MSŞA QHT koalisiyası Qarabağda dağ-mədən yataqlarının istismarı ilə bağlı sənəd yaydı
Araşdırma
Oxunub: 1256
23 Jan 2022 | 18:09
MSŞA QHT koalisiyası Qarabağda dağ-mədən yataqlarının istismarı ilə bağlı sənəd yaydı
Mədən Sənayesində Şəffaflığın Artırılması(MSŞA) QHT koalisiyasının Qarabağda yerləşən dağ-mədən yataqlarının istismarı ilə bağlı
 
Mövqe sənədi
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Dağlıq Qarabağ və ətraf  7 rayonunun  (Kəlbəcər, Laçın, Fizuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ermənilər tərəfindən işğal olunması və  bu ərazilərin bol təbii sərvətləri ilə birlikdə, 30 ilə yaxın işğalçıların nəzarətində qalması ilə nəticələnmiş   və bütün yaşayış məskənlərinin, 100 illərlə xalqımızın yaratdığı bütün  maddi və mənəvi sərvətlərin işğalçılar tərəfindən dağıdılmasına  səbəb olmuşdur. 
İşğal nəticəsində bu ərazilərdə olan qızıl, gümüş, mis, molibden və s. kimi qiymətli metalların qanunsuz istismarı aparılmış və təbii sərvətlər  talan edilmişdir. 30 il ərzində  işğal altındakı Azərbaycan ərazisində hasil olunan qiymətli metal resursları Ermənistana daşınmış, burada müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarında satışı həyata keçirilmişdir.
Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmiş, 14, 15, 16, 19, 21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanmışdır. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf  edilmiş, 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir. Burada təsdiq edilmiş ehtiyatlara görə: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton; C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş - 0,19 ton; C2 kateqoriyası üzrə gümüş - 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis - 0,2 min ton; C2 kateqoriyası üzrə mis - 2,8 min ton təşkil etmişdir.
Vejnəli yatağı Azərbaycanın cənub-qərbində Zəngilan rayonunda yerləşir. Yataqda erməni işğalı zamanı müəyyən qədər mədən işləri aparılıb, lakin indi bu işlər dayandırılıb. Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmiş, 14, 15, 16, 19, 21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanmışdır. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf  edilmiş, 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir. Burada təsdiq edilmiş ehtiyatlara görə: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton; C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş - 0,19 ton; C2 kateqoriyası üzrə gümüş - 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis - 0,2 min ton; C2 kateqoriyası üzrə mis - 2,8 min ton təşkil etmişdir.
Zod yatağı (ermənilər Sotk adlandırır) Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Ümumi ərazisinin 70 faizi Azərbaycanın, 30 faizi isə Ermənistanın ərazisinə düşür. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuşdur. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə başmayaraq, yatağın istismarına SSRİ hökumətinin himayəsi ilə Ermənistan tərəfindən 1976-cı ildən başlanılıb. 
“Zod” qızıl mədəni əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, “Zod” qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. “Zod” qızıl mədəni Ermənistan iqtisadiyyatında əhəmiyyətli yer tutan sahələrdən biri olmuşdur və açıqlanan rəsmi məlumatlara görə, qızıl mədənini istismar edən Rusiyanın "GeoProMining Gold" şirkəti Ermənistanın ən böyük 4-cü vergi ödəyicisi olub. “Zod” qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib.  2019-cu ildə "GeoProMining Gold" şirkəti Ermənistan dövlət büdcəsinə 32 milyon dollar vergi ödəyib. 
Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin Canyataq-Gülyataq qızıl yatağı mövcud olub. 
Hazırda Agdərə rayonu ərazisində ermənilərin nəzarəti altında olan Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının (Drmbon) kəşviyyat və istismarı məqsədi ilə 2002-ci ilin avqust ayında ermənilərin “Valeks qrup” («VALLEX Group») şirkəti tərəfindən “Base Metals” adlı şirkət yaradılıb. Bu illər ərzində işğal olunmuş Dağlıq Qarabağda ən uğurlu müəssisə, ən böyük istehsalçı və vergi ödəyicisi olan Drmbon dağ-mədən zavodunda ilkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, 2009-2011-ci illərdə ildə 400 min ton filiz emal edilib. Nəticədə bu yatağın hasilatı ilə vəhşicəsinə davranış ona gətirib çıxarıb ki, qısa müddətdə (10 il) filiz hasilatının həcmi ayda 30 min tondan 10,6 min tona qədər azalıb.
Heyvalı (Drmbon) yatağında filiz ehtiyatları azaldığından  (erməni mənbələrinin yazdığına görə kəşf olunmuş 3,2 milyon ton filizdən 2014-cü ildə cəmi 0,4 milyon ton qalmışdır),  əlavə yataqların axtarışına başlanılmış və  2011-ci ilin dekabrında yalnız bir quyuda (bu gün artıq Tərtər rayonundakı Dəmirli (Kaşen) iri qızıl yataqı kimi müəyyən edilib), sənaye əhəmiyyətli filiz aşkar edilmişdir. 2013-cü il mayın 1-də Dəmirli yatağında filiz istehsalına başlanıb. Müntəzəm olaraq bu yataqdan gündə 2 min ton həcmində filiz Drmbon dağ-mədən zavoduna aparılırdı. Dəmirli yatağından filizin emalını nəzərə alaraq Drmbon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücü iki dəfə - 350 min tondan 700 min tona qədər çatdırılmışdır. Hazırda Drmbon dağ-mədən zavodu ildə 600 min ton Dəmirli (Kaşen) filizi və 100 min ton Drmbon filizi emal edə bilir.Heyvalıda yerləşən Drmbon dağ-mədən zavodu ağır sənaye yeniliklərinə aid edilir və Dağlıq Qarabağda xarici investisiya əsasında yaradılan ən uğurlu müəssisələrdən biri hesab olunur.
"Base Metals" şitkətinin eksperimental məlumatlarına görə, Ağdərədə yerləşən yataqlarda olan mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. "Base Metals"–ın son məlumatlara görə, Dəmirli yatağının sübut olunmuş filiz ehtiyatları 56 milyon ton həcmində qiymətləndirilir. Bununla bağlı Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon ton filiz istehsal edən mədən emal zavodutikilmişdir. Bu isə, öz növbəsində, artıq 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində bir çox ölkəyə aid şirkətlər mədən hasilatı ilə məşğul olaraq qanunsuz fəaliyyət göstərib. Jurnalist araşdırmaları nəticəsində əsas hasilat şirkətlərinin Argenitina, Avstraliya, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya, Çin, Livan, Yunanıstan, Uruqvay, Hindistan, Kanada və digər  dövlətlərin vətəndaşlarına aid özəl şirkətlərin işğalçı Ermənistan və bölgədəki separatist rejimlə birlikdə  yaratdığı törəmə şirkətlər olduğu  müəyyən edilmişdir. 
Azərbaycanın istintaq orqanları tərəfindən aparılmış araşdırmalarla adları qeyd olunan və digər ölkələrin mədən sənayesi üzrə ixtisaslaşmış qurumlar da daxil olmaqla bir sıra şirkətlərinin, o cümlədən qondarma respublikada yaradılmış “Base Metals” zavodu ilə əməkdaşlıq edərək, “Haik Watch and Jewelry Co”, Kanadanın “Canadian First Dynasty Mines Ltd”, Rusiyanın "GeoProMining Ltd” şirkətinin törəməsi olan “GPM Gold”, ABŞ-nın “Global Gold Armenian Ltd”, "Geologix Group", “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd”, “İndian Sterlite Gold Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil qrup halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə dair faktlar müəyyən edilmişdir. 
Ənənəvi Beynəlxalq Humanitar Hüquq, xüsusəndə 1907-ci ildə qəbul edilmiş İV Haaqa Qaydaları , 1949-cu ildə qəbul edilmiş İV Cenevrə Konvensiyası işğalçı dövlət tərəfindən ciddi və davamlı şəkildə pozulmasını daim diqqətdə saxlamışdır və işğalçı  dövlətin işğal edilmiş ərazilərdə təbii resurs qaynaqları kapitalını qorumaq öhdəliyi olmasını bəyan etmişdir .
“İşğala məruz qalmış, qanuni inzibati idarəçiliyi itirilən və hüquqi statusu hələ də naməlum qalmış ərazilər haqqında Cenevrə  konvensiyası”na əsasən, münaqişə nəticəsində uzunmüddət işğal  altında qalmış və faktiki statusu hələ də tam aydın olmayan ərazilərdə şirkətlərin mədən hasilatı ilə məşğul olması qadağandır. İşğalçı dövlətin işğala məruz qalmış ərazinin hər hansı bir təbii resurs qaynağını və əmlakını öz iqtisadiyyatının xeyrinəi stismar etmək üçün qanuni səlahiyyəti yoxdur. 
Bundan başqa, MSŞT strategiyasına əsasən şirkətlər təbii sərvətlərin hasilatında ərazi üzrə beynəlxalq  qurumların tanıdığı hüquqi idarəçiliyə malik dövlətlə müqavilə bağlamalıdırlar.
Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında olan 2-ci Qarabağ müharibəsindən sonra Zəngilan rayonundakı Vejnəlli  yatağı təmamilə işğalçılardan azad edilmiş, Zod (Kəlbəcər) yatağında ermənilər tərəfindən mədən istismar fəaliyyəti dayandırılmışdır. Hazırda Zod yatağının da Azərbaycan tərəfindən istismar olunması planlaşdırılır. 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Hökuməti ilə Anglo Asian Mining PLC şirkəti arasında  yenilənən Hasilatın Pay Bölgüsü Sazişinə əsasən iki müqavilə sahəsi - Vejnəli və Qızılbulaq yataqlarının istismarı bu şirkətə verilib və  Söyüdlü müqavilə sahəsi isə ləğv edilib. Bu müqavilə sahələrinin hər biri ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişi üzrə fəaliyyətlər  Azərbaycan Hökumətinin Şirkətə bütün hərbi əməliyyatların dayandırıldığı və əraziyə girişin təhlükəsiz olduğu barədə bildirişindən sonra başlanacaq.. Sazişə görə, şirkət müqavilə sahəsində, beş il müddətinə kəşfiyyat və gələcək hasilat potensialının qiymıtləndirilməsi işlərinin aparılması, daha sonra iki beşillik uzadılmaqla 15 il müddətində inkişaf və istismar  etmək hüququna malikdir.
AR prezidentinın 29 may 2021-ci il tarixli sərəncamına əsasən  Qaşqaçay filiz yatağının  (“Eti Bakır A.Ş.” şirkətinə),  Elbəydaş və Ağduzdağ filiz yataqlarının  (“Artvin Maden A.Ş.” şirkətinə) öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilməsi  uzrə 2021-ci il sentyabrın 30-da Türkiyə şirkətləri ilə Azərbaycan İqtisadiyyat Nazirliyi arasında müqavilə imzalanıb və Azərbaycanın Qarabağ bölgəsində üç mühüm filiz yatağında mədən işlərinə başlamaq üçün hüquqi əsaslar yaranıb. 
Lakin bu  sazişlərin şərtlərinin ictimayyətə açıq olmaması xüsusi ictimai narahatlıq doğurur.
Bütün qeyd olunanları nəzərə alaraq MSŞA Koalisyası:
1. Ermənistanın yuxarıda qeyd olunan bütün beynəlxalq hüquq normalarına məhəl qoymadan  illər uzunu  Azərbaycanın təbii sərvətlərini talan etməsinin beynəlxalq məsuliyyətlə nəticələnməli olduğuna diqqət çəkərək Beynəlxalq qurumları, hökumətlərarası təşkilatları, beynəlxalq insan hüquq və azadlıqları təşkilatlarını, eləcə də MSŞT  üzrə Beynəlxalq Katibliyi, “Ödədiyini Açıqla”  Koalisiyasını  məsələnin hüquqi tərəflərini nəzarətə götürərək işğalçı Ermənistana  və orada qanusuz fəaliyyət göstərmiş və hazırda da göstərən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi tədbrilər görməyə; 
2. Ermənistanın İşğalı nəticəsində Azərbaycanın maddi sərvətləri olan qızıl, gümüş, mis, molibden və s. kimi qiymətli metalların qanunsuz istismarı nəticəsində Azərbaycan xalqına və Qarabağın füsunkar təbiətinə dəyən maddi və mənəvi zərərə görə Ermənistan dövlətinin təzminat ödəməsi üçün hüquqi tədbirlərin həyata keçirilməsinə;
3. Azərbaycan hökümətini işqaldan azad edilmiş ərazilərdə təbii resursların istismarı  üzrə bağlanmış müqavilələrin açıqlanmasını və onun ictimaiyyət üçün əlçatanlığını təmin etməyə, müqavilələrin şərtləri barədə ictimayətə geniş informasiya verməyə, eləcə də  bu sazişlərin icra vəziyyətinin  monitorinqi  üçün QHT-lərin fəaliyyətinə şərait yaratmağa; 
4. İşqaldan azad edilmiş ərazilərdə mədən hasilatı ilə  məşğul olan şirkətlərə, xüsusən yeni müqavilə bağlamış qardaş Türkiyənin “Eti Bakır A.Ş.” şirkətinə və “Artvin Maden A.Ş.” şirkətinə, eyni zamanda, “ Anglo Asian Mining” şirkətinə beynəlxalq şəffaflıq standartları çərçivəsində fəaliyyət qurmaq, ətraf mühitin mühafizəsini təmin etmək, bu sektorda şəffaflığın və hesabatlılığın təmin olunması üçün vətəndaş cəmiyyəti ilə birgə səy göstərməyə və əməkdaşlıq  etməyə çağırır.
Ictimai Birliklərin Mədən sənayesində Şəffaflığın Artırılması  Koalisiyası
 
15 yanvar 2022-ci il
 
İstinadlar:
//www.globalgoldcorp.com/docs/20110601_ArmeniaMiningJournal.pdf
//www.globalgoldcorp.com/docs/20171000-GGC-Corporate-Presentation.pdf
//www.azernews.az/features_and_opinions/175150.html
//www.nkrusa.org/business_economy/major_investments.shtml
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
21:29, Bu gün
"Anderlext"in baş məşqçisi istefa verib
21:28, Bu gün
Almaniyada pandemiya ilə bağlı ölkəyə giriş qaydaları yumşaldılır
21:26, Bu gün
Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib
20:54, Bu gün
TÜRKPA qlobal erməni şəbəkəsinin dezinformasiya siyasətinə qarşı birləşir - Zahid Oruc
20:51, Bu gün
"Türkiyə diplomatları öz həyatlarını riskə ataraq çoxsaylı yəhudiləri xilas edib"
20:07, Bu gün
BDU-da “Azərbaycan” qəzetinin 1918-1919-cu illərdə latın qrafikası ilə nəşr olunmuş materiallarının müzakirəsi keçirilib
20:06, Bu gün
Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
20:02, Bu gün
Ceyhun Bayramov: "TAP İtaliyanın qaza olan tələbatının 20-25 %-ni ödəyə bilər"
20:01, Bu gün
Putin: "Rusiyada inflyasiyanın artması Ukraynadakı əməliyyatlarla bağlı deyil"
19:59, Bu gün
Hərbi hissəni özbaşına tərk edən əsgər barəsində cinayət işi başlanılıb - RƏSMİ
19:58, Bu gün
"Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır"
19:57, Bu gün
Azərbaycan XİN başçısı: "Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur"
19:47, Bu gün
BDU rektoru və “İçərişəhər” Qoruğu İdarəsinin İH sədri arasında görüş keçirilib
19:44, Bu gün
Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
19:13, Bu gün
“Bakıdakı “Razin dağı” Rusiya xofunu gücləndirmək üçün uydurulmuş sovet mifi idi…”
19:07, Bu gün
“Şuşadan şəhid yoldaşımın məzarına torpaq gətirdim...”
18:50, Bu gün
Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyi açıqlanıb
18:49, Bu gün
Azərbaycan hərbi pilotları "Anadolu Qartalı-2022"də şərti xilasetmə əməliyyatlarını yerinə yetirib
18:47, Bu gün
"Putin Baydenlə Consonun onu qatil və hərbi cinayətkar adlandırmasından təşvişə düşüb..."
18:46, Bu gün
İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər
18:45, Bu gün
Sudan lideri Prezident İlham Əliyevi təbrik edib
18:44, Bu gün
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə gedib
18:38, Bu gün
İlkin Süleymanov məhkəməsində öz vəkillərinin suallarını cavablandırıb
18:38, Bu gün
Altıgünlük məktəblərdə mayın 30-u iş günüdür
18:33, Bu gün
Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
18:21, Bu gün
Zelenski: “Ukrayna Çinin siyasətindən razıdır”
18:16, Bu gün
İranda çökən binanın dağıntıları əliyalın xalq tərəfindən təmizlənir - VİDEO
18:12, Bu gün
Almaniya bütün sakinlərin Qarabağa qayıtmasını dəstəkləyir
18:10, Bu gün
Yair Lapid: “İsrail Türkiyəni sevir”
18:00, Bu gün
"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO
17:58, Bu gün
"Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir"
17:55, Bu gün
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib - FOTO
17:54, Bu gün
"Biz Rusiyanın bir parçası, federasiyanın tamhüquqlu subyekti olmaq istəyirik..."
17:53, Bu gün
"Müxalifət vətəndaşlardan dəstək almadığı üçün intiqam alır" - Paşinyan
17:50, Bu gün
ABŞ-ın iki şəhərində 28 May tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edildi - FOTO
17:45, Bu gün
İnvestisiya şirkətinin direktoru: “ABŞ Rusiyanı süni defolta məcbur edir”
17:35, Bu gün
Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”
17:29, Bu gün
Həyətində 13 kiloqram çətənə yetişdirən şəxs SAXLANILDI - FOTO
17:25, Bu gün
Elza Seyidcahanla jurnalist arasında MÜBAHİSƏ: “Camaatdan niyə pul yığırsan?” - VİDEO
17:25, Bu gün
Selçuk Bayraktar: "Yüksək texnologiyalara maraq göstərən ölkələr daim azad olub"
17:19, Bu gün
Dövlət katibi: "ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək"
17:15, Bu gün
Kuleba: “Çətin ki, Qərb güc tətbiq etməklə Rusiyanın dəniz blokadasını açmağa cəsarət edə”
17:13, Bu gün
99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki sinxronluq: Ukrayna ilə bağlı təhlükəli PLAN – TƏHLİL
17:04, Bu gün
Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək
17:00, Bu gün
Türkiyə səfiri Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
16:52, Bu gün
"Biz dinc ukraynalıların həyatını qoruyuruq, yalnız hərbi obyektlərə dəqiq zərbələr endiririk"
16:50, Bu gün
Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən AÇIQLAMA: “İtməmişəm”
16:47, Bu gün
“Hayastan” fondu Xocalı ərazisinə köçmüş ermənilər üçün  211 ev tikir…-FOTOLAR
16:46, Bu gün
Selçuk Bayraktar: "TEKNOFEST-Azərbaycan"a bu qədər maraq gözləmirdik"
16:45, Bu gün
Azərbaycan-Türkiyə qardaşlığı: 4 helikopterdən “F-16”ya, “Bayraktar”a, Şuşayadək - ŞƏRH
16:36, Bu gün
Münəvvər Əliyeva: “Ad günü mənə vida məqamını xatırladır...”
16:31, Bu gün
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
16:25, Bu gün
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib
16:25, Bu gün
"Şarl Mişel də bilməmiş deyil ki, Ermənistan Rusiyasız heç bir qərar qəbul edə bilməz"
16:11, Bu gün
Məşhur müğənni Ukraynaya görə Moskvadan deportasiya olunur
16:07, Bu gün
“Hacıbala dövlət adından çıxarılan məhkəmə qətnamələrini zibil qutusuna atıb...”
16:06, Bu gün
Şahin Mustafayevi Ermənistanda niyə müzakirə edirlər? - MARAQLI SƏBƏBLƏR
16:02, Bu gün
Avropa komissarı Aİ-nin Rusiya qazından asılılığını xəsisliyin nəticəsi adlandırıb
16:02, Bu gün
"Müəllimlərdən fərqli olaraq, din xadimləri üçün sertfikasiya deyil, attestasiya nəzərdə tutulub"
15:56, Bu gün
BDU-da elmi informasiyanın idarə olunmasında məlumat bazalarının roluna dair seminar
15:51, Bu gün
BDU Elmi Kitabxanasının direktoru akademik kitabxanaların fəaliyyətinə dair vebinarda iştirak edib
15:49, Bu gün
"Siz rus xalqının düşməni, xain və qatilsiniz, cəhənnəm odunda yanacaqsınız..."
15:45, Bu gün
UNEC-in nümayəndə heyəti Yunanıstanın Qərbi Makedoniya Universitetində mübadilədə olublar
15:42, Bu gün
Bakı metrosu iş rejimini dəyişəcək - SƏBƏB
15:39, Bu gün
"Azəriqaz" İB -nin növbəti "Açıq mikrofon"u Cəlilabadda qurulacaq
15:33, Bu gün
Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - FOTO+VİDEO
15:32, Bu gün
Xalq yazıçısı Kamal Abdullanın gənclərlə görüşü keçirilib
15:29, Bu gün
BDU-nun Hüquq fakültəsinin bəzi dərsləri Əqli Mülkiyyət Agentliyində keçirilir
15:25, Bu gün
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” hakatonuna start verildi - FOTO
15:24, Bu gün
Putinin adını daşıyan zirvəyə Ukraynanın bayrağı sancıldı - VİDEO
15:21, Bu gün
"Bürc Xəlifə" binasının iki qatı boyda meteorit sürətlə Yerə yaxınlaşır - NASA vaxtı açıqladı
15:16, Bu gün
"Bəşəriyyət bu savaşdan sağ çıxmaya bilər..."
15:11, Bu gün
Azərbaycanda referendum olacaq? - Spekulyasiyalar və əlamətlər artır
15:08, Bu gün
“İndikilər kimi məni efirlər məşhurlaşdırmayıb, tər tökmüşəm...”
15:06, Bu gün
Səfir: "Azərbaycan düyünün 70%-ni Hindistandan idxal edir"
15:02, Bu gün
Azaraq Azərbaycan ərazisinə keçmiş erməni əsgər geri qaytarılacaq
14:55, Bu gün
Lalə Azərtaş “Ərin ayağının suyunu içmək” fikrinə aydınlıq gətirdi - VİDEO
14:52, Bu gün
Daşnakların lideri Saqatelyan: "Elə bir gün gələcək ki..."
14:50, Bu gün
Vahid Əhmədov: "İnfilyasiyadan istifadə edənlər var"
14:42, Bu gün
Ermənistanın son tələbi də ƏLİNDƏN ALINIR - Moskvanın PLANI NƏDİR?
14:38, Bu gün
“Paşinyan hakimiyyətdən gedə bilər, amma..." - Norikyan
14:36, Bu gün
Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub
14:34, Bu gün
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI - FOTO
14:31, Bu gün
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə artıb
14:27, Bu gün
Azərbaycanda 18 yaşlı qızdan sevgilisi ilə ŞOK addım
14:24, Bu gün
BMT: “Ukraynadakı müharibə 70-dən çox ölkədə böhran və defolta səbəb ola bilər”
14:14, Bu gün
Professordan meymunçiçəyi ilə bağlı şok açıqlama: "Almaniya hazırlıqlara başlayıbsa..."
14:09, Bu gün
Nazir: "Neftin büdcə qiymətini aşağı götürmək siyasəti davam etdiriləcək"
14:07, Bu gün
Samir Şərifov: "Azərbaycanda qazın qiyməti heç nədir"
14:05, Bu gün
Əmlak Komitəsi işçisinin yarım milyonluq mülk "alveri"... – İnanılmaz təfərrüat
14:03, Bu gün
Sakinlər narazıdır: Mərkəzi parkı su basır - REAKSİYA
13:59, Bu gün
“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?
13:56, Bu gün
Azərbaycanda baş verən yüksək inflyasiyanın səbəbləri açıqlanıb
13:56, Bu gün
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
13:54, Bu gün
“Mənim üçün sanki yeni bir həyat başlayıb, Şuşaya növbəti dəfə səfərimiz var...”
13:43, Bu gün
Rusiyadakı erməni lobbisinin sülh danışıqlarında təxribat cəhdləri - VİDEO
13:41, Bu gün
Roman Boçkala: “Ukraynada kvazihökumət mövcud deyil, bizim hərbçilər əmrləri yerinə yetirir”
13:39, Bu gün
Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb - FOTO
13:30, Bu gün
KİV: “Azərbaycanın PUA-lardan istifadə etməsi dünyada onlara marağı artırdı”
13:24, Bu gün
Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək
GÜNLÜK
24 May 2022 | 22:47
"Xoşbəxtəm ki, taleyimi belə bir qadınla bağlamışam və onunla çox yaşamaq istəyirəm"
24 May 2022 | 21:57
AKINCI-nın HHQ-nin pilotsuz aviasiya parkına daxil edilməsi ehtimalı yüksəkdir - Hərbi ekspert
24 May 2022 | 22:18
"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."
03:12, Bu gün
“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram"
00:15, Bu gün
“O mahnılar artıq efirlərə çıxmayacaq, buna çox az qalıb...” - FOTOLAR
00:40, Bu gün
"Qolfstrim" yoxa çıxacaq, Asiya və Afrika yaşıl düzənliyə çevriləcək, səhralarsa..."
24 May 2022 | 23:33
"Əgər sizin hər hansı xəstəliyiniz yoxdursa, necə qocalmağınız özünüzdən asılıdır"
24 May 2022 | 23:37
Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər
24 May 2022 | 23:42
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
08:53, Bu gün
Rusiya oliqarxları paralarını Ukraynaya yatırmağa hazırdır...-Bir şərtlə...
HƏFTƏLİK
23 May 2022 | 11:24
Prezident İlham Əliyev Roma Papasına təbrik məktubu ünvanlayıb
19 May 2022 | 22:24
“Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...”
24 May 2022 | 00:44
“Həyat yoldaşım səhnədə hamının yanında mənə verilən gülü başıma çırpıb dedi ki..."
20 May 2022 | 11:09
"Əğər Milli Məclisin müdafiə komitəsinin sədri biz hərbçilərin müdafiəsinə qalxmırsa..."
22 May 2022 | 22:45
Əsgərlər döyüşməkdən imtina edir, "İsgəndər" raketləri qurtarıb, Çin ratsiyaları şifrələmir...
21 May 2022 | 00:39
Bakının mərkəzi küçəsində olay - aktyora sillə vurdu, işə polis qarışdı... - FOTOLAR
20 May 2022 | 19:19
"Rusiya-1"də qalmaqal: "Gerçəklikdən çıxış etməsək, tarix bizim dərsimizi verəcək..."
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
21 May 2022 | 21:56
SSRİ- nin sonuncu rəhbəri necə yaşayır?
19 May 2022 | 17:52
“Putini kəsdilər və bu, hələ son deyil... -O, artıq Türkiyəyə uçmayacaq...”-VİDEO
AYLIQ
24 May 2022 | 22:47
"Xoşbəxtəm ki, taleyimi belə bir qadınla bağlamışam və onunla çox yaşamaq istəyirəm"
24 May 2022 | 21:57
AKINCI-nın HHQ-nin pilotsuz aviasiya parkına daxil edilməsi ehtimalı yüksəkdir - Hərbi ekspert
24 May 2022 | 22:18
"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."
03:12, Bu gün
“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram"
00:15, Bu gün
“O mahnılar artıq efirlərə çıxmayacaq, buna çox az qalıb...” - FOTOLAR
00:40, Bu gün
"Qolfstrim" yoxa çıxacaq, Asiya və Afrika yaşıl düzənliyə çevriləcək, səhralarsa..."
24 May 2022 | 23:33
"Əgər sizin hər hansı xəstəliyiniz yoxdursa, necə qocalmağınız özünüzdən asılıdır"
24 May 2022 | 23:37
Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər
24 May 2022 | 23:42
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
08:53, Bu gün
Rusiya oliqarxları paralarını Ukraynaya yatırmağa hazırdır...-Bir şərtlə...