“Sultan bəy babama at və beşatılan bağışlayıb...”
Müsahibə
Oxunub: 4899
17 Mar 2015 | 00:28
“Sultan bəy babama at və beşatılan bağışlayıb...”
Qarabağ müharibəsi veteranı, Laçın polisinin keçmiş əməkdaşı Şümşad Nadirov Moderator.az-a müsahibəsində Qarabağ müharibəsindən və kəşfiyyatçı kimi gördükləri işlərdən danışdı.

- Şümşad bəy, istərdim ki, bir qədər döyüş yolunuz haqqında məlumat verəsiniz.

- Hələ milli ordumuzun olmadığı vaxtda düşmən hücumlarından müdafiə üçün sərhəd rayonlarında polis orqanlarına vətənpərvər və fiziki-mənəvi cəhətdən güclü gənclər götürülürdü. Məhz həmin vaxt mən də Laçın polisinə yazılıb, dağlıq ərazilərdə, xüsusilə Ermənistanla sərhəddə düşmənlə mübarizə aparırdıq. Şuşanın işğalından sonra Laçına ən böyük təhlükə Ermənistanla sərhəd zonasından - Gorusdan idi, hər an düşmənin hücumu gözlənilirdi. Buna görə də Laçın polisi bu ərazini qoruyurdur. 1992-ci il mayın 16-da düşmənin həm Şuşadan, həm də Ermənistanda başlanan artilleriya atəşləri sahəsində rayon əhalisi ərazini tərk etməyə məcbur oldu. Mən cəbhə yoldaşlarımla birgə düşmənlə sərhəddə vuruşurduq. Bütün müqavimətə baxmayaraq, Laçın işğal olundu. Amma mən Laçını tərk etmədim. Doğulduğum Mişni kəndinə getdim. Qərara gəlmişdim ki, burda mövqe qurub ermənilərin gəlməsini gözləyim. Kəndə çatanda 40-a yaxın mülki vətəndaşımızın orada olduğunu gördüm. Onların içərisində bir nəfər qadın vardı. Xeyli müzakirədən sonra bu insanların çıxarılması qərara alındı.

- O zamanla bağlı çəkilən kadlarda belə təsəvvür yaranır ki, orada qalan olmayıb. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, ölkə televiziyalarında Laçının işğalı zamanı yalnız Laçının Qubadlı tərəfinə çıxış olan hissədə çəkilmiş kadrlar gedir. Hamıda elə təsəvvür yaranır ki, Laçında qalan yoxdur. Ancaq həqiqət elə deyil. Biz Laçını mayın 22-də tərk etdik. Kəlbəcər istiqamətində bir faktı qeyd deyim ki, Laçında hamının “bəy” kimi tanıdığı Kamran bəy ümumiyyətlə, Laçından çıxmayıb. O, partizan müharibəsi aparıb. Yalnız qış vaxtı ermənilər yerini öyrənəndən sonra mağaraya top ataraq, onu öldürüblər.

- Maraqlı faktdır, bunu sizə kim deyib?

- Bunu əsir düşmüş Gorus batalyonunun komandirinin sürücüsü deyib. Mülki əhali mühasirədən çıxarıldıqdan bir neçə gün sonra Laçın polisinin bir dəstəsi Kəlbəcər tərəfdən Laçın ərazisinə daxil olur və Qorçu kəndində qərargah qururlar. Bir neçə gündən sonra mən döyüş yoldaşlarım Fikrət, Elşən və Əlövsətlə birgə qərara gəldik ki, Laçın ərazisində kəşfiyyat apararaq məlumat toplayaq. Bu barədə Laçın polisinin komandiri Akif Səlimova danışdıqdan sonra 10 günlük kəşfiyyat dövrü bütün lazım olan məlumatları topladıq. 11-ci gün, 1992-ci il iyun ayının 4-də ərazidə müşahidə edərkən xeyli insanı Qaraçənli kəndi tərəfdə gördük. Bu dəstə Həkəri çayını keçib, Mişni kəndinə tərəf gəlirdilər. Mən dedim ki, gələn ermənilərdir. Çünki ərazini tanımırdırlar. Asan yolu qoyub, çətini seçiblər. Bu da ərazini tanımamaqlarından irəli gəlirdi.

- Siz nə etdiniz?

- Biz onlara gizli yaxınlaşdıq və silahlarının nədən ibarət olduğunu öyrəndik. Biz kəşfiyyar dövrü gecə daim Mişni kəndində qalırdıq, ona görə də kəndin 4 tərəfində patron, qumbara gizlətmişdik ki, birdən bizə hücum olarsa, hansı tərəfdə olsaq ondan istifadə edək. Ermənilər çox idilər və bütün gizlətdiyimiz patronları bir yerə yığdıq. Artıq axşam üstü, saat 4 idi. Elə yer seçdik ki, tam aydın görünsünlər. Qəfildən hücuma keçdik. Döyüşdə ermənilərin xeylisini məhv etdik. Digərləri qaçıb kəndin içindəki evlərə girdilər. Bir müddən sonra bir erməni çıxıb “hayes” deyə qışqırdı. Fikrətə dedim ki, sən də bərkdən iki dəfə “hayes” deyə çağır. Fikrət elə də etdi. Onlar bizim erməni olduğumuzu zənn edib, çölə çıxdılar. Əlimizlə işarə etdik ki, gəlin qabağa. Bunu görən ermənilər tam əmin oldular ki, biz erməniyik. Biz tez yerimizi dəyişdik və ikinci hücuma başladıq. Xoşbəxtlikdən bizə atılan güllələr yan keçdi. Qalan erməniləri məhv elədik. Bir çoxu isə təslim oldu. Artıq 3-4 saat idi ki, döyüş gedirdi. Hava qaralırdı. 53 erməni əsgəri öldürüldü. Əsir düşmüş 17 ermənini götürüb meşəyə tərəf getdik. Yüngül qaçışla gedirdik. Tələsməyimizə səbəb isə erməni ordusunun maşınlarının Hoçaz kəndi tərəfdən köməyə gəlməsi idi. Bir də 4 nəfərdə qalan patronların ümumi sayı 20 idi. Əgər əsirlər bilsəydilər ki, bizdə patronlar qurtamaq üzrədir, bəlkə qaçmağa cəhd göstərərdilər. Ona görə də bütün gücümüzlə dayanmadan meşənin dərinliklərinə getdik. Gecə saat 4-də bir balaca yorğunluğumuzu çıxartmaq üçün yarım saat istirahət etdik. Ermənilərdən bizim dili bilənlər deyirdilər ağlımıza gətirməzdik ki, burada azərbaycanlılar olar. Sonra çayı keçib, yola düşdük. İki günə Qorçudakı qərargaha çatanda artıq taqətimiz qalmamışdı. Yol boyu ərzağımız olmadığından yemlik ot, ya da gicitkan ovub yeyirdik. Qərargaha çatanda bizi və əsirləri görən komandirimiz Akif Səlimov bircə kəlmə dedi: - Siz əsl igidsiniz. Üç gün dincəldik. Ancaq bu üç gün ərzində bir gün yatdıq. Sonra məlumat vardı ki, ermənilər Alxaslı və Minkənd kəndlərində mövqe qurublar. Ona görə də komandir biz 4 nəfəri çağırdı. Dedi ki, sizə güvənim çoxdu və bilirəm ki, yorğunsuz, amma bu vacib əməliyyata siz getməlisiniz. Komandirin əmrini məmnuniyyətlə qəbul etdik. Ancaq məlumatın hardan gəldiyini soruşduq. Komandir demədi. Gecə yola çıxdıq. Hava işıqlananda dincəldik. İkinci günü gecə deyilən ərazidə kəşfiyyat apardıq. Bütün ərazinin boş və evlərdə heç kimin qalmadığını, yəni verilən məlumatın yalan olduğu üzə çıxdı. Ərazi tamam boş idi. Bir gün cəbhədən xəbər verdilər ki, Alxaslı kəndindən tüstü qalxır. Dərhal həyəcan əmri ilə hazır olduq. Biz hadisə yerinə getdik. İki “Ural” və “Qaz-66” maşını ilə kənddə qalan əşyaları qarət edən erməni hərbçilər evlərə od vururdular. Bu zaman döyüş başladı. Laçın tərəfdən ermənilərə kömək gəldi və vəziyyət daha da gərginləşdi. Bu zaman kəndin arxa tərəfinə keçdik. Çaş-baş qalan ermənilər qaçmağa başladılar. Bir “Uaz” və “Qaz-66” maşınını qoyub qaçdılar. Maşınları Pircandakı mövqelərimizə gətirdik... Laçından başqa, Füzuli, Horadiz döyüşlərində də iştirak etmişəm.

- Bildiyimiz qədər babanız 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə iştirak edib. Atalarımız düz deyib ki, ot öz kökü üstə bitər...

- Babam Məhəmməd Nadir oğlu 1918-ci il və ondan əvvəl ermənilərə qarşı qəhrəmancasına vuruşub. Bu qəhrəmanlıqlarına görə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov tərəfindən mükafatlandırlıb. Xalq qəhrəmanı Sultan bəy babama at, bir dəfə də beşatılan silah bağışlayıb...
Sonda onu qeyd edim ki, bu gün də vətən üçün əsgərəm və müharibə başlayarsa, ən ön sırada mən olacam. Ona görə də bu mənfur düşmənlə qısas günündə görüşmək üçün hər gün fiziki sağlamlığımı, döyüşcüyə lazım olan gücü saxlamaq üçün idman edirəm. Necə ki, türkün şanlı bayrağı türkün bütün torpaqlarında dalğalanmır, biz əsgər ömrü yaşamalıyıq.

Elnur Eltürk



Oxşar xəbərlər
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:57, Bu gün
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO