Atatürkün Naxçıvan dəhlizi və Ermənistanın Naxçıvanı işğal etmək cəhdləri-Qars müqaviləsi
Araşdırma
Oxunub: 1825
13 Oct 2021 | 17:32
Atatürkün Naxçıvan dəhlizi və Ermənistanın Naxçıvanı işğal etmək cəhdləri-Qars müqaviləsi

Qars müqaviləsinin imzalanmasından 100 il ötür. 13 oktyabr 1921-ci ildə imzalanmış bu müqavilə bizim üçün həmişə Naxçıvanın təhlükəsizliyinin qarantı sayılıb. Azərbaycanda tarixdən anlayışı olan da, olmayan da bu müqavilədən söz düşərkən həmişə “Ermənistan Qars müqaviləsinin qorxusundan Naxçıvana yaxın düşə bilməz” söyləyib.

Bəs elə isə Qars müqaviləsi nədir? Bu suala cavab vermək üçün əvvəlcə Qars müqaviləsinə aparan yola nəzər salmaq lazımdır. 

Ermənistanın Naxçıvanı işğal etmək cəhdləri

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Naxçıvan bölgəsində ictimai-siyasi vəziyyət gərginləşmişdi. Azərbaycan sovetləşsə də, qonşu Ermənistan və Gürcüstan hələ bolşevik Rusiyası tərəfindən işğal olunmamışdı. Ermənistanda hakimiyyətdə olan daşnak hökuməti Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. Böyük dövlətlərə arxalanan ermənilər Naxçıvana hücumlar edir, şəhər və kəndləri dağıdırdılar. Ağlasığmaz vəhşiliklər və qırğınlar törədən erməni daşnaklar Naxçıvan bölgəsində azərbaycanlıların inadlı müqavimətinə rast gəlmişdilər. 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Fransanın Sevr şəhərində Müttəfiq Dövlətlər və Türkiyə arasında imzalanan sülh müqaviləsinə əsasən Osmanlı Türkiyəsinin bir sıra ərazilərinin Ermənistana verilməsi, eləcə də 1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında bağlanmış müqavilədə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzurun Ermənistana güzəştə gedilməsi daşnakların daha da azğınlaşmasına səbəb olmuşdu. 

1920-ci ilin yayında Lenin hökuməti ilə danışıqlara başlayan Mustafa Kamal Atatürk ilkin Türkiyə-Sovet razılaşmasını əldə etdikdən sonra Şərq Cəbhəsinin komandanı, general Kazım Qarabəkirə Ermənistana qarşı hücuma başlamaq və 1914-cü ilə aid Osmanlı-Çar Rusiyası sərhədini keçmək əmri verdi. Bu, həm də bütün dünyaya nümayiş etdirməli idi ki, Ankara müttəfiqlərlə Osmanlı hökuməti arasında imzalanmış Sevr müqaviləsini tanımır. Bolşeviklərin bu hücuma razılıq verməkdə məqsədi isə aydın idi: Türkiyənin hücumu qarşısında duruş gətirə bilməyən daşnak hökuməti çökəcək və yerində Sovet Ermənistanı qurulacaqdı.

Kazım Qarabəkir sentyabrın sonlarınadək mühüm sərhəd postlarını və Sarıqamışı tutdu, bundan sonra Qars istiqamətində hərəkətə başladı. 1920-ci il oktyabrın 30-da Qars ermənilərdən azad edildi. Noyabrın 6-da Türkiyə qoşunları Aleksandropolu (indiki Gümrü) tutdular. Dekabrın 2-də Türkiyə ilə Ermənistanın daşnak hökuməti arasında Aleksandropol (Gümrü) müqaviləsi imzalandı. Bu, Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilə idi. Müqaviləni Türkiyə tərəfindən Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşa, Ərzurum valisi Hamid bəy və Ərzurum millət vəkili Süleyman Necati bəy, Ermənistan tərəfindən isə sabiq baş nazir Aleksandr Xatisyan, sabiq maliyyə naziri Avram Gülxandanyan və daxili işlər nazirinin müavini Stepan Qordanyan imzalamışdı. 

18 maddədən ibarət müqavilə Türkiyə-Ermənistan müharibəsinə son qoyulmasını və iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Türkiyə-Ermənistan sərhədlərinin dəqiqləşdirildiyi ikinci maddədə Türkiyə tərəfinin israrı ilə Naxçıvandan da söz açılmışdı: “Kükü dağı, 10282-8022, Həməsür dağı-8160, Qurdqulaq kəndi, Sayat dağı – 7868, Arpaçay Evləri – 3080, Gömürlü dağı – 6930, Saraybulaq – 8071, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasuyun mənsəbindən keçən zolağın cənubundakı (Naxçıvan, Şaxtaxtı, Şərur) məntəqəyə, daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi əraziyə Ermənistan müdaxilə etməyəcək və bu ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır”.

Ermənistan-Türkiyə müharibəsində daşnakların məğlubiyyəti nəticəsində Türkiyənin regionda hərbi və siyasi nüfuzunun artması Sovet Rusiyasını Ermənistanı tezliklə sovetləşdirməyə məcbur etdi. Qeyd edək ki,bundan 4 gün əvvəl – noyabrın 29-da İrəvanda bolşevik hakimiyyəti elan edilmişdi. Bu səbəbdən Türkiyə ilə Daşnak Ermənistanı arasında imzalanmış Aleksandropol (Gümrü) müqaviləsi heç vaxt qüvvəyə minmədi. Lakin sonradan görəcəyimiz kimi, məhz bu müqavilə Naxçıvanın muxtariyyətinin əsasını qoydu.

Nərimanovun 1 dekabr bəyanatı və Şahtaxtinskinin dirənişi

Ermənistanda sovet hakimiyyəti qurulduqdan iki gün sonra Sovet Rusiyasının ciddi təzyiqləri ilə Nəriman Nərimanov Azərbaycan Hərbi İnqilab Komitəsinin 1 dekabr 1920-ci il tarixli bədnam bəyanatını imzaladı. Bəyanatda deyilirdi: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir; Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır”. 

Ermənilərin alçaq niyyətlərinə təcrübədə bələd olan Naxçıvan əhalisi bu diyarın Azərbaycandan qoparılmasına qarşı etiraza qalxdı, eyni zamanda, bu bəyanat Türkiyə nümayəndələrinin də etirazı ilə qarşılandı. Vəziyyətin kəskinləşdiyini görən Sovet Azərbaycanının rəhbərliyi görkəmli dövlət xadimi, peşəkar diplomat Behbud ağa Şahtaxtinskini (1881-1924) Naxçıvana göndərdi. Naxçıvana gələn Behbud ağa Şahtaxtinski burada yerləşən türk nümayəndələri ilə birgə Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başladı. Onun keçirdiyi mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR-in himayəsində müstəqil sovet respublikası kimi təşkil edilməsi arzusunda olduqlarını bildirdi. Naxçıvan əhalisinin iradəsi qarşısında dura bilməyən Ermənistan SSR 1920-ci il 28 dekabr bəyanatı ilə Naxçıvanı müstəqil sovet respublikası kimi tanıdığını və Naxçıvana qarşı ərazi iddialarından imtina olunduğunu bəyan etdi. 1921-ci ilin yanvarında keçirilən referendumda (bu referendum məhz heç vaxt qüvvəyə minməyən Aleksandropol müqaviləsində nəzərdə tutulmuşdu) Naxçıvan əhalisinin 90 faizindən çoxu mahalın muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.

Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri edirdi. Rusiya tərəfi də müəyyən siyasi səbəblərdən Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq Türkiyə tərəfinin təkliflərini, Azərbaycan bəzi bolşevik rəhbərlərinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qalır. Şübhəsiz ki, bu məsələdə də Behbud ağa Şahtaxtinskinin fəaliyyəti əvəzsiz rol oynayır. Onun Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqram-məktubunda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi və sayı haqqında məlumat verilir. Şahtaxtinski bu məktubda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən ciddi narahatlığı çatdırır, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə edərək, Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər irəli sürür. Bu təkliflər V.İ.Lenini maraqlandırır və o, məsələnin Rusiya K(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş verir. 

Moskva müqaviləsi

Bu zaman Türkiyə nümayəndə heyəti Rusiya ilə danışıq aparmaq və müqavilə bağlamaq üçün Moskvaya gəlmişdi. Fevralın 26-da başlayan danışıqlar martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsinin imzalanması ilə nəticələnir. Müqavilə 16 maddədən və 3 əlavədən ibarət idi. Müqaviləni Türkiyə tərəfindən Böyük Millət Məclisi Hökumətinin İqtisadiyyat naziri Yusuf Kamal bəy, Maarif naziri Rza Nur bəy və səfir Əli Fuad paşa, Rusiya tərəfindən isə Xalq Xarici İşlər Komissarı Georgi Çiçerin və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlal Qorxmazov imzalamışdılar. 

Naxçıvan məsələsi Türkiyə-Rusiya danışıqlarında da qızğın müzakirə predmeti olur. Türkiyə heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının qüvvədə olduğu fikrində israr edərkən, Rusiya nümayəndələri bu sazişi, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. Məhz Azərbaycanın səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskinin apardığı diplomatik danışıqlar nəticəsində Türkiyə Gümrü müqaviləsinin, o cümlədən Türkiyənin Naxçıvan diyarına aid maddələrinin qüvvədən düşməsi ilə razılaşır. Bunun əvəzində müqavilənin üçüncü maddəsi aşağıdakı formada qəbul edilir: “Razılığa gələn hər iki Tərəf bu müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir. Naxçıvan ərazisinin Araz talveqinin şərqi ilə Dəhnə dağı (3829) – Vəli dağ (4121) – Bağırsaq (6587) – Gömürlü dağ (6930), xətti arasında yaranmış üçbucaq kəsimi, bu torpaqların Gömürlü dağdan (6930) başlayıb, Saray bulaq dağından (8071) və Ararat stansiyasından keçərək Qara Suyun Arazla birləşdiyi yerdə başa çatan sərhəd xətti, Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən təshih olunacaqdır”. Bu şərt Türkiyə tərəfinin təkidi ilə qəbul edilmişdi və gələcəkdə Naxçıvanın Ermənistana verilməsinin qarşısını almaq məqsədi daşıyırdı.

Müqaviləyə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 km uzunluğunda müəyyən edilmiş, İranla sərhədi isə 176 km uzunluğunda, yəni 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi dəyişilmədən saxlanılmışdı.

Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirmək baxımından Moskva müqaviləsinin böyük tarixi əhəmiyyəti vardı. Həmin gün RK(b)P MK Siyasi Bürosu Behbud ağa Şahtaxtinskinin təkliflərini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet Respublikası yaradılması haqqında qərar qəbul edir.

Qars konfransı

Moskva müqaviləsi imzalandıqdan sonra aparılan diplomatik danışıqlar və yazışmalar nəticəsində Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Rusiya nümayəndəsinin iştirakı ilə konfransın 1921-ci il sentyabrın 26-da Qars şəhərində keçirilməsi razılaşdırıldı. 

Azərbaycan K(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan diplomatiyası çalışırdı ki, Qarsda güclü təmsil olunsun. Behbud ağa Şahtaxtinskinin konfransda iştirakı faktının özü Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi. Lakin Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan, S.Orconikidze hələ 1921-ci ilin iyununda Behbud ağa Şahtaxtinskini danışıqlardan uzaqlaşdırmağa və onu özləri üçün daha əlverişli adamla əvəz etməyə can atırdılar. Nəriman Nərimanovun bu məsələ ilə bağlı prinsipial mövqeyi sayəsində Behbud ağa Şahtaxtinski fəaliyyətini davam etdirə bilmişdi. Görünür, Sovet Azərbaycanının doktor rəhbəri bununla özünün 1 dekabr 1920-ci il tarixli böyük səhvini aradan qaldırmaq niyyətində idi. Naxçıvan SSR Xalq Komissarları Soveti isə Qars konfransında Naxçıvanın mənafeyini müdafiə etmək üçün Tağı Səfiyevi ora ezam etmişdi.

Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirildi. Konfrans 18 gün davam etdi və işində altı dəfə fasilə verildi. Elə bu faktın özü danışıqların çox gərgin və prinsipial keçdiyinə dəlalət edir. Türkiyə nümayəndə heyəti üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamağı təklif edirdi. Kazım Qarabəkir paşa bunu belə əsaslandırırdı: “Moskva hökuməti Güney Qafqaz respublikalarını müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər biri ilə müstəqil dövlət kimi ayrıca müqavilə bağlamaq istəyirik”. Rusiyanın danışıqlardakı nümayəndəsi Yakov Qanetski isə bir ümumi müqavilənin bağlanmasında israr edir və xeyli sayda dəlillər gətirirdi. Əslində bu dəlillər Rusiyanın adı çəkilən respublikaların xarici siyasətini ləğv etmək, özünə birləşdirmək, gələcəkdə isə vahid dövlət yaratmaq niyyətlərinə xidmət edirdi. Yalnız Behbud ağa Şahtaxtinskinin müdaxiləsindən sonra Kazım Qarabəkir paşa fikrindən daşınmış və Cənubi Qafqaz respublikaları ilə vahid müqavilə imzalamağa razılaşmışdı.

Nəhayət, uzun sürən danışıqlardan sonra 13 oktyabr 1921-ci ildə Sovet Rusiyasının iştirakı ilə Türkiyə üç Cənubi Qafqaz respublikası ilə Qarsda müqavilə imzaladı. Müqavilə 20 maddə və 3 əlavədən ibarət idi. Sənədi Türkiyə tərəfindən Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşa, Böyük Millət Məclisində Burdur millət vəkili Vəli bəy, ictimai işlər Stats-katibinin keçmiş müavini Muxtar bəy və Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Memduh Şövkət bəy; Ermənistan SSR tərəfindən Xalq Xarici İşlər Komissarı Aşkenaz Mravyan və Xalq Daxili İşlər Komissarı Poqos Makinzyan; Azərbaycan SSR tərəfindən Xalq Dövlət Nəzarəti Komissarı Behbud Şahtaxtinski; Gürcüstan SSR tərəfindən Xalq Hərbi və Dəniz İşləri Komissarı Şalva Eliava və Xalq Xarici İşlər və Maliyyə İşləri Komissarı Aleksandr Svanidze; RSFSR tərəfindən isə Latviyadakı nümayəndə Yakov Qanetski imzalamışdı. Bu müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğun idi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi. 

Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Həmin maddədə deyilirdi: “Türkiyə Hökuməti ilə Ermənistan və Azərbaycan Sovet Hökumətləri bu Müqavilənin 3 saylı Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razıdırlar”. 

3 saylı Əlavədə isə Naxçıvanın sərhədləri belə müəyyənləşdirilmişdi: “Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o, Ermənistan Sovet Sosialist Respublikasına qalır), sonra düz xətlə qərbi Daşburun dağını (3142) – oradan şərqi Daşburun dağını (4108) – Cəhənnəm dərəsi çayını keçərək Bulağın (“Rövnə”) cənubuna çatır, Bağırsaq (Yağıqsık) dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayrıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhədini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kömürlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayatdağ (7868) – Qurdqulaq (Kurt Kulaq) kəndi – Həməsür dağı (8160) – 8022-ci yüksəklik – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi”.

Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Həm müqaviləni, həm də 3 saylı Əlavəni Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin imzaladığını nəzərə alsaq, əminliklə demək olar ki, dörd qonşu ölkə Naxçıvanı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı.

Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi. 

Atatürkün Naxçıvan dəhlizi

Türkiyə Böyük Millət Məclisi Ordusunun Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşa keçirdiyi hərbi əməliyyatların və apardığı danışıqların bütün detalları barədə Mustafa Kamal Atatürkü məlumatlandırırdı. Bunu komandanın iki cildlik “İstiqlal Hərbimiz” adlı kitabından da görmək olar. Bu mənada Nəriman Nərimanovun bədnam 1 dekabr 1920-ci il tarixli bəyanatı ilə Zəngəzuru Ermənistana güzəştə getməsindən cəmi bir gün sonra – dekabrın 2-də Kazım Qarabəkirin Ermənistanın daşnak hökuməti ilə imzaladığı Gümrü (Aleksandropol) müqaviləsinə Naxçıvanla bağlı müddəanın salınması heç də təsadüfi sayıla bilməz. Bəzi məlumatlara görə, Atatürkün 1 dekabr bəyanatından narazılığını Kazım Qarabəkir Behbud ağa Şahtaxtinskiyə çatdırmışdı. 

Yusuf Kamalın yazdığına görə isə, Moskva müqaviləsini imzalamaq üçün yola çıxmamışdan bir gün öncə Mustafa Kamalla görüşdüyü zaman ona “Naxçıvan türk qapısıdır. Bu xüsusu nəzərə alaraq əlinizdən gələni yapın!” göstərişi vermişdi. Yəni Moskva və Qars müqavilələri, eləcə də ondan sonra Türkiyənin atdığı addımlar Atatürkün Naxçıvan dəhlizinə nə qədər önəm verdiyini göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası yaradılarkən Azərbaycan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürkün İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etməsindən sonra mümkün oldu. 23 yanvar 1932-ci ildə Tehranda imzalanmış Türkiyə-İran sazişinə əsasən, Böyük və Kiçik Ağrı dağları Türkiyəyə, bunun əvəzində isə Van bölgəsində Qotur adlanan ərazi İrana verildi. Eyni zamanda Atatürk Rza şahı İran-Naxçıvan sərhədindəki müəyyən ərazini Türkiyəyə satmağa razı sala bildi və həmin torpağın pulunu şəxsi vəsaiti ilə ödədi. Yalnız bundan sonra Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik birbaşa sərhəd xəttinin yaradılması mümkün oldu. 

Atatürkün bu uzaqgörən gedişi isə səbəbsiz deyildi. Moskva və Qars müqavilələrinə əsasən, Batum limanını Gürcüstana (əslində isə Rusiyaya) güzəştə getmək məcburiyyətində qalan Türkiyə üçün Naxçıvan Sovet Rusiyası tərkibindəki türk cümhuriyyətlərinə yeganə çıxış vasitəsi sayıla bilərdi. Kazım Qarabəkir paşa Naxçıvanı nahaq yerə “Şərq qapısı” adlandırmırdı.

Qars müqaviləsindən sonrakı Sovet Naxçıvanı

Qars müqaviləsindən sonra Naxçıvan ərazisində Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrildi. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edildi.

Ermənistan Qars müqaviləsi ilə Naxçıvanı qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul etsə də, Naxçıvana qarşı ərazi iddialarından əl çəkmədi və tarixi havadarlarının köməyi ilə zaman-zaman Naxçıvanın bir sıra ərazilərini öz tərkibinə qatdı. Belə ki, Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən 657 kvadrat kilometr sahə qanunsuz olaraq Ermənistana verildi. Ümumiyyətlə, 1920-1990-cı illərdə Naxçıvanın Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin təqribən 15 faizi Ermənistan tərəfindən zəbt edildi. 

Sovet dövründə ermənilərin Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı ən böyük skandallardan biri 1960-cı ildə baş vermişdi. Həmin ilin martında xalq şairi Səməd Vurğunun Elmlər Akademiyasının böyük iclas salonunda keçirilən xatirə gecəsində əslən Naxçıvandan olan görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov da söz alıb çıxış etmişdi. Səməd Vurğun haqqında xatirələrini və şairin yaradıcılığı fonunda xalqlar dostluğundan danışdıqdan sonra o, Naxçıvanla bağlı təhlükəli xəbərlərin gəldiyini, ermənilərin Naxçıvanı Ermənistan SSR-in tərkibinə qatılması iddiasını irəli sürdüklərini bildirmiş, fikrini “Naxçıvan Azərbaycanın müqəddəs, ayrılmaz hissəsi olub, hissəsidir və belə olaraq da qalacaq və biz onu heç kimə vermərik” sözləri ilə tamamlamışdı. Bu çıxış Abbas Zamanovun partiyadan xaric edilməsi və Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin baş müəllimi vəzifəsindən azad olunması ilə nəticələnmiş, eyni zamanda ermənilərin məkrli planının üstündən xətt çəkmişdi. Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləməyə başlayan Abbas Zamanov isə beş ildən sonra partiyaya və universitetdəki işinə bərpa olunmuşdu.

Müstəqillik dövründə Qars müqaviləsi

Ermənistanın Azərbaycana hərbi təcavüzü 1990-cı ildə Qars müqaviləsini yenidən gündəmə gətirdi. 18 yanvar 1990-cı ildə Naxçıvanın Şərur rayonunun Kərki kəndi SSRİ Daxili Qoşunlarının iştirakı ilə Ermənistan tərəfindən işğal olundu. Yanvarın  19-da isə ermənilər Sədərək qəsəbəsinə güclü hücum təşkil etdi. Məqsəd Naxçıvanın  əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şərait yaratmaq idi. Həmin gün Naxçıvan şəhərində muxtariyyətin parlamenti qarşısında toplanan 20 mindən çox insanın tələbi ilə muxtar respublika Ali Sovetinin fövqəladə sessiyası çağırıldı. Uzun sürən müzakirələrdən sonra sessiya aşağıdakı məzmunda qərar qəbul etdi:

“SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən;

Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından;

Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından;

Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan:

Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:

1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.

2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin.

3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun.

4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıxarılsın.

5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.

6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın”.

Bu qərar Qars müqaviləsini yenidən gündəmə gətirmək və Türkiyədən hərbi yardım istəmək baxımından olduqca böyük tarixi əhəmiyyəti vardı. Azərbaycan SSR Ali Soveti muxtariyyət parlamentinin bu qərarını 27 yanvar 1990-cı ildə ləğv etsə də, bu cəsarətli addım siyasi baxımdan çox əhəmiyyətli idi.  Sovetlər İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması kimi tarixə düşən bu hadisə dünyada geniş rezonansa səbəb oldu. Bu tarixi qərara isə Naxçıvan MSSR Ali Sovetinin sədri Səkinə Əliyeva imza atmışdı.

Qars müqaviləsinin davamlı olaraq siyasi gündəmdə saxlanılması isə 3 sentyabr 1991-ci ildə Heydər Əliyevin Naxçıvan MSSR Ali Məclisinin sədri seçilməsindən sonra başladı. Bu, Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri olmaqla yanaşı, həm də uzaqgörən siyasi gediş idi. Çünki 1990-cı illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar blokada vəziyyətinə düşmüş Naxçıvanı Türkiyənin himayəsi altında qorumaqdan başqa yol yox idi. Bu səbəbdən Heydər Əliyev həm çıxışlarında, həm də Türkiyəyə səfərlərində Qars müqaviləsinin əhəmiyyətini dəfələrlə vurğulayırdı. Heç də təsadüfi deyil ki, 13 oktyabr 1999-cu ildə Naxçıvanda Kazım Qarabəkir Paşa məscidinin açılışına Heydər Əliyev Kazım Qarabəkir paşanın qızını da dəvət etmişdi. Bu, təkcə Kazım Qarabəkirə tarixi xidmətlərinə görə minnətdarlıq jesti yox, həm də dünyaya mesaj idi: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Türkiyə Cümhuriyyətinin imzaladığı Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin burada böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Qars müqaviləsi ləğv oluna bilərmi?

Ermənistan Naxçıvana qarşı ərazi iddialarına qanuni don geyindirmək məqsədilə zaman-zaman Qars müqaviləsinin ləğv olunması təşəbbüsü ilə çıxış edir, lakin bu zaman normal səbəb də göstərə bilmir. 

Əvvəla, nəzərə almaq lazımdır ki, Qars müqaviləsi Türkiyə ilə RSFSR arasında imzalanmış Moskva müqaviləsinin davamı kimi ortaya çıxıb. RSFSR bu gün rəsmən mövcud olmasa da, Rusiya Federasiyası onun hüquqi varisidir. 

İkincisi, Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. 

Üçüncüsü, Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.

Dördüncüsü, müqaviləni imzalayan Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Sosialist respublikaları bu gün mövcud deyillər. SSRİ-nin dağılmasından sonra onların ərazisində yaranmış eyniadlı müstəqil respublikalar özlərini 1918-ci ildə Zaqafqaziya Seyminin dağılmasından sonra elan olunmuş demokratik cümhuriyyətlərin varisləri elan ediblər. Bununla belə, hər üç dövlətin Türkiyə ilə sərhədləri faktiki olaraq Qars müqaviləsi əsasında formalaşıb.

Beşincisi, Naxçıvanla bağlı 3 prinsip (Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilir; Naxçıvan Azərbaycanın protektoratlığına verilir; Azərbaycan Naxçıvanı üçüncü dövlətə verməməlidir) Moskva müqaviləsi ilə təsbit edilib. Bu müqavilənin isə Ermənistana aidiyyəti yoxdur.

Mübaliğəsiz demək olar ki, Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə bölünmüş Azərbaycan xalqının taleyindən “müqavilə” sözü qırmızı xətlə keçir. Amma bu gün 100 yaşı tamam olan Qars müqaviləsi tariximizdə özünəməxsus strateji yer tutur. Zəngəzurun itirilməsi ilə ana vətəndən ayrı düşmüş Naxçıvanın muxtariyyəti məhz Gümrü, Moskva və Qars müqavilələrinin bəhrəsidir. (prerssklub)

Müəllif: Cavid İsmayıl, tarix üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər
N.Tusi adına Klinika
07:34, Bu gün
Paşinyanın səhhəti qəfil pisləşdi?..
07:08, Bu gün
"Dinimizi dünyamıza, haqqı nahaqqa fəda etməyək..."
15 Oct 2021 | 23:43
Gəncə Dövlət Universitetinin prorektoru vəfat edib
15 Oct 2021 | 23:42
“Caliber” erməni təxribatlarının təfərrüatını açıqlayır - VİDEO
15 Oct 2021 | 23:22
Nazir polis rəisinə yüksək vəzifə verdi
15 Oct 2021 | 23:19
Rusiya həbsxanasında qiyam
15 Oct 2021 | 23:00
AFFA-dan “Təşkilat” serialındakı görüntülərlə bağlı AÇIQLAMA - VİDEO
15 Oct 2021 | 22:56
Putinə etiraz edən qadın deputatla bağlı şok qərar: 41 yaşlı Natalyanın dramı - VİDEO
15 Oct 2021 | 22:51
Rusiyaya qanunsuz 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanılıb
15 Oct 2021 | 22:47
28 il sonra ata və bacısının məzarını ziyarət etdi - FOTOLAR
15 Oct 2021 | 22:39
“Çin ordusu Tayvanı bir həftəyə fəth edər...” - Pekin hansı şəraitdə müharibəyə başlaya bilər...
15 Oct 2021 | 22:00
"Pulun var deyə, mənə zərbələr vurursan" - Gəlinindən Mətanətə tikanlı sözlər...
15 Oct 2021 | 21:54
İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı belə hazırlayır - ŞOK FAKTLAR
15 Oct 2021 | 21:52
ABŞ-ın müdafiə naziri Zelenski ilə görüşəcək
15 Oct 2021 | 21:36
Britaniya da Türkiyə PUA-larını ala bilər
15 Oct 2021 | 21:31
Tonoyan həbsdə qaldı
15 Oct 2021 | 21:18
"Əkbər ayağı ilə deyil, çiyinlərdə qayıtdı, anası oğlunun cənazəsi önündə qurban kəsdi...”
15 Oct 2021 | 21:15
"Niyə ölkədə istehsal olunan buğdanın çoxu Taxıl Fondunun standartlarına uyğun gəlmir?"
15 Oct 2021 | 21:08
İstanbuldan Qarabağa ilk qatar yola salındı - VİDEO
15 Oct 2021 | 20:55
“Ermənistan yalan məlumatlarla növbəti təxribatlara zəmin yaratmağa çalışır” - Müdafiə Nazirliyi
15 Oct 2021 | 20:42
Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
15 Oct 2021 | 20:40
Daha 23 ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verildi
15 Oct 2021 | 20:36
“Xalq 15 oktyabr seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev yoluna olan sevgi və sadiqliyini nümayiş etdirdi”
15 Oct 2021 | 20:02
Ceyhun Bayramov Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
15 Oct 2021 | 19:58
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
15 Oct 2021 | 19:56
İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu təsdiq edib
15 Oct 2021 | 19:38
Hərbi sirr kimi gizlədilən telekanal reytinqləri – MTRŞ sədrinin toxunduğu məqamlar...
15 Oct 2021 | 19:26
Müdafiə Nazirliyinin açıqlamasında üç önəmli məqam: Antiterror əməliyyatına işarə...
15 Oct 2021 | 19:22
BDU-da “44 günün qəhrəmanları” layihəsi çərçivəsində qazilərlə görüş keçirilib - FOTO
15 Oct 2021 | 19:19
YAP Xətai rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını davam etdirir - FOTO
15 Oct 2021 | 19:14
"Dedim, namusunla uşaqlara bax, o isə azad olmaq istədi" - Mətanətdən gəlininə
15 Oct 2021 | 19:09
MN MAXE olmaq istəyənlərin qəbulunu elan edir
15 Oct 2021 | 19:07
Bakıda daha bir məktəbin üç sinfi distant təhsilə keçdi
15 Oct 2021 | 19:05
Qanunsuz ov edən şəxs cəzalandırılıb
15 Oct 2021 | 18:59
Noyabrda 10 gün iş olmayacaq
15 Oct 2021 | 18:57
İrakli Şotadze: “Gürcüstan və Azərbaycan prokurorluqları arasında əməkdaşlıq daha da güclənəcək”
15 Oct 2021 | 18:35
Öz torpağımızda ordumuzun "cinayətləri"ni Rusiya prokurorluğu araşdıracaq?..
15 Oct 2021 | 17:44
Bakıda avtoritetin güllələnməsi ANBAAN kameralara düşdü - VİDEO
15 Oct 2021 | 17:36
Polis polkovniki özünü subay göstərib əmlakını satdı - Arvadı şikayət etdi
15 Oct 2021 | 17:25
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan yeni qaz sazişindən DANIŞDI
15 Oct 2021 | 17:19
Ərdoğan: "Taliban hökuməti Türkiyədən dəstək istəyib"
15 Oct 2021 | 17:18
Paşinyan gülünc vəziyyətə düşdü - VİDEO
15 Oct 2021 | 17:13
Ucarda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
15 Oct 2021 | 17:13
Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilsinmi? – Hərbi ekspertin şərhi
15 Oct 2021 | 17:11
Yevlaxda “patı” satan şəxslər saxlanılıb
15 Oct 2021 | 17:08
"Mən iki il öncə 12 ədəd enerji içkisi almışdım və onların öz-özünə içi boşalıb, məəttəl qalmışam"
15 Oct 2021 | 17:06
Kamran Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
15 Oct 2021 | 16:55
“Azəriqaz” istismar müddəti bitən qaz xətlərini yeniləyir - VİDEO
15 Oct 2021 | 16:50
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb - FOTO
15 Oct 2021 | 16:46
Qarabağa ilk konteyner blok qatarı yola salınıb
15 Oct 2021 | 16:44
Azərbaycan və Gürcüstan prokurorluqları arasında memorandum imzalanıb
15 Oct 2021 | 16:43
Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb
15 Oct 2021 | 16:30
Aydın Hüseynov: “Sepatatçı-revanşist ermənilər hələ də nəyəsə ümid edirlər, amma…”
15 Oct 2021 | 16:25
Siyavuş Novruzova ağır itki
15 Oct 2021 | 16:24
Körpələrin ölümünə səbəb olan əsas XƏSTƏLİKLƏR
15 Oct 2021 | 16:13
Paşinyanın xanımından Azərbaycana mesaj: “Buna hazırıq”
15 Oct 2021 | 16:10
"Xüsusi təyinatlılar əməliyyata başlasa, 7 günə..."- VİDEO
15 Oct 2021 | 15:53
Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 35,6 min reabilitasiya vasitəsi ilə təmin edib
15 Oct 2021 | 15:52
“Reytinqin keyfiyyətli ölçülməsi olmadan keyfiyyətli televiziyanı təsəvvür etmək mümkün deyil”
15 Oct 2021 | 15:43
“Sülhməramlıların başı erməni qızları ilə kef çəkməyə qarışıb“
15 Oct 2021 | 15:40
"Min hoqqadan çıxıb, hər pozğunluğu edib, sonra da başlayırlar qeyrətdən danışmağa..."
15 Oct 2021 | 15:35
“Rəmiş mənim üçün Azərbaycanın Paqaninisidir, bunu yaratmağa çalışmışam”
15 Oct 2021 | 15:32
Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu...
15 Oct 2021 | 15:27
"Ərini bizə sat, 10 min dollar al... "- İranlı kəşfiyyatçıların Türkiyə macərası
15 Oct 2021 | 15:24
“Rusiyanın Laçını “DQ-nın rayonu” göstərməsi kimi addımlarına dərhal reaksiya verilməlidir…”
15 Oct 2021 | 15:22
"Bu islahat ölkəmizdə sahibkarlığın inkişafına böyük təkan vermişdir"
15 Oct 2021 | 15:16
Şəhid ailələri və müharibə əlillərinə, həssas qruplardan olan digər şəxslərə 50 mənzil təqdim edildi - FOTO
15 Oct 2021 | 15:14
“İran Ermənistanla əlbir olaraq 30 ildir Cəbrayıl üzərindən Avropaya narkotik daşıyırdı...”
15 Oct 2021 | 15:12
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbir keçirilib
15 Oct 2021 | 15:11
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - TAM MƏTN
15 Oct 2021 | 15:07
Putin: "Rusiya sülhməramlıları əldə olunmuş barışığın təminatçısıdır"
15 Oct 2021 | 15:05
Oktyabrın 18-dən hava qeyri-sabit olacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
15 Oct 2021 | 15:04
Azərbaycanda daha 1 850 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
15 Oct 2021 | 15:02
“Nə zaman ki, Azərbaycana təzyiq etmək, sülh anlaşmasını pozmaq istəyəcəklər...”
15 Oct 2021 | 14:27
Pərvindən yeni kitab: “Vəziyyət ruscadır”
15 Oct 2021 | 14:22
UNEC-də “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib
15 Oct 2021 | 14:21
"Şəhidlərin fotoları su qablarında nə gəzir?"
15 Oct 2021 | 14:15
"Həkimlər həyəcan təbili çalır, onları dinləyən yoxdur" - Pediatr
15 Oct 2021 | 13:54
Səyyad Arana yeni vəzifə verildi
15 Oct 2021 | 13:31
“Azərbaycanın Naxçıvanla avtomobil və dəmiryolu əlaqəsi olacaq” - Paşinyan
15 Oct 2021 | 13:30
"Hərbi əməliyyatların dayandırılmasında Putinin rolu..."
15 Oct 2021 | 13:28
"İşğal edilmiş ərazilərdəki evlər sökülüb, daşları Ermənistan və İranda satılıb"
15 Oct 2021 | 13:27
Bu, Ermənistanın növbəti terror aktıdır - Tofiq Zülfüqarov
15 Oct 2021 | 13:21
"İnanırıq ki, böyük inam və ümidlə Sizə etdiyimiz müraciətimizi cavabsız qoymayacaqsınız"
15 Oct 2021 | 13:18
“Zəngilanda üç böyük nəslin gəliniyəm, arzum idi ki, o yerlərə gedim...” - VİDEO
15 Oct 2021 | 13:01
NATO-nun Türkiyə QISQANCLIĞI: Brüssel Ankaranın gücə çevrilməsini istəmir
15 Oct 2021 | 12:58
Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
15 Oct 2021 | 12:57
Qanunsuz erməni silahlılarından növbəti təxribata cəhd: Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
15 Oct 2021 | 12:35
Əli Nağıyev və Orxan Sultanov MOSKVADA
15 Oct 2021 | 12:32
28 May-Müstəqillik, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü oldu
15 Oct 2021 | 12:29
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
15 Oct 2021 | 12:27
İntihar edən 16 yaşlı qız nişanlı imiş - TƏFƏRRÜAT
15 Oct 2021 | 12:17
“44 günlük müharibədə də İranı düşmən, İsraili dost ölkə gördük” - Fəzail Ağamalı
15 Oct 2021 | 12:15
Cinayət Məcəlləsinə mədəni soyqırımı maddəsinin əlavə edilməsi təklif olunub
15 Oct 2021 | 12:13
“Bir öldürülən əsgərimizə görə 10-20 erməni əsgəri məhv edilməlidir”
15 Oct 2021 | 12:09
“Bu gün ilk dəfədir ki, oğluma ruhun şad olsun deməyə utanmıram...” - Şəhid Əbdülməcidin anası...
15 Oct 2021 | 12:05
“Səhnə mənim həyatımdır, heç vaxt oranı tərk etmərəm”
15 Oct 2021 | 12:04
“Kapitalizmin eybəcərliyi...” - KXDR “Kalmar oyunu”ndan təbliğat məqsədi ilə istifadə edir
15 Oct 2021 | 11:53
Hikmət Hacıyevin doğum günüdür
15 Oct 2021 | 11:39
"İran Azərbaycanla heç məhdud toqquşmaya da cəsarət etməz..." - Sınıq-salxaq ordu ilə təhdidlər işə yaramır
GÜNLÜK
15 Oct 2021 | 16:13
Paşinyanın xanımından Azərbaycana mesaj: “Buna hazırıq”
15 Oct 2021 | 13:18
“Zəngilanda üç böyük nəslin gəliniyəm, arzum idi ki, o yerlərə gedim...” - VİDEO
15 Oct 2021 | 10:00
“The Washington Times”: Çin ordusu kosmosda hökmranlıq etmək üçün orbitdə silah yerləşdirir
15 Oct 2021 | 11:17
Minlərlə yəhudi iş adamı varidatının yarısını öz xalqı və ölkəsinə fəda etdi...-İBRƏTAMİZ
15 Oct 2021 | 12:05
“Səhnə mənim həyatımdır, heç vaxt oranı tərk etmərəm”
15 Oct 2021 | 11:32
“Belə davam edərsə, anti-terror əməliyyatı keçirərək erməni tör-töküntüləri ərazimizdən çıxarılmalıdır”
15 Oct 2021 | 12:09
“Bu gün ilk dəfədir ki, oğluma ruhun şad olsun deməyə utanmıram...” - Şəhid Əbdülməcidin anası...
15 Oct 2021 | 14:15
"Həkimlər həyəcan təbili çalır, onları dinləyən yoxdur" - Pediatr
15 Oct 2021 | 14:21
"Şəhidlərin fotoları su qablarında nə gəzir?"
15 Oct 2021 | 15:24
“Rusiyanın Laçını “DQ-nın rayonu” göstərməsi kimi addımlarına dərhal reaksiya verilməlidir…”
HƏFTƏLİK
15 Oct 2021 | 07:33
Xankəndində xəstəxananın qarşısı... - Bu gecəki  atışmadan sonra...-FOTO
10 Oct 2021 | 14:36
"İrəvan Abdollahiyanın təyyarəsini göydəykən "vurdu", Amilinin “pısdığı” özünə qaldı..."
12 Oct 2021 | 20:17
35 qız bakirəliyini hərraca çıxartdı - Əksəriyyəti tələbədir - FOTO
10 Oct 2021 | 11:10
"“Putinə dedim ki, sən dəfn olunacağın bir yer seç, cavab verdi ki, nəyimə lazım, hələ..."
14 Oct 2021 | 21:22
Erməni terrorçuları Ağdərə-Kəlbəcər yolunda polis mayorunu necə qətlə yetirdi?..
12 Oct 2021 | 14:31
"Vəli məndən xoşu gəldiyini bildirdi, mən də ona sevgi münasibətində ola biləcəyimizi dedim”
09 Oct 2021 | 13:33
Viaqra əvəzinə nə içmək olar? - HƏKİM MƏSLƏHƏTİ
13 Oct 2021 | 12:58
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTOLAR
13 Oct 2021 | 00:35
"Şah İrandan qovulanda Ququş qohumlarından sığınacaq istəyib, amma heç kim verməyib..."
11 Oct 2021 | 07:36
Rusiya Müdafiə Nazirliyi  növbəti dəfə Azərbaycan MN-in məlumatını təkzib etdi...
AYLIQ
15 Oct 2021 | 16:13
Paşinyanın xanımından Azərbaycana mesaj: “Buna hazırıq”
15 Oct 2021 | 13:18
“Zəngilanda üç böyük nəslin gəliniyəm, arzum idi ki, o yerlərə gedim...” - VİDEO
15 Oct 2021 | 10:00
“The Washington Times”: Çin ordusu kosmosda hökmranlıq etmək üçün orbitdə silah yerləşdirir
15 Oct 2021 | 11:17
Minlərlə yəhudi iş adamı varidatının yarısını öz xalqı və ölkəsinə fəda etdi...-İBRƏTAMİZ
15 Oct 2021 | 12:05
“Səhnə mənim həyatımdır, heç vaxt oranı tərk etmərəm”
15 Oct 2021 | 11:32
“Belə davam edərsə, anti-terror əməliyyatı keçirərək erməni tör-töküntüləri ərazimizdən çıxarılmalıdır”
15 Oct 2021 | 12:09
“Bu gün ilk dəfədir ki, oğluma ruhun şad olsun deməyə utanmıram...” - Şəhid Əbdülməcidin anası...
15 Oct 2021 | 14:15
"Həkimlər həyəcan təbili çalır, onları dinləyən yoxdur" - Pediatr
15 Oct 2021 | 14:21
"Şəhidlərin fotoları su qablarında nə gəzir?"
15 Oct 2021 | 15:24
“Rusiyanın Laçını “DQ-nın rayonu” göstərməsi kimi addımlarına dərhal reaksiya verilməlidir…”