Kamçatkadakı azərbaycanlılar da dəstək kampaniyasına başladılar - FOTO
4007
09 Feb 2023 | 21:31

Kamçatkadakı azərbaycanlılar da dəstək kampaniyasına başladılar - FOTO

Rusiyanın Kamçatka diyarında yaşayan azərbaycanlılar Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə kampaniyaya başlayıblar. 

Xeyriyyə aksiyasına Kamçatkadakı azərbaycanlı ailələrin uşaqları öz aralarında qrup yaradaraq qoşulublar. Artıq iki gün ərzində 10 min manata yaxın məbləğ toplanıb. 

Onlar kampaniyanın növbəti günlərdə də davam etdiriləcəyini, toplanan vəsaitin Türkiyədə dağıntılardan əziyyət çəkən insanlara göndəriləcəyini bildiriblər. 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər