Gənclərin psixi problemləri texnologiyadan istifadə ilə bağlıdır? Oksfordun ARAŞDIRMASI
Araşdırma
3614
05 May 2021 | 09:45

Gənclərin psixi problemləri texnologiyadan istifadə ilə bağlıdır? Oksfordun ARAŞDIRMASI

İngiltərədə aparılan bir araşdırma gənclərin texnologiyadan istifadə etmələrinin qarşılaşdıqları psixoloji narahatlıqlar üzərindəki təsirinin daha az olduğunu ortaya çıxarıb.
 
Moderator.az BBC-yə istinadla xəbər verir ki, Oxford İnternet İnstitutunun araşdırması üçün 10-15 yaş arasındakı 430 mindən çox gəncin televiziya izləmə, sosial mediadan və texnoloji cihazlardan istifadə vaxtları ilə depressiya, intihar düşüncələri və davranış pozğunluqları kimi psixoloji problemlər arasındakı əlaqə öyrənilib.
 
Tədqiqat nəticəsində 1991-2019-cu illər arasında depressiya ilə sosial medianın istifadəsi və televiziya izləməyə sərf olunan vaxt arasındakı əlaqənin bir qədər zəiflədiyi müşahidə edilib.
Eyni dövrdə sosial mediadan istifadənin psixologiyaya təsirində bir qədər artım olduğu bildirilib.
Tədqiqat üçün 1991-2017-ci illər arasında İngiltərə və ABŞ-da yaşayan 10-15 yaş arasındakı 430 mindən çox insanın məlumatları analiz edilib.
 
Araşdırmada iştirak edən gənclərdən müəyyən suallara əsasən öz emosional vəziyyətlərini qiymətləndirmələri xahiş olunub.
 
Növbəti addımda gənclərdən ümumiyyətlə sosial mediadan, mobil telefon və televizor kimi texnoloji cihazlardan nə qədər istifadə etdikləri soruşulub. Bu vaxtdan necə istifadə etdikləri öyrənilib.
 
Araşdırmanın koordinatorlarından biri olan professor Andrey Przybylski deyib ki, "2010 və 2019-cu illəri müqayisə etdikdə, sosial medianın ruhi sağlamlığa təsiri baxımından heç bir fərq görmədik”.
 
O, texnologiya istifadəsi ilə ruhi sağlamlıq arasındakı əlaqənin getdikcə güclənmədiyini vurğulayıb.
 
Oxford tədqiqatı, eyni zamanda, texnologiyanın gənclərin ruhi sağlamlığına zərərli təsirləri üzərində dayanan siyasətçilər və mütəxəssislər üçün bir xəbərdarlıqdır.
Gənclərin texnologiyadan istifadəsini yaşadıqları psixi sağlamlıq problemləri ilə əlaqələndirən araşdırmalar tez-tez gündəmə gətirilir.
 
2021-ci ilin yanvarında nəşr olunan bir araşdırma sosial medianın gənclərin sağlamlığına mənfi təsir etdiyini və özlərinə inamlarını zəiflətdiyini ortaya çıxarmışdı.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər