Metro (hekayə)
Ədəbiyyat
Oxunub: 2784
20 Jan 2015 | 12:41
Metro (hekayə)

Yeqzar Cəfərli








İstedadlı gənc yazar Yeqzar Cəfərlinin  20 Yanvar hadisəsinə həsr etdiyi "Metro" adlı hekayəsini Moderator.az oxucularına təqdim edirik: 




Son günlər çox yorğun idim. O qədər problemlərim vardı ki, gərginlikdən başımı qaşımağa vaxtım yox idı. Gecələr saat 12-də evə gələr, səhər 8-də isə III mikrorayon dairəsində olar, tələbə dostlarımla birləşib dərsə yollanardıq. Bu gün də həmişəki kimi tez oyanmalı, yüngülcə qəlyanaltı etməli idim (səhərlər qəlyanaltı etmədən evdən çıxmağa adət etməmişəm ”“ daha doğrusu evdəkilər buna müsaidə etmirlər). Əbdürrəhman Caminin bu fikrinə bütün ömrüm boyu əməl etmək fikrində idim ”“ “Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbr və təmkinlik nişanəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir”. Atamla anam rayona-yaxın qohumlarımzdan birinin qırxına getdiyindən bu dəfə paltarlarımı da özüm ütüləməli idim.

Səhərlər yuxudan ayılmağa zorluq çəkirəm. İndi də saatın zəngi məni 7:00-da oyatsa da yatağımda uzanıb fikirləşir, özümə gələ bilmirdim. Nə başınızı ağrıdım, zorla yataqdan qalxıb paltarlarımı ütüləməyə başladım, amma nə qədər axtardımsa sevimli qara qalstukumu tapa bilmədim ki, bilmədim. Zalım oğlunun malı elə bil yağlı əppək olub göyə çəkilmişdi. Doğrudur, mən əlamətlərə çox az inanıram, ancaq şəhərə tələsməyimlə qalstukun itməsinin arasında  bir oxşarlıq vardı, sanki. Nə isə, çox axtarışdan sonra nəhayət ki, paltarların arasında qalıb əzik-üzük olmuş qalstuku tapa bildim. Onu ütüləmək isə mənim əməlli-başlı vaxtımı apardı.

Bu günkü iş qrafikim həmişəkindən də ağır idi. Kiçik dayımın qızının ad gününə çağrılmışdım. Fürsət varkən nənəmə dəyməli idim. Üç ay olardı ki, nənəmə baş çəkə bilmirdim. Yaşı 80-i ötmüş nənəmin məzəli-duzlu söhbətlərindən doymaq olmur.

Evdən çıxanda Allah-Allah edirdim ki, heç olmasa yolda  Mahmud kişi ilə rastlaşmayım, yoxsa şəhərə heç axşama da gedib çata bilmərəm. Mahmud kişi bizim qapıbir qonşumuzdur. Zalım oğlunu elə bir işi-gücü yoxdur. Küçə qapısının ağzında qoyduğu bir daşın üzərində oturub yoldan keçənləri seyr edir. Kimi gördüsə çənəsinin altına salır. Sonra oğul istəyirəm ki, onun əlindən, bağışlayın, çənəsindən qurtulsun. Örnək verim, danışır ki, bu ətraf bağların hamısı mənim babamın olub. Sovetləşmə zamanı əlimizdən alıblar. Əgər mən istəsəm camaatı bu bağlardan köçürərəm, sadəcə özüm istəmirəm. Özü də “sadəcə” demir ha, mən belə yazıram ”“ o, bir dostumun sözü ilə desəm “rus türkcəsi”ndə deyir ”“  “prosto”... Hə, onu deyirdim axı ”“ Mahmud kişi, atam demiş, başlayır “erkək keçiləri sağmağa”. Ağsaqqal heç yerdə işləmir, nə ilə dolandığını isə bir Allah bilir. Beləliklə, küçə qapısından çıxan kimi “yaxalandım”.

- Bura gəl görüm, sən axı  ədəbiyyatçısan. İndi səni yoxlaram. De görüm “Leyli və Məcnun”u kim yazıb?

- Necə yəni kim yazıb? Nizami, Füzuli.

- Gördün, bilmədin. Onu öncə Nizami yazıb, amma yarımçıq qoyub, sonra Füzuli tamamlayıb.

Məni qeyri-ixtiyari gülmək tutdu. Hiss etdim ki, əsəbləşdi.

- Gülmə, böyüklə danışanda gülməzlər. Ən tanınmış akademiklərlə belə bu barədə “spora” girərəm.

Allah üzümə baxdı ki, qonşumuz Cəmil gəlib yetişdi. Mahmud kişi mənimlə söhbətinə ara verən kimi tez aradan çıxdım.

Onu da deyim ki, bizim küçədə Mahmud kişi kimi Əbdürrəhim bəy Haqvediyevin “Marallarım” dediklərinə bənzər daha bir neçə tip var və bunların hər birinin özünəməxsus məziyyətləri var.

Mahmud kişidən ayrılıb bir neçə metr getmişdim ki, qonşumuz, ləqəbi “qoca” olan Salman kişinin “əlinə keçdim”. İnəklərini sağıb qurtaran Salman kişi ara-sıra yola baxır, söhbət üçün adam axtarırdı. Söhbətlərinin də əsas mözusu bundan ibarətdi ki, mən ata-anama yaxşı baxırdım, indiki cavanlar ata-analarına pis baxırlar. Və yaxud indiki cavanlar arvaddan qorxurlar. Arvadın günahı oldu-olmadı gərək ayda heç olmasa bir dəfə onu möhkəm döyəsən və s. Soruşurdum:

- Ay ağsaqqal, arvadın günahı yoxsa onu necə döyəsən?

Məni tərs-tərs süzdü:

- Deyəsən sən də arvaddan qorxan olacaqsan. Nə var bəhanə tapmağa. Başından bir tük dart at xörəyə, de ki, xörəkdən tük çıxdı.

Heç yadımdan çıxmaz, bir dəfə Salman kişi hərbi xidmətdə olan oğluna baş çəkməyə getdi.Yükü ağır olduğundan məni də özü ilə köməkçi götürdü. Əsgərlərlə görüş saat 15-də başlanmalı idi. Bir bəstəboy zabit görüşə gələnlər üçün nitq söyləyirdi. Guya əgər gəldiyiniz yelərdən burda başqa əsgərlər xidmət edirsə, onlara evlərində baş verən hadisələrdən danışmayın. Yoxsa ki, qonşu qonşu ilə dalaşdı, kimin atası arvadını döydü və s. Əsgərlər belə şeyləri eşidir, fikirləri qalır evdə və yaxşı xidmət edə bilmirlər.

Bu zaman Sabirabaddan gəlmiş bir valideyn (onun Sabirabaddan olduğunu görüş yerində Qocanın onunla mübahisəsi zamanı bildim. Çünki, qoca oğlunu yaddan çıxardıb onunla möhkəm mübahisə edirdi) komandirə səsləndi:

- Cənab komandir! Yəni indi elə bir kişi var ki, arvadını döyə bilsin?

 Pah atonnan, elə bil Qocaya od qoydular. Tez yanındakı bir kötüyün üstünə qalxdı, ucadan qışqırdı:

- Mənəm o kişi!

Camaatdan bir gülüş qopdu ki, gəl görəsən. Yanımdakı qadınlardan biri qocanı tərs-tərs süzüb soruşdu:

- Mənə bax, ey, nə taqsırı var arvadın, yazığı döyürsən?

Qoca cavab verdi:

- Təqsiri oldu-olmadı, arvad gərək ayda bir-iki dəfə döyülsün.

Qadın Qocanı bir müddət nifrətlə süzüb astadan dilləndi:

- Bu köpək oğlu, lap manyak imiş ki...

Yaxşı ki, Salman kişi bu sözləri eşitmədi. Onun başı bu mövzuda digər bir qadınla bərk mübahisəyə qarışmışdı. Yoxsa əməlli-başlı tufan qopardı.

Salman kişinin bir məziyyəti də vardı ki, kişilərin toyda oynamasının qəti əleyhinə idi. “Kişi oynamaz” deyərdi. Hansı gününüzə oynayırsınız, ətin kilosu 8 manatdır. Belə deyə-deyə o, hər dəfə ətin qiymətini qaldırardı və qəssablar da elə bil onun sözünə bənd idilər ”“elə bil ki, qoca bu sözü deyər-deməz qəssablar eşidər, səhəri əti bahalaşdırardılar. Amma öz aramızdır, ara-sıra mənə yaxşı nəsihətlər də edərdi Salman dayı. Örnək verim ”“ deyərdi ki, çalış, həmişə özündən yaşda böyük olanlarla otur-dur, tez müdrikləşərsən.

Onu da qeyd edim ki, Mahmud kişiyə nisbətən Qocanın əlindən qurtulmaq nisbətən asan idi. Elə ki, uzun bir söhbət başlayacağını hiss edirdim, deyirdin:

- Qoca! Məni bağışla, vacib işim var, getməliyəm. Qoca da əlacsız razı olar, deyərdi:

- Eh, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Qocadan ayrılıb avtobus dayanacağına təzəcə yetişmişdim ki, dükandan çörək alıb qayıdan digər bir “maral”la rastlaşdım. Adı Nəriman olan bu qonşumuz Mahmud kişidən də, Qocadan da fərqlənir. Onun çox danışmaqla arası yoxdur. Amma elə ki, səhər-səhər onun üzünə çıxdın həmin gün bir molla tap ki, bəri başdan sənin həmin günki işinə  bir “fatiha” versin. Adamı görən kimi soruşur:

- Hara gedirsən, nə üçün gedirsən, əlində nə aparırsan?

Günün hansı vaxtında getsən görərsən dayanacaqda durub “müştəri” gözləyir. Adamla söhbətin şirin yerində bir də görürsən deyir:

- Əşi, sən də mənə bir “obed” (- bu da “rus türkcəsi” olsun...) vermək istəyirsən səhərdən min dəfə demisən. Həmin adam da xəcalət çəkərək:

- Ay Nəriman! “obed” istəyirsən verim də. Mən haçan dedim ki!?.

Nəriman kişiyə də elə bu lazım idi. Dərhal:

- Mən içkisiz “obed” eləmirəm, a.

Peşman idin ki, onun yanında asqırasan. O saat:

- Beş manat səndə.

- Niyə, ay Nəriman kişi.

- Necə yəni, niyə, asqırıb məni diksindirdin, çıldağ pulu ver.

Qısası, Nəriman  kişi nələrdən pul çıxarmırdı, bax onu bir Allah bilir.

Nəriman kişini görən kimi avtobus dayanacağının arxasına əkildim. Fikirləşdim ki, ötüb keçəndən sonra evə qayıdım. Bu gün heç bir işimin alınmayacağına qəti əmin idim. ”“ Birinci dəfə deyildi ki, dəfələrlə sınaqdan çıxarmışdım. Amma dayım qızının ad gününə gedəcəyimi düşünüb evə qayıtmaq fikrindən daşındım.

Nəriman kişinin bədliyini elə dayanaqdaca hiss etdim. Avtobus yarım saat geçikdi. ”“ Bu gün başıma bir bəla gəlməsə yaxşıdır ”“ düşündüm.

Qonşuların bədniyabət adlandırdıqları Nəriman kişinin sifətindən böyük çətinliklə qurtulub saat 12:30-da  metronun “20 Yanvar” stansiyasına yetişdim. Çünki, gecikdiyimdən şəhərdəki işlərimi təxirə salıb, bir başa ad gününə yollanmağı qərara aldım. Dayımgilin kəndinə isə avtobus “20 yanvar” stansiyasından gedirdi. Bu gənclik yaşımda bir şeyi dəqiq qət etmişəm. Həyatda xoş anlar dalbadal gəldiyi kimi bəd anlar  da ard-arda gəlir. Tərslikdən burda da avtobusa gecikdim. Sonrakı maşınlardan biri camaatı yarı yolda düşürüb qaraja getmiş, digəri isə kənd camaatını ziyarətə aparmaq bəhanəsi ilə aradan çıxmışdı. Burada bir saatdan yuxarı yubandım. Vaxt da ki, maşallah  şəlalə kimi sürətlə özünü uçurumdan aşağı tullayırdı.

Ayaqlarım da taqətdən düşmüşdü. Bir anlıq dincimi amaq istəsəm də fikrimdən daşındım. Oturacaqlar yaş idi. Yağış yağırdı. Bu azmış kimi səhərdən mülayim əsən Bakı xəzrisi artıq yavaş-yavaş bərkiyir, yağış dənələrini zərblə üzümə çırpırdı. Kəndə yolların palçıqlı olmasını təsəvvürümə gətirdikcə məni vahimə basırdı. Öz-özümə “Ay Allah, bu gün necə gün idi mən düşdüm” - dedim. Sonra da deyirlər ki, əlamətlərə inanma. İndi bir sehrli xalçanın arzusunda idim ki, ayaqlarım yerə dəymədən məni kəndə çatdıraydı.

Bir müddətdən sonra avtobus gəlib çatdı. Elə təzə yola düşmüşdüm ki, əl telefonum zəng çaldı. Yaxın dostlarımdan biri idi. Saat 4-də məni kitabının təqdimatına dəvət edirdi. Neyləyim, qayıdımmı? Bəs ad günü. Axı, dayımgilin ailəsi məndən inciyəcək. Dayımqızı nənəmin adını daşıyırdı. Onu hamımız çox istəyirdik. Elə bu düşüncələrlə də kəndə nə vaxt gəlib yetişdiyimi əsla hiss etmədim. Abşeronun şəhərə yaxın kəndlərindən sayılan bu kənd yaşılıqlarla bir o qədər əhatə olunmasa da dörd tərəfdən dağlarla çevrələnməsi özəlliklə də yaz aylarında kəndə xüsusi yaraşıq verir. Bir çatışmayan cəhəti vardı ki, hər yağışdan sonra yollar palçıq olardı. Kənd camaatı buna öyrəşsə də bu məni əməlli-başlı hövsələdən çıxarırdı.

Ad günündə çox qala bilmədim. Yaxın qohumlarımı gördüm, nənəmə baş çəkdim, dayım arvadının  ləzzətindən doya bilmədiyim şirniyyatlarından daddım.

Tez-tez saatı gözdən keçirirdim. Vaxt elə bil təyyarə idi. Qanad açıb uçurdu.

Üst-başım palçıq olmuşdu. Palçığı da yaş təmizləyəndə bir az da yayılırdı. Qurumasını gözləmək lazım idi. Mənimsə vaxtım çox az idi. Artıq tədbirin də vaxtına az qalırdı. Bir müddətdən sonra qohumlarla vidalaşıb oranı tərk etdim.

Təsəvvürəgəlməz çətinliklərlə kəndi tərk etdim. Yolda başıma gələnləri oxuculara danışıb onları yormaq istəmədiyimdən (onsu da yormuşam) onları nəql etməkdən daşınıram. Artıq 16-ya 15 dəqiqə qalmışdı, mənə isə tədbirə hətta yarım saat tez gəlməyi tapşırmışdılar.

- Bəlkə, taksi ilə gedim ”“ deyə düşündüm.

“20 yanvar” stansiyasının yaxınlığı da ki, maşallah, adama “bazar”ı xatırladırdı. Bağırtı, çığırtı və bir də ki maşınların siqnal səsləri adama danışmağa imkan vermirdi. Onlar durduqları yerin fərqinə varmadan qışqırırdılar:

-“Müşfiq”ə bir nəfər, “Hökməli kuruqu”na iki nəfər...

Taksi sürücülərinin müştəri çağırışı beynimə işləyirdi. Adam onlardan bir söz soruşmağına peşman olur. Mən bu olayın qabaqlar da tanığı olmuşdum.

Bir dəfə tanınmış idmançılardan biri ilə müsahibə götürmək üçün Sumqayıta gedirdim. Daha öncə telefonda şərtləşmişdik ki, saat 11-də Sumqayıtın “Göyərçin” parkında görüşək. Onda da avtobusa gecikdiyimdən taksi ilə getmək qərarına gəldim. İki manata danışıb maşına oturdum. Sürücüyə isə daha bir  nəfər müştəri lazım idı. Az sonra yaşlı bir qadın bizə yaxınlaşdı. Cəmi bircə manat pulu olduğunu bildirdi. Sürücü biz onu tələsdirdiyimizdən əlacsız razı oldu. Taksi yerindən tərpənmək istəyirdi ki, cavan bir oğlan maşına yaxınlaşdı. Sürücü bir manat ödəmiş qoca qadını maşından düşürdü.

- Xala, biz Sumqayıta gedəsi olmadıq, arxadakı maşınlara yanaş - dedi.

Bilirsiniz bu, məndə necə ikrah oyatdı, amma hirsimi boğdum, danışmadım. İndi də belə hadisə ilə qarşılaşacağımdan və əsəblərimin tarıma çəkiləcəyindən qorxub taksi ilə getmək fikrindən daşındım. Tədbirə getmək fikrindən də əl çəkdim. Onsuz da çata bilməyəcəkdim. Üstəlik də üst-başım palçıq idi, bu kökdə ora necə gedə bilərdim. Metroya düşüb evə qayıtmağı qərara aldım.

Yolum “20 Yanvar” şəhidlərinin abidəsinin qarşısından keçirdi.  Bir anlıq duruxdum və bu əzəmətli abidənin qarşısında dərin  xəyala daldım. Axı bu gün yanvarın 18-i idi. Böyük faciənin ildönümünə sayılı günlər qalırdı. Bəlkə də bu gün başıma gələnlərin hamısı elə bunun üçün imiş. Bəs niyə mən bu abidənin qabağına bir təsadüf nəticəsində gəlməli idim?

Adətim üzrə  “Fatiha” surəsini oxuyub, salavat çevirdim və yerin altına ”“ metro stansiyasının içinə doğru irəlilədim.

İndi də metronu gözləyirdim. Bir neçə üzücü dəqiqədən sonra nəhayət qatarın gur projektoru uzaqdan tuneli işıqlandırdı.

Bu günkü uğursuz günümün və bir də abidənin qarşısında dayanarkən keçirdiyim hisslərin təsiri altında qatara daxil oldum.

Kəndə gedərkən metroda eşitdiyim sözləri xatırladım. “Qapılar bağlanır, növbəti stansiya “20 Yanvar”... Anadolular demiş, iştə, 20 yanvar...

 


Oxşar xəbərlər
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
GÜNLÜK
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 14:20
Sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ: “Diqqətli olun!”
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR