"Əgər liderlər nəyisə razılaşdırıblarsa, nədən bu, baş nazirlərinin müavinlərinə həvalə edilsin..?"
Siyasət
Oxunub: 3374
28 Nov 2021 | 22:58
Analitiklər Soçidə Əliyevlə Paşinyan arasında baş tutmuş görüş barəsində fərqli düşünürlər...
 
Rusiya prezidentinin iştirakı ilə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Soçidə baş tutmuş görüş mühüm nəticələrə gətirib çıxarmayacaq, lakin bu görüş gələcək dialoq üçün meydança hazırlamış oldu, -erməni analitikləri belə hesab edir.
 
Soçidə müəyyən edilmiş istiqamət Azərbaycan hakimiyyətinin planlarına uyğundur, danışıqların başlıca yekunu isə Qarabağda kommunikasiyaların açılmasını sürətləndirəcək,-bunu isə azərbaycanlı həmkarlar güman edir.
 
Rusiyanın "Qafqaz qovşağı" internet nəşri xəbər verir ki, noyabrın 26-da Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti
 
Vladimir Putin Qarabağ münaqişəsinin tənzimlənməsi barəsində danışıqlar aparıb.
 
Rusiya və Qarabağ  münaqişəsinin tərəfləri ATƏT-in Minnsk qrupunu sıxışdırır, həm də Kreml sülh prosesini öz əllərində cəmləşdirmək istəyir,-analitiklər öncə belə qeyd edib.
 
Politoloqlar Əliyev və Paşinyan arasında görüşün nəticələrini yayğın adlandırıb
 
Soçi görüşündən əvvəl sərhədlərin delimitasiyasi və demarkasiyası və kommunikasiyaların açılması haqqında hansısa konkret qərarların qəbul edilməsi gözlənilirdi. Məsələn, ikitərəfli komissiya yaratmaq və bu çərçivədə sərhədlərin delimitasiyası və demakasiyasını həyata keçirmək nəzərdə tutulurdu. Həmçinin komissiyanın işinin hansısa ümumi prinsiplərinin işlənib hazırlanması nəzərdə tutulurdu,-erməni politoloq Benyamin Poqosyan qeyd edib.
 
Görüşün yekunlarına dair Bəyanatda Putin "delimitasiya və demarkasiya üzrə hansısa mexanizmlərin" razılaşdırılmasından danışıb, amma Bəyanatın mətnində yalnız "sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsinin artırılmasından" danışılır.
 
Putin həmçinin deyib ki, bu mexanizmlər ilin sonunadək yaradılmalıdır. Bu o deməkdir ki, belə komissiyanın yaradılması haqqında razılıq baş tutmayıb. Çox güman ki, tərəflər sərhədlərin demilitasiyası və demarkasiyası haqqında danışıb və ilin sonunadək bu mexanizmlər üzrə bəyanatlar veriləcək, komissiyanın yaradılması isə ola bilsin 2022-ci ilədək təxirə salınacaq",-Poqosyan "Qafqaz qovşağı"na söyləyib.
 
Azərbaycan təkid edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində tərəflər bir-birinin ərazi bütövlüyünü sovet sərhədləri əsasında tanısın. Bu isə avtomatik olaraq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq deməkdir.
 
Bu görüşün nəticələri onu deməyə əsas verir ki, tərəflər sərhədlərin demilitasiyası və demarkasiyası prinsipləri üzrə son razılığa gəlməyib,-analitik delə deyib.
 
Poqosyan diqqəti Putinin "ilin sonunadək belə mexanizmlərin yaradılmasına ümud edirik" sözlərinə çəkib.
 
Çox güman ki, Putin ona işarə edir ki, ilin sonunadək Azərbaycan Rusiyanın onunla toqquşmaya və Türkiyə ilə siyasi böhrana getməyəcəyinə əmin olaraq, bir neçə döyüş əməliyyatlarına baş vuracaq və Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur ediləcək. Bu isə Ermənistanın təslim olması demək olacaq, çünki payızda Qarabağda Ermənistan sadəcə məğlub olub",-politoloq qeyd edib.
 
Kommunikasiyaların açılması haqqında bəyanat da qəribə səslənir. Putin bəyan edir ki, qərarlar qəbul edilib, amma onlar bir həftədən sonra baş nazirlərin müavinlərinin görüşünün gedişində dərc ediləcək.
 
Əgər liderlər nəyisə razılaşdırıblarsa, nədən bu, baş nazirlərinin müavinlərinə həvalə edilsin?",-deyə politoloq sual edir.
 
Maraqlıdır ki, Bəyanatın mətni Putinin bəyanatından fərqlənir.
 
Bəyanatın mətnində "bütün iqtisadi və nəqliyyat əlaqələrin blokadadan çıxarılması" haqqında deyilsə də, Putin öz çıxışında "dəhliz" sözünü işlədir",-Poqosyan deyib.
 
Brüsseldə nəzərdə tutulan görüşdən fərqli olaraq, Soçidəki görüş bir neçə ay ərzində hazırlanıb.
 
Brüssel görüşü isə "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində keçəcək və bu görüşün konkret gündəliyi yoxdur,-politoliq qeyd edib.
 
Siyasi icmalçı Naira Aurumyan isə deyir ki, "istərdik ki, Brüssel görüşündə Artsaxın (Dağlıq Qarabağ-"Qafqaz qovşağı") statusu məsələsi müzakirə edilsin. Amma çox güman ki, hərbi əsirlərin qaytarılması məsələsi gündəmdə olacaq. Soçi Bəyanatında əsirlər məsələsi yer almayıb. Demək, bu məsələni Şarl Mişelə saxlayıblar.
Axı Putinin başlıca vəzifəsi siyasi nizamlanmaya və Artsaxın statusuna yaxın durmamaqdır",-Ayrumyan deyib.
 
Siyasi icmalçı Akop Badalyan hesab edir ki, Soçi və Brüssel görüşləri bir-biri ilə əlaqəlidir. Baxmayaraq ki, orada humanitar məsələlər müzakirə ediləcək, bunlar bir zəncirin həlqələridir.
Paşinyan öz çıxışında qeyd edib ki, Qarabağ məsələsinin nizamlanması ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə edilməlidir, eyni zamanda bir sıra məsələlər üçtətəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) müzakirə edilə bilər.
Analitik həmçinin kommunikasıyaların açılmasının Ermənistana da fayda verəcəyini qeyd edib.
 
"Azad vətəndaş" Mərkəzinin rəhbəri Ovsep Xurşudyan diqqəti Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın sözlərinə çəkib: "Rusiya Ermənistanı öz protektoratına çevirmək niyyətində deyil, açılması nəzərdə tutulan bütün kommunikasiyalar milli qanunvericilik çərçivəsində işləyəcəkdir".
Onun sözlərinə görə, bu, Ermənistanın mövqeyi ilə tamamilə üst-üstə düşür.
 
"Respublika" tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Cəfərli hesab edir ki, Soçi görüşü Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanmasında Rusiyanın həlledici rolunu göstərdi.
 
Onun sözlərinə görə, Soçi görüşü regionda gərginliyi azaldacaq və sülhün bərqərar olunması istiqamətində imkanlar açacaqdır. Gərginlik yaradan iki məsələ barəsində yekun Bəyanatda razılaşmalar öz əksini tapıb. Bunlar sərhədlərin delimitasiya və demarkasıyası, habelə nəqliyyat kommunikasiyalarının açılması məsələləridir.
Sərhədlərin müəyyən edilməsində karandaş Putinin əlində olacaqdır, o, bunun sovet xəritələri əsasında olacağını bəyan edib və bəzi korrektələrin ediləcəyini də istisna etməyib.
Natiq Cəfərli qeyd edib ki, Zəngəzur dəhlizi məsələsində Rusiya ilə Azərbaycanın maraqları tamamilə üst-üstə düşür.
Bu dəhliz vasitəsilə Rusiya həm Ermənistanla, o cümlədən özünün hərbi bazası ilə dəmiryolu əlaqəsini, həm də İran və Türkiyə ilə birbaşa əlaqə yaradır. Ermənistana da bu dəhliz faydalıdır, çünki Rusiya və İranla dəmiryolu əlaqəsini əldə etməyə imkan verir.
Lakin Ermənistan müxalifəti və bütün türkofobiya qüvvələri bu dəhlizə qarşı çıxır, çünki onu "türk kəməri" hesab edərək, Ermənistan üçün təhlükə hesab edirlər",-Cəfərli qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistan nəticə etibarilə Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək və tərəflər güzəştə gedərək, "dəhliz" terminindən imtina edilə bilər. Amma mahiyyət etibarı ilə bu, elə dəhliz olacaq. Çünki 10 noyabr 2020-ci il Bəyanatında Azərbaycanla Naxçıvanı birləşdirən kommunikasiyaların təhlükəsizliyinin Rusiya sərhədçiləri tərəfindən təmin ediləcəyi göstərilib.  Bu isə həmin ərazinin xüsusi bir statusa malik olacağı anlamına gəlir.
 
Ermənistan belə bir dəhlizin yaradılmasına maneçilik törədərsə, Azərbaycan da Laçın dəhlizinin statusundan imtina edə bilər.
Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq, Laçın dəhlizini bağlamasa da, öz suveren ərazisində özünün gömrük və sərhəd məntəqələrini yarada bilər",-analitik belə hesab edir.
 
Cəfərlinin sözlərinə görə, Soçidə əldə edilmiş razılaşmalar regionda uzunmüddətli sabitliyə töhfə verə bilər, amma Böyük Sülh Sazişinin imzalanması çox güman ki, qeyri-müəyyən vaxtadək təxirə salınacaq.
 
Belə bir saziş sülhün bütün aspektlərini əhatə etməlidir. O cümlədən tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Ermənistan bundan qaçmaq istəyir, çünki bu halda Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını qəbul etməli olacaq.
Rusiya da bunun əleyhinə çıxır, Qarabağdakı vəziyyəti dondurulmuş halda saxlamaq istəyir.
Çünki əks halda Qarabağ erməniləri Azərbaycana reinteqrasiya ediləcəyi təqdirdə Rusiyanın regionda mövcudluğuna zərurət aradan qalxacaq",-Cəfərli belə izah edib.
 
Avrointeqrasiya üzrə Azərbaycan milli ictimai komitəsinin üzvü Toğrul Cuvarlı Moskvanın mövqeyini izah edərkən bunları qeyd edib.
Moskvanın möqeyi münaqişəni soyutmaq, nəqliyyat layihələrini işə salmaq, müharibə dağıntılarını bərpa etmək, tədricən iqtisadi əlaqələrin inkişafı hesabına insanlar arasında təmaslar yaratmaq və düşmənçiliyi unutdurmaqdır. Bu isə barış və Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquqi vəziyyəti ilə bağlı məsələlərin sakit şəraitdə həlli üçün əlverişli şərait yarada bilərdi",-analitik belə hesab edir.
 
Turan informasiya agentliyinin icmalçısı Tofiq Türkelin sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsini həll edilmiş hesab edir, indi isə Ermənistanla problemli məsələləri nizamlamaq lazımdır.
Soçi Bəyanatında nə Qarabağ ermənilərinin "statusu"ndan, nə də ATƏT-in Minsk qrupundan heç nə deyilmir.
Soçi razılaşmaları Azərbaycanı qane edir.
Ermənistan sərhədlərin müəyyən edilməsindən imtina edərsə, yenidən sərhəddə gərginliyin artması baş verə bilər.
Zəngəzur dəhlizinə mane olarsa, Azərbaycan Ermənistandan Qarabağın ermənilər yaşayan hissəsinə keçidi təmin edən Laçın dəhlizinin ststusunu ləğv edə bilər",-Türkel belə deyib.
 
Onun sözlərinə görə, Azərbaycan rus sülhməramlılarını sıxışdırmayacaq, postlar hər tərəfdə qoyula bilər.
Sadəcə, Azərbaycan öz suveren ərazisində öz sərhədlərində gömrük və sərhəd postları yaratmaq hüququna malikdir",-analitik belə deyib.
 
Soçi görüşündən sonra Paşinyanın manevr imkanları məhduddur. Bir il ərzində Ermənistan sərhədləri tanımaqdan, kommunikasiyaların açılmasından çəkinərək vaxtı uzatmağa və əlverişli beynəlxalq şərait yarananadək vəziyyəti dondurmağa çalışırdı.
Amma 16 noyabr hadisələri göstərdi ki, sülh çox kövrəkdir və bu dəfə savaş Ermənistanın sərhəddində alovlana bilər.
Digər tərəfdən, Moskva həlledici oyunçu kimi təzyiqi artırır, əks halda təşəbbüsü başqaları, o cümlədən Avropa İttifaqı ələ ala bilər",-Türkel belə deyib.
 
Müəlliflər:
Faiq Məcid
Armine Martirosyan
 
Mənbə:
"Qafqaz qovşağı"nın müxbirləri
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO