Pensiyaçıların sosial müdafiəsi xüsusi diqqət mərkəzindədir
Gündəm
Oxunub: 5268
01 Apr 2015 | 10:27
Pensiyaçıların sosial müdafiəsi xüsusi diqqət mərkəzindədir
Müsahibimiz Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevdir.

 
-Elşən müəllim, hazırda ölkəmizdə nə qədər əmək pensiyaçısı var və onların sosial müdafiəsi hansı səviyyədədir?

-2015-ci ilin 1 aprel tarixinə olan ilkin məlumata əsasən respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1293,2 min nəfərdir. Pensiyaçıların  783518 nəfərini və ya 60,6 faizini yaşa görə, 369170 nəfərini və ya 28,5 faizini əlilliyə görə, 140515 nəfərini  və ya 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9 manat, 1 yanvar 2009-cu il tarixə 95,8 manat, 1 yanvar 2010-cu il tarixə 100,4 manat, 1 yanvar 2011-ci il tarixə 112,9 manat, 1 yanvar 2012-ci il tarixə 145,1 manat, 1 yanvar 2013-cü il tarixə 152,0 manat, 1 yanvar 2014-cü il tarixə 170,5 manat təşkil edib, hazırda isə bu rəqəm 175,1 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata  çatıb. Yeni sistemin  fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının baza məbləği 4 dəfə artmışdır.Həmçinin dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş infilyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik,  2015-ci il yanvarın 1-dən 1,4 faizlik artım tətbiq edilib. 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı verilmiş belə sərəncamların sayı artıq 9-a çatıb.

-  Pensiyaçıların bəziləri pensiya almaqla bərabər, həm də əmək fəaliyyəti ilə məşğul olur. İşləyən əmək pensiyaçılarının pensiyaları hansı qaydada ödənilir?

-Əmək pensiyaları 3 növdən ibarətdir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşləyən əmək pensiyaçılarına əmək pensiyalarının ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə müvafiq aparılır. Belə ki, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyası baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə olmaqla ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr ərzində qazanılan sığorta hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta hissəsinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyasının məbləği yenidən hesablanır.

İşləyən əlillərə isə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Müşahidələrimiz göstərir ki, bəzi hallarda vətəndaşlar onlara əlilliyə görə pensiya təyinatı aparıldıqdan sonra əmək fəaliyyəti ilə məşğul olurlar və bu haqda Fondun yerli orqanlarına məlumat vermirlər. Bununla bağlı qeyd etmək istərdim ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yaranarsa, əmək pensiyaçısı və ya işəgötürən Fondun yerli orqanına məlumat verməyə borcludur. Qeyd olunanlara əsasən məlumat verilmədiyi təqdirdə cavabdeh vətəndaşdır. Ailə başçısını itirməyə görə əmək pensiyası isə işləyib-işləməməsindən asılı olmayaraq vətəndaşa tam məbləğdə ödənilir.

-Vətəndaşlar üçün maraqlı olan bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Ödənilən məcburi dövlət sosial sığorta haqları fərdi hesablarda hansı qaydada yığılır və vətəndaşlar həmin kapitalı birdəfəlik formada əldə edə bilərmi?

-“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların məbləği baza, sığorta və yığım hissələrdən ibarət olmaqla müəyyən edilir. Əmək pensiyalarının baza hissəsi pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı sayılır və bu hissəyə aid olan məbləğ dövlət tərəfindən müəyyənləşdirilir. Sığorta hissəsi fərdi hesabda şərti uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan kapitala görə təyin olunur.

Bəzi hallarda vətəndaşlar pensiyanın sığorta hissəsi ilə yığım hissəsinin anlamını dəyişik salır. Bilmək lazımdır ki, pensiyanın sığorta hissəsində yığılan vəsait real pul kütləsi deyil, amma gələcəkdə yığım hissəsi aktivləşdirildikdən sonra sığorta hissəsindəki vəsait real pul kütləsi olacaq. Hazırda sığortaolunanın fərdi hesabında toplanan vəsait şərti olduğundan sığortaolunana yalnız yaşa,  əlilliyə və yaxud vəfat etdikdə ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasında nəzərə alınır. Yığım hissəsi aktivləşdirildikdən sonra sığortaolunana pensiyası təyin edildikdə, yaxud o vəfat etdikdə onun vərəsələri fərdi hesabının yığım hissəsində toplanan vəsaitləri, həmin vəsaitlərin dövriyyəsindən əldə olunan gəlirləri istər birdəfəlik, istərsə də hissə-hissə əldə etmək imkanını qazanacaq.

Yığım sisteminin tətbiqinin əsas özəlliyi ondadır ki, pensiyaların maliyyələşdirilməsi üçün mənbə rolunu vətəndaşın fərdi hesabında toplanan vəsaitlə yanaşı, həm də pensiya aktivlərindən əldə olunan gəlirlər də təşkil edəcək. Yəni, yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır və müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Hazırda pensiyalar baza və sığorta hissəsindən ibarət olmaqla təyin olunur və artırılır. Yığım hissəsi isə hazırda aktiv deyil, onun növbəti mərhələdə islahatlar çərçivəsində  fəallaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

-Dövlət Sosial Müdafiə Fondu nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə “Pensiya+” layihəsi həyata keçirir. Bu  layihəyə pensiyaçılar arasında maraq yüksəkdirmi?

-Əmək pensiyaçılarının çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vasitəsi kimi istifadə etməsinə nail olmaq məqsədilə yaradılmış “Pensiya +” xidmətinin tətbiqinə başlanılıb. Bu xidmət çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün aylıq pensiya məbləğində hər ay faisiz kredit limitindən istifadə imkanı yaradılıb. Pensiyaçılar bu vəsaitdən yalnız nağdsız ödəniş zamanı istifadə edə bilir və buna görə xidmət haqqı tutulmur. Pensiyaçı öz pensiya vəsaitini tam xərclədikdən sonra yenidən kreditdən yararlana bilər. Pensiyaçının kredit limitindən istifadə etdiyi məbləğ borc şəklində tam ödənildikdən sonra kredit limiti yenidən aktivləşir. Qeyd edim ki, “Pensiya +” xidməti fəaliyyətə başladığı dövrdən hazıradək bu xidmət çərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi iki dəfə artıb.

-Hazırda Fondun elektron xidmətlərinin təşkili hansı vəziyyətdədir? Pensiyaların təyinatında elektron xidmətlərin rolu necədir?

-Son illər pensiya və müavinətlər sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artıb. Fond informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə sığorta pensiya sahəsində bütün mövcud proseslərin avtomatlaşdırılmasını təmin edib. Yəni, həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi avtomatlaşdırılıb.

Sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin elektron formada təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında  sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Sığortaolunanların elektron məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılan fərdi şəxsi hesabında illər üzrə toplanan pensiya kapitalına nəzarət etmək imkanı yaradır. Bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işə götürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım edir, həm də avtomatlaşdırılmış pensiya təminatının reallaşdırılmasını təmin edir. Fondun “Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış pensiyası təyinatı sayəsində  pensiya yaşına çatan vətəndaşa 190-0 nömrəsinə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını ala biləcəyi müvəkkil bank şöbəsinin ünvanı haqqında dərhal məlumatlandırılır. Bütün bu proses cəmi bir neçə dəqiqə vaxt aparır. Burada bir məqamı xüsusi ilə qeyd etmək istərdim ki, müraciət edən bəzi şəxslərə 2006-cı ilədək əmək  stajları barədə məlumatları Fondun orqanlarına təqdim etməmələri səbəbindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmur. Biz bu barədə dəfələrlə məlumat vermişik və bir daha vurğulamaq istərdim ki, buna görə vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusən maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu tərəfindən kifayət qədər maarifləndirmə işi aparılır.
Oxşar xəbərlər
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu