FHN-dən Ağsudakı zəlzələ ilə bağlı AÇIQLAMA
1988
18 Jan 2026 | 10:21

FHN-dən Ağsudakı zəlzələ ilə bağlı AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər