“Erməni ideoloqlar fitnəkarlıqla fars və türkdilli millətləri qarşı-qarşıya qoymağa cəhd ediblər...”
Araşdırma
Oxunub: 4753
19 Oct 2021 | 13:15
“Erməni ideoloqlar fitnəkarlıqla fars və türkdilli millətləri qarşı-qarşıya qoymağa cəhd ediblər...”
“Onlar müsəlmanlar-türklərə qarşı törətdikləri bəşəri cinayətdən cəzasız qurtarmaq üçün iranlılardan yararlanmaq istəyir, «iki müsəlman ölkəsi olan Türkiyə ilə İranı qarşı-qarşıya qoymağa çalışır...”
 
“Obyektivlik naminə qeyd edək ki, İranda müsəlman-türk həmrəyliyinə diqqət yetirən dərin düşüncəli xadimlər də olmuşdur...”
 
Moderator.az aktuallığını nəzərə alaraq  BDU-nun  Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əzizin “İranın erməni sevgisi” adlı araşdırma məqaləsini oxucuların müzakirəsinə buraxır:
 
 
"....M.B.Məmmədzadə erməni rəhbərlərinin tarixi təhrif edərkən yol verdikləri səhvləri onların öz yazıları vasitəsilə ifşa edir. Erməni ideoloqları və yazarları bildirirlər ki, ermənilərin İrana, “sədaqət və fədakarlıqla” xidmət etmələrininın əvəzində İran hökuməti də onlara nəinki daxildə imtiyazlar, güzəştlər vermiş, hətta erməniləri xaricdə də himayə etmiş, bacardığı qədər müdafiə etmişdir.  Ermənilər həmişə onları himayə edən, maddi və mənəvi dəstək verən,bu səbəbdən nökər kimi  qulluq etdikləri ağalara – ingilis və ruslara da lazım gələndə, işlərinə yarayanda arxa çevirməyi bacarmışlar. Etdikləri qırğınların, yandırdığı evlərin, məhv etdikləri mədəniyyət ocaqlarının başqası tərəfindən həyata keçirildiyini söyləməkdə «mahir» olan «yalançı, fitnəkar Erməni rəhbərlərinin» fikirlərini ifadə edən «Droşaq» iddia edirdi ki, guya «1894-1896-cı illərdə Van və Ərzurum vilayətlərində ermənilər qətliam edilərkən dost rus konsulları erməni mühacirlərini osmanlı cəlladlarına təslim edərkən ingilis konsulu erməniləri türk torpaqlarına hədəf etdirdiyi zaman qardaş İran millətinin konsulları idi ki, erməni millətinin mühafizəsini və erməni bədbəxtlərinin qətliamdan xilasını düşünürdülər» (1, 14). Onlar iddia edirdilər ki, hətta 1914-1915-ci illərdə alman və ABŞ konsullarından daha çox İran konsulları erməni millətini himayə etmişdi... 
 
 
Obyektivlik naminə qeyd edək ki, İranda müsəlman, türk həmrəyliyinə diqqət yetirən dərin düşüncəli xadimlər də olmuşdur. Məhz bu fikirdə olanların əməyi sayəsində 1918-ci ilin martında ermənilərin və bolşeviklərin qətlə yetirdikləri müsəlmanların cəsədlərinin, yandırdıqları evlərin, dağıtdıqları məscidlərin yanında müsəlmanlara –türklərə köməyə gəlmiş İran konsulunun çəkilmiş şəkilləri var. (6,34-36,38,40-41).
 
Erməniləri idarə edənlərin iddialarına görə, İranın ermənilərə  köməyi siyasi fikirlərdən irəli gəlməyib «qardaşlıq və  qandaşlıqdan» doğmuşdu. Guya məhz bu qandaşlığın nəticəsi imiş ki, İran Gürcüstan və Azərbaycan respublikalarından əvvəl Ermənistanın müstəqilliyini tanımış, İrəvana səfir təyin etmişdi...
 
 
Bütün bu «səmimi, dostluq və qardaşlıq» haqqında riya dolu sözlərdən, belə demək mümkünsə, hazırlıqdan sonra onlar əsil məqsədlərini açmağa başlayır. «Droşaq» qəzetinin yazdığına görə, ermənilərlə İran arasında səmimi əlaqələr irq və qardaşlıqdan da çox «…bu iki milliyyəti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe olmuşdur» (1, 14).
 
M.B.Məmmədzadə bu iki millətin birləşdirən ümumi mənafeləri «Droşaq»dakı yazılar əsasında geniş təhlil etmişdir. Ermənilərin regionunun iki böyük dövlətin, millətini qarşı-qarşıya qoymaq niyyəti «Droşaq»da açıq şəkildə verilmişdir. «Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən bu iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla bu iki milləti birləşdirmişdir. Bu düşmən də türk milllətidir» (1, 14-15)...
 
Göründüyü kimi, ermənilər «panariyanizm», «paniranizm» haqqında “yüksək” fikirlərdən, bunlara daxil olan millətlərin «səmimi və etibarlı dostluğundan», bunu doğuran şərtlərdən sonra bu millətlərin guya gələcəkdə «xoşbəxt» yaşamasına mane olan amilləri, türk millətini və onların birliyini düşmən obrazındı göstərmişdir...
 
Ermənilərin sərsəm iddialarına görə, iki dünya, iki mədəniyyət mövcud olmuşdur. Onlardan biri, guya mədəniyyət beşiyi olan və hələ də bu mövqeyi qoruyub saxlayan erməni və İran dünyasının mədəniyyəti, «…digəri də vəhşi, mədəniyyət düşmənliyini və barbarlığı təmsil edən türk dünyası» (1, 15).
 
Erməni ideoloqları iddia edir ki, bir-birindən fərqli bu iki dünya, mədəniyyət, dünyagörüşü arasındakı dərin uçurum ziddiyyətlərin artmasına və sonda «İran-Turan» müharibələrinə gətirib çıxarmışdır. Bu müharibələri Hörmüz ilə Əhriman arasındakı mübarizə ilə müqayisə edən ermənilər utanmadan, həya etmədən iddia edirlər ki, «…türklər daima qaranlığı, barbarlığı, iranilərlə ermənilər isə azadlıq və mədəniyyəti təmsil edirlərmiş» (1, 15).
 
Bütün bunlardan sonra «Droşaq» oxucularına «bu müharibə bitmişdirmi?» deyə bir sual ünvanlayır və özü də «xeyir, indi də davam edir» deyə cavab verir. Farsları və etnik baxımdan onlara yaxın olan digər millətləri öz tərəflərinə çəkmək üçün ermənilərin növbəti yalanına elmi don geyindirməyə çalışıb bildirilər ki, «Türklər İranın Xorasan, Mazandaran və Azərbaycanını, Anadolu və Ermənistanı istila etmiş, ariyan qövmünün vətənlərinə sahib olmuşlardır və bu istila fars və s. ariyan millətlərinin əsrlərlə mədəniyyətdən geri qalmalarına səbəb olmuşdur»(1,16)...                                                                                                                                                 
 
Ermənilər  göstərirlər ki,  fars ilə erməninin müştərək bir düşməni vardır ki, bu da türklərdir. Bu millətlərin sağ qalmaq üçün qarşılarında bir vəzifəsi vardır. Bu da onları məhv etmək olmalıdır. M.B.Məmmədzadə çox böyük peşəkarlıqla ermənilərin öz yazdıqları əsasında türklərə qarşı həyata keçirdiyi soyqırıma necə ideoloji don geyindirməyə çalışdıqlarını açıb göstərə bilmişdi. İnsanlar arasında fitnəkarlıq, şübhə toxumu səpməkdə, onları qarşı-qarşıya qoymaqda mahir olan ermənilər növbəti yalan, olmayan bir layihə haqqında danışaraq göstərirlər ki, «türklər Türkiyə ilə Azərbaycanın, İstanbul ilə Təbriz və Bakının birləşməsinə mane olan ermənilər ilə kürdləri aradan qaldırmaq planını tətbiq  edirmişlər»(1,16-17)...   
         
Onların iddialarına görə, guya türklər bununla kifayələnməyib gələcəkdə Azərbaycanla birləşib Zəncana qədər İran Azərbaycanına sahib olmaq üçün də plan hazırlayaraq onu reallaşdırmaq istəyir. Bu siyasəti yerinə yetirərkən guya Türkiyə türkləri kimi Azərbaycan türkləri də “eyni metodla fars millətinə mənsub kürd, tat və talışları türk olaraq göstərir, onların milli şüurdan məhrumiyyətlərindən sui-istifadə, azərbaycanlılar dəxi fars ünsürlərini türkləşdirmişdilər.  Mümkün imiş ki, türklər İran içərisindəki digər fars qövmlərinə dəxi təsir edərək iranilik vəhdətini pozsunlar” (1,17).                                                                                
 
Ermənilər adımı sənə qoyum, səni də yana-yana prinsipinə ustalıqla əməl edərək Güney Azərbaycanda müsəlman türk əhalisinə qarşı törətdikləri vəhşilikləri, soyqırımı ört-basdır etməyə cəhd edərək yazırdılar ki, «…bu məqsədlə də türklər Xoy, Maku ətrafının ermənilərini qətliam ilə aradan qaldırmaq istəmişlərmiş»(1, 17).
 
Ermənilər əsil məqsədlərindən birini bundan sonra açır. Maraqlıdır ki, bununla türklərə qarşı soyqırımı həyata keçirdiklərini faktiki etiraf etmiş olurlar. Digər tərəfdən, guya bütün türklər birləşərək İran irqinə daxil olan millətlərə, o cümlədən ermənilərə qarşı belə siyasət həyata keçirmək istədikləri üçün bu millətlər birləşməyə, qabaqlayıcı tədbirlər görməyə məcburdur. Bu səbəbdən erməni ideoloqları uydurduqları «…xəyali təhlükələrə qarşı təklif edir ki, «necə ki, ariyan millətinin qaniçici düşmənləri çalışırlarsa, biz də o vasitə ilə müxtəlif ariyan irq və millətlərin ittihad və ittifaqını vücuda gətirməli və bu yol ilə turanlıların əməliyyatını nəticəsiz buraxmalıyıq» (1, 17).
 
Özlərinə regionda arxa axtaran ermənilər müsəlmanlar-türklərə qarşı törətdikləri bəşəri cinayətdən cəzasız qurtarmaq üçün iranlılardan yararlanmaq istəyir, «iki müsəlman ölkəsi olan Türkiyə ilə İranı qarşı-qarşıya qoymağa çalışır. Ankara turanizmin mənbəyi və mərkəzi olduğu kimi Tehran və ya İsfahan da ariyan nəslinin qardaşlıq və ittihad mənşəyi, iranizmin mərkəzi olmalıdır. Türk dövləti qüvvətli isə gərək maddi, gərək mənəvi nöqteyi-nəzərindən İran dəxi qüvvətli ola bilər. Osmanlı torpağı geniş isə İran dəxi onun üç misli böyük ola bilər» (1, 17)...
 
Ermənilər bu məkrli hiyləgər məqsədlərini reallaşdırmaq üçün İran irqinə daxil olan millətlərin «Ariyan ocağı» və «Ariyan mərkəzi» təşkil etmələrini təklif edir. «Məhz bu mərkəz və ocaq ətrafında nəcib fars və iranilər, cəngavər və açıqgöz ermənilər, əfqan və hindistanlılar və tamam ariyan irqindən millətlər toplanmalı və birləşməlidirlər. Turanizmin ətraf və içərisində bu surətlə ariyanzim ocaqları vücuda gətirməliyik» (1, 18).
 
Beləliklə, M.B. Məmmədzadənin ermənilərin iç üzünü ifşa edən bu dəyərli əsərin təhlilindən aşağıdakı nəticələr hasil olur:
 
1. Ermənilər Güney Qafqazda – o cümlədən Şimali, Qərbi Azərbaycanda, həmçinin indi İranda yerləşən Cənubi Azərbaycanda yaşayan müsəlman-türk əhalisinə qarşı soyqırım həyata keçirdiyini etiraf etmişlər. M.B.Məmmədzadə bu etirafı ermənilərin öz yazıları əsasında üzə çıxardığı üçün «Ermənilər və İran» əsəri olduqca qiymətli mənbə hesab olunmalıdır.
 
2. Böyük dövlətlərin köməyi ilə müsəlman-türk əhalisinə qarşı soyqırım törədən ermənilər istifadə edildikdən, işlərini yerinə yetirdikdən sonra himayədən məhrum olduğu üçün regionun digər nüfuzlu müsəlman dövləti İranın ağuşuna atılmaqla cəzadan canını qurtarmaq niyyətində olmuşdur. 
 
3. Bu məqsədlə onlar hiyləgərliklə «paniranizm» və ya «panariyanizm» nəzəriyyəsindən bəhrələnmək niyyətində olmuşdur.
 
4. Erməni ideoloqları hiyləgərlik və fitnəkarlıqla İran və Türkiyə dövlətlərini, fars və türk dilli millətləri qarşı-qarşıya qoymağa, aralarında dərin nifrət hissi aşılamağa, uçurum yaratmağa cəhd etmişlər.
 
5. Erməni millətçilərinin özlərinə məxsus hiyləgərliklə apardıqları təxribatçı təbliğatın kökündə İranı istəmək deyil, Panariyanizm bayrağı altında sərsəm Böyük Ermənistan işinə İranı da cəlb etmək niyyəti dayanmışdı.
 
6. Beləliklə, türklərə qarşı soyqırım törətdiklərini etiraf edən erməni rəhbərləri, ideoloqları bu cinayətlərinə, vəhşiliklərinə haqq qazandırmaq üçün təcavüzçü, təxribatçı mahiyyətli ideoloji “əsas”lar işləyib hazırlamışlar.                                                                                              
 
7. İranın erməni sevgisi və onlara himayədarlığı təsadüfi olmayıb düşünülmüş məkrli siyasətin nəticəsidir.
 
8.  İranın belə hərəkətləri, onların müsəlman həmrəyliyi, şiələrin himayədarı olmaları haqqındakı sözləri təbliğat xarakterli olub  əsl məqsədlərini gizlətməkdən, siyasi məqsədlərini pərdələməkdən başqa bir şey deyil..."
 
    Boran Əziz,  BDU-nun  Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru                             
 
İstifadə olunmuş ədəbiyyat:          
 
1. Məmmədzadə  M.B. Ermənilər və İran. B., 1993, Azərnəşr, 42 s. 
2. Aziz. B. Mart faciasından Hocalıya Azerbaycanda ermenilerin türk soykırımı. İstanbul, 2013, İQ Kültür sanat yayıncılıq. 263 s.
3. Əziz B. Azərbaycan-Ermənistan münasibətləri tarixi. B., 2010, Səda, 263 s.
4. Azərbaycan xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, I cild, B.. 2004, Lider, 440 s.
5. Onullahi S. Erməni millətçiləri və İran. Bakı: Maarif, ABU, 2002, 92 s.
6. Rüstemova –T.S.A. 1918. Azerbaycanlılara yapılan katlilamlar fotoqraf ve belgelerle (rusca, ingiliscə və türkcə). B.: Kismet, 2012, 208s.
7. Aziz B. Turkish massacre realized by the Armenians in Azerbaijan in XX century (1918-1992), Bochum, 2015, 255 p. 
8. Əziz B.Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımının ideoloji əsaslarının ifşası M.B.Məmmədzadənin əsərində.31Mart-Tariximizin faciəli səhifəsi.Beynəlxalq konfransın materialları.B.,2019,s.185-200. 
 
  
 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA