Sevgi həyatdır. Bəli həyat . Həyat təbiət, təbiət isə hadisədir.
Sevgini təbiətlə qıyaslasaq sanki oxşar cəhətləri coxdur.
Təbiətdə baş verən hadisələr sevgidə də eynən olduğu kimidir.
Təbiətdə günəşin istisi -sevgi , yağmuru -həsrət, ildırımı - sevənlər arasında
mubahisə, qışı isə sevənlərin ayrılığına bənzəyir .
Yaz sevginin başlanğıcı, qığılcımı, yay- sevginin özü, payız
sevgidə ayrılıq, qış isə sevgidə son deməkdir .
Müqayisədə sevginin başlanğıcı bahar fəslinə bənzəyir. Sanki
sevgidə iki insanın bir -birinə yanaşması, tanışlığı, baxışması kimi, təbiətdə
güllərin açması sevənlərin gülüşü, şəlalələrin, çayların daşması isə sevənlərin
çılqınlığına bənzəyir .
Sevənlərin bir - birlərinə xoş sözlərlə yarışması isə günəşin
şüasına onun istisi qədər insanın qanına yayılır.
Quşların cəh-cəhi isə sevən gənclərin pıçıltısıdı. Yaz fəslində
çiçəklər daşları yarıb çıxır. Bax sevginin başlanğıcı budur .
Yay isə SEVGİDİR .
Yayda yağan yağış sevənlərin sevinc göz yaşlarına bənzəyir.
Yayda dənizin rəngi sevənlərin gözlərinin işıltısından xəbər verir, kəpənəklər
isə ən təmiz yerdə uçuşurlar, bu da sevənlərin təmiz qəlblərindən, gözəl düşüncələrindən
danışır. Gözəl düşüncələr, gələcəyə qurulan planlar.
Payız - araya düşən soyuqluq. Şimşək sevənlərin qəzəbidir
sanki. Ayrılıq, narahatçılıq, həsrət, yağan leysan isə sevənlərıin həsrət göz
yaşlarıdı. Əsən külək isə gedib - gələn şübhələr, küləkdə göyə sovrulan daş,
qum parçaları isə sevənlərin bir-birinə dedikləri acı sözlər , o sözlər ki, küləkdə
daş, qum parçaları kimi üzümüzə vurulur. Tozun gözümüzə girməsi kimi
acı sözlər kimi qəlbimizi göynədir .
Qış fəsli ... Sevgiyə son ”¦Ayrılıq kimi soyuq. Soyuq ağ qar
öz yorğanına bürüyüb hər tərəfi donmuş qəlblər kimi, buz da hərəkət etməyə
qoymur, donmuş düşüncələr kimi. Buz ayrılıqdı , sevənlər ayrıldıqda buz kmi
yerində donub qalan hisslər kimi .
Gözəl oxucum. Sevgi həyatdır, amma son olmamalıdır. Sevdiyin
insanı olduğu kimi qəbul et . Yaxşısıyla, psisiylə, sanki bu təbiətdə baş verən
hadisələr kimi. Bəli sevgi həyatdır. Sevgi sənsən. Sən də həyat və mənim dünyam.
Arzu
Müzəffərova
Pozitiv Psixoloji Mərkəzin rəhbəri, praktik psixoloq