Qənirə Paşayeva və bir qrup azərbaycanlı ziyalı Şanlıurfada yardım kampaniyasına qoşulub- FOTO
Aktual
3237
18 Feb 2023 | 21:36

Qənirə Paşayeva və bir qrup azərbaycanlı ziyalı Şanlıurfada yardım kampaniyasına qoşulub- FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və  bir qrupu ziyalı, tanınmış şəxslər qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Şanlıurfa vilayəti üçün yardım kampaniyasına qoşulublar.

Komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Şanlıurfada zəlzələdən zərər görənlərə yardımda bulunublar. Şanlıurfa vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq ləvazimatları alaraq Babək prospekti 27-də yerləşən (Doğtaş mebel) Birlik və Dayanışma platformununun yardım məntəqəsində aidiyyəti üzrə təhvil veriblər.

 Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər