“Rusiyaya yaltaqlanmaqla heç nə qazanmayacağıq”
6838
05 Oct 2015 | 12:52

“Rusiyaya yaltaqlanmaqla heç nə qazanmayacağıq”

“Rusiyaya yaltaqlanmaqla heç nə qazanmayacayıq”.

Bunu Moderator.az-a açılamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədrinin sözlərinə görə, belə bir mövqe Azərbaycan üçün daha ciddi itkilərə gətirib çıxardacaq:

“Bu gün bəzi məmurlar, ölkə rəsmiləri Rusiyanı az qala Azərbaycanın xilaskarı kimi təqdim edir, onu bizə dost ölkə kimi qələmə verirlər. Halbuki, Rusiyanın Azərbaycanın düşməni olduğu ortadadır və buna dair minlərlə fakt var. Buna görə də hər kəs bilməlidir ki, Azərbaycan Rusiyanın bütün istəklərinə qarşılıq versə, Avrasiya İttifaqına daxil olsa belə, Qarabağın azadlığına nail ola, Rusiyanın bizə olan münasibətini dəyişə bilməyəcək. Əksinə, biz bununla daha çox şey itirəcəyik”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər