Son vaxtlar ABŞ, İraq ordusu və peşmərgə qüvvələri İŞİD terror təşkilatı ilə mübarizədə müəyyən uğurlar əldə etsə də, bütövlükdə sözügedən terror qurumu yenə də bəşərin əsas problemlərindən biri olaraq qalmaqdadır.
Maraqlıdır, qəfil meydana
çıxan və uzun zamandır ki, hər cür basqılara davam gətirən İŞİD-i bunca yenilməz
edən nədir?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə baş verənlərin
arxasında olduqca sadə bir həqiqətin dayndığını vurğuladı:
“Belə bir məsəl var:
arxalı köpək qurd basar. İŞİD-in arxası var. İŞİD-in arxası mürtəce ərəb qüvvələri,
Qərbin xüsusi xidmət orqanlarıdır. İŞİD-i onlar yaradıb, onlar da idarə edirlər.
İŞİD-in yaradılmasında sadəcə bir məqsəd var: Qərbin Yaxın və Orta Şərqdə
mövcudluğuna, fəaliyyətinə haqq qazandırmaq”.
Seymur Əliyev