“Aprel mitinqi mart mitinqindən zəif olacaq”
Oxunub: 7032
17 Mar 2015 | 09:29
“Aprel mitinqi mart mitinqindən zəif olacaq”
Eks-spiker Rəsul Quliyevlə Milli Şuranın mitinqindən tutmuş Putinin qeybə çəkilməsinə qədər çox məsələlər barədə danışdıq. Gözlədiyimiz kimi bu söhbətimizdə o, xeyli maraqlı fikirlər irəli sürdü. 

Beləliklə, Rəsul Quliyevin Moderator.az-a verdiyi müsahibəsini təqdim edirik: 

-Müxalifət uzun aradan sonra mitinq keçirdi. Mitinq haqqında müxtəlif fikirlər var. Bəzilərinə görə, bu aksiyada iştirakçıların sayı demokratik qüvvələrin tamamilə sosial bazadan məhrum olduğunu göstərir. Bəziləri isə sayın o qədər də mühüm əhəmiyyət daşımadığını fikirləşir, “əsas odur, etiraz aksiyasının keçirilsin”, deyir. Siz bu mövqelərdən hansının daha doğru olduğunu düşünürsünüz?


-Normal cəmiyyətlərdə insanların etiraz məqsədi ilə mitinqlərə çıxması, nümayişlər keçirməsi, kollektiv petisiya məktubları imzalaması pozitiv haldır. Ancaq Bakıda mitinq təşkil edənlərin mitinqlə əlaqədər söylədikləri fikirlərlə mənim düşündüyüm və izah etməyə cəhd etdiyim fikirlər total şəkildə fərqlənir.  İlk növbədə mənim fikirimcə, kütləviliyin təmin edilməsinə 100 faiz əmin olmadan (yəni heç olmazsa 5 min insanın mitinqə qatılacağına inam olmalıdır) mitinq keçirmək hökümətin demokrat imicini artırmaqdan başqa bir şey deyildir. Onların fikrincə, real kütləviliyi təmin etmək vacib deyildir, qəzetlərinin vasitəsi ilə kütləvililik effekti yaratmaq olar.  Mən düşünürəm ki, istənilən variantda siyasi lider öz xalqına yalan deməməlidir. Onların düşüncəsincə, siyasət xalqa yalan demək bacarığının yüksək olması deməkdir.  İndi diqqət yetirin, hökümət mitinqə 600 insanın çıxdığını deyir, mitinq təşkilatçıları isə 10 min adamın olduğunu israr edirlər. Hətta mitinqə gələnlər qarışqalar olsa belə, sayanda bu səviyyədə fərq ola bilməz. Bir yerdə azı bir saat dayanan, demək olar ki, 1 kub metr həcmi olan insanı necə bu vaxt ərzində dəqiq saymamaq mümkündür? Hökümətlə mitinqçilərdən başqa o mitinqdə iştirak edən və sayan azı 5 xarici ölkə nümayəndələri var. Necə belə bir şəraitdə  bir birlərindən 20 dəfə fərqli olan iki hesabat ortaya çıxa bilər. İstənilən totalitar ölkədə mitinqçilərin hesabatı ilə hökümətin hesabatında (qərb ölkələrində hesabat obyektivdir) azı 2 dəfə fərq olur-məsələn Rusiyada, Ermənistanda. Hökümət mitinqin abı-havasından asılı olaraq meydana mülki formada geyinmiş özünün 200-600 nümayəndəsini göndərir. Onların əsas məqsədi içəridə provokatorlar olsa vaxtında zərərsizləşdirsinlər. Və ya lazım olarsa özləri provakasiya yaradıb mitinqi dağıtsınlar. Onları görməmək mümkün deyildir. Mitinq iştirakçıları əvvəldən axıra qədər videoya alınıbsa qismən yaxşı geyinmiş, heç vaxt əl çalıb şüarlar deməyənlər və əsasən perimetr üzrə dayananlar onlardır. 2005-ci il mitinqlərində bu adamların sayı 600-1000 arasında idi. İndi təqribən 200 nəfərdir. Hökümət hesabatında, sözsüz ki, onları mitinq iştirakçısı kimi nəzərə almır və yerdə qalan kütləni ikiyə bölür. Mitinqçilər isə onları da hesablayır və 5-ə vurub bir rəqəm ortaya çıxarır. 
İstənilən variantda hər iki tərəfin söylədiyi yalan Azərbaycan xalqının səbatsız xalq imicini gücləndirir.   Manatın məzənnəsi düşüb, qiymətlər qalxıb və qalxmaqda davam edəcək. Belə bir vəziyyətdə icazə verilmiş mitinqə belə az adamın gəlməsi insanların inamının qalmadığına dəlalət edir. Təsəvvür edin, Bakının 4 milyona yaxın əhalisinin azı 80 faizi cari iqtisadi-finans vəziyyətindən zərbə alıb. Bu insanların maksimum 0.1 faizi mitinqə gəlir. Bakını qoyuram qırağa , mitinq keçirilən rayonun 200 minlik narazı əhalisinin 5 faizi belə gəlsə idi, yaxşı bir mitinq alınardı. Belə bir mitinqlə pafoslu tələbatlar irəli sürmək gülüncdür. Əslində tərtib olunmuş tələbatlar sovetlərin vaxtında, pionerlərin, məsələn, ABŞ-ın Vyetnamda apardığı müharibəyə qarşı tələbləri ruhundadır. Əvvəl preambulada ABŞ-ın neqativ işləri pislənir və onun ardınca biz məsələn Lenin rayonunun pionerlərinin tələbləri səslənir: -ABŞ dinc əhali yaşayan yerləri bombalamasın və sair və sair... Ardınca ABŞ imperialistlərinə ar olsun.
 
Mitinqin qoyduğu tələblərin əksəriyyəti də demokratik təsir bağışlamır, əksinə höküməti diktatura rejiminə çağırır. Məsələn, manatın məzənnəsini ucuzlaşdırılması nə deməkdir? Qatar artıq çoxdan gedib cənablar və xanımlar. Azərbaycanın büdcəsi birbaşa neft dollarından asılıdır. Manatın məzənnəsini saxlamağı tələb ediriksə, deməli manatın daxili bazarda konvertə edilməsini, hökümətin kontrola götürməsini istəyirik. Yəni deyirik ki, xaricdən mal alıb gətirməyə qadağan qoyulmalıdır. Xaricdən avtomobillər, kompyuterlər, telefonlar və sair bir çox şeylər alınıb gətirilməməlidirlər. İstənilən idxalat malını ancaq hökümətin xarici ticarət nazirliyi ala bilər. Avtomobil olaraq Rusiya və İrandan barter yolu ilə mallar alınmalıdır. Mitinqin bu tələbini ancaq yenidən sovet tipli diktatura rejiminə qayıtmaqla etmək olar. 
Yaxud digər tələbə baxaq;  “işsizliyin artmasının qarşısı alınsın!” Necə. İşsizlik maliyə vəziyyətinin ağırlaşdığına, bir çox tikinti proyektlərinin bağlanmasına görə baş verir. Həmin proyektlərə yenidən pul ayrılsa bir qədər işsizlik zəifləyəcək, ancaq inflyasiya katostrofik sıçrayışla gedəcək. Eynilə “hökümət korrupsiya və rüşvətin qarşısını alsın” tələbi, çeynənmiş frazadır, bu tələbi nə qədər irəli sürmək olar? 
Sözsüz, bu mühüm məsələlərə toxunmaq lazımdır, ancaq şüar şəkilində yox. Məsələn, tələb irəli sürülməlidir ki, neft kompaniyasının, neft fondunun, valyuta rezervinin, büdcə xərclərinin hesabatları açıq olsun və aylıq hesabatlar detalları ilə xalqa çatdırılsın. Hər bir şəxsin bu hesabatlara baxmaq hüququ və sorğu vermək haqqı bərpa olunsun. Deyək ki, büdcədə təhsilə, məsələn, 1 milyard manat pul xərcləndiyi göstərilib. Bu, heç bir şey demək deyildir. Konkret olaraq pulun hara xərcləndiyi, hansı layihələrə və obyektlərə sərf olunduğu bilinməlidir. Bax, bu rəqəmlər olsa, deyək ki, hansısa məktəbin tikintisində nə qədər mənimsəmənin olduğunu müəyyənləşdirmək çox asan bir işdir. Ancaq belə yollarla korrupsiya ”“rüşvətin qarşısını almaq olar, şüarla yox. Yaxud işsizliyin qarşısını qismən almaq və manatın məzənnəsinin düşməsini bir qədər zəiflətmək üçün Bakıda keçiriləcək Avropa oyunlarının xərclərinin ən azı 80 faizini beynəlxalq idman federasiyası ödəməlidir tələbi qoyulmalıdır. Bu cür konkret tələblər müəyyən bir effekt verə bilər.
 Çıxış edənlər isə tələbləri ilə höküməti faktiki diktaturanı gücləndirməyə çağırırlar.
Müxalifət “biz olmasaq hökümət Azərbaycanda Türkmənistandakı kimi bir rejim yaradar, bizim sayəmizdə indiyəcən bu baş verməyib” kimi utopik fikirlərini camaata yeridib özünün şərə qarşı vuruşan qəhrəman obrazını yaratmağa cəhd edir. Ancaq Leyla Yunus, Xədicə İsmayıl, Rəsul Cəfərov və başqalarını həbs etməsi ilə hökümət arzulayarsa Türkmənistansayağı rejim yaratmağın çox asan məsələ olduğu mesajını həm daxili, həm də xarici ictimayyətə çatdırdı. Azərbaycan, Belarus kimi ölkələrdə demokratiyanın müəyyən elementlərinin olmasının səbəbi nə xalqdır, nə də müxalifət, sadəcə ölkənin Avropa qitəsində olmasıdır.
 Hökümət də biz olmasaydıq indi Azərbaycanda vəziyyət qat-qat ağır olardı ideyasını xalqa sırımaqla özünün qəhrəmanlıq tarixini yaratmaq istəyir.
 Mənim fikirimcə belə mitinqlərin keçirilməsinin cəmiyyətə nəinki xeyri dəyməz, əksinə pessimizmi artırar. Düşünürəm ki, Aprel mitinqi Mart mitinqindən zəif olacaq. Ondan sonra yenə aksiyalara uzunmüddətli fasilə veriləcək. 
İnsanların mitinqə gəlib gəlməyəcəklərini müəyyənləşdirmək üçün bir neçə kiçik işlər görmək olar. Məsələn ayın flanında, axşam saat 8-də hökümətin siyasətinə etiraz olaraq evlərinizdə 30 saniyə və ya bir dəqiqə işıqlarınızı söndürün etiraz aksiyasına qoşulun.Əgər camaat belə bir sadə işi görmürsə mitinqə çox adamın gələcəyinə inanmayın. Mitinqin çox böyük bir əhəmiyyət kəsb etmədiyi izahatsız da aydındır. Onsuz da ölkənin indiki vəziyyəti və bundan sonra baş verəcəklərinə müxalifət yox, hökümət cavabdehlik daşıyırlar. Əsas onlar düşünməlidirlər.

-Ölkədə Qarabağ problemindən tutmuş insan hüquqlarına qədər bir çox sahələrdə problemlər vardı. Bu problem yığnağına indi biri də əlavə olundu. Söhbət devalivasiydan gedir. Getdikcə iqtisadi vəziyyəti də xarablaşan xalqın isə etiraz etmək fikri yoxdur. Sizcə, bu sükut nədən qaynaqlanır?

-Birincisi ondan başlayaq ki, ölkədə artıq Qarabağ problemi heç kim narahat etmir. Hətta o torpaqlardan qovulmuş insanlar da Qarabağı unudublar. Qarabağ qaçqınlarının 30 yaşına qədər olanlarının heç biri o torpaqları tanımır. Bütün Azərbaycan indi öz torpaqlarımızda bir iki erməni əskəri öldürmək və ya helikopter vurmaqla uşaq kimi fəxr edir, qəhrəmanlıq poeması yazır. Torpaqları işğal olunmuş 3-cü nəsl Fələstinli artıq dünyaya gəlir, ancaq bu günkü 7 yaşlı fələstinli də öz torpaqlarını tanıyır, biz azərbaycanlılar isə hər şeyi unutmuşuq. İnsan hüquqlarına gəldikdə bu məsələ başqa ölkələrin vətəndaşlarını daha çox narahat edir, nəinki bizləri. Sadaladığınız iki məsələ azərbaycanlılar üçün elə bir əhəmiyyət kəsb etmir. Manatın məzənnəsi, qiymətlərin qalxmasına gəlincə isə, azərbaycanlıların biganə qalmaq şansları yoxdur. Çünki bu birbaşa qarının tox olub olmaması ilə bağlıdır. Bu sahədə bütün xalqlar dözümsüzdür, azərbaycanlılar isə birinci onluğa daxil olurlar. Neft dollarından asılı olan ölkələrin hamısında devalivasiya, infiliasiya sonra defolta baş verəcək. Avropa ölkəsi hesab edilən Azərbaycanda xaotik çaxnaşmalar Rusiyadan sonra başlanacaq. Həmişə də belə olub. 1987-1991-ci illərdə də Azərbaycanda mitinqlər (Avropa qitəsində olanlar arasında) ən axırda başladı.


-Bəzi politoloqlar hesab edir ki, Azərbaycan xalqı əslində müdrik xalqdır. Ölkədə ictimai-siyasi durumu dəyişmək istəsə, ukraynaların başına gələnlərin bizim də başımıza gələcəyini bildiyindən susur, vaxtı, məqamı gözləyir. Doğrudan damı susqunluğumuz müdrikliyimizdən doğur?
 
 -Siz Ukraynanın başına nələrin gəldiyini müdrik Azərbaycan xalqının bildiyinə doğrudan inanırsınız? Bu günkü insanların (yəni fizioloji və bioloji oxşar olan) ən azı 10 min illik tarixi var. Bu 10 min ildə lidersiz hansı isə bir müdrik xalqın öz taleyini həll etmək üçün məqam gözləyib sonradan ayağa qalxdığını təsdiqləyən heç bir tarixi fakta rast gəlmək mümkün deyildir.

-Rusiyaya qarşı tətbiq olunan sanksiyaların nə dərəcədə işə yaracağını düşünürsünüz? 

-Sanksiyaların təsiri var, ancaq həlledici rol oynaya bilməz. Rusiya və Azərbaycan əsas zərbəni neftin və qazın qiymətlərinin aşağı düşməsindən alırlar. Neft dolları bumu 2012-ci ildə qurtarmışdı. 2014-cü ilin axırlarından isə neft dolları krizisi başlayıb. Bu krizis davam edəcək. Neft və Qaz hegemoniyasının sonu çox yaxınlardadır.

 -Putinin yoxa çıxmasını müxtəlif amillərlə izah etdilər. Bəziləri bunu xəstəliyi, bəziləri isə siyasi səbəblərlə əlaqələndirdi? Siz nə fikirləşirsiniz; Putin niyə qeybə çəkilmişdi?

-Cavab Putin tarixdə Pyotr və Stalin kimi qalmaq istəyir. Onun beyni bu ideya ilə zəhərlənib və heç vaxt sağalmaq şansı yoxdur. Ancaq Stalindən fərqli olaraq ağlı kifayət qədər məhdud çərçivədədir. Ona görə də Stalinin metodlarından gen-bol istifadə edir. Aradan müvəqqəti çıxmaq və FSB-si vasitəsilə kimin sevindiyini, kimin kədərləndiyini müəyyənləşdirmək Stalinin metodlarından idi. Əhali arasında 85 faiz reytinqi olan Putin həm də camaatın narahat olacağına, onu axtaracağına inanırdı və bu məhəbbətdən gələcəkdə ölkədə iqtisadi problemlər yarananda nə dərəcədə istifadə edə biləcəyini yoxlamaq istəyirdi. Eksperiment heç də onun istədiyi kimi olmadı. Onun itməsini əvvəl xarici jurnalistlər, sonradan Rusiya jurnalistləri yazdılar. Müxtəlif fantastik şaiyələr ortaya atdılar. O fantastik şaiələrin müəllifi Putinin özüdür. Xalqın vecinə olmadığını görən Putin axırıncı şaiyəni işə saldı. Guya, hərbiçilər onu devirmək istəyir. Bu şaiyədən sonra camaatın küçələrə töküləcəyinə, onu yenidən hakimiyyətə gətirmək tələbi ilə çıxış edəcəklərinə inanan Putin peşman oldu. Xalqdan xəbər çıxmadı.

Oxşar xəbərlər
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri