ABŞ-ın yeni “kiçik qardaşı” - İran
Oxunub: 2956
17 Mar 2015 | 00:01
ABŞ-ın yeni “kiçik qardaşı” - İran

 

İllər uzunu Ərdoğan hakimiyyətinin xarici siyasətini tənqid atəşinə tutan qüvvələrin dilə gətirməyə çalışdıqları əndişələr artıq göyərməyə başlayıb. İslam təəssübkeşliyi ilə ölkəni Yaxın Şərq bataqlığına sürükləyən AKP zehniyyəti ABŞ-ın dəyişilən mövqeyindən dolayı girdiyi meydanda təkbaşına qalmağa doğru gedir. Kor tutduğunu buraxmayan kimi, Bəşər Əsəd düşmənçiliyini xarici siyasətinin ana xəttinə çevirən bu anlayışın iradəsinin əksinə olaraq Türkiyənin ən yaxın strateji müttəfiqi kimi görünən ABŞ get-gedə rəsmi Dəməşqə yaşıl işıq yandırmağa başlayır. Bir müddət əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brannenin dilə gətirdiyi “Suriyadakı rejimin dəyişilməsində nə biz, nə Rusiya, nə də digər böyük dövlətlər maraqlı deyil” həqiqəti indi ABŞ-ın daha yetkili məqamı tərəfindən etiraf olunmağa başlayıb. Supergücün dövlət katibi Con Kerri də dünən verdiyi açıqlamasında Bəşər Əsədlə eyni masada əyləşməyə məcbur olduqlarını bildirib.

Con Kerriyə görə, Suriyada siyasi dəyişikliyə nail olmaq üçün bundan başqa çarə yoxdur. “CNN news”-a verdiyi müsahibəsində o, Bəşər Əsədlə aparılacaq müzakirələrin “Cenevrə-1” razılaşmaları çərçivəsində olacağı və ilk gündən bəri bu mövqeyi sərgilədiklərini desə də, hər halda rəsmi Ankaranın böyük ümidlə baxdığı Əsədsiz Suriya xəyallarının artıq puça uğradığını düşünə bilərik.

Əslində, indiyə qədər etiraf olunmasa da, ABŞ-ın vətəndaş müharibəsi boyunca Bəşər Əsədlə təmaslarını tam kəsmədikləri də anlaşılır. Bu yaxınlarda dünya media qurumlarında gedən bir müsahibəsində Suriya diktatorunun özü belə bunu etiraf etmiş, zaman-zaman ABŞ-dan bir sıra məxfi kəşfiyyat məlumatlarını aldığını bildirmişdi. Bəşər Əsəd onu da etiraf etmişdi ki, sızdırılan bu informasiyalar birbaşa deyil, İraq və İran vasitəsilə Suriya rəsmilərinə ötürülmüşdü.

Bütün bu faktlar əslində AKP hakimiyyətinin ABŞ-ın strateji müttəfiqi nağılına inanacaq qədər sadəlövh olduğunu, liderinin Böyük Yaxın Şərq Layihəsinin həmsədrliyi arxayınlığına qapıldığını və bölgənin taleyini əlində cəmləşdirdiyinə boş yerə ümid bəslədiyini göstərir. “Böyük qardaş” hesab etdiyi ABŞ-dan aldığı dəstəklə ərəb dünyasının birliyinə can atan bu zehniyyət bilmirdi ki, super güclər üçün “balaca qardaş” şahmat taxtası üzərində vurulacağı anı gözləyən piyadalar kimi potensial qurbandır. O, bəzən rəqib tərəfin atına, filinə, bəzən isə adi piyadasına belə dəyişdirilə bilər. Bu gün gəlinən nöqtədən hadisələrə nəzər salanda Türkiyənin də qarşı-qarşıya qaldığı piyada ilə dəyişdirildiyi görünür.

İndi Suriya problemini Türkiyəylə deyil, elə Suriyanın özü ilə çözməyə çalışan ABŞ yeni “balaca qardaşını” da tapıb. Bu qardaş İrandır. O İran ki, bir vaxtlar hər kəs bu ölkənin yaxınlarda “böyük qardaş” şilləsi yeyəcəyinə inanır, hətta böyük ümidlə gözlədikləri o günü sayırdılar. ABŞ isə üzdə barmaq silkələdiyi İranla bir vaxtlar onun ən böyük düşməni olan İraqda şiə hakimiyyəti qurur, rəsmi Tehran vasitəsilə guya düşmən olduğu Bəşər Əsəd rejiminə öz müttəfiqlərinin hərbi planları haqqında məlumat ötürürdü.

Yaxın Şərqdə gözlərin İŞİD-lə mübarizəyə zilləndiyi bir vaxtda bütün təxminləri alt-üst edən digər bir xəbər yenə ABŞ-dan gəldi. Maraqlıdır ki, bu xəbərdə də ABŞ dövlət katibi Con Kerrinin və rəsmi Tehranın adı keçirdi.  Məlumata görə, ABŞ həm də İranla eyni masa ətrafında oturacaq. Müzakirə predmeti isə İranın nüvə axtarışlarıyla bağlı məsələ olacaq.

İsraildən tutmuş Səudiyyə Ərəbistanına qədər Yaxın Şərqin bütün siyasi iradələrini narahat edən İranın nüvə axtarışları, deyəsən, yavaş-yavaş etiraf olunmağa başlayır. Bu yaxınlarda Vaşintqona səfər edən, lakin Ağ Ev tərəfindən qəbul olunmayan Netanyahudan fərqli olaraq İran rəsmiləri rahatlıqla ABŞ-ın  qəbuluna düşə bilirlər. Halbuki Netanyahu bu zamana qədər ABŞ-ın Yaxın Şərqdəki uzantısı, İran isə baş düşməni hesab olunurdu. Hətta strateji müttəfiqinin bu hörmətsizliyini görən Netanyahunun ABŞ Konqressində Barak Obamanın qabırğasına yaxşıca döşədiyi də gələn xəbərlər arasındaydı. Barak Obamanın isə ona cavabı xeyli konkret olmuşdu: “Netanyahu yeni heç nə demir, onun çıxışı populist yanaşmadır”. Yəni loru dildə desək, get, işinlə məşğul ol.

Halbuki Netanyahunu əndişləndirən problemlər həqiqətən də onun rəhbərlik etdiyi ölkənin həyati məsələsidir. İran bir dövlət olaraq getdikcə böyüyür və Yaxın Şərqdə baş verənlər onun lehinə cərəyan edir. Dünya dövlətlərinin o ölkəyə qarşı tətbiq etdikləri sanksiyaların da işə yaramadığı ortadadır. Sanksiyalar nəticəsində gündəlik neft hasilatının yarıbarı azaltmasına baxmayaraq İranın büdcəsi 2 ay ərzində İŞİD-i geri oturdacaq hərbi birliklər hazırlamağa çatdı. Rəsmi Tehran Səudiyyə Ərəbistanı, Qətər, Küveyt tərəfindən maliyyə dəstəyiylə ayaqda duran Yəməndə belə inqilabi dəyişikliklər yaradıb şiə husiləri hakimiyyətə gətirə bildi. İndisə İraq və Suriyada vəziyyətə nəzarət edir.

Yaxın Şərqdə tarixinin heç bir anında bu qədər təsir imkanına malik olmayan cənub qonşumuz indi də atom çalışmalarında mühüm addımlar atır. Rəsmi Tehran bu çalışmaların sülh məqsədli xarakter daşıdığı bildirsə də, onun həyata keçirdiyi bir çox tədbirlər istər-istəməz fikirlərinin doğruluğuna şübhə yaradır. Məsələn, onun bir neçə il öncə sınaqdan çıxartdığı “Şahab” raketləri, eyni zamanda bu yaxınlarda kütləvi istehsalına başladığı “Qədir”  qanadlı raketləri nüvə başlıqları daşıyacaq özəllikdədir. Xüsusilə “Şahab” raketinin mənzilinin tam İsraili hədəf alacaq şəkildə seçilməsi təsadüfə oxşamır. Digər tərəfdən ABŞ-ın masaya oturmağı arzuladığı Bəşər Əsəd Suriyası da İranın təsir dairəsinə keçir və İraqda da ciddi təsir imkanları olan İranın Livana qədər arasında heç bir maneə qalmır.

Qeyd edək ki, istər Suriyadan, istərsə də Livandan Təl-əvivə qədər olan hava məsafəsi “Qədir” raketinin uçuz məsafəsi sərhədlərindədir və qanadlı raket olduğundan onun radara yaxalanmaq imkanı da yoxdur. Bu isə rəsmi Təl-əvivə “özünü yaxşı aparmasan, “Qədir” raketləri Təl-əvivin başına istənilən partlayıcı başlıqları daşıya bilər” mesajı deməkdir.

İsrail baş naziri Netanyahunun son zamanlar əl-ayağa düşməsi verilən bu mesajın rəsmi Təl-əviv tərəfindən alındığı və ciddi qəbul olunduğunu sübut edir. Təsadüfi deyil ki, əndişələri Obama tərəfindən ciddiyə alınmayan Netanyahu ABŞ liderinə verdiyi cavabında İranın nüvə çalışmalarını İsrailin yoxolma təhlükəsiylə eyniləşdirərək belə demişdi:“Ağ Evə və onun sahibi Barak Obamaya hörmət edirəm. Fəqət İsrailin var olub-olmamasına təsir göstərəcək belə kritik məsələdə hər yola müarciət etmək mənim vəzifəmdir”.

İşin ən maraqlı tərəfi isə budur ki, nüvə silahına malikolma potensialı istisna edilməyən İran İsraillə mübarizədə daha avantajlı vəziyyətə gəlib. İndi onun Livan və Suriyadan başlayan sərhədləri İsrailin 0 nöqtəsində yerləşdiyi halda, İsraildən İrana məsafə isə 1000 km-lərlə ölçülür. 


Oxşar xəbərlər
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
GÜNLÜK
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:28
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ