“Heç kim soruşmur ki, Rusiya niyə 20 Yanvara aid istintaq işinin 68 cildini vermir?..”
Oxunub: 5944
17 Jan 2022 | 21:11
“Heç kim soruşmur ki, Rusiya niyə 20 Yanvara aid istintaq işinin 68 cildini vermir?..”
“20 Yanvara beynəlxalq cinayət hadisəsi kimi sırf hüquqi cəhətdən yanaşmaq hələ mümkün olmayıb...”
 
“Əslində 20 YANVAR  xalqımızın müstəqilliyimizə qoyduğu abidədir…”
 
20 Yanvar qətliamının artıq 32-ci ildönümünü yaşayırıq.  Bir qərinəlik zaman kəsimində Sovet-Rusiya imperiyasının törətdiyi bu ümimxalq faciəsinin  hələ də qaranlıq məqamları çözülməmiş, sifarişçi, təşkilatçı və icraçıları cəzasız qalmaqdadır.  Bu gün, sadəcə, ərazicə  kiçilmiş və adı, cildi dəyişmiş eyni imperiya postsovet məkanında, o cümlədən Azərbaycan torpaqlarında da müxtəlif məkrli oyunlar törətməkdə davam edir. Və nə qədər ki, Kremlin keçmiş işğal, soyqırım və fitnələrinə hüquqi qiymətlər verərək onların nəticələrinə nail olmamışıq, bugünkü işlərinə də lazımi təpki göstərə bilməyəcəyik…
 
Dəyərli mərhum həmkarımız, Müstəqil Siyasətçilər Hərəkatının rəhbəri olmuş Qeyrət Quliyev 7 fevral 1997-ci ildə “Təzadlar” qəzetində dərc etdiyi “20 Yanvar 7 ildən sonra(təzadların dərdləşməsi)” məqaləsində Qara Yanvar faciəsinə özünəməxsus qiymət verib.  
 
Məqalənin bu gün üçün də hələ aktual olduğunu nəzərə alaraq kiçik ixtisarla Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
"20 Yanvar - 7 ildən sonra...
(Təzadların dərdləşməsi) 
 
 
Dəxli olmayan haşiyə:
 
Məmləkətimiz elə bir ölkədir ki,  burada etdiyi cinayətə görə tutulacağını hiss edənlər siyasətə baş vururlar. Niyə? Ən azı, “siyasətçi” kimi həbs edilərək ictimai rəydə qalmaq şansı var... Belələri bu gün də yox deyil...
 
Təzadlarla dolu 20 YANVARın təzadları elə həmin gündən başlanmışdı.  Məsələn, xalq hərəkatının liderləri elə həmin gün xalqdan ayrılaraq sağ-salamat qurtarmışdılar. Tarix yüzlərlə misallar bilir ki, liderlər xalqın önündə duraraq həlak olublar. 7 ildən çox vaxt keçib, amma getdikcə həmin günün təzadları azalmaq əvəzinə çoxalır. Və əlbəttə, bu, bir tərəfdən dəlillərin aşkarlanmasıyla bağlıdır. Digər tərəfdən isə belə hadisələr bəlkə də heç vaxt qısa zaman kəsiyində dərk edilə, açıla bilməz.  Belə vəziyyət həm də 20 Yanvarı “zəncirləyən” bəzi şəxslərin vəzifədə olmaları ilə bağlıdır... Çox böyük maneə avantürizmdir...
 
Bu günə qədər 20 Yanvara münasibətdə iqtidarlarla xalq olan hissənin arasında çox böyük bir təzad var. Bütün iqtidarların bütün özünü siyasətçi hesab edənləri həmin günə siyasi qiymət verdiklərinə əmindirlər. Əlbəttə, bu, zəruridir. Amma heç bir iqtidar bundan o tərəfə keçməyib və keçmək də istəməyib. Niyə? Çünki onların nümayəndələri də barmaqlıqlar arasına düşə bilərdi. Xalq isə siyasi qiymətdən daha çox, günahkarların cəzalandırılacağı günü gözləyib və hələ də görməyib. Əminəm, hələ uzun müddət görməyəcək də. 20 Yanvara beynəlxalq cinayət hadisəsi kimi sırf hüquqi cəhətdən yanaşmaq hələ mümkün olmayıb...
 
Başqa bir təzad  20 Yanvar haqqında ictimai rəyin siyasi konyukturanın təsiri ilə formalaşdırılmasındadır. Əslində total iqtidar dəyişiklikləri bu hadisəyə münasibətdə ictimai rəyi azdırmaqla məşğul olub. Elə ki, ictimai rəy müstəqilləşərək hadisənin mahiyyətinə varmaq ərəfəsində olub, o saat ya iqtidar, ya müxalifət tərəfindən ona şok təsiri bağışlayan “dəlil”lər tuşlanıb...
 
20 Yanvarı abstraktlaşdırırlar, mücərrəd 20 Yanvar obrazı yaradırlar. Belə getsə, ancaq sözçülük qala bilər... Soruşaq görək bu 8 ilə keçiddə nə aydınlaşıb, nə qaranlıqlaşıb? Nisbət sonuncunun  xeyrinədir. 20  Yanvarı özününküləşdirirlər. Özü də ona dəxli olmayanlar... 
 
Yalançı əlillər əmələ gəlib.  Və ən müxtəlif yalançı “20 yanvar”çılar. Onların arxasında, sağında-solunda, yeri gələndə qabağında durub siyasi, iqtisadi, hətta mənəvi-əxlaqi bizneslə məşğul olanlar yetərincədir. Çoxlarının tanıdığı(televiziya, qəzetlər onu çox təbliğ ediblər) bir həyasız, yalançı “20 yanvar”çını mən də tanıyıram.  İddia edir ki, tank onun pəncəsinin üstündən keçib. Və indi hədsiz bahalı çəliklə yalandan axsayır. Yeri gələndə istənilən idarədə hay-küy salıb tir-tap ola bilər. Lazım olanı qoparıb ayağa qalxır. Onun biznesi şaxələnib, dəin köklər salıb.  Himayəçiləri dövlət aparatındadır...
 
Həqiqi 20 Yanvarçılar isə unutdurulur. Onlara məlum idarələrdə deyirlər ki,  mən səni tankın qabağına göndərməmişəm və sairə və ilaxır. Bezikdirə-bezikdirə onları itələyib salırlar həyatın dibinə.  20 Yanvar nəsli planlı və məqsədyönlü şəkildə yetişdirilmir. Belə bir nəsil isə müstəqil dövlətimizə mütləq lazımdır. Əslində 20 YANVAR  xalqımızın müstəqilliyimizə qoyduğu abidədir.  Bu abidənin paklığı qorunmalıdır... 
 
Bu yaxınlarda 9 Aprel Tiflis faciəsinin “qəhrəmanı” general İqor Rodionov (1988-1989-cu illərdə  SSRİ  Zaqafqaziya hərbi dairəsinin  komandanı, Tiflisin komendantı 1989-cu il aprelin 9-da Tiflisdə dinc insanları qətlə yetirən sovet-rus hərbçilərinə komandanlıq edib-S.L.)  20 Yanvar şəhidlərinin uyuduğu Xiyabanı “ziyarət” edəndə canımdan nifrət, intiqam qarışıq üşütçə keçdi: “Urus öldürüb, özü də gül qoyur...”  Bəli kimlərsə Şəhidlər Xiyabanına  buraxılmamalıdır. Kimlərsə etiraflar etməklə aman diləmək üçün gəlməlidir ki, bu epizodlar vasitəsilə xalqımızın hissindən keçib şüuruna təsir edə bilək... 
 
20 Yanvardan cəmiyyəti parçalamaq üçün istifadə edirlər. Hər “siyasətçi” dəstə kəsib doğruyur. Kəsib-doğratdıranlarla  kəsilib-doğrananlar arasında narazılıq ziddiyyət həddinə çatır.  Həqiqi günahkarları pərdələmək üçün guya gediş edilir.  Təzada bax ha - M.Qorbaçov günahkardır, amma Y.Primakov yox. Və ya Yazov günahkardır, amma o vaxt Bakıda xüsusi qəddarlığıyla seçilmiş  A.Lebed yox. Zamana ehtiyacı olan(həll edilmək mənasında) təzaddır və zamanın təzadıdır. Heç kim soruşmur ki, Rusiya niyə istintaq işinin 68 cildini vermir?.. 
 
Beləliklə, süni və təbii yaranan 20 Yanvar təzadlarının  bir qisminə diqqətinizi çəkdik ki, birlikdə düşünək. Və baxaq görək ki,  20 Yanvarın sonrakı hadisələrə axı nə dəxli var? Hər şey Bakının işğalından başladımı açılışmağa? Elə həmin o Bakıda 8 fevral  1806-cı ildə  Sisianovun qarnına xəncər soxulmamışdı? O xəncər necə oldu? O xalq haradadır?  Sualları uzatmaq olar, amma onsuz da cavablar... Bu o demək deyil ki, əbədi olaraq...”
 
Təqdim etdi: 
Sultan Laçın  
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
21:29, Bu gün
"Anderlext"in baş məşqçisi istefa verib
21:28, Bu gün
Almaniyada pandemiya ilə bağlı ölkəyə giriş qaydaları yumşaldılır
21:26, Bu gün
Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib
20:54, Bu gün
TÜRKPA qlobal erməni şəbəkəsinin dezinformasiya siyasətinə qarşı birləşir - Zahid Oruc
20:51, Bu gün
"Türkiyə diplomatları öz həyatlarını riskə ataraq çoxsaylı yəhudiləri xilas edib"
20:07, Bu gün
BDU-da “Azərbaycan” qəzetinin 1918-1919-cu illərdə latın qrafikası ilə nəşr olunmuş materiallarının müzakirəsi keçirilib
20:06, Bu gün
Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
20:02, Bu gün
Ceyhun Bayramov: "TAP İtaliyanın qaza olan tələbatının 20-25 %-ni ödəyə bilər"
20:01, Bu gün
Putin: "Rusiyada inflyasiyanın artması Ukraynadakı əməliyyatlarla bağlı deyil"
19:59, Bu gün
Hərbi hissəni özbaşına tərk edən əsgər barəsində cinayət işi başlanılıb - RƏSMİ
19:58, Bu gün
"Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır"
19:57, Bu gün
Azərbaycan XİN başçısı: "Ukraynadakı vəziyyət çox böyük narahatlıq doğurur"
19:47, Bu gün
BDU rektoru və “İçərişəhər” Qoruğu İdarəsinin İH sədri arasında görüş keçirilib
19:44, Bu gün
Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
19:13, Bu gün
“Bakıdakı “Razin dağı” Rusiya xofunu gücləndirmək üçün uydurulmuş sovet mifi idi…”
19:07, Bu gün
“Şuşadan şəhid yoldaşımın məzarına torpaq gətirdim...”
18:50, Bu gün
Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyi açıqlanıb
18:49, Bu gün
Azərbaycan hərbi pilotları "Anadolu Qartalı-2022"də şərti xilasetmə əməliyyatlarını yerinə yetirib
18:47, Bu gün
"Putin Baydenlə Consonun onu qatil və hərbi cinayətkar adlandırmasından təşvişə düşüb..."
18:46, Bu gün
İbrahimoviç ağır zədəyə görə karyerasını bitirə bilər
18:45, Bu gün
Sudan lideri Prezident İlham Əliyevi təbrik edib
18:44, Bu gün
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə gedib
18:38, Bu gün
İlkin Süleymanov məhkəməsində öz vəkillərinin suallarını cavablandırıb
18:38, Bu gün
Altıgünlük məktəblərdə mayın 30-u iş günüdür
18:33, Bu gün
Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq
18:21, Bu gün
Zelenski: “Ukrayna Çinin siyasətindən razıdır”
18:16, Bu gün
İranda çökən binanın dağıntıları əliyalın xalq tərəfindən təmizlənir - VİDEO
18:12, Bu gün
Almaniya bütün sakinlərin Qarabağa qayıtmasını dəstəkləyir
18:10, Bu gün
Yair Lapid: “İsrail Türkiyəni sevir”
18:00, Bu gün
"Azəriqaz" rəsmiləri Lənkəranda vətəndaşlarla görüşdü - FOTO
17:58, Bu gün
"Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir"
17:55, Bu gün
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib - FOTO
17:54, Bu gün
"Biz Rusiyanın bir parçası, federasiyanın tamhüquqlu subyekti olmaq istəyirik..."
17:53, Bu gün
"Müxalifət vətəndaşlardan dəstək almadığı üçün intiqam alır" - Paşinyan
17:50, Bu gün
ABŞ-ın iki şəhərində 28 May tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edildi - FOTO
17:45, Bu gün
İnvestisiya şirkətinin direktoru: “ABŞ Rusiyanı süni defolta məcbur edir”
17:35, Bu gün
Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”
17:29, Bu gün
Həyətində 13 kiloqram çətənə yetişdirən şəxs SAXLANILDI - FOTO
17:25, Bu gün
Elza Seyidcahanla jurnalist arasında MÜBAHİSƏ: “Camaatdan niyə pul yığırsan?” - VİDEO
17:25, Bu gün
Selçuk Bayraktar: "Yüksək texnologiyalara maraq göstərən ölkələr daim azad olub"
17:19, Bu gün
Dövlət katibi: "ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək"
17:15, Bu gün
Kuleba: “Çətin ki, Qərb güc tətbiq etməklə Rusiyanın dəniz blokadasını açmağa cəsarət edə”
17:13, Bu gün
99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki sinxronluq: Ukrayna ilə bağlı təhlükəli PLAN – TƏHLİL
17:04, Bu gün
Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək
17:00, Bu gün
Türkiyə səfiri Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
16:52, Bu gün
"Biz dinc ukraynalıların həyatını qoruyuruq, yalnız hərbi obyektlərə dəqiq zərbələr endiririk"
16:50, Bu gün
Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən AÇIQLAMA: “İtməmişəm”
16:47, Bu gün
“Hayastan” fondu Xocalı ərazisinə köçmüş ermənilər üçün  211 ev tikir…-FOTOLAR
16:46, Bu gün
Selçuk Bayraktar: "TEKNOFEST-Azərbaycan"a bu qədər maraq gözləmirdik"
16:45, Bu gün
Azərbaycan-Türkiyə qardaşlığı: 4 helikopterdən “F-16”ya, “Bayraktar”a, Şuşayadək - ŞƏRH
16:36, Bu gün
Münəvvər Əliyeva: “Ad günü mənə vida məqamını xatırladır...”
16:31, Bu gün
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
16:25, Bu gün
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib
16:25, Bu gün
"Şarl Mişel də bilməmiş deyil ki, Ermənistan Rusiyasız heç bir qərar qəbul edə bilməz"
16:11, Bu gün
Məşhur müğənni Ukraynaya görə Moskvadan deportasiya olunur
16:07, Bu gün
“Hacıbala dövlət adından çıxarılan məhkəmə qətnamələrini zibil qutusuna atıb...”
16:06, Bu gün
Şahin Mustafayevi Ermənistanda niyə müzakirə edirlər? - MARAQLI SƏBƏBLƏR
16:02, Bu gün
Avropa komissarı Aİ-nin Rusiya qazından asılılığını xəsisliyin nəticəsi adlandırıb
16:02, Bu gün
"Müəllimlərdən fərqli olaraq, din xadimləri üçün sertfikasiya deyil, attestasiya nəzərdə tutulub"
15:56, Bu gün
BDU-da elmi informasiyanın idarə olunmasında məlumat bazalarının roluna dair seminar
15:51, Bu gün
BDU Elmi Kitabxanasının direktoru akademik kitabxanaların fəaliyyətinə dair vebinarda iştirak edib
15:49, Bu gün
"Siz rus xalqının düşməni, xain və qatilsiniz, cəhənnəm odunda yanacaqsınız..."
15:45, Bu gün
UNEC-in nümayəndə heyəti Yunanıstanın Qərbi Makedoniya Universitetində mübadilədə olublar
15:42, Bu gün
Bakı metrosu iş rejimini dəyişəcək - SƏBƏB
15:39, Bu gün
"Azəriqaz" İB -nin növbəti "Açıq mikrofon"u Cəlilabadda qurulacaq
15:33, Bu gün
Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - FOTO+VİDEO
15:32, Bu gün
Xalq yazıçısı Kamal Abdullanın gənclərlə görüşü keçirilib
15:29, Bu gün
BDU-nun Hüquq fakültəsinin bəzi dərsləri Əqli Mülkiyyət Agentliyində keçirilir
15:25, Bu gün
“TEKNOFEST Azərbaycan” çərçivəsində “Smart Qarabağ” hakatonuna start verildi - FOTO
15:24, Bu gün
Putinin adını daşıyan zirvəyə Ukraynanın bayrağı sancıldı - VİDEO
15:21, Bu gün
"Bürc Xəlifə" binasının iki qatı boyda meteorit sürətlə Yerə yaxınlaşır - NASA vaxtı açıqladı
15:16, Bu gün
"Bəşəriyyət bu savaşdan sağ çıxmaya bilər..."
15:11, Bu gün
Azərbaycanda referendum olacaq? - Spekulyasiyalar və əlamətlər artır
15:08, Bu gün
“İndikilər kimi məni efirlər məşhurlaşdırmayıb, tər tökmüşəm...”
15:06, Bu gün
Səfir: "Azərbaycan düyünün 70%-ni Hindistandan idxal edir"
15:02, Bu gün
Azaraq Azərbaycan ərazisinə keçmiş erməni əsgər geri qaytarılacaq
14:55, Bu gün
Lalə Azərtaş “Ərin ayağının suyunu içmək” fikrinə aydınlıq gətirdi - VİDEO
14:52, Bu gün
Daşnakların lideri Saqatelyan: "Elə bir gün gələcək ki..."
14:50, Bu gün
Vahid Əhmədov: "İnfilyasiyadan istifadə edənlər var"
14:42, Bu gün
Ermənistanın son tələbi də ƏLİNDƏN ALINIR - Moskvanın PLANI NƏDİR?
14:38, Bu gün
“Paşinyan hakimiyyətdən gedə bilər, amma..." - Norikyan
14:36, Bu gün
Şimali Koreyada üç milyondan çox insan naməlum xəstəliyə yoluxub
14:34, Bu gün
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI - FOTO
14:31, Bu gün
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə artıb
14:27, Bu gün
Azərbaycanda 18 yaşlı qızdan sevgilisi ilə ŞOK addım
14:24, Bu gün
BMT: “Ukraynadakı müharibə 70-dən çox ölkədə böhran və defolta səbəb ola bilər”
14:14, Bu gün
Professordan meymunçiçəyi ilə bağlı şok açıqlama: "Almaniya hazırlıqlara başlayıbsa..."
14:09, Bu gün
Nazir: "Neftin büdcə qiymətini aşağı götürmək siyasəti davam etdiriləcək"
14:07, Bu gün
Samir Şərifov: "Azərbaycanda qazın qiyməti heç nədir"
14:05, Bu gün
Əmlak Komitəsi işçisinin yarım milyonluq mülk "alveri"... – İnanılmaz təfərrüat
14:03, Bu gün
Sakinlər narazıdır: Mərkəzi parkı su basır - REAKSİYA
13:59, Bu gün
“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?
13:56, Bu gün
Azərbaycanda baş verən yüksək inflyasiyanın səbəbləri açıqlanıb
13:56, Bu gün
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
13:54, Bu gün
“Mənim üçün sanki yeni bir həyat başlayıb, Şuşaya növbəti dəfə səfərimiz var...”
13:43, Bu gün
Rusiyadakı erməni lobbisinin sülh danışıqlarında təxribat cəhdləri - VİDEO
13:41, Bu gün
Roman Boçkala: “Ukraynada kvazihökumət mövcud deyil, bizim hərbçilər əmrləri yerinə yetirir”
13:39, Bu gün
Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb - FOTO
13:30, Bu gün
KİV: “Azərbaycanın PUA-lardan istifadə etməsi dünyada onlara marağı artırdı”
13:24, Bu gün
Azərbaycan-Ermənistan sərhəd komissiyalarının ikinci görüşü gələn həftə keçiriləcək
GÜNLÜK
24 May 2022 | 22:47
"Xoşbəxtəm ki, taleyimi belə bir qadınla bağlamışam və onunla çox yaşamaq istəyirəm"
24 May 2022 | 21:57
AKINCI-nın HHQ-nin pilotsuz aviasiya parkına daxil edilməsi ehtimalı yüksəkdir - Hərbi ekspert
24 May 2022 | 22:18
"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."
03:12, Bu gün
“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram"
00:15, Bu gün
“O mahnılar artıq efirlərə çıxmayacaq, buna çox az qalıb...” - FOTOLAR
00:40, Bu gün
"Qolfstrim" yoxa çıxacaq, Asiya və Afrika yaşıl düzənliyə çevriləcək, səhralarsa..."
24 May 2022 | 23:33
"Əgər sizin hər hansı xəstəliyiniz yoxdursa, necə qocalmağınız özünüzdən asılıdır"
24 May 2022 | 23:37
Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər
08:53, Bu gün
Rusiya oliqarxları paralarını Ukraynaya yatırmağa hazırdır...-Bir şərtlə...
24 May 2022 | 23:42
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
HƏFTƏLİK
23 May 2022 | 11:24
Prezident İlham Əliyev Roma Papasına təbrik məktubu ünvanlayıb
19 May 2022 | 22:24
“Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...”
24 May 2022 | 00:44
“Həyat yoldaşım səhnədə hamının yanında mənə verilən gülü başıma çırpıb dedi ki..."
20 May 2022 | 11:09
"Əğər Milli Məclisin müdafiə komitəsinin sədri biz hərbçilərin müdafiəsinə qalxmırsa..."
22 May 2022 | 22:45
Əsgərlər döyüşməkdən imtina edir, "İsgəndər" raketləri qurtarıb, Çin ratsiyaları şifrələmir...
21 May 2022 | 00:39
Bakının mərkəzi küçəsində olay - aktyora sillə vurdu, işə polis qarışdı... - FOTOLAR
20 May 2022 | 19:19
"Rusiya-1"də qalmaqal: "Gerçəklikdən çıxış etməsək, tarix bizim dərsimizi verəcək..."
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
21 May 2022 | 21:56
SSRİ- nin sonuncu rəhbəri necə yaşayır?
19 May 2022 | 17:52
“Putini kəsdilər və bu, hələ son deyil... -O, artıq Türkiyəyə uçmayacaq...”-VİDEO
AYLIQ
24 May 2022 | 22:47
"Xoşbəxtəm ki, taleyimi belə bir qadınla bağlamışam və onunla çox yaşamaq istəyirəm"
24 May 2022 | 21:57
AKINCI-nın HHQ-nin pilotsuz aviasiya parkına daxil edilməsi ehtimalı yüksəkdir - Hərbi ekspert
24 May 2022 | 22:18
"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."
03:12, Bu gün
“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram"
00:15, Bu gün
“O mahnılar artıq efirlərə çıxmayacaq, buna çox az qalıb...” - FOTOLAR
00:40, Bu gün
"Qolfstrim" yoxa çıxacaq, Asiya və Afrika yaşıl düzənliyə çevriləcək, səhralarsa..."
24 May 2022 | 23:33
"Əgər sizin hər hansı xəstəliyiniz yoxdursa, necə qocalmağınız özünüzdən asılıdır"
24 May 2022 | 23:37
Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər
08:53, Bu gün
Rusiya oliqarxları paralarını Ukraynaya yatırmağa hazırdır...-Bir şərtlə...
24 May 2022 | 23:42
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb