“Xəyanət və qorxaqlıq bu şəhərlərin sakinlərini xilas etmədi...”-ARAŞDIRMA
Oxunub: 3521
07 Dec 2021 | 09:49
“Xəyanət və qorxaqlıq bu şəhərlərin sakinlərini xilas etmədi...”-ARAŞDIRMA
“Moğolların Azərbaycan və orta Asiya üzərinə yürüşlərinin səbəbləri və ya tarix təkrarlanır...”
 
“Çingiz xanın Orta Asiyanı cəmi 2 ilə (1219–1221) fəth etməsinin başlıca səbəbi bəlkə də bu idi...”
 
Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin özünün “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında hazırladığı “Moğolların Azərbaycan və orta Asiya üzərinə yürüşlərinin səbəbləri və ya tarix təkrarlanır” başlıqlı yazısının III hissəsini təqdim edir:
 
"Xarəzmlə Yeke Moğol Ulusu arasında müharibənin formal səbəbi Çingiz xanın (1155–1227) Xarəzmşahlar dövlətinə göndərdiyi ticarət karvanının Otrar şəhərində qarət edilməsi, əvvəlcə tacirlərin, ardınca isə bunun səbəblərini aydınlaşdırmaq üçün gəlmiş moğol elçilərinin öldürülməsi olmuşdur. Birinci yazımızda qeyd etdik ki, dövlətlər arasında münasibətlərin formalarını həmin ölkələrin yerləşdikləri coğrafi-siyasi məkanların şərtləri müəyyənləşdirir. Amma, sözsüz ki, hər bir konkret halda artıq başlanmış prosesi sürətləndirən və onun nəticələrinə təsir göstərən digər amillər də mövcuddur.
 
Orta əsr salnaməçilərinin yazdıqlarına əsaslanan müasir tarixçilərin əksəriyyəti hesab edir ki, müharibənin əsas səbəbkarları Xarəzmşah Əlaəddin Muhəmmədlə (1169–1220) onun Otrar valisi İnalçık Kayır xan (1165–1220) idi. Belə bir fikir irəli sürülür ki, onlar bu əməli moğol tacirlərinin mallarına tamah saldıqlarına görə törətmişlər. Başqa ehtimala əsasən, moğolların hindli taciri Otrar valisi ilə hörmətsiz rəftar etmiş və İnalçık Kayır xan onun ədəbsiz davranışından qəzəblənərək tacirləri qətlə yetirmişdi. 
 
Amma təəssüf ki, üçüncü fərziyyə bir qədər diqqətdən kənarda qalmışdır. Belə ki, bəzi mənbələrə görə, tacirlərin və onları müşayiət edən moğolların əksəriyyəti kəşfiyyatçı olmuş, Otrar şəhərinin müdafiə qurğuları, oradakı hərbçilərin sayı, onların silahları, əhalinin dövlətə münasibəti barədə informasiya toplamış, camaat arasında müxtəlif şayiələr yaymışlar. Buna baxmayaraq tarixçilər günahın hamısını Xarəzm dövlətinin üzərinə atmışlar. Bir sözlə, göründüyü kimi, “qalibləri mühakimə etməzlər” qaydası bu halda da pozulmamışdır. Sözsüz ki, həmin hadisələrin bizə bu formada çatdırılmasının subyektiv səbəbləri də vardır. Ola bilsin ki, salnaməçilərin bir hissəsi Xəlifə ən-Nasir Abbasiyə (1158–1225) rəğbət bəsləmiş, digər hissəsinin isə Xarəzmşah Əlaəddin Muhəmmədə münasibəti mənfi olmuşdur. 
 
Lakin ədalət naminə vurğulamaq lazımdır ki, bəzi müsəlman tarixçiləri bacardıqları qədər obyektiv olmağa çalışmış, eşitdikləri məlumatları gizlətməmiş, onları öz əsərlərində əks etdirmişlər. 
 
Əli ibn Muhəmməd əl-Əsir (1160–1234): “Tatarların İslam ölkələrinə hücumu elə bir səbəblə izah olunur ki, onu kitabımızın səhifələrində qeyd edə bilmirik". Ancaq əsərinin başqa bir yerində o, öz fikrini daha aydın ifadə edir: "Əgər əcəmlərin (ərəb olmayanların) onun (Xəlifə ən-Nasirin) barəsində dedikləri məsələ, yəni (xəlifənin) tatarları İslam ölkələrinə hücuma təhrik etməsi və bu məqsədlə öz adamlarını onların (tatarların) yanına göndərməsi haqqında məlumatlar doğrudursa, deməli, o, ən dəhşətli cinayətlərdən də ağır bir cinayət törətmişdir.”
 
Əhməd ibn Əli əl-Məkrizi (1364–1442) Xəlifə ən-Nasirin moğollara yazdığı məktubdan bəhs edir: “Onun (ən-Nasirin) hakimiyyəti dövründə tatarlar Şərq ölkələrini viran etdilər. Hətta Həmədana gəlib çatdılar. Bunun səbəbi isə aşağıdakılar idi: Sultan Muhəmmədin vaxtı ilə Səlcuqilərin etdiyi kimi Bağdadı tutub Xarəzmşahlar dövlətinin paytaxtına çevirəcəyindən qorxduğu üçün (xəlifə) tatarlara məktub yazıb onları (müsəlman ölkələri ilə) müharibəyə təşviq etdi”.
 
Muhəmməd ibn Vasil (1207–1298) Xəlifə ən-Nasirin Çingiz xana müraciəti haqqında yazır: “Xarəzmşah Bağdada doğru hərəkət edəndə xəlifə tatarların hökmdarı Çingiz xana məktub göndərib onu Xarəzm üzərinə hücuma təhrik etdi”.
 
Bu hadisə Əbu-l-Fida İsmail ibn Əli (1273–1331), Sibt ibn əl-Cəvzi (1186–1256) və digər mənbələr tərəfindən də təsdiq edilmişdir.
 
Məsələnin məğzi bundan ibarət idi ki, 1218-ci ildə Xarəzmşah Əlaəddin Muhəmməd öz ölkəsinin imamlarını belə bir fətva verməyə razı salmışdı ki, Abbasilər sülaləsinin hakimiyyəti qeyri-qanuni və şəriətə ziddir, xilafət və imamət Həzrəti Əli ibn Əbu Talibin oğlu İmam Hüseynin nəslinin haqqıdır. Elə həmin ildən Xarəzmdə Xəlifə ən-Nasirin adına xütbə oxunması dayandırılmış, Əla əl-Mülk Tirmizi adlı bir seyid xəlifə elan edilmişdi.
 
 
Qeyd etmək lazımdır ki, Xarəzmşah Əlaəddin Muhəmməd nə qatı məzhəbçi idi, nə də dini fanatik. Sadəcə, Xəlifə ən-Nasirdən Xuzistan vilayətini istəmişdi. Xəlifə isə nəinki onun sözünü yerə salmışdı, həm də tələb etmişdi ki, xarəzmşah əlində olan İrandan da çıxıb yalnız Xarəzmlə kifayətlənsin.
 
Haşiyə: 
 
Şihabəddin Muhəmməd ibn Əhməd ən-Nəsəvi (?–1250) yazır: “Xəlifə ən-Nasirin göndərdiyi şeyx Xarəzmşahın qəbuluna girdi. Əlaəddin Muhəmməd onu salamladı. Şeyx bir hədis söyləyəcəyini bildirdi. Xarəzmşah əyləşərək hədisi dinlədi. Həmin hədisə əsasən, Muhəmməd Peyğəmbər demişdi ki, əmisi Abbasın nəsli ilə düşmənçilik heç kimə fayda gətirə bilməz və Abbasilərin ehtiramını saxlamaq hər bir müsəlmanın borcudur. Xarəzmşah şeyxi sonacan təmkinlə dinlədi və dedi: Mən türk olduğum üçün ərəb dilini bəlkə də kifayət qədər yaxşı bilmirəm. Amma hədisin mənasını anladım. Xəlifəyə çatdırın ki, bugünədək Abbasın bir törəməsini belə incitməmişəm. Lakin eşitdiyimə görə, ən-Nasirin sarayındakı zirzəmilərdə Abbas kişinin nəslindən olan xeyli sayda adam saxlanılır. Hətta, deyirlər ki, onlar həmin zirzəmilərdə dünyaya göz açır, oralarda artıb-törəyir və gün işığı görmədən ölüb gedirlər. Ey hörmətli şeyx, yaxşısı budur ki, bu mübarək hədisi Bağdada qayıdandan sonra xəlifə həzrətlərinə nəql et. Bəlkə, nəticə çıxarıb öz qohum-əqrəbası ilə daha mərhəmətli davranar”. 
 
 
Bütün bunlarla yanaşı, ədalət naminə onu da vurğulayaq ki, Abbasi xəlifəsi ən-Nasir Çingiz xana məktub yazıb onu müsəlman türklər üzərinə hücuma təhrik etməsəydi belə, Xarəzmşahlar imperiyası ilə Yeke Moğol Ulusu arasında müharibə mütləq baş verəcəkdi. Çünki hər bir dövlət yerləşdiyi coğrafi-siyasi məkanın şərtlərinə və tələblərinə tabe olmağa məcburdur. Bəs nəticəni necə, yəni moğolların qələbəsini də “alın yazısı” hesab edə bilərikmi? Bu suala qətiyyətlə yox demək olar. Savaşın taleyinə hansı amillərin təsir göstərdiyini müəyyənləşdirmək istəyiriksə, aşağıdakı məsələlərə aydınlıq gətirməliyik:
 
- Xəlifə ən-Nasir Çingiz xana yalnız məktub göndərib onu Xarəzm üzərinə hücuma təşviq etməklə kifayətlənmişdi, yoxsa moğollara həm də bu işdə kömək göstərmişdi? Axı Çingiz xan müsəlman deyildi ki, xəlifənin fətvasından, bir kağız parçasına yazdıqlarından ruhlansın! Ona yalnız real imkanlara malik olan bir müttəfiq lazım idi;
 
- Xarəzmə qarşı aparılan hərbi əməliyyatların gedişində hansısa qüvvə moğolları doğru və dolğun kəşfiyyat informasiyası ilə təmin etmiş, mülki əhalini və döyüşçüləri ruhdan salan şayiələr yaymış, düşmənin xeyrinə təbliğat aparmışdı. Bu fəaliyyət kimin tapşırığı ilə həyata keçirilmişdi? – Çingiz xanın təbəəliyini qəbul etmiş müsəlman uyğurların arasından olan tacirlər və səyyahlar, sözsüz ki, bu missiyanın  öhdəsindən tam şəkildə gələ bilməzdilər. Həmin işi keyfiyyətlə yerinə yetirmək üçün informasiya mənbələri birbaşa rəqibin sarayında, onun vəzirlərinin, böyük din xadimlərinin və sərkərdələrinin arasında olmalı idilər. Görünür, Çingiz xanın Orta Asiyanı cəmi 2 ilə (1219–1221) fəth etməsinin başlıca səbəbi də məhz budur. Müqayisə üçün qeyd edək ki, moğollar Cənubi Çini 44 il (1235–1279) sürmüş şiddətli bir müharibədən sonra istila etmişdilər. Onlar çox yaxşı bələd olduqları Şimali Çini 6 ilə (1209–1215) işğal etmiş, lakin müharibə 1234-cü ilədək uzanmışdı. Koreya ilə müharibə 28 il (1231–1259), Volqa Bulqarıstanı ilə savaş 10 il (1229–1239) çəkmişdi. Əgər rus knyazlarının xəyanəti və bulqar türklərinə arxadan vurduqları zərbələr olmasaydı, Bulqar–Moğol müharibəsi, şübhəsiz ki, daha bir neçə il davam edəcəkdi. Moğol ordusu Hindistanda (1221–1308), Yavada (1292), Vyetnamda (1257–1288) və Yaponiyada (1274, 1281) ağır məğlubiyyətlərə uğramışdı;
 
Qeyd:
 
Bununla yanaşı, xəyanət hallarının hamısını Xəlifə ən-Nasirin tərəfdarlarının ayağına yazmaq doğru olmazdı. Məsələn, ən-Nəsəvinin məlumatına əsasən, Xarəzm ruhanisi Bədr əd-Din əl-Amid Çingiz xanın tərəfinə ona görə keçmişdi ki, onun din xadimləri olmuş atasını və əmisini Xarəzmşah Əlaəddin Muhəmmədin əmri ilə edam etmişdilər. Amma, sözsüz ki, şəxsi motivlər əsasında düşmənlə əməkdaşlıq edən bir neçə nəfərin fəaliyyəti belə nəticələrə gətirib çıxara bilməzdi;
 
- Xarəzmin bir sıra istedadlı sərkərdəsi və dövlət xadimi savaş ərəfəsində və müharibənin gedişində ismaililər tərəfindən qətlə yetirilmişdir. Həmin dövrdə Abbasilərin ən yaxın müttəfiqi, nə qədər qəribə görünsə də, məhz Ələmutun İsmaili imamı idi. Ələmut ismaililərinin VI imamı III Həsən ibn Muhəmməd (1210–1221) Abbasilərin hakimiyyətini hələ 1211-ci ildə tanımışdı. Bu iki dövlətin ittifaqı az qala sonadək (ən azı 1255-ci ilədək) pozulmamış, əksinə, ildən-ilə daha da möhkəmlənmişdir;
 
- Xarəzmin iri şəhərlərinin əksəriyyəti və bəzi qoşun hissələri heç bir müqavimət göstərmədən təslim olmuş və düşmənin tərəfinə keçmişdilər. Məsələn, Səmərqənd şəhərinin və onun qarnizonunun kapitulyasiyasında din xadimlərinin “böyük zəhməti” olmuşdu. Xatırladaq ki, xarəzmşahın bütün cəhdlərinə baxmayaraq ölkə ruhanilərinin əksəriyyəti Abbasi xəlifəsi ən-Nasiri “möminlərin əmiri” hesab edirdi. Lakin xəyanət və qorxaqlıq nə həmin şəhərlərin sakinlərini, nə də silahlarını yerə qoymuş döyüşçüləri xilas etmişdi. Onların demək olar ki, hamısı ailələri ilə birlikdə moğollar tərəfindən qətlə yetirilmişdi. Çingiz xan bu şəhərlərdə yalnız nüfuzlu şeyxlərin bir hissəsinə və sənətkarlara aman vermişdi;
 
- moğollar İraqdan şərqdə yerləşən ölkələrin hamısını ələ keçirsələr də, 1237-ci ildə baş vermiş kiçik toqquşma istisna olmaqla, 1256-cı ilədək Abbasilər dövlətinə hücum etmədilər. Halbuki Bağdad çox zəngin olmaqla yanaşı, həm də zəif və köməksiz idi.      
Beləliklə, 1239-cu ildə Azərbaycan və İran, 1240-cı ildə isə indiki Rusiya torpaqları Yeke Moğol Ulusuna daxil oldu. Lakin qısa müddətdən sonra bu imperiya da parçalandı. Şimalda Qızıl Orda, cənubda isə İlxanlı dövlətləri quruldu və iki moğol xanlığı arasında qanlı müharibələr fasilələrlə 1262-ci ildən 1358-ci ilədək davam etdi. İranı və Azərbaycanı zəbt etmiş Əmir Teymurun 1395-ci ildə Qızıl Ordanı darmadağın etməsi ilə yeni sülh dövrü başlandı..."
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
 
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:07, Bu gün
Ermənilər Fransada cinayət törətdilər
22 Jan 2022 | 23:52
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
22 Jan 2022 | 23:47
Pərviz bu gündən “Survivor”a qoşuldu
22 Jan 2022 | 23:09
Alimlər insan ölümünü 3, 5 ilədək dəqiqliklə qabaqcadan proqnozlaşdırmağı ÖYRƏNDİ...
22 Jan 2022 | 23:00
Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
22 Jan 2022 | 22:59
Azərbaycanlı musiqiçi intihar etdi - FOTO
22 Jan 2022 | 22:15
Ərdoğan və Rəisi telefonla danışdılar
22 Jan 2022 | 21:59
Uşağın doğulmasından öncə valideynlərin cavab tapmalı olduğu 10 SUAL - MARAQLI 
22 Jan 2022 | 21:43
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ
22 Jan 2022 | 21:35
Qazaxıstan Nazarbayevin dağıdılmış abidəsini bərpa etməyi planlaşdırmır
22 Jan 2022 | 21:24
Paşinyan Putinə niyə zəng etdi? - “Göstərmək istəyir ki...”
22 Jan 2022 | 21:12
Gəncənin icra başçısı yeni rəis təyin etdi
22 Jan 2022 | 21:08
“Tərəf müqabili kimi qardaşım İlhamdan yoxdur”
22 Jan 2022 | 20:59
Bərdədə 31 yaşlı kişi güllələnib
22 Jan 2022 | 20:56
"Ukraynaya PUA tədarükünə görə Türkiyəni günahlandırmaq olmaz" - Akar
22 Jan 2022 | 20:41
Koronavirusdan daha qorxunc: peyvənd edilmədən bəşəriyyəti nə gözləyir- Bill Qeyts
22 Jan 2022 | 20:39
İnsanlar 130 ilə qədər yaşayacaq - Şok araşdırma
22 Jan 2022 | 20:34
Kişi orqanizminə Viaqra kimi təsir edən məhsullar
22 Jan 2022 | 20:27
"Uğurlarımıza sevinməyənlərin çoxu..." - Millət vəkilinin qızı söz atdı
22 Jan 2022 | 20:19
Azərbaycanlı tiktokerlər arasında canlı yayımda qalmaqal - VİDEO
22 Jan 2022 | 20:17
Heydər Əliyevin çətin günlərindən danışdığı - Nadir videosu
22 Jan 2022 | 20:07
Erməni kilsəsi Qarabağda mövqelərini gücləndirməyə başladı - Təhlükəli gediş...
22 Jan 2022 | 19:49
“Paşinyan sındırılıb, özünü də sakit aparır, amma heç nə öyrənməyib”
22 Jan 2022 | 19:45
"Belə davam etsə, bir gün Sünik İrəvanın mərkəzində partlayacaq"
22 Jan 2022 | 19:44
Nəyə görə yeməkdən sonra çimmək olmaz?
22 Jan 2022 | 19:42
Blinken kanadalı həmkarı ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib
22 Jan 2022 | 19:03
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib - FOTO
22 Jan 2022 | 18:53
Rəşad Dağlının dostunu güllələyən şəxs hökmdən narazıdır
22 Jan 2022 | 18:41
Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istəyib
22 Jan 2022 | 18:20
Texnoblogerdən valideynlərə xəbərdarlıq: “Azyaşlılar bank kartlarınızla tiktokerləri “yemləyir”
22 Jan 2022 | 18:18
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
22 Jan 2022 | 18:05
Çin dövlət televiziyası “Alibaba” şirkətinin rəhbərini korrupsiyada ittiham edib
22 Jan 2022 | 18:01
“Rusiya Qarabağda yeni “sürpriz” hazırlayır” - ŞOK İDDİA
22 Jan 2022 | 18:00
İnfeksionistdən xəbərdarlıq: "Yeni virusun simptlomları..."
22 Jan 2022 | 17:57
DİM imtahan keçirdi
22 Jan 2022 | 17:55
Kreml  tarixdən dərs ALMALIDIR
22 Jan 2022 | 17:47
Sərhədlərin açılması: Qars sakinləri səbrsizliklə gözləyir, Yerevanda isə...
22 Jan 2022 | 17:42
Bu yol 30 ilə yaxındır ki, keçilməz haldadır - VİDEO
22 Jan 2022 | 17:38
“Soyqırımının ildönümündə Xocalını azad etməliydik - Əfsus ki, təxribatlar...”
22 Jan 2022 | 17:38
DİN rəsmisindən gənclərə çağırış: “Narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilə bilərlər”
22 Jan 2022 | 17:35
Günorta yuxusunun inanılmaz faydaları: Yüksək təzyiqi olanlar...
22 Jan 2022 | 17:33
"Xəngəlin dadına doya bilmədik" - Məşhur türkiyəli sənətçilər Bakıda
22 Jan 2022 | 17:24
Ebru Gündeşin sirr kimi saxladığı qızı ilk dəfə üzə çıxdı – FOTO
22 Jan 2022 | 17:22
Göyçayda evin zirzəmisində çətənə yetişdirən şəxs TUTULDU – FOTO+VİDEO
22 Jan 2022 | 17:18
“Legiya” Mahir Emreli üçün 400 min avroluq təklifə “yox” dedi
22 Jan 2022 | 17:17
“Lavrovu tənqid etməyim mənə qarşı təqiblərə səbəb oldu” - Eldar Həsənovun son sözü...
22 Jan 2022 | 17:17
Zaxarova hiddətləndi: “İkinci Dünya Müharibəsinin təbliğatını xatırladır”
22 Jan 2022 | 17:15
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
22 Jan 2022 | 17:07
Azərbaycan millisi Avropa çempionatındakı ilk oyununa çıxır - VİDEO
22 Jan 2022 | 17:04
AMEA-nın çarəsiz qərarı - "Mübarizəmi bu sistemin öz daxilində aparacağam" - Kərim Şükürovdan istefası ilə bağlı açıqlama
22 Jan 2022 | 16:58
"Memati"nin həyat yoldaşı görənləri heyran etdi - FOTO
22 Jan 2022 | 16:53
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
22 Jan 2022 | 16:42
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı mühüm addım - VİDEO
22 Jan 2022 | 16:39
Bakıda narkotacirlər və narkokuryerlər saxlanılıb - VİDEO
22 Jan 2022 | 16:38
Azərbaycanda daha 1614 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb
22 Jan 2022 | 16:37
60 yaşlı qadın intim hislərinə qurban getdi
22 Jan 2022 | 16:36
Anarın “800 cüt ayaqqabı açıqlaması”na cavab: “Bunlar mənəvi baxımdan zəngin olmayan insanlardır”
22 Jan 2022 | 16:33
Hadisə və sevgilisinin videosunu lağa qoydular - VİDEO
22 Jan 2022 | 16:27
“Trendyolun hədəfi Azərbaycan deyil” - Mütəxəssislər Türkiyə nəhəngi haqda
22 Jan 2022 | 16:25
"Yeri gələndə nəvələrim döyülür də" - Mehriban Xanlarova
22 Jan 2022 | 16:25
Türk ordusu hərəkətə keçdi: Dronlar hədəfləri məhv etdi
22 Jan 2022 | 16:20
“Atamın evini əxlaqsızlıq yuvasına çevirmisən” deyib qohumunu öldürdü - Bir qətlin TƏFƏRRÜATI
22 Jan 2022 | 16:17
“Hesab edirəm ki, bundan sonra karantin qaydalarını sərtləşdirməyə ehtiyac yoxdur...”
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 15:42
Qurban Qurbanov: "Mən də bundan razı qaldım" - VİDEO
22 Jan 2022 | 15:39
“Caliber”: Əzablı yollarla və ya iranlı sürücülər Görus-Qafan magistralı barədə - VİDEO
22 Jan 2022 | 15:34
Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO
22 Jan 2022 | 15:28
Prokuror köməkçisi həbs edilən ilahiyyatçının ailəsindən də 50 min alıb - Cəzasını azaldacaqmış
22 Jan 2022 | 15:24
Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişdi
22 Jan 2022 | 15:20
Le Figaro: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"
22 Jan 2022 | 15:15
“Malikanəsində həftədə 5 dəfə qrup seks təşkil edilir, qadınlar donuza bənzədilirdi” - FOTO
22 Jan 2022 | 15:14
Bakıda yarımtikilidə güclü yanğın - VİDEO
22 Jan 2022 | 15:13
Polisin üstünə avtomobil sürən narkotacir saxlanıldı - VİDEO+FOTO
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 14:58
Azərbaycanda sürətlə yayılan xəstəliklər: “Omikron”, yoxsa “influenza”?
22 Jan 2022 | 14:57
Rumıniya Rusiyanı “dəmir pərdə” yaratmaqda suçladı
22 Jan 2022 | 14:50
“Rusiyaya toya gedəndə bildim ki, qayıdanda atamı görməyəcəm, vidalaşıb getdim”
22 Jan 2022 | 14:47
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
22 Jan 2022 | 14:40
Ötən il Bakıda yol qəzalarında 197 nəfər həlak olub
22 Jan 2022 | 14:37
Agentlik: “Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir”
22 Jan 2022 | 14:34
Sumqayıt sakini Bakıda maşın oğurlayıb aeroporta apardı
22 Jan 2022 | 14:28
Oğlu Baloğlan Əşrəfovdan danışıb ağladı - VİDEO
22 Jan 2022 | 14:28
Son bir ildə 114 uşaq övladlığa verilib
22 Jan 2022 | 14:25
"Krım heç vaxt Ukraynaya qaytarılmayacaq" - Almaniya rəsmisindən İLGİNC AÇIQLAMA
22 Jan 2022 | 14:25
Ələt-Astara yolunda TIR qəzaya düşüb - VİDEO
22 Jan 2022 | 14:21
Monteneqro baş naziri 500 kiloqramlıq kokain işində ifadə verəcək
22 Jan 2022 | 14:21
ASALA-nın təhdidini gözardı etmək olmaz: Bakı və Ankara hərəkətə keçməlidir
22 Jan 2022 | 14:18
“Kərim Şükürovu məcburi olaraq vəzifədə saxlamaq qanuna ziddir”
22 Jan 2022 | 14:18
“Gənclərimizin əksəriyyəti tara bağlıdır, ona qarşı özlərində məhəbbət yaradıblar...”
22 Jan 2022 | 14:17
“Toya gedəndən 1 saat sonra ordan qaçmaq istəyirsən” - Fazil Mustafa
22 Jan 2022 | 14:08
DSX-nin matrosu Hərbi Hospitalda intihar etdi
22 Jan 2022 | 14:05
"Azərbaycanda koronavirusdan ölənlərin 90%-i vaksin olunmayanlardı"
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 13:43
""Omikron"a yoluxmusan? Boğazını araqla qarqara elə..." - Rusiyalı akademikdən məsləhət
22 Jan 2022 | 13:41
“Haqqıma girin, hesabım məhşərə qalsın”
22 Jan 2022 | 13:38
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
22 Jan 2022 | 13:36
Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib
22 Jan 2022 | 13:25
Sizcə...
22 Jan 2022 | 13:24
Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport verilməsi təsdiqlənib
22 Jan 2022 | 13:22
Ayda 950 dollara 9 "kvadrat": Nyu Yorkdakı ən kiçik mənzil necə görünür... - FOTO
GÜNLÜK
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 12:12
“Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!” - Tofiq Zülfüqarov
22 Jan 2022 | 11:55
Rusiya və Çinin təhdidlərinə qarşı... - Pompeo ABŞ-ı Reyqan dövrünə müraciət etməyə çağırdı
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
22 Jan 2022 | 12:27
Bu qidalar insanları kütləvi şəkildə ağılsızlaşdırır...-İNGİLİS ALİMLƏRİ
22 Jan 2022 | 12:33
Boyundan asılır, virusu tutur: SARS-CoV-2 detektoru necə işləyir… 
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
22 Jan 2022 | 10:18
İsrail qırıcıları Tehrana qarşı irimiqyaslı təlimlər keçirir
HƏFTƏLİK
16 Jan 2022 | 11:49
"Bədənimi görməyinizi istəyirəm" yazıb yarıçılpaq şəklini yaydı - FOTO
16 Jan 2022 | 11:27
Əxlaqsız filmlərə çəkildi, 8 il sonra ərə getdi, xərçəngdən öldü - FOTO
19 Jan 2022 | 11:16
"Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq" - Vasif İsmayıldan xəbərdarlıq...
16 Jan 2022 | 13:33
Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...
16 Jan 2022 | 14:23
20 Yanvardan öncə Bakının yarıdan çoxu erməniləşibmiş...-XƏRİTƏ
19 Jan 2022 | 19:15
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
17 Jan 2022 | 12:50
“Səlcuq Bayraktara burada təhsil verdiyimiz üçün utanıram”
17 Jan 2022 | 09:55
"Hesab edin ki, Qırğızıstanın prezidenti onu xilas edib..."
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
AYLIQ
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
22 Jan 2022 | 12:12
“Orda ikinci erməni dövləti olmayacaq, Azərbaycan olacaq, vəssalam!” - Tofiq Zülfüqarov
22 Jan 2022 | 11:55
Rusiya və Çinin təhdidlərinə qarşı... - Pompeo ABŞ-ı Reyqan dövrünə müraciət etməyə çağırdı
22 Jan 2022 | 10:40
Nəyə görə Osmanlı dövlətində dilənçi yox idi?..-ARAŞDIRMA
22 Jan 2022 | 12:27
Bu qidalar insanları kütləvi şəkildə ağılsızlaşdırır...-İNGİLİS ALİMLƏRİ
22 Jan 2022 | 12:33
Boyundan asılır, virusu tutur: SARS-CoV-2 detektoru necə işləyir… 
22 Jan 2022 | 15:47
“Atam xəstəxanaya çatdırılanda liftdə keçindi, heç bir xəstəliyi də yox idi...”
22 Jan 2022 | 13:52
Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
22 Jan 2022 | 10:18
İsrail qırıcıları Tehrana qarşı irimiqyaslı təlimlər keçirir