Türkiyədə baş verən zəlzələdə beş Ukrayna vətəndaşı həyatını itirib
Aktual
3426
14 Feb 2023 | 20:52

Türkiyədə baş verən zəlzələdə beş Ukrayna vətəndaşı həyatını itirib

Türkiyənin Kahramanmaraş şəhərində “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdə beş Ukrayna vətəndaşının həyatını itirdiyi açıqlanıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial media vasitəsilə açıqlamasında məlumat verib.

O qeyd edib ki, Türkiyədə olan Ukrayna diplomatları zəlzələdən zərər çəkən Ukrayna vətəndaşlarına kömək etməyə davam edir.

Nikolenko bəyan edib ki, ikinci konsul qrupu itkin düşənlərin axtarışını əlaqələndirmək, zərərçəkənlərə dəstək olmaq və ukraynalıların Türkiyə və Ukraynanın digər bölgələrinə təxliyəsi üçün zəlzələ zonasına göndərilib.

Zəlzələ bölgəsində 136 Ukrayna vətəndaşının olduğunu və onlardan 37-nin təxliyə edildiyini qeyd edən Nikolenko deyib: “İtkin düşən 7 nəfərin axtarışları davam edir. Zəlzələdə 5 Ukrayna vətəndaşı həyatını itirib”.

Ölənlərin cəsədlərinin Ukraynaya göndərilməsi üçün tədbirlərin görüldüyünü deyən Nikolenko yaxın vaxtlarda diplomatların daha 22 ukraynalını zəlzələ bölgəsindən təxliyə etməyi planlaşdırdıqlarını bildirib.

Link kopyalandı!
Son xəbərlər