Kişi Adam!
Oxunub: 3749
11 Mar 2015 | 14:47
Kişi Adam!
Sabah tanınmış ictimai-siyasi xadim Eldar İbrahimovun 70 yaşı tamam olur

İnsanlar cinsiyyətinə görə iki yerə bölünürlər-qadın və kişiyə. Bu, hər kəsə məlum olan həqiqətdir, sözüm bunda yox. Sözümün canı- Kişilik  yaraşıqlı, boylu-buxunlu, əzələli, varlı-karlı və sairə olmaq deyil...Kişilik heç də bunlarla ölçülmür...Kişilik ərdəmlikdir, mərdlikdir, comərdlikdir, dürüst, təmənnasız , arxasıza arxa olmaqdır, kimsəsizə dayaq durmaqdır, sağ əli ilə verdiyini sola ələ bildirməməkdədir, Haqqın, haqlının yanında durmaqdır...Düzdür, çox təəssüflər olsun ki, son illər zəmanəmizdə əsl Kişilərin sayı azalmaqdadır, amma Kişilər hər zaman- dünən də olublar, bu gün də vardırlar, heç şübhəsiz,  sabah da olacaqlar... Belə Kişilərdən, əsl Azərbaycan-Türk Kişilərindən biri də çox dəyərli İnsan, millət vəkili Eldar İbrahimovdur.

Bir dəfə  qeyd etmişdim, indi də qeyd etmək istəyirəm ki, Eldar müəllimi tanıyanı haradasa 25 il olar...Təbii ki, böyük əksəriyyət kimi mən də Eldar müəllimi 1990-cu ildə sonuncu çağırış Ali Sovetə ( adı dəyişdirilərək əvvəlcə Milli Şura, sonra isə Milli Məclis oldu) Naxçıvan Muxtar Respublikasından deputat seçilməsindən, xüsusilə, məlum ağır, həyəcanlı,  gərgin illərdə - 1991-1993-cü illərdə  bir parlamentari kimi heç kimdən və heç nədən çəkinmədən ardıcıl,  mübariz fəaliyyətindən sonra tanıdım... Zamanında mərhum dövlət başçısı Heydər Əliyevin birbaşa dəstəyi, köməyi ilə  yüksək vəzifələrə irəli çəkilən, ad-san sahibi olan bəzi partokratlardan, siyasi və ziyalı elita nümayəndələri sayılanlardan fərqli olaraq, Eldar müəllim qısa zaman kəsiyində bir daha təmənnasız, səmimi, sədaqətli Heydər Əliyeçvi olması ilə tanındı,  yüksəldi...Həmin illərdə yüksək vəzifə(lər)də çalışmasına rəğmən nə o zamankı  Muxtar Respublika rəhbərliyinin (bəzilərinin), nə də ölkə rəhbərliyinin apardığı  anti-Əliyev kampaniyasına qoşulmadı... Nəinki qoşulmadı, əksinə,  həyatını risqə, təhlükəyə ataraq həmin kampaniyaya qoşulanlarla, “asta qaçan namərddir” deyib qaçanlarla açıq-aşkar mübarizə, savaşa atıldı...Bu yolda da onu heç kim, heç bir qüvvə, hətta, canından çox istədiyi ailəsi belə çəkindirə, durdura bilmədi. Daha doğrusu, bu ağrılı-acılı, lakin şərəfli yolda ona ən böyük dəstək ailəsi oldu...  
Eldar müəllim Heydər Əliyevin istər Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi illərdə, istərsə də 1993-cü ilin məlum iyun hadisələrindən sonra ikinci dəfə hakimiyyətə qayıtdığı dövrlərdə  qatı və sədaqətli Heydər Əliyeçi olması ilə qəlblərdə özünə dərin və əbədi yer saldı, qazandı... Yəqin ki, 1992-ci ilin məlum may hadisələri, canlı yayımla efirə verilən  keçmiş Ali Sovetin iclas(lar)ı əksəriyyətin xatirindədir...Həmin vaxt, yəni,  eks-prezident Ayaz Mütəllibovun AXC tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə bir müddət hakimiyyət böhranı, hakimiyyətsizlik yaranmışdı... Prezident  ölkədən çıxıb getmiş, Ali Sovetin sədri (və sair) istefa vermişdi... Bu zaman həm Ali Sovetin (Milli Şuranın) sədrinin, həm də yeni prezident seçilənədək ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək şəxsin müəyyənləşdirilməsi, seçilməsi lazım idi... Yenə də böyük cəsarət nümunəsi nümayiş etdirən Eldar müəllim bu posta Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevin namizədliyini irəli sürdü...Hansı ki, sonradan Eldar müəllimin yaxından  iştirakı, təşəbbüsü  ilə yaradılacaq Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında yer alacaq (yer alan) o zamankı  bəzi deputatlardan fəqrli olaraq,  o, Heydər Əliyevin namizədliyini irəli sürməklə bu məsələdə axıracan israr və təkid etdi...Heydər Əliyevlə, Naxçıvanla əlaqə yaratmaq üçün bütün risqlərə gedərək  o zaman birinci vitse-spiker olan akademik Ziyad Səmədzadənin kabinetində hakimiyyəti ələ almış qüvvə(lərin)nin nümayəndələri ilə hətta, əlbəyaxa olmaqdan belə  çəkinmədi...

Düzdür, o zaman məlum səbəblərdən  Eldar müəllimin israrları, təkidləri baş tutmadı, Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi məsələsi alınmadı, amma Eldar müəllim yenə də sadiq və sədaqətli Heydər Əliyevçi kimi fəaliyyətinə bir an olsun ara vermədi...Heydər Əliyevin ətrafında birləşən insanları bir siyasi təşkilatda toparlamaq üçün mərhum dövlət başçısının rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılması təşəbbüsündə bulundu və eks-prezidentin razılığını ala bildi...Məşhur “91-lər”in ilklərindən oldu...Çox qısa müddətdən sonra -1992-ci ilin  soyuq-sazaqlı payız günlərində də Naxçıvanda  Heydər Əliyevin sədrliyi ilə YAP-ın ilk təsis konfransının keçirilməsinə nail oldu, konfransa gələn - Azərbaycanın digər bölgələrindən olan onlarla insanın, YAP-çının otellə, yeyib-içməklə təmin olunması məsələsini heç bir təmənna güdmədən, canla-başla yerinə  yetirdi, bütün əsl Heydər Əliyevsevərlərin, səmimi YAP-çıların sevimlisinə çevrildi...Bunun üstündən də  az keçməmiş, daha doğrusu, yolunda həyatını təhlükələrə atmaqdan çəkinmədiyi Heydər Əliyevin hakimiyyətə dönüşü istiqamətində fəaliyyətini yenə davam etdirdi və nəhayət ki, istəyinə nail ola bildi...
Bir sıra yüksək vəzifə təklifləri almasına baxmayaraq, parlamentdə qalıb fəaliyyət göstərmək, burada daha çox Heydər Əliyev siyasətinə, Azərbaycanın inkişafına xidmət yolunu seçdi... Həmin vaxtdan bu günə kimi də - son 20  il ərzində hakim partiya tərəfindən namizədliyi irəli sürülərək, doğma ata-baba yurdu Naxçıvandan 4 çağırış Milli Məclisin üzvü seçildi...Həm də Milli Məclisin Aqrar siyasət komitəsinə (komissiyasına) sədrlik etdi və bu gün də etməkdədir...Tam mübaliğəsiz söyləmək olar ki, bu illər ərzində də parlamentin ən işgüzar, ən fəal 3-4 komitə sədrindən biri və bəlkə də birincisi oldu... Belə ki onu hər gün, hər an parlamentdə, qanun yaradıcılığı ilə məşğul olarkən görmək mümkündür...Eldar müəllim, ümumiyyətlə,  ötən illər ərzində Azərbaycan iqtisadiyyatının ən mühüm qolunu təşkil edən aqrar sektorun inkişafı istiqamətində qanunvericilik bazasının yaradılmasında və təkmilləşdirilməsində ən çox və ən mühüm rolu olan bir insandır. Aqrar  sektorla bağlı elə bir qanunveriçilk aktı yoxdur ki,  onun əlinin altından keçməsin...O, həm də iqtisad elmləri üzrə namizədlik və doktorluq dissertasiyalarını çox uğurla müdafiə edərək bir alim, bir müəllim kimi Azərbaycanın  kənd təsərrüfatının inkişafına töhfələrini verməkdə davam etməkdədir... Onun bu illər ərzində xeyli sayda elmi monoqrafiyaları, kitabları işıq üzü görüb və görməkdədir...
Eldar müəllim özü də nəinki tək bu sahə ilə bağlı məsələlərə geniş diqqət ayırmaqdadır, həm də Azərbaycan xalqı və dövlətini maraqlandıran  digər bütün məsələlərə nəzər yetirməkdə, onların parlament müstəvisində və digər müstəvilərdə həllinə canı-dildən yardım, kömək etməkdədir...Heç təsadüfi deyil ki, Azərbaycanı-Milli Məclisi 1996-cı ildən bu yana ATƏT Parlament Assambleyasında digər həmkarları kimi çox uğurla və layiqincə təmsil etməkdədir... Bununla yanaşı,- 10 il rəhbərlik etdiyi Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi - 20-ci əsrin ən böyük faciəsi olan Xocalı  qətliamının soyqırımı aktı kimi Pakistan ali qanunverici orqanı tərəfindən tanınmasında onun rolu, fəaliyyəti əvəzsizdir. Həmçinin, ATƏT Parlament Assambleyası kimi nüfuzlu qurumun 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsində,  onun təşkilində böyük xidmətləri var...

Təmənnasız, sadiq və sədaqətli Heydər Əliyevçi kim tanınan Eldar müəllim həm də sabiq dövlət başçısının siyasətini uğurla davam etdirən ölkə Prezidenti, YAP sədri İlham Əliyevin ən qatı, ən qızğın və ən alovlu tərəfdarlarından, təbliğatçılarındandır.  Təsadüfi deyil ki, onun bu xidmətləri də  qarşılıqsız qalmayıb, Azərbaycan dövləti və rəhbərliyi tərəfindən daim yüksək qiymətləbndirilib, düz on il öncə - 60 illik yubiley doğum  günündə ölkə Prezidentinin sərəncamı  ilə “Şöhrət” Ordeninə layiq görülüb...Bununla yanaşı, hakim partiyanın son qurultayında  YAP-ın İdarə Heyətinin üzvü seçilib...

Yuxarı da qeyd etdiyim ki, Eldar müəllimi tanıyanı 25 ol olar, ancaq onun əyani şəkildə, daha yaxından tanıyanı haradasa 12-13 il olar...Eldar müəllimlə - ilini və günü tam dəqiq xatırlamıram - haradasa 2002-2003-cü illərdən tanışam...Ötən bu illər ərzində də bu tanışlığımız sıradan bir tanışlıq olmayıb, aramızda xeyli yaş fərqi olmasına baxmayaraq,  bu münasibətlər dostluq, hətta, ata-bala münasibətlərinə qədər yüksəlib. Heç şübhəsiz ki, münasibətlərin bu səviyyəyə gəlib çatmasında da  əsas  pay məhz  Eldar müəllimə məxsusdur...Eldar müəllim əvvəllər çoxları kimi mənə də kənardan zəhmli, sərt insan təsiri bağışlasa da, ancaq onunla ilk tanışlıqdan, ilk təmasdan sonra  haqqındakı  fikirlərim, qənaətlərim,  mövqeyim 180 dərəcədə dəyişdi, dəyişib...O,  çox sadə, çox mehriban, heç zaman heç kimdən yaxşılığını əsirgəməyən, yaxşılıq edərkən  heç bir təmənna güdməyən,  həm də çox kövrək qəlbli  bir İnsandır...Ondan kiməsə zərər-xətər dəyəcəyini düşünmək, ağla gətirmək  belə günah olardı...O, sözün əsl və həqiqi mənasında Şəxsiyyət zirvəsinə ucalmış bir İnsandır, Kişi Adamdır!

Eldar müəllimin sabah-martın 12-si 70 yaşı tamam olur, sabah onun yubiley doğum günüdür (hərçənd ki, ona buna  yaşı vermək olmur, qəlbinin gözəlliyindəndir ki, yaşından xeyli cavan və gümrah görünür). Bu əlamətdar doğum günü münasibəti ilə Eldar müəllimi öz adımdan, ailəm adından təbrik edir, ona can sağlığı, uzun ömür, ictimai-siyasi fəaliyyətində, ailə-şəxsi həyatında növbəti uğurlar, zəfərlər arzulayıram. Böyük Yaradan  haqq etdiyi bütün gözəllikləri Ona nəsib etsin, Uca Rəbbimiz onu canından çox sevdiyi ailəsinə, əzizlərinə, Eldar İbrahimovsevərlərə, bizlərə,  Azərbaycan dövlətinə və xalqına çox görməsin. Bir daha doğum gününüz mübarək olsun, əzizim Eldar müəllim. Amin!
Kamil Həmzəoğlu (Həmidov)
Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir