Azərbaycan “buynuzlu düşmən” axtarışında...
5912
07 Oct 2015 | 12:57

Azərbaycan “buynuzlu düşmən” axtarışında...

ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında Rusiyanın ünvanına kəskin ittihamlar səsləndirib. Rusiyanın Azərbaycana qarşı saysız-hesabsız tarixi cinayətlərə imza atdığına diqqət çəkən partiya sədri, bütün bunlara baxmayaraq, hələ də çoxlarının Rusiyanı düşmən hesab etmədiyinin vurğulayıb:

“Rusiya Azərbaycana qarşı tarix boyu minlələ ağır cinayətə imza atıb. Bizi qırıb, deportasiya edib, repressiyalara məruz qoyub, sərvətlərimizi talayıb, maddi, mənəvi, fiziki baxımdan istismar edib. Rusiyanın xalqımıza qarşı işlətdiyi cinayətlərin sadəcə biri kifayətdir ki, Kremlin Azərbaycana düşmən olduğunu anlayasan. Lakin təəssüflər olsun ki, hələ də bir çoxları bu sadə həqiqəti anlamır. Hələ də bəziləri Rusiyanı düşmən gözündə görmür. Onlara elə gəlir ki, düşmənin hökmən buyunuzu olmalıdır. Bəziləri buynuzlu düşmən axtarır. İndi nə edək? Rusiyanın hökmən buynuzu olmalıdır ki, onun Azərbaycana düşmən olduğuna inanaq?”

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər