Bizə ancaq və ancaq İlahi Məşəl lazımdır...
Köşə
Oxunub: 4617
09 Jun 2015 | 16:43
Bizə ancaq və ancaq İlahi Məşəl lazımdır...
Bizim şanlı partiya rəhbərlərimizin, xüsusilə də əksəriyyəti özündən və portfelindən ibarət olan siyasi liderlərimizin hakimiyyətlə dialoq tamaşasında Avropa Oyunları ilə bağlı prezidentin ətrafında  sıx, monolit birləşməsindən sonra “Allah, Məhəmməd, ya Əli ” deyib mən də arzularımı sizinlə bölüşmək qərarına gəldim. Bu oyuna, ya da oyunbazlığa - necə istəyirsiniz elə də başa düşün,  mən də münasibətimi bildirməyi, Birinci Avropa Oyunlarının bir qalibi haqqında söhbət açmağı vacib bildim. Qalib deyəndə elə fikirləşməyin ki,  ruslar demiş, mənim  krişam gedib, danışığımı itirmişəm, başım xarab olub. Bilirəm, haqlı olaraq sual verəcəksiniz  ki, axı, ay bədbaxt müsəlman,  xalqımızın ölüm - dirim savaşından,  işğal edilmiş torpaqlarımızın, namusumuzun  azad edilməsindən də vacib olan Avropa Oyunları hələ başlamayıbsa, hansı qalibdən danışırsan?                                                                                                             
Yox, bəylər, Həzrət Abbas haqqı,  "krışa"m-zadım getməyib,  1992-ci ildən bəri  kəlləmə dubinka da dəyməyib, başım da şükür Allaha, Azərbaycanın qanunları kimi “pereboy” işləmir. Mən qalib deyəndə, fikrinizə  başqa şey gətirməyin, elə bilməyin ki, mən Azərbaycan iqtidarının bir  “malades”ə görə öz xalqının  sərvətlərini sağa-sola dağıtmasını, dillənəni də hərləyib fırlayıb zindanlara soxmasını, kölə vəziyyətinə salınmış millətinin  üzərində  parlaq  qələbə çalmasını nəzərdə tuturam. Ə tövbə,  yox. Əgər bu yapçıların, gopçuların çırpışdırdıqları milyonlardan mənə bir qəpik  çatmayacaqsa nə azarıma qalıb, başıma at təpib ki, ağrımayan başıma dəsmal bağlayım, hərləyib-fırlayıb-şərləyib məni də bassınlar içəri? Bir də ki, sizə də məsləhətim budur ki, çox dərinə getməyin, qaşınmayan yerdən qan çıxarmayın, ilan ala çatıdan qorxan kimi mitinqlərdən qaçıb  gizlənən  vətən daşlarının başında qoz sındıran indiki iqtidarın  da vəziyyətini başa düşün, bir az da  “panyatka”lı olun. Axı, necə olmasa, yazıq hakimiyyət öz haram  tikəsi  xatirinə  bac-xərac verir, bundan savayı, gəlib-gedənləri yedizdirib içizdirirlər, bundan başqa,  cibişdanlarına da zəhrimar “göy”dən paçka-paçka  basıb yola salırlar. Məgər lap  indi bilmirsiniz, xəbəriniz yoxdur  ki, prezident seçkilərində  bura gəlib hərbi gəmilərini doldurub gedən, indi də  Avropa Oyunlarını bəhanə edib bac-xərac sahiblərindən biri, lap potası, liliput Putin leşgəri ilə yenə gəlir?                                                                                                                                   
Nə isə, lənət kor şeytana,  bunlar hamısı boş şeylərdir və gəlin keçək  əsas məsələyə, qəhrəmanımızı çox da intizarda saxlamayaq.                                                                                                                                                
Sizcə, bizim qəhrəmanımız kim olsa yaxşıdır?  Əlbəttə, Azərbaycan  xalqının  artisti, primadonnası, “ Göy göl”,  “Yaşın nə gərqi var “ kimi  dahiyanə, şedevr  mahnıların əvəzsiz  ifaçısı,  ” Şöhrət “ ordenlisi, “ Şərəf “ ordenlisi  İlhamə  Quliyeva. Niyə məhz İlhamə Quliyeva?  Bildiyiniz kimi, Avropa oyunlarının məşəlinin Bakıda yandırılması üçün  qırğın gedir. Daha doğrusu, bu  qırğın əbədi və əzəli düşmənlər -  xalq artistləri İlhamə Quliyeva ilə Flora Kərimova arasında gedir. Mənim sözüm heç də  onda deyil ki, bu boyda mədəniyyət, incəsənət, şou sahəsində, lap elə hökumətdə bir kişi tapılmır ki, qabağa çıxıb bunların ikisini də otuzdursun  qabaq-qənşər, başa salsın ki,  imana gəlin, qurtarın bu rüsvayçılığı, 70 illik qoç döyüşündən sonra daşı tökün ətəyinizdən,  barışın, qurtarsın getsin. Əks halda, bu xalq, yazıq cavan sənətçilər  sizdən nə ibrət götürəcək, nə tamarzı  anlayacaqlar?  Bəri başdan etiraf edim ki, bu iş  mənlik deyil. Mənlik  olan odur  ki, bu davanı bilərəkdən salan var və  istəyir ki, ara bir az da qarışsın, qızışsın, son nəticədə də ölkəmizdə pişik asqırmasına bənd olan ictimai sabitlik pozulsun.                                                                                                                       
Özü gənc olmasa da gənclər və idman naziri Azad Rəhimov mətbuatda İlhamə xanımın məşəldarlığına etiraz edənlərə necə cavab versə yaxşıdır ? Deyir ki, “İlhamə xanım məşəli Bakıda daşıyacaq 150 nəfər məşəldardan  biridir. Qaça bilməsə də, hərəkət edəcək.”                                                                                                                
Indi, gəl bu yerdə Flora xanımı ovundur görüm necə ovundurursan.  Flora xanım  da fanatlarına üzünü tutub deyir ki, “ Kimsə bizi bütün dünyaya güldürmək  istəyir. Görün nə günə qalmışıq ki, layiqli adamlar qala qala, məşəli İ. Quliyeva aparacaq.”                                                                                                                                                    
Doğrudan da  ilk baxışda çətin, çıxılmaz vəziyyətdir. Amma, gecə- gündüz baş sındırandan sonra belə fikrə gəlmişəm ki, burada da çıxış yolu var. Məsələn, olmazdımı ki, bu xalq artistlərinin hərəsinə bir məşəl verəydilər, onlar da düşəydi bu ölkənin canına, rayonlarda  zorla küçələrə  çıxarılan camaatın başın qataydılar, müvəqqəti də olsa  hakimiyyətin aclıq, səfalət, korrupsiya, rüşvət,qamarlama kampaniyasını yaddan çıxaydılar? Yaxud da ağır çəkili ştanqistə oxşayan nazirimiz Azad Rəhimov  İlhamə xanıma sevgisini başqa cür izhar edəydi,  150  kq çəkisi olan ,72 yaşlı xanımı  dalına alıb  onun  bir sözü 37 dəfə təkrarladığı “Göy göl ”  mahnısını oxuya- oxuya onun əvəzinə 150 metr qaçaydı, dünya dağılmazdı ki ?                                                                                                                                                                                                       
Siz birdən çaşıb  fikirləşərsiniz, İlhamə xanım, mənim qəhrəmanım  naşükürlük edir, ona göstərilən etimadı  layiqincə qiymətləndirməz? Qətiyyən elə deyil,  qiymətləndirir , özü də necə. İncəsənətdə özünü primadonna elan etmiş İlhamə xanım  kimi  mən gözəl deyə bilmərəm, yaxşısı budur, qoy, onun sözləri ilə deyim :“Mən bu gün üzdəyəm. Sağ olsunlar mədəniyyət və turizm naziri Əbülfəz  Qarayev, gənclər və idman naziri Azad Rəhimov. Nazir iclasda dedi ki, biz bura ancaq  cəmiyyətin qaymaqlarını dəvət etmişik. Amma, mən bura xüsusi dəvət olunmuşam. Biz çox gözəl və sayğılı millətik. Dünyaya meydan oxuyuruq!”                                                                                                                                                                
Deyirəm axı, Azad əkə qaymaqları  bir yığıb,  Azərbaycanın bütün ordenlərini almış  qaymaqların qaymağı İlhamə xanımı  da ayrıca çağırıb. Əlbəttə, mən buracan hər şeyi başa düşdüm, sevindim,  fərəhləndim,  qürur duydum, təkcə bir şeydən başqa. Necə yanı dünyaya meydan oxuyuruq? Bax, burda zənn edirəm sənətkar  bir balaca  işləri korladı, özü də lap pis korladı. Niyə bizim dünyaya meydan oxumağımızı dilə gətirdi, niyə sirrimizi açdı, düşmənləri ayıq saldı? Birdən, allah eləməmiş, gəlib  Bakıda  bizim şotumuza  müftə yeyib şellənəcək erməni dığalarından  biri eləmədi tənbəllik, götürüb İlhamə xanıma zəng edib soruşdu ki, ”Ay qız-axçi , 20 ildir zəbt elədiyimiz 20 faiz torpağınızı, əsir götürdüyümüz qız-gəlinlərinizi  nə vaxt azad edib analoqu olmayan rüsvayçılıqdan xilas olmusuz  ki, indi də dünyaya meydan oxuyursunuz? ”                                                                                                                                                                 
 Bəri başdan onu da  bilirəm, yüz faiz əminəm  ki,  Flora Kərimovanın  acığına onun məşəli göylərə qaldırıb  yırğalana yırğalana  yerişi, qartal kimi  süzməsi təkcə məni yox,  millətin sərvətlərini  müftə basıb yeyəcək 10 mindən çox  xaricinin də dəhşət xoşuna gələcək, onunla şəkil çəkdirmək üçün saç yoldusuna çıxacaqlar.                                                                                                                                                    
Mənim isə qəhrəmanımdan, hamının humanist, xoşsifət, xoşxasiyyət, üzüyola tanıdığı İlhamə xanımdan acizanə ,çox xırda bir xahişim, təvəqqəm  də var. Əgər işdir şayətdir, onu  məşəldar edən  baş məşəldara rast gəlsə ona çatdırsın ki, millət çörəyi qulağının dibinə yemir. Biz  yaxşı başa düşürük ki, ayının yüz  oyunu bir armudun üstündə olduğu kimi,  hakimiyyətin də oyunu  millətin olan qalan sərvətlərini də talamaq, insanları zülm altında saxlamaq, bir tikə çörəyə möhtac etməkdir. Biz heç bir avropalının, asiyalının, afrikalının məşəlini tanımırıq, arzulamırıq, belə lap istəmirik.                                                                                       
Bizə ancaq və ancaq bir məşəl lazımdır: Xankəndinin üstündə alovlanacaq, xalqımızı rüsvayçılıqdan xilas edəcək, üzümüzü  hər yerdə ağ edəcək İlahi Məşəl...

Mətləb Mütəllimli, istiqlalçı millət vəkili
Oxşar xəbərlər
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 11:46
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 11:46
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...