Sultan
Mahmud bizə qəddar, qaniçən bir hökmdar kimi təqdim olunmuşdur. Halbuki, səxavəti
yerə-göyə sığmayan Sultan Mahmud Firdovsiyə yazacağı hər beyt üçün bir qızıl vəd
edirdi. Bu isə böyük bir xəzinə demək idi.
Sultan Mahmud bir türk hökmarı idi və fars şairinə özünün, eləcə də türk tarixini nəzmə çəkməyi tapşırmışdı. Əsəri oxuyandan sonra burada farsların türklər üzərində tarixdə heç zaman baş verməmiş qələbələri haqqında oxuduqda qəzəblənmiş, lakin türk hökmdarlarına məxsus demokratiya təkbaşına qərar çıxarmamış, bu işi saray şairlərinin öhdəsinə buraxmışdı. Onlar başdan-ayağa türklərə böhtandan ibarət olan bu əsərlə tanış olandan sonra “Gümüş də yetər” - demişlər. Bundan qəzəblənən Firdovsi isə guya həmin gümüşü hamamçıya vermiş, Qəznəvi hökmdarını öz sözünü tutmamaqda ittiham edib həcv yazmışdı.
Alçağın peymanı, sözü düz olmaz,
Zəncini yumaqla üzü ağ olmaz,
Onu haqq yaratmış böylə əzəldən,
Bu Yezdan işidir, nə gələr əldən.
Böyük Nizami
“Yeddi gözəl” əsərində bu məsələyə belə münasibət bildirmişdi:
Sultan Mahmud ilə şair Firdovsi,
Andırır nisbətdə Əqrəblə Qövsi.
Ədəbiyyatda
məşhur olan bu həcvin bir beyti haqqında Əli Fəhminin şərhini veririk:
“Firdovsinin
Sultan Mahmudun həcvində yazdığı həmin beyti iki cür şərh etmək olar.
“Kəfe Şahe Məhmud vala təbar,
Noh əndər noh aməd, se əndər çahar”.
9+9+3+4=25
25 rəqəmi əbcəd hesabilə “
Bu beytin ikinci şərhi də var ki, onu yazmaqla
izah etmək olmur. Gərək əllərinin barmaqları ilə göstərəm. Mən bilən bu qədərdir.
Qurani-şərifdə Allah və təbarək təala buyurmuşdur: “Vofiq küllə zi-əlimin əlim -
yəni, “hər bir alimdən daha alimi vardır və ola bilər ki, başqaları bir qədər məndən
yaxşı və həqiqətə daha yaxın şərh etsinlər”.
Türk və islam tarixinə dərindən bələd olan Əmir
Teymur tarixdə zaman-zaman baş verən bir sıra haqsızlıqların intiqamını aldığı
kimi bu məsələ də onun diqqətindən kənarda qalmamışdır. Yunus Oğuzun “Əmir
Teymur-zirvəyə doğru” tarixi romanında oxuyuruq: “Tus sözünü eşitcək
qeyri-ixtiyari gülümsədi. Yadına Firdovsinin qəbri düşdü. Bir neçə il bundan əvvəl
Tusdan keçəndə şairin qəbrinin yerini soruşmuş və onun məzarını ziyarət etmişdi.
Sol ayağını qəbrin üstünə qoyub demişdi: “Sən idin kitabında türkləri alçaldan,
təhqir edən, onları div adlandıran? İndi ayağa qalx! Bax, gör sənin bəyənmədiyin
türklər dünyanın yarısını necə tutublar. Sultan Səncər sənə o qədər hörmətlər
etdi, sən isə yazdıqlarında türkləri alçaltdın. İndi qalx, gör türklər nə boyda
mədəniyyət yaradıblar!”