Roma Papası Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına yardım etməyə çağırıb
Aktual
4340
08 Feb 2023 | 20:54

Roma Papası Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına yardım etməyə çağırıb

Roma Papası Fransisk Vatikanda rəsmi qəbul zamanı Suriya və Türkiyədəki zəlzələlərin qurbanlarına yardım etməyə dair çağırış edib.

Bu barədə “Vatican news” məlumat yayıb.

Pontifik dindarları zəlzələlərdən əziyyət çəkənlər üçün dua etməyə və zəlzələnin böyük dağıdıcı təsirinə məruz qalan bölgələrin sakinləri ilə həmrəylik göstərməyə çağırıb.

“Bütün qəlbimlə Türkiyə və Suriyadakı zəlzələdən əziyyət çəkən insanlarla qalıram. Ölənlər, eləcə də yaralılar, onların ailə üzvləri və xilasedicilər üçün dua edirəm. Qoy bizim konkret yardımımız onlara dəstək olsun”, - Roma Katolik Kilsəsinin rəhbəri bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər