Şuşada erməniləri də Türk Ordusunu təntənə ilə qarşılamağa vadar etmiş komandanlar... - ARAŞDIRMA
Oxunub: 4331
19 Jun 2021 | 10:44
Şuşada erməniləri də Türk Ordusunu təntənə ilə qarşılamağa vadar etmiş komandanlar... - ARAŞDIRMA
“Ermənilər şəhərin komendantı Həsən Bəsri bəyin yanına gəlib təslim olduqlarını və Azərbaycan dövlətinin hakimiyyətini tanıdıqlarını bəyan etdi...”
 
“Şuşada Qafqaz İslam Ordusu hissələrinin rəsmi keçidi də təşkil edildi. Bu rəsmi keçid həm azərbaycanlılar, həm də ermənilər tərəfındən izlənildi...”
 
İyunun 15-də  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə Şuşadakı möhtəşəm görüşü və hər iki lider tərəfindən onillər sonraya hesablanmış Şuşa Bəyannaməsinin imzalanması bu qədim Azərbaycan şəhərinin, bütövlükdə  Türk dünyası üçün tarixi və strateji əhəmiyyətini gündəmə gətirdi...
Bəs bu günədək daha hansı məşhur Türkiyə mənsubları Şuşanı ziyarət ediblər?
 
Əlbəttə, R.T. Ərdoğan Qarabağı, Şuşanı ziyarət etmiş ilk Türkiyə dövlət başçısıdır. Tarixə müraciət etdikdə isə məlum olur ki, hələ XVIII əsrin ikinci yarısında, əsasən, İbrahimxəlil xan dövründə Osmanlı İmperiyası ilə Qarabağ xanlığı arasında qarşılıqlı elçilər və məktub mübadilələri olmuşdur.  O dövrdə sultan hökuməti Rusiya əleyhinə bağlanacaq ittifaqda Qarabağ xanlığına böyük əhəmiyyət verirdi. 1776-cı ildə İbrаhimхəlil хаn öz vəziri Mоllа Həsəni Оsmаnlı sultаnından yardım almaq üçün İstanbula göndərmişdi, 1783-cü ilin pаyızındа isə Аzərbаycаn və Dаğıstаn feodаllаrı ilə Rusiyаyа və Kаrtli-Kахeti çarlığına qаrşı ittifаq yaratmaq məqsədilə Хəlil pаşаnın bаşçılığı ilə Cənubi Qafqazа göndərilən Оsmаnlı nümаyəndə hеyəti Qаrаbаğda İbrаhimхəlil хаnla görüşmüş və Şuşada öz qərаrgаhlarını yaratmışdı. 1784-cü ilin yanvarında toplanış mərkəzi olan Şuşaya artıq 8 min döyüşçü yığılmışdı və Şuşa şəhəri Osmanlı paşası Xəlil əfəndinin bir növ qərargahına çevrilmişdi...
Onu da deyək ki, Osmanlı dövləti və Rusiya imperiyasının Qarabağ Xanlığına münasibəti eyni deyildi. Əgər Osmanlı dövləti xanlığa qarşı heç bir ərazi iddiası irəli sürməyib, yalnız onun hərbi gücündən öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırdısa, Rusiya Cənubi Qafqazı, o cümlədən Qarabağ xanlığının ərazisini tutmaq niyyətində idi. Təəssüf ki,  XIX əsrin əvvəlindən başlayaraq Rusiya Qarabağ xanlığı da daxil olmaqla Quzey Azərbaycanın işğalını başa çatdıraraq bu niyyətinə nail oldu...
 
Nəhayət, XX əsrin əvvəlində Osmanlı Türkiyəsi Azərbaycanı həm Rusiyanın işğalından qurtarmaq, eyni zamanda məhz Kremlin dəstəyi ilə xalqımıza qarşı soyqırımı aparan erməni terrorçuluğuna son vermək üçün birbaşa hərbi gücü ilə bizə dəstək vermək imkanı əldə edə bildi.
 
Müxtəlif tarixi mənbələrdə 1918-ci ildə Bakının azad edilməsindən sonra Nuru Paşa başda olmaqla əsas özəyi Osmanlı Ordusundan ibarət  Qafqaz İslam Ordusunun Qarabağ, Şuşa səfəri və zəfəri barədə  maraqlı faktlar söylənilir...
 
“1918-ci il oktyabrın 1-də Nuru Paşa artıq Ağdama gəlmişdi. Döyüşə hazırlıq vəziyyəti yoxlanıldıqdan sonra, oktyabrın 4-də Qarabağ dəstəsi Şuşaya doğru hərəkətə başladı və elə həmin gün Əsgəran ətrafında güclü döyüşlər baş verdi. Əsgəran boğazının təbii şəraitindən istifadə edən ermənilər burada möhkəm müdafiə postları qurmuşdular. Üzbəüz döyüşlə bu mövqeləri yarıb-keçmək çətin olacağından, 2-ci Azərbaycan piyada alayı və bir süvari alayı Kətik-Daşbaşı istiqamətinə göndərildi. 9-cu Qafqaz piyada alayı isə Ağbulağa tərəf hərəkət etdi və bu məntəqəni ələ keçirərək ermənilərin cənuba doğru geri çəkilmək yolunu kəsdi. 9-cu alayın bu məntəqəni ələ keçirməsi və həmin alayın 25-ci taborunun cənubdan Əsgərana doğru hərəkəti ermənilərin müqavimətini tamamilə qırdı və onların geri çəkilməkdən başqa çarəsi qalmadı. Bununla da Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd erməniləri də müqavimət göstərməyə çalışırdılar. Oktyabrın 6-da Əsgəranla Şuşa arasındakı Əyrikənd ətrafında növbəti döyüş baş verdi. Burada xeyli erməni qüvvəsi toplaşmışdı. 1-ci Azərbaycan diviziyasının sərəncamında olan topların sürəkli atəşindən sonra həmin qüvvələr qaçıb dağılışdılar. Xanabad, Qılınəbağı və Kətik kəndlərinin dağlara qaçmış əhalisi müqavimətin əbəs olduğunu anlayıb silahlarını təhvil verməyə başladılar...
Şuşa istiqamətində oktyabrın 6-dək davam edən döyüşlərdə bir zabit və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmış, 16 min güllə və 276 top mərmisi sərf edilmişdi. Ayın 7-də Şuşa istiqamətində irəliləyən əsas qüvvələr Xankəndinə doğru hərəkəti davam etdirdilər. Əsas qüvvələr irəli hərəkət etdikcə arxada qalan yolun və məntəqələrin mühafızəsi də təmin olunurdu. Bu məqsədlə bir piyada taboru Ağdamda saxlanıldı, bir piyada taboruna isə Şuşa-Ağdam yolunun mühafizəsi tapşırıldı. 1-ci Azərbaycan diviziyası və onun tabeliyinə verilmiş hissələr oktyabrın 4-də Ağdamdan hərəkət edərək ayın 8-də Şuşaya daxil oldular. Yalnız oktyabrın 4-də Əsgəran ətrafında döyüşə girən bu qüvvələr sonrakı günlərdə elə bir ciddi müqavimətlə rastlaşmadan yol üstündəki kəndlərdən silah toplamaqla məşğul idilər...
Şuşa əhalisi Qafqaz İslam Ordusu qüvvələrinin qarşılanması üçün Gövhər ağa məscidində könüllü 20 min rubl vəsait toplamışdı. Bu vəsait qoşun hissələrinin yerləşdirilməsinə, onların ərzaqla təchizatına sərf edildi. Şuşa bəylərindən biri şəhərə gələn qoşunların birgünlük bütün xərclərini öz üzərinə götürdü. Digər bəylər və imkanlı adamlar  qoşunların ərzaq təminatı üçün böyük miqdarda çörək, çay, şəkər və s. almışdılar.
 
Şuşada Qafqaz İslam Ordusu hissələrinin rəsmi keçidi də təşkil edildi. Bu rəsmi keçid həm azərbaycanlılar, həm də ermənilər tərəfındən izlənildi. Şəhərin həm azərbaycanlılar, həm də ermənilər yaşayan hissəsində postlar quruldu və asayişin təmin edilməsi onlara tapşırıldı.
 
1-ci Azərbaycan diviziyası qərargahının Şuşada yerləşdirilməsi planlaşdırılırdı. Diviziya bölgənin təhlükəsizliyini təmin etməli idi. Bölgədə əvvəlki vəziyyəti bərpa etmək üçün isə ermənilər təkcə öz qüvvələrini gücləndirmir, eyni zamanda, havadarları vasitəsilə Türkiyəyə güclü təzyiq göstərir və cidd-cəhdlə Qafqaz İslam Ordusu hissələrinin Qarabağdan çıxarılmasını tələb edirdilər. Yaranmış mürəkkəb beynəlxalq şərait və eyni zamanda, Mudros barışığının şərtlərinə görə, türk hərbi qüvvələrinin Azərbaycandan geri çağırılması Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünü birdəfəlik susdurmağa imkan vermədi. Qarabağdakı 9-cu və 106-cı türk alaylarının geri çağırılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycan hissələrinin öhdəsinə düşdü...”.
(Mənbələr: Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999;
Birinci dünya harbinde türk harbi Kafkas cebhesi 3-cü ordu harekatı, c.2, Ankara, 1993;
Yüceer Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan harekatı, Ankara, 1996).
Digər məlumatlarda deyilir ki, Şuşaya daxil olandan sonra Nuru Paşa Gövhər ağa məscidində namaz qılıb və sonra şəhərdə hərbi keçid də təşkil edib. Ermənilərin və şuşalıların gözü qarşısında keçirilən hərbi parad azərbaycanlılara sevinc, ermənilərə isə dərd gətirib. Şuşalılar da Bakının azad olunması zamanı Nuru Paşanın şərəfinə oxunan “Küçələrə su səpmişəm” mahnısını ifa ediblər...
 
Azərbaycan Demokratik Respublikasının orqanı olan “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru,  o dövrün tanınmış jurnalist, tənqidçi, teatrşünas və tərcüməçisi Xəlil İbrahimin həmin qəzetdə Qarabağda, Zəngəzurda bu günkü olayların da təhlili baxımından  çox dəyərli olan rusca və azərbaycanca “Qarışıq günlərdə Qarabağın vəziyyəti”nə dair silsilə reportajlar çap etdirib. 
 
X.İbrahimin bu silsilədən Moderator.az-da bir müddət öncə təqdim etdiyimiz   yazılarından birinin aktuallığını nəzərə alaraq təkrar nəzərinizə çatdırırıq:
 
Şuşada doğulmuş və 1938-ci ildə sovet repressiya maşını tərəfindən Nargin adasında güllələnmiş Xəlil bəy 1918-ci il noyabrın 1-də “Azərbaycan”  qəzetinin 24-cü sayındakı yazısında Əsgəran-Xankəndi istiqamətindən yolu kəsilən və demək olar ki, mühasirədə qalan Şuşada azərbaycanlılara qarşı vuruşan ermənilərin sonradan Azərbaycan dövlətinin varlığı qarşısında necə boyun əyməsindən, türk qoşunlarını təntənə ilə qarşılamasından bəhs edir. Bundan əvvəlki məqaləsində müəllif bildirir ki, əvvəlcə tezliklə Andranikin və Şahnazaryan soyadlı digər erməni sərkərdənin başçılığıyla Zəngəzurdan Şuşaya qoşunlar gəldiyini eşidən ermənilərin əksəriyyəti Azərbaycan dövlətini tanımaq haqda düşünmür. Yalnız az bir qismi gizli şəkildə Azərbaycan türkləriylə sülh danışıqları aparmağa cəhd edir. Lakin sonradan vəziyyət dəyişir...
 
“Şəhərdə (Şuşada - S.L.) son günlər çox əsəbi atmosfer yaranmışdı: hər an iğtişaş və qarşıdurmalar gözlənirdi. Xalq aclıq keçirirdi. Ac camaatın bir hissəsi ermənilərlə döyüşdən sonra yolun açılacağına ümid edərək döyüşə atılaraq mühasirəni yarmağı təklif edirdi. Başqa biriləri isə özləri üçün böyük ərzaq ehtiyatı toplamış varlıların malikanələrində axtarış aparılmasında təkid göstərirdi. Hər iki qərar qarşısıalınmaz qan tökülməsinə gətirib çıxara bilərdi. Xalq o qədər ruhdan düşmüşdü ki,  əsgərlərin Ağdama gəlməsi haqda yenidən yayılmış xəbərlərə də inanmırdı.
 
 Belə bir kritik məqamda şəhərə İsmail Haqqı bəyin (Türkiyə-Osmanlı sərkərdəsi - S.L.) Ağdama nümayəndələrini göndərmələri tələbi ilə ermənilərə ünvanladığı məktub çatdırıldı. Ermənilər tərəfindən 5 nümayəndə göndərildi. O biri gün onlardan ikisi Şuşaya qayıdıb xəbər verdi ki, onların yoldaşlarından 3-ü Ağdamda saxlanılıb, onlar isə türklərin şəhərin dərhal təslim edilməsi barədə tələbini çatdırmaq üçün göndərilib. Bu haqda oxşar məlumat Şuşa komendantı Həsən Bəsri bəyə də ünvanlanmışdı.
 Bu məsələnin həlli üçün ermənilər iclas çağırdılar. Yığıncaqda çox mübahisə və ixtilaflar yarandı. Lakin 5 gün ərzində onlar heç bir  cavab vermədilər.
 
 Şəhərin müsəlmanları isə türklərin tezliklə gələcəyini eşidərək tələsik azadlıq mücahidlərinin təntənəli qarşılanma mərasiminə hazırlaşmağa başladı. Şəhərin girişində triumfial tağbənd quraşdırıldı.  Oxşar tağbəndlər bazarın əvvəlindəki  Şah körpüsündə,  Meydana gedən yolda və bir çox digər yerlərdə də quraşdırıldı.
 
 Ermənilər isə hələ də heç bir qərar çıxarmamışdılar... Nəhayət, 5-ci gün axşam saat 9-da ermənilər – İnternasional Komitəsinin üzvləri təslim olmaları haqda bəyanatla gəldilər. 6-cı gün Ağdamda saxlanılmış 3 erməni nümayəndəsi Şuşaya gəldi və onlara 24 saat ərzində şəhəri təslim etmək təklif olunduğunu bəyan etdi.
 
 Elə həmin gün bir neçə erməni bir əldəqayırma top, bir pulemyot və 80 tüfənglə şəhərin komendantının yanına gəlib təslim olduqlarını və Azərbaycan dövlətinin hakimiyyətini tanıdıqlarını bəyan etdi...
 
 O biri gün Ağdama İsmayıl Haqqı bəyə və Cəmil Cihad bəyə(Türk- Osmanlı sərkərdəsi-S.L.) bu hadisə haqda xəbər çatdırmaq üçün çapar göndərildi.
 
 Elə həmin gündən ermənilər də şəhərin erməni hissəsini türklərin gəlişi üçün bəzəməyə başladılar; internasional komitəsi qarşısında, Yuxarı meydanda, eləcə də şəhərə girişdə tağbəndlər quraşdırdılar. Görüşün təşkilatçılığını və xərclərini müsəlman milli komitəsi öz üzərinə götürdü. Gövhər ağa məscidində əhalinin öz arzusu ilə bu məqsədlə 20 min rubl pul toplanıldı.
 
 Bundan əlavə, yerli bəylərdən biri tam bir gün ərzində türklərin bütün qəbul xərclərini öz üzərinə götürdü. Eyni məqsədlə bir çox şəxslər tərəfindən çay, qənd, qəhvə, çörək və s. ianə edildi.
 
 İki gündən sonra Türk Ordusu Şuşaya yaxınlaşdı. Onların gecikməsinə səbəb Əsgəran yaxınlığında dağın ətəyindəki erməni kəndlərinin qoşunlara müqavimət göstərərək onları ləngitməsi olmuşdu. Həmin kəndlər bunlar idi: Xoramurd, Xanabad, Daşbaş, Aranzəmin, Kənik, Ağbulaq, Qarakənd və bir sıra digərləri. Xaçınçay yaxınlığındakı kənddə də müqavimət göstərildi. Burada Ağdam qoşunları böyük igidlik və şücaət göstərdi...” (X.İbrahim. “Azərbaycan” qəzeti, 1 noyabr 1918-ci il.  №24).  
 
1918-ci ildə Osmanlı-Türk Ordusunun sərkərdə və əsgərlərinin Azərbaycan, Qarabağ, eləcə də Şuşa üçün göstərdikləri igidliklər haqda faktları saymaqla bitməz...
 
“Ümid edirik ki, Şuşa bəyannaməsindən sonra tolerant, multikultural siyasət yeridən Azərbaycan Dövləti Yuxarı Qarabağda yarımçıq qalmış ərazi bütövlüyümüzü də tam təmin edəcək...”
 
Bunu Moderator.az-a açıqlamasında qardaş Türkiyənin tarixən daim Azərbaycan üçün əlindən gələni etməyə çalışmasından bəhs edən  BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz  söyləyib.
“Türkiyə liderinin möhtəşəm Şuşa səfərindən danışarkən unutmayaq ki, 103 il öncə - 1918-ci ildə Xalq Cümhuriyyəti dönəmində də Osmanlı ordusu Nuru Paşa, Mürsəl Paşa, Cahid Cəmil bəy, İsmayıl Haqqı bəyin və b. rəhbərliyi ilə həm Azərbaycan xalqını erməni zülmündən və qətliamından qurtardı, eyni zamanda Bakını yadelli işğalçılardan azad edərək bu şəhərin ölkəmizin paytaxtı kimi qorunub-saxlanmasında AXC-yə həlledici kömək göstərdi. Türk qardaşlarımız bununla da kifayətlənməyərək  Qafqaz İslam Ordusu  tərkibində aparıcı güc kimi Qarabağa və Zəngəzura da müzəffər yürüş keçirərək ermənilərə həlledici zərbə vurdu, o cümlədən Şuşanın işğalçı ermənilərdən təmizlənməsində böyük rol oynadı. Həmin hərbi əməliyyatlar zamanı Nuru paşa başda olmaqla Türkiyə ordusu, o cümlədən Cahid Cəmil bəy, İsmayıl Haqqı bəy  Şuşaya da  daxil olaraq bu Azərbaycan şəhərində əmin-amanlıq yaradılmasına nail olublar. Yəni tariximiz boyu  indiyədək Şuşanı ziyarət etmiş ən rütbəli Türkiyə dövlət mənsubu  Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdu. Odur ki, bu nəhəng türk oğlunun da Bakı və Qarabağ, Şuşa zəfərlərini də unutmayaq...
 
Şükürlər olsun ki, nəhayət, ordumuzun 44 günlük savaşdakı qələbəsindən sonra 15 iyun 2021-ci ildə Türkiyə dövlətinin başçısı, Prezident Rəcəb Tayyib Ərdoğanın hələ 6 ay öncə vəd etdiyi  Qarabağı, Şuşanı ziyarəti baş tutdu. Bu, Qarabağın, Şuşanın tarixində ilk və çox böyük və qürurverici bir hadisədir...
Onu da deyim ki, Mudros müqaviləsinə əsasən I Dünya savaşının qalibləri Osmanlıdan Azərbaycan və Qafqazdan çıxmağı tələb etdiyindən türk ordusunun ölkəmizə o vaxtkı dəstəyi yarımçıq qaldı. Osmanlı ordusu Azərbaycanı tərk edəndə cəmi 1500 nəfərlik kiçik ordumuz var idi.  Buna rəğmən AXC hökuməti  qısa müddətdə bütün ölkəni səfərbər edərək həm Lənkəran, həm də Qarabağ, Zəngəzur istiqamətində Rusiya və Ermənistanla ağır döyüşlər apararaq ərazi bütövlüyümüzü bərpa edə bildi. Buna rəğmən 1920-ci ildəki Rusiya işğalı yenidən Qarabağdakı işlərimizi yarımçıq qoydu. Yəni Dağlıq Qarabağ Muxtar Vilayəti kimi qondarma bir qurum yaradıldı və bu, 70 il sonra başımıza bəla oldu...
 
İnşAllah, ümid edirik ki, Şuşa bəyannaməsindən sonra tolerant, multikultural siyasət yeridən  Azərbaycan dövləti Türkiyənin mənəvi və siyasi dəstəyindən də yararlanaraq  bu dəfə ölkəmizin Yuxarı Qarabağda yarımçıq qalmış ərazi bütövlüyünü tam təmin edəcək, separatizm və terrorçuluqla məşğul olan qüvvələri Respublika ərazisindən qovub çıxaracaqdır. Bununla da yalnız Azərbaycan xalqı yox, dinc erməni toplumuna da xoşbəxt və gözəl həyat bəxş olunacaqdır. Yəni güman edirik ki, yoxsul və zəhmətkeş erməniləri də  qatil və vandal həmsoylarının zülmündən xilas edə biləcək və Qafqazda “erməni məsələsi”nə birdəfəlik son qoyacağıq” - deyə tanınmış tarixçi alim vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
09:01, Bu gün
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
08:57, Bu gün
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
08:49, Bu gün
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
08:48, Bu gün
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
08:45, Bu gün
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
08:44, Bu gün
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
08:42, Bu gün
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
08:39, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:34, Bu gün
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
08:27, Bu gün
Kanada “Airbus”a Rusiya titanından istifadə etməyə icazə verib
08:22, Bu gün
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
08:22, Bu gün
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
08:20, Bu gün
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
08:18, Bu gün
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
08:17, Bu gün
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
08:11, Bu gün
Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA
08:02, Bu gün
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
08:01, Bu gün
Argentina İranın nazirinin həbsini tələb edir
07:58, Bu gün
Ceyhun Bayramov Çexiyada bir sıra şəxslərlə fikir mübadiləsi aparıb - FOTO
07:56, Bu gün
Sumqayıtda gənc oğlan itkin düşüb
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 09:18
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
23 Apr 2024 | 10:57
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
23 Apr 2024 | 10:40
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
23 Apr 2024 | 10:15
Azərbaycanda zəlzələ oldu
23 Apr 2024 | 09:14
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 09:18
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
23 Apr 2024 | 10:57
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
23 Apr 2024 | 10:40
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
23 Apr 2024 | 10:15
Azərbaycanda zəlzələ oldu
23 Apr 2024 | 09:14
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA