi barədə müxtəlif fikirlər səsləndiriblər.

 

Müsavat partiyasının başqanı Arif Hacılı deyib: “Fazil Mustafa dini məsələlərlə bağlı fikirlərini açıq şəkildə ifadə etməkdən çəkinmirdi. Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı xəbərdarlıqdır. Bütün bu məsələlər çox ciddi düşünməyə əsas verir. Belə halların qarşısı alınmalıdır. Əks halda bu cür hadisələr dayanmayacaq və bölgələrə də yayılaraq ümumi xarakter alacaq”.

 

Partiya sədri İranın hücumun sifarişçisi olmasına əsaslı şübhələrin olduğunu vurğulayıb:

 

“Fazil Mustafa dini hadisələrlə bağlı fikirlərini açıqlamaqdan çəkinmir. Eyni zamanda nəinki gizli, eləcə də sosial şəbəkələrdə ona qarşı sui-qəsdin həyata keçirilməsi ilə bağlı zaman-zaman açıq şəkildə çağırışlar olub. Hadisə baş verdikdən sonra feysbuk və teleqram kanallarında gedən müzakirələr göstərir ki, Fazil Mustafaya qarşı sui-qəsd edilməsində maraqlı tərəflər var. Bu şəxslərin əvvəlki paylaşımlarından və profil şəkillərindən görünür ki, onlar İrana bağlı şəxslərdir. Belə şübhələrin yaranmasına təbii yanaşıram. Ancaq son sözü hüquq-mühafizə orqanları deyəcək. Hesab edirəm ki, çox qısa zamanda ciddi tədbirlər həyata keçirilərək, hadisənin sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılacaq".

 

 

 Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deputatın üzləşdiyi hadisəni terror kimi qiymətləndirdiyini bildirib:

 

“Hadisəni cəmiyyətdə gərginlik yaradılmasına yönəldilmiş xarici mənbəli terror hadisəsi kimi dəyərləndiririq və pisləyirik. Bu məsələnin sifarişçi və icraçılarının məsuliyyətə cəlb edilməsini gözləyirik. Motivindən asılı olmayaraq, bu cür hərəkətlər, terror cəmiyyətimizin ali maraqlarının əleyhinə yönəlib. Heç şübhəsiz ki, bunun birmənalı şəkildə qarşısı alınmalıdır. Eyni zamanda məqsəd xof, cəmiyyətdə gərginlik yaratmaqdırsa, buna heç bir halda yol vermək olmaz. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti dövlətimizin əsasları üçün təhlükə yaradacaq xof, vahimə və digər hallara yol verməyəcək”.

 

Pənah Hüseyn vurğulayıb ki, hücumun sifarişçisinin İran olması barədə müxtəlif versiyalar var:

 

“Təhqiqatlar gedir. Ən çox ehtimal olunan versiyalardan biri hadisənin arxasında İranın durması ilə bağlıdır.  Ancaq tədqiqatın nəticələrini gözləməli olduğumuzu düşünürəm”.

 

Ağ partiyanın sədri Tural Abbaslı isə bildirib ki, belə hücumla Azərbaycan dövlətini və cəmiyyətini qorxutmaq istəyirlər:

 

“Siyasi xadimə qarşı silahlı hücum birmənalı olaraq terror hadisəsidir. Fazil Mustafa gənc dəliqanlı deyildi ki, kiminləsə mübahisə zəminində bu cür hadisə yaşansın. Fazil bəy Milli Məclisdə təmsil olunan deputatlar içərisində ən çox fikir bildirən, danışan, mediada görsənən siyasətçidir. Bunun siyasi terror hadisəsi olduğu birmənalıdır. Kimlərsə Fazil bəy üzərindən Azərbaycanı və xalqımızı qorxutmağa çalışır. Düşünürəm ki, dövlət və millət olaraq bu mesaja layiqli cavabı verməliyik. Qətiyyən qorxmaq, çəkinmək, yaxud panikaya düşmək olmaz. Bu şərəfsiz hücumu edənlər mütləq cəzalarını tapmalıdır. Həm sifarişçilər, həm icraçılar cəzalandırılmalıdır”.

 

Hadisənin hansı qüvvələr tərəfindən törədilməsinə gəlincə, partiya sədri ehtimallar irəli sürüb: “İstintaq orqanları bütün versiyaları araşdıracaq. Düşünürəm ki, hər şey ola bilər. Biz Azərbaycan olaraq elə bir siyasi proseslərin içindəyik ki, Türkiyə kimi qardaşımız olduğu halda, Ermənistan, İran, Rusiya və Fransa kimi bizi istəməyən qüvvələr də var. Konkret nəsə demək tezdir. Təbii ki, Fazil bəyin çıxışının mətninə baxsaq, müəyyən fikirlərə düşmək olar. Ancaq tələsməmək lazımdır. Uzağı bir-iki günə məsələ aydınlaşacaq  İcraçıların iki gündən çox azadlıqda qalacağına inamıram. İstintaqın sonunda sifarişin haradan gəldiyi bəlli olacaq”.

 

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev: "Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdi şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!".

 

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 

 

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
19:47, Bu gün
Bakıdakı dünya çempionatında daha 2 dəst medal öz sahibini tapıb
19:36, Bu gün
Masallıda 3 tona yaxın saxta yağ və süd məhsulları aşkarlanıb
19:31, Bu gün
"Ərdoğanın qələbəsi Türkiyənin xarici siyasətində yeni dövrün başlanğıcıdır" - "Yeni Şafak"
19:25, Bu gün
BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti seçilib
19:23, Bu gün
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
19:20, Bu gün
Salome Zurabişvili: "Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir"
19:15, Bu gün
Sabah Bakının iki rayonunda su kəsiləcək
19:08, Bu gün
Bəzi rayonlara leysan xarakterli yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
19:05, Bu gün
ABŞ Azərbaycanın “yaşıl enerji”nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir
18:57, Bu gün
Oğuza güclü dolu düşüb
18:54, Bu gün
Azərbaycandan qat-qat zəngin ölkələr var, amma bu, onlara uğur gətirmədi...
18:48, Bu gün
Prezidentin səlahiyyətli nümayəndəsi: "Naxçıvanın problemlərini dəqiq bilirik, təkliflərimizi rəhbərliyə çatdırmışıq"
18:45, Bu gün
ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycana Avropanın enerji təhlükəsizliyinə töhfəsinə görə minnətdarıq”
18:39, Bu gün
Çexiya şirkətləri Qarabağda günəş və külək enerjisi qurğuları istehsal edə bilər
18:32, Bu gün
İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı bıçaqladı - VİDEO
18:20, Bu gün
Renat Dadaşovun İsveçrə klubundakı qolu mövsümün ən yaxşısı ola bilər
18:19, Bu gün
Kişineuda Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü başlayıb
18:18, Bu gün
Moldovada Azərbaycan, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin qeyri-rəsmi görüşü başlayıb
18:17, Bu gün
Əlilliyi müəyyən edilmiş uşaqlar üçün konsert proqramı təşkil olunub
18:15, Bu gün
Mariya Stadnikin reytinq turnirinə aparılmamasının səbəbi müəyyənləşib
18:08, Bu gün
NATO-Ukrayna Şurası yaradılacaq
18:00, Bu gün
Mirzə Cəlilin Əbdürrəhimbəy Haqverdiyevlə Şuşadakı birgə istirahət anlarından... 
18:00, Bu gün
İraqda həbsdə saxlanılan Azərbaycanın 3 qadın vətəndaşı ölkəmizə gətirilib
17:55, Bu gün
Azərbaycan Ordusunun hərbçiləri ilə NATO-nun nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib
17:51, Bu gün
Antoni Blinken: "NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq"
17:47, Bu gün
Fuad Nəcəfli: “Naxçıvanda günəş elektrik stansiyası tikiləcək”
17:45, Bu gün
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirdi - FOTOLAR
17:42, Bu gün
“Azerçay”dan 1 iyunda qayğıya ehtiyacı olan uşaqlara DƏSTƏK - FOTOLAR
17:40, Bu gün
Azərbaycanın iki taekvondoçusunun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib
17:33, Bu gün
Prezidentin nümayəndəsi şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
17:33, Bu gün
"Priqojin rusiyalıları Putinin əvəzlənməsinə çağırış etməyə sövq edib" - Britaniya kəşfiyyatı
17:25, Bu gün
Volodimir Zelenski: “Avropa Ukraynaya köməkdə tərəddüd edir, Rusiya isə səngər qazır”
17:20, Bu gün
Azərbaycan və ABŞ "yaşıl enerji"yə keçid layihələrini müzakirə edib
17:18, Bu gün
Polad Bülbüloğlunun “YouTube”a qanunsuz yerləşdirilən mahnıları silinib
17:10, Bu gün
Prezident İlham Əliyev Kişineuda enerji təhlükəsizliyinə həsr olunmuş dəyirmi masada iştirak edib
17:05, Bu gün
Azərbaycan Prezidenti “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində işçi lançda iştirak edib
17:00, Bu gün
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
16:55, Bu gün
Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub
16:50, Bu gün
Ötən ay xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmayıb
16:45, Bu gün
"Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən sakinləri oldu - FOTOLAR
16:43, Bu gün
Böyük Britaniya şirkətləri Qarabağda "yaşıl enerji" layihələrinə maraq göstərirlər
16:37, Bu gün
Şarl Mişel və Volodimir Zelenski arasında görüş olub
16:35, Bu gün
UNEC ilə Ege Universiteti ikili diplom proqramına başladı - FOTOLAR
16:30, Bu gün
Azərbaycanın Ukraynada şərab zavodu var
16:25, Bu gün
Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik”
16:17, Bu gün
Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
16:16, Bu gün
Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçirilib
16:15, Bu gün
Fransada kafedə atışma olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
16:06, Bu gün
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
16:00, Bu gün
"Rusiya demoqrafik uçuruma yuvarlanır: hakimiyyət bunun nədən baş verdiyini anlamır..."
15:47, Bu gün
Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir
15:40, Bu gün
Azərbaycan “China International Energy Sources Group”la əməkdaşlıq imkanlarını müzakirə edib
15:35, Bu gün
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb
15:30, Bu gün
BMT baş katibi və Türkiyə Prezidenti regional məsələləri müzakirə ediblər
15:27, Bu gün
Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb
15:25, Bu gün
Aİ enerji təhlükəsizliyi üçün daxili infrastruktur xətlərinin yaradılmasını maliyyələşdirir
15:20, Bu gün
Alen Simonyan: "Sülh prosesi artıq başlayıb"
15:15, Bu gün
MEDİA çap və onlayn mətbuat üçün müsabiqə elan etdi
15:11, Bu gün
Zaman göstərdi ki, bu, olduqca dəqiq seçimdir...
15:10, Bu gün
Mübariz Qurbanlı Səudiyyə Ərəbistanına səfər edib
15:05, Bu gün
Qırğız Prezidenti Ərdoğana zəng edib
15:00, Bu gün
"Qalatasaray" baş məşqçisi ilə 4 illik müqavilə imzalayacaq
14:55, Bu gün
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib - YENİLƏNİB
14:41, Bu gün
Sandu: “Biz ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini itirməsi ilə razılaşa bilmərik”
14:32, Bu gün
Türkiyədə müxalifətin seçki bloku dağılıb
14:23, Bu gün
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır
14:15, Bu gün
Dövlət Gömrük Komitəsi  “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirdi - FOTO/VİDEO
14:05, Bu gün
"Qərbdən təcrid edilən Rusiya nicatı Afrikada axtarır..."
14:00, Bu gün
Prezident Administrasiyasının rəhbəri Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
13:56, Bu gün
DİN: "Bolt" və "Uber" taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb"
13:42, Bu gün
Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
13:42, Bu gün
Bu nəyin bayrağıdır? - Təhsil eksperti nazirliyin biabırçı paylaşımını topa tutdu...
13:31, Bu gün
Sabahın hava proqnozu açıqlanıb
13:24, Bu gün
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
13:20, Bu gün
"Total": "Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq"
13:13, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan özünü Avropanın etibarlı tərəfdaşı kimi sübut etdi”
13:08, Bu gün
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edir
13:04, Bu gün
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə raşistlər ölüm saçır, Ukrayna uşaqlarını qətlə yetirir...
12:57, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
12:50, Bu gün
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb
12:43, Bu gün
Qari Cons: "Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarımızı davam etdirəcəyik"
12:41, Bu gün
Belçikanın Baş naziri: “Azərbaycanı sammitdə görməyə şadıq”
12:40, Bu gün
BDU-da proqramlaşdırma müsabiqəsi keçirilib
12:34, Bu gün
DYP yol qəzalarının başvermə səbəblərini açıqlayıb
12:33, Bu gün
İvan Muşket: “Heydər Əliyev mədəni əməkdaşlığa xüsusi diqqət ayırırdı”
12:27, Bu gün
"Bakı Sağlamlıq Mərkəzi"  uşaqları təbrik edib, maarifləndirmə keçirib
12:21, Bu gün
Sudanın paytaxtı bombalanıb, 17 nəfər ölüb, 106 nəfər yaralanıb
12:05, Bu gün
Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib - FOTO
12:03, Bu gün
“Coffee`N Joy” “Yayland Fest”də iştirak edir
12:00, Bu gün
Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi - FOTO/VİDEO
11:59, Bu gün
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib
11:58, Bu gün
Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb, Zakir Həsənov məruzələri dinləyib
11:57, Bu gün
Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri açıqlanıb
11:50, Bu gün
Azərbaycan Çin şirkəti ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparıb
11:48, Bu gün
SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb
11:47, Bu gün
Rusiyadan Paşinyana gözlənilməz tərif gəldi...- “Onun müdrik rəhbərliyi ilə...”
11:43, Bu gün
Azərbaycan və Koreya arasında Texnologiyaların Transferi planı hazırlanıb
11:40, Bu gün
Azərbaycan Rumıniya ilə energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib
11:36, Bu gün
Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb
11:34, Bu gün
“Yaxın gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlıq daha da dərinləşəcək”
GÜNLÜK
31 May 2023 | 19:52
İsmayıllıdakı "Bax Belə" istirahət mərkəzində müştərinin başına "bax belə" oyun açıldı...
31 May 2023 | 20:57
Putin az qala Ukrayna dronlarının hücumuna məruz qalacaqmış, prezident həyəcan siqnalı ilə yataqdan qaldırılıb...
31 May 2023 | 22:47
“Bədənini nümayiş etdirməkdən seksual həzz alır, qızımı, oğlumu, məni təhqir edir...”
07:41, Bu gün
Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...-XƏRİTƏLƏR
10:56, Bu gün
“Zənnimcə, Rusiya Xocalı, Xankəndi... məsələsində də çox israrlı ola bilməyəcək...”
31 May 2023 | 20:05
"AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalı, bürokratik prosedur ləğv edilməlidir..."
31 May 2023 | 23:31
"Qoca kaftarın müdrikliyi çatmayıb, onun istedadı isə artıq tükənib..."
31 May 2023 | 20:17
Kaş onu vaxtaşırı həmin verilişlər vasitəsilə dinləyə bilərdik...
31 May 2023 | 19:56
Göyçayda qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb
31 May 2023 | 23:27
“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”
HƏFTƏLİK
28 May 2023 | 10:16
"İnşallah tezliklə 50 milyonluq azərbaycanlının arzuları çin olacaq..."
30 May 2023 | 09:47
Arayik Xankəndində kütləvi tədbirləri “sülhməramlı”ların göstərişi ilə qadağan edib...
29 May 2023 | 10:08
“İyunun 1-də Kişinyovda sülh sazişi imzalanacağına ümidim yoxdur, çünki hələ..."
31 May 2023 | 07:50
Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi...
28 May 2023 | 15:12
"Alp-Arslan Qafanı tutdu və Zəngəzur 150 il Səlcuqluların hakimiyyəti altında qaldı..."
29 May 2023 | 23:43
“Əhməd”in ölümünə sarsılan “Ceyran”: “Elxan oğluna qovuşdu, mənə onsuz çox çətin olacaq”
29 May 2023 | 11:50
Xankəndinə nəzarətin “son addımı" atılacaq...
27 May 2023 | 08:35
Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...
29 May 2023 | 21:08
"Müğənni xanımı kimsə öz oğluna gəlin etməzdi, düşünürdülər ki, bir xanım əgər səhnədədirsə..."
26 May 2023 | 15:02
"Moskva görüşü diplomatiyamızın Münhen və Brüsseldəki uğurunun davamıdır”
AYLIQ
31 May 2023 | 19:52
İsmayıllıdakı "Bax Belə" istirahət mərkəzində müştərinin başına "bax belə" oyun açıldı...
31 May 2023 | 20:57
Putin az qala Ukrayna dronlarının hücumuna məruz qalacaqmış, prezident həyəcan siqnalı ilə yataqdan qaldırılıb...
31 May 2023 | 22:47
“Bədənini nümayiş etdirməkdən seksual həzz alır, qızımı, oğlumu, məni təhqir edir...”
07:41, Bu gün
Rusiya MN Laçın şəhərini yenidən “nəzarətə” götürdü və...-XƏRİTƏLƏR
10:56, Bu gün
“Zənnimcə, Rusiya Xocalı, Xankəndi... məsələsində də çox israrlı ola bilməyəcək...”
31 May 2023 | 20:05
"AQTA-nın əsasnaməsində dəyişiklik aparılmalı, bürokratik prosedur ləğv edilməlidir..."
31 May 2023 | 23:31
"Qoca kaftarın müdrikliyi çatmayıb, onun istedadı isə artıq tükənib..."
31 May 2023 | 20:17
Kaş onu vaxtaşırı həmin verilişlər vasitəsilə dinləyə bilərdik...
31 May 2023 | 19:56
Göyçayda qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb
31 May 2023 | 23:27
“Sosial şəbəkələr müğənniləri əlçatan etdi, biz sənətkarların yanında mikrofon götürməzdik”