Yanıb külə döndü...
Oxunub: 3522
05 Oct 2015 | 00:54
Yanıb külə döndü...
(Hekayə deyib keçməyin. Olmuş hadisə kimi oxuyun.)

Əriylə dalaşıb evdən çıxsa da, “Cırtdan” əyləncə mərkəzinə çatan kimi darıxmağa başladı. Nədənsə evə dönməyə təhrik edirdi ürəyi. Hər şey mənasız görünürdü gözünə. Qızının bağça yoldaşlarının valideynləri ilə də ünsiyyətə girmək üçün nə bir mövzu tapa bilirdi, nə də bunu arzulayırdı. Seyrçi qalmağa üstünlük verərək divarın dibində düzülmüş kiçik, rəngarəng uşaq stullarının birində əyləşdi. Diceyin üzündəki könülsüz, donuq ifadə ilə tənzimlədiyi musiqi proqramı da əynindəki kostyumun adama yaraşmaması kimi təzadlı gəldi ona. Əslində, öz vəziyyəti diceydən o qədər də fərqli deyildi. Ürəyində acı-acı güldü özünə: Harama yaraşır bu əyləncə?! Evdə gör nəyin üstündə dava düşür. Əslində haqlıdır da”¦ Uşağın bağçadan buraxılışı orta məktəb məzunundan baha oturdu üstümüzə. Hər gün bir geyim al”¦ Hər gün bu qədər pul xərclə”¦ Bağçada buraxılış gecəsi”¦ Əyləncə mərkəzində tədbir”¦ Sabah da 1 iyun Uşaqları Müdafiə Günü”¦ Bu, lap ağ oldu. Ailənin bir aylıq büdcəsini iki-üç gündə xərclə, otur”¦

Bu düşüncələr arasında əriylə elədiyi son mübahisə lap ağrılı, acılı gəldi ona:

- Bir az ət var, azca da noxud... Bozbaş qoyaram. A.., kartof yoxdur...

- Düşüb bir azdan alaram.

- Nəynən alacaqsan? Üstümdə cəmi on manat pul qalıb. O da yol pulum... İşə getməli deyiləm?! Allah bilir, hələ nə qədər çəkəcək bu pulsuzluq...

- Bir-iki manat da mənə verərsən. Yol pulu...

- Heç kimə heç nə verən deyiləm. Uşağa sabaha qara şortik də lazımdır. Hələ görüm, onu ala bilirəmmi..

- Günah hamısı özünüzdədir. Nə deyirlər, səsinizi çıxarmırsınız. Qoyun kimi başınızı salıb aşağı, hara sürürlər, gedirsiniz.

- Mənə deyirsən qoyun? Adam nə qədər səsini çıxarar?! Hər şeyə dillənə-dillənə oldum heyvərə. Belə hünərli adamsan, bir dəfə də sən dillən nəyəsə.

Qoyun sözü nə qədər yer eləmişdirsə ona, dedikləri ilə soyumadı ürəyi, bildi haradan zərbə vuracağını:

- Hələ sən mənə de görüm Prezidentin adına teleqramı necə vururlar?

- Neyniyirsən? Yenə nə düşünmüsən?

- Yazacam ki, Azərbaycanda Avropa Oyunları keçiriləcək deyə, mənim uşaqlarım acından ölməlidirmi, cənab Prezident?

- Sənin başın əməlli-başlı xarab olub. Bir az özünü pis hiss eləyən kimi aləmi qatırsan bir-birinə.

- Özümü pis hiss eliyərəm də... Düz demirəm ki? İki aydır maaş almırsan. Üzümün suyu da töküldü borc istəməkdən...

- Prezidentin nə xəbəri var mənim maaşımın kəsilməyindən.

- Mən də yazacam ki, olsun də...

- Sən axırda qoymayacaqsan bizi bu ölkədə yaşamağa.

- Yox. Mən əvvəldə sizi bu ölkədə ölməyə qoymayacam.

- “Pah atonnan... Kolxozçu da dputat kimi danışır...” Əmək təlimi müəllimi olasan, hüquqdan bu qədər savadlı olasan...

- Sən özünə gül...

Indi bu gurultunun içində o qara-qışqırığı yadına saldıqca pis ovqatı bir az daha təlx oldu. Ürəyindən keçdi ki, tədbirin sonunu gözləməyib, uşağı da götürüb getsin evə. Amma bunun mümkünsüzlüyünü də anlayaraq dözməli olacağını gözünün önünə aldı. Get-gedə məclis qızışırdı. Uşaqlar Karlson rolunu oynayan cavan oğlanın bütün tapşırıqlarına ürəkdən əməl edirdilər. O da bir azca bu əyləncə ilə yalandan olsa da, ürəyini sərinlətmək istədi. Bir az bundan əvvəl gəlib yanında əyləşən qadına tərəf əyilərək dedi:

-Nə qədər bizə çətin olsa da, uşaqlar gör necə xoşbəxtdirlər... Onların haqqıdır xoşbəxt olmaq.

- Hə, - deyə qadın da eyni ovqatla qarşılıq verdi.

Uşağın yoldaşları arasında xoşbəxtliyini görsə də, yenə hansısa naməlum bir hiss ürəyini evə doğru çəkirdi. Həm də təəccüblənirdi buna. Axı bu gün oturub axşama kimi qaş-qabağını tökməkdənsə, elə əyləncə mərkəzində gününü keçirməyə üstünlük verməmişdimi evdən çıxanda?! Fotoqraf və operator uşaqları

toplayıb “Əlvida bağça!” deyə var səsləri ilə bağırtdıqdan sonra tədbir proqramı yekunlaşan kimi uşağın əlindən tutub qapıya tərəf çəkdi.

- Eh.., ana, noolar, bir az da qalaq...

Uşağın yalvarışı ürəyinə nə qədər təsir edirdisə, içindəki getmək istəyi daha qüvvətli idi:

- Yox, qızım. Qala bilmərik. Axı hələ çıxıb sənə şortik də almalıyam. Yoxsa sabahkı tədbirə gedə bilməyəcəksən.

- Əyləncə mərkəzinin qapısından sürətlə özünü bayıra atıb trasa doğru addımladı. Binaların arasına keçəndə “bir telefona baxım” düşüncəsiylə ayaq saxladı. Hündürdən öz-özünə:

- Vay, bu nədir? İyirmi iki dəfə zəng olunub. Kimdir, görəsən? A.., qonşu. Qonşu niyə zəng eləsin? Görəsən, nə olub? Ay Allah, bir şey olubmu evdə? ”“ deyərək öz-özünə, qonşunun nömrəsini yığdı.

Telefona cavab gələnə qədər ürəyindən qara qanlar axdı: Qonşu səbəbsiz zəng eləməz. O gün binanı su basanda nömrəni vermişdi ki, bizim evdə bir şey olarsa, ya binada nəsə baş verərsə, Allah eləməmiş, xəbər versin. Uşaqları evdə qoyub işə getməli olacaq bütün yay ərzində.

Axır qonşu cavab verdi:

-Alo, nə yaxşı, zəng elədiniz. Bayaqdan sizi yığıram, cavab vermirsiniz. Eviniz yanırdı deyə, xəbər eləmək istədim.

“Aman Allah!” deyib qışqırmağa başladı. Heç nə anlamırdı artıq:

-Oğlum!... Oğlum!.. Bəs oğlum hanı? Oğlum evdə idi...

Şəhərin hündür binaları başına döndü. “Oğlum!” deyib fəryad eləməkdən başqa ağlına bir şey gəlmirdi tək-tənha, şəhərin ortasında. Birdən yadına düşdü ki, telefon açıqdır, oğlundan xəbəri yalnız buradan ala bilər:

- De görüm, oğlum hanı? Oğlum evdə idi...

Sanki, sayıqlayırdı, heç nə eşitmək istəmirdi, sualı da cavab almaq üçün verməmişdi. Var səsilə qışqırmaq, cavabı telefondan deyil, Allahdan almaq istəyirdi. Amma göydən səs gəlmirdi, yalnız binalardan adamlar axışırdılar, tökülürdülər küçəyə. Ətrafını bürüyüb:

-Evi yanır! ”“ deyə hay-küy salırdılar. Bu iki daşın arasında bir oğlan su dolu stəkanı ovcuna sıxıb:

- İçin, bacı, - dedi.

Özü də nə etdiyini bilmədən stəkanı bərk-bərk sıxdı əlində. Bu suyun nəyə yaradığının fərqində olmadığı halda qəfil bir kəlmə söz şimşək kimi çaxdı xəyalında: “Penoplast!” Qazın üstünə qoyub gəldiyi kartofsuz bozbaş yadına düşmədi deyə, sanki, yenidən “Azadlıq” metrosunun üstündəki on altı mərtəbəli bina penoplastın alışması səbəbindən çırtaçırtla göy üzünü yalayır kimi, alov dilimləri içində yanıb töküldü başına.

- Aman Allah! Oğlum!... ”“ deyib elə bir fəryad qopardı ki, binaların bütün pəncərələri şaqqıltıyla açıldı.

- Evi yanır! ”“ deyə fəryadlar ucaldı göyə. Göydən isə, əks-səda da olsun, gəlmədiyi üçün yenə qonşunun telefon nömrəsini yığıb sıxdı qulağına. Onun səsini gözləmədən telefondan cavab gəldi:

- Elə bildim ki.., belə narahat olacaqsınız. Amma oğlunuza heç nə olmayıb. Göy köynəkli uşaq deyildimi?

- Hə... Hə.. Göy köynəkdə idi. Görmüsüz onu? Haradadır oğlum?

- Deyirlər, düşüb aşağı. Qazın üstündə qazanın altını yanılı qoyub, düşüb həyətə. Qazan da yanıb, tüstü bürüyüb hər yeri. Podyezdə zəhər dolub, göz gözü görmür. Yanıb külə dönüb...

- Hər şey cəhənnəm olsun. Oğlum hanı?

- Fövqəladə Hallar gəlib, narahat olmayın. Uşağı düşürdülər aşağı. Bir cavan oğlan gəlib apardı.

Bu qarışıq məlumatlar arasında gerçəyi gümandan ayıra bilmirdi heç cür. Elə bilirdi ki, aldadırlar onu, nəyisə gizlədirlər. “Oğlum!Oğlum!” deyib fəryadlar içində əlini göyə qaldırmaq istəyəndə su çıçradı üstünə, səksənərək stəkanı çırpdı var gücü ilə yerə. Elə bu zaman, sanki, yuxudaydı, bir səs oyatdı onu:

- Ay qızım, burada ağlamaqdansa, otur taksiyə, get evə.

“Düz deyir” fikriylə qaçmaq istəyəndə ona elə gəldi ki, nə qədər qaçsa da, taksiyə otursa da, gec olacaq, çata bilməyəcək evə. Gedəcək, gedəcək, amma bir

daha çata bilməyəcək evə... Bayaqdan burada onu saxlayıb nalə çəkdirən də məhz bu hiss idi, kim nə biləydi... Özü də elə indicə dərk elədi bütün dəhşətiylə.

Bütün fəryadlarına, nalələrinə, qorxularına, dəhşətlərinə baxmayaraq, ürəyinin dərin bir küncündə gizli bir arxayınlıq var idi. Yalnız ağlının da xəbərsiz qaldığı o arxayınlığa arxayın olub uşağın əlindən tutub yüyürməyə başladı. Uşaq da qışqırırdı:

- Nə olub qaqaşıma? Qaqaşım yanıb? ”“ ağlaya-ağlaya çığırırdı. Hirsindən uşağın başının arxasından bir sillə çəkdi:

- Sus, görüm, sən də... Ulama...

Uşaq qorxusundan başının çiyinlərinin arasına çəkib, içinə qısılıb yüyürməyə davam etdi.

Trasa çatanda ağlına fikir gəldi: Bayaqdan o niyə yadına düşmür. Bəlkə qonşular bilmirlər, atası aparıb Fuadı?! Axı onlar ikisi bərabər qalmışdılar evdə. Nömrəni yığdı. Ərindən eşitdiyi arxayın “Alo?” kəlməsinə cavab olaraq:

- Fuad hanı? Sən aparmısan?

- Yox, evdə qoyub çıxdım. Nə olub Fuada?

- Qara azar yox... Uşağı evdə tək qoyub hara cəhənnəm olmusan? Ev yanır...

- Nə?.. ”“ deyə iniltili səsi gəldi ərinin xəttin o başından.

Hiss etdi ki, nəfəsi təngidi. Boğuq səsi gəldi:

- Mən yoldayam, evə yaxınlaşıram...

Nə qədər acığı tutdusa da ona, amma bütün ümidi də ona idi. Sanki, yalnız o, xilas edə bilərdi Fuadı. Fuadı yalnız o, qaytarardı anasına... O, qoymaz Fuada bir şey olsun, dşüncəsiylə bir az da kövrəldi. Hıçqırıq boğdu onu.

Yolun kənarında durub taksi gözlədi. Aha, biri gəlir... Eh, saxlamadı... Hövsələsi daraldı, ağlaya-ağlaya özünü ora-bura çırpmaq istəyirdi, təki bir yerdə dayanmasın. Boş küçədə avtobusun gəldiyini görüb yüyürdü üstünə. Ağlaya-ağlaya özünü atdı içəri arxasıyca da uşağın qolundan çəkərək. Pəncərəyə söykənib üzünü sıxdı şüşəyə. Elə bu zaman əri zəng elədi:

- Alo, mən evdəyəm. Fuad yanımdadı.

- Ver Fuada....

- Alo, ana, mən yaxşıyam.

- Yaxşı oğlum, oğlum... ”“ deyib daha cavab verə bilmədi. Ağır bir faciədən çıxmış adamlar kimi keyiyib qaldı.

Binaya yaxınlaşanda gözünü qaldırıb yuxarı mərtəbədə öz pəncərəsində yanıq, his axtardı nəzərləri ilə. Amma heç nə yox idi. Pilləkənləri qalxanda yalnız yanıq iyini hiss elədi. Yerə baxıb daşda, divarda nəmlik axtardı gözləri. Hər yer əvvəlki kimi qupquru idi.

- Püff... Yanıq iyi gəlir, ana, - deyib uşaq başından şlyapasını çəkib çıxararaq burnuna tutdu, bərk ”“bərk sıxdı bu dəqiqə boğulacaqmış kimi.

Evin qapısını itələdi, açıq idi. Qorxurmuş kimi, ayağının ucunda, ayaqqabısını da çıxarmadan keçdi otağa. Ata ilə oğul heç nə olmayıbmış, sanki, səhərdən zaman keçməyibmiş, heç yerlərindən tərpənməyiblərmiş kimi, yanaşı əyləşmişdilər səhər son dəfə gördüyü tərzdə. Əri yastıqçaya dirsəklənib televizora baxırdı, oğlu isə Nihal Atsızın “Bozqurdlar ölür, dirilir” romanını oxuyur, üzündə günahkar bir ifadə. Amma deyəsən, günahkarlıqdan daha çox qorxuya bənzəyirdi. İndi yenə səhərdən zaman keçməyibmiş kimi, anası qışqırıb-bağıracaq. Amma o, sakitcə key vəziyyətdə, deməyə bir söz tapmayaraq çökdü divanın üstünə.

***

Bir az əyləşib, özünə gəldikdən sonra heysiz, hissiz halda soruşdu:

- Fuad, necə oldu hadisə? Hara getmişdin?

Utancaq, günahkar tərzdə anasının üzünə baxmadan gözünü bir nöqtəyə dikib cavab verdi:

- Ana, mən hər yeri yoxlayıb...

- Saxla, bunu sonra danışarıq. Yoxlamağın göz önündədir.

- Qazın yandığını görmədim, ana ”“ deyərək yenə özünü doğrultmağa çalışsa da, anasının əlinin işarəsindən bunun faydasız olduğunu bilib davam etdi:

- Qapını bağlayıb düşdüm həyətə.

- Niyə?

- Dünən sənə demişdim, evdə tək qalanda darıxıram.

Fuadla münasibət aydınlaşdırmağın bu anda yararsız olduğunu düşünüb təmkinli bir ifadə verdi üzünə, “hə, davam elə, səni dinləyirəm” deyirmiş kimi.

- Sonra həyətdə otururdum ki, gördüm adamlar qışqırışırlar. Qışqırırdılar ki, ev yanır. Nə bilim, düşündüm, görəsən, kimin evidir yanan, heç yanğın da yox idi ki... Bir qadın çıxdı həyətə, qışqırdı ki, müəllimə var ey, iki uşaqlı, uşaqları qoyub evdə, onun evidir yanan. Amma mən pəncərəyə baxırdım, bizim evimiz yanmırdı, dedim yəqin başqa adamdır. Sonra bir qadın çıxdı binadan həyətə ağlaya-ağlaya:

- Ay Allah, yazıqdırlar, nə olar, yanmasınlar... Uşaqlar evdə qalıblar.

Hay-küyün artdığını görüb çıxdım yuxarı. Bloku iy bürümüşdü, yanıq iyi. Qapımıza yaxınlaşanda gördüm bir oğlan gəlir dalımca, çiynində armatır. Açarı salıb qapını açırdım ki, qışqırdı mənə:

- Ə.., çəkil o yana, qapını sındıracam. Uşaqlar yanır evdə.

Dedim:

- Qaqaş, bu bizim evdir.

Qapını açmışdım ki, bir də onu gördüm ki, beş-altı kişi tutub çiynimdən məni atdılar kənara, doldular evə. Mən də arxalarıyca. Evi tüstü bürümüşdü. Kişilər qışqırırdılar:

- Ə.., ev yanır!

Biri də başladı öskürəyi gəlmədən özünü öskürtməyə.”

O nə qədər təmkinlə dinləyirdisə də, uşağı qınayırdı ürəyində: “Buna bax, utanmaz-utanmaz hələ bəzəyib danışır da...” Amma beyin birtərəfli yanaşmırdı söhbətə, analiz edirdi təfərrüatları. Ağlına yenə on beş dəqiqənin içində göz görə-görə yanan bina gəldi. Adamlarda o məşum gündən panika əlamət kimi qalıb, demək ki, elə onun özündə də... Qaz pletkasının üstünə qoyub getdiyi kartofsuz bozbaşın yanmağı gəlmədi ağlına. Yadına düşən penoplast olmadımı?! Yataq otağının, mətbəxin divarları rütubətdən qaralmasın deyə ustalar “yaxşı” ağıl edib penoplast vurmayıblarmı?! Bərk-bərk də tapşırıblar ki:

-Ehtiyatlı olun, sərt bir şey toxunsa, sınar!

O, özü də on altı mərtəbəli binanın yandığı zaman bütün binalardan penoplastın sökülməsinin alovlu müdafiəçisi olsa da, öz evi yadına düşəndə, həm utanır, həm narahat olurdu. Hər dəfə uşaqları evdə tək qoyub çıxanda tapşırırdı:

- Bax, Fuad, yataq otağının baş tərəfdən divarı, mətbəxin pəncərəsinin ətrafı penoplastdır. Yanında da rozetka var hər ikisinin. Heç birinə heç nə taxmayasan a... Bir qığılcım düşsə, bina yanıb, külə dönər.

Deməklə, tapşırmaqla yetinməyib bir də anlayıb, anlamadığını yoxlayırdı:

- Başa düşdünmü?.. Yadında qaldımı?.. Anladınmı?..

Fuad əzbərləmişdi sualları da, cavabları da:

- Hə, ana, başa düşdüm, anladım, yadımda qaldı, rozetkalara da heç nə taxmayacam, - deyib bir azca hirslə cavab verirdi hər dəfə bu çeynənmiş suallara.

İndi oğlunun o əsəbi reaksiyası yadına düşdüsə də, həm hadisənin panikadan irəli keçmədiyinə, həm də öz həyəcanlarıyla keyidiyinə görə səbrlə dinləyirdi oğlunu:

- Düzdür, otağı tüstü bürümüşdü. Amma elə də qorxulu deyildi. Mətbəxə keçib qazın yanmadığını gördüm. Adamlar çıxıb yuxarı mərtəbədən kəsmişdilər qazı. Pəncərələrin hamısını açdım. Bir az keçəndən sonra qazan bir az soyumuşdu artıq. Götürüb qoydum balkona. Adamlar çıxıb getdilər. Az keçmişdi ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldilər bir maşında. Iki cavan oğlanıydı. İçəri girib soruşdular:

- Hanı yanğın?

Dedim:

- Mənim günahımdan qazan yanıb.

Çıxdılar balkona, qazana baxdılar. Mətbəxə keçdilər, ora-bura boylanıb, oturub nə isə qeyd elədilər.

Sonra biri televiziyaya zəng elədi, dedi ki, yanğın yoxdur, gəlmək lazım deyil. Məndən atamın telefon nömrəsini soruşdular, yadıma sala bilmədim. Mən heç onu əzbər bilmirəm də... Səninkini verdim.

Oğlanlardan qeyd aparan soruşdu:

- Atanın adı, familyası nədir?

- Məmiş Durmuşev, - dedim.

- Əminsən? Sən özündə deyilsən, bala. Get bir stəkan su iç, sakitləş.

- Yox, - dedim, - ağlım başımdadı. Atamı tanımırammı?

Oğlan gülüb stolun üstünə baxdı:

- Otur evdə, meyvəni ye, heç yerə çıxma atan, anan gələnə kimi. Yanğınsöndürənlər gəlsələr, yola sal getsinlər.

Onlar çölə çıxan kimi stolun üstünə baxdım, düşündüm, bəlkə gələndə meyvə gətiriblər... Gördüm yox, atamın sellofanın arasında yaydığı yarpız idi. Ağcaqanadları qovmaq üçün sərmisiniz ey, odur... Elə biliblər ki, meyvədir. Ana, acından ölürəm, səhərdən acam.

Axır Məmiş də dilə gəldi. Indicə fikir verdi ki, bayaqdan ürəyini tutub eyni vəziyyətdə qalıb əri. Məmiş heysiz-heysiz vəziyyəti anlatmaq üçün dedi:

- Ət yanıb külə döndü, - barmağının ucunu göstərdi, - belə, belə olmuşdu.

O isə cavab verməyə bir söz tapmayıb durub yataq otağına keçdi. Fuad ardıyca qışdırdı:

- Ana, mən nə yeyəcəm?

- Zəqqum!

Uşaqların ikimərtəbəli çarpayısının birinci mərtəbəsinə uzanıb yanağını qolunun üstünə qoydu. Yumdu gözünü ki, hər şeyi unuda bilər bəlkə. Amma ətin yanıq iyi burnundan çəkilmirdi.
Oxşar xəbərlər
20:33, Bu gün
Fransada uşaqları küçədə bıçaqladılar
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
GÜNLÜK
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib