Ötən il Azərbaycanda bu xəstəliklər ARTIB
673
19 Jan 2026 | 15:39

Ötən il Azərbaycanda bu xəstəliklər ARTIB

Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində su çiçəyinə yoluxmada artım müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə həm də brusellyoz, kəskin hepatit B, qoturluq ilə xəstələnmə hallarında da artım olub.

Ötən il qeydə alınmış xəstəliklər sırasında tənəffüs orqanları, həzm orqanları, qan dövranı sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatı xəstəlikləri, sinir sistemi xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanları xəstəlikləri üstünlük təşkil edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər