Fikrimcə, bizdə səbrlə dözüm arasında sərhəd çoxdan itib.
Hər
şeyin müvəqqəti çətinlik olmasını özümüzdə aşılayırıq. Həmin “x” nöqtəsi gəlir,
istəklərimiz gerçəkləşmir. Növbəti “y” nöqtəsin axtarmırıq. Çünki “x”
nöqtəsinə yetişməməyimiz vizual “y” nöqtəsi üçün motivasiyanı məhv edib. Ayları, illəri
beləcə asanlıqla itirik. Problemlər ağırlaşır, mürəkkəbləşir və daha sərt forma
almağa başlayır. Ağırlaşmış problemi həll etmək isə daha böyük resurs tələb edir. Resurs çatışmazılığı isə problemə təslim olmaq və
ona dözmək hissimini ortaya çıxarır. Bir də gözümüzü açıb görürük ki, tədbirli
və ağıllı bizlər dönüb olmuşuq dözümlü insan. Demək, dözümlü insan problemlərə
reaksiyasızlıq hiss edən insandır.
Biz o zaman səbrli insan adlana bilərik ki,
qarşımızda olan problemi həlli etmək gücümüzə böyük inamımız mövcud olsun. Bu təsəlli
və yalançı səbr üçün olmamalıdır. Sadəcə özümüz üçün dəqiqləşdirməliyik ki, nəzərdə
tutulan problemin həll olunmasına zaman kəsiyi və müvəqqəti bəs etməyən
resurslarımız imkan vermir. Buna görə səbr edirik. Səbr etdikcə, bəzən
problemin şiddəti qazandığımızı resursun həcmindən artıq olur. Beləliklə, 1
ilimizi eyni cür keçirməklə, 2 ilimizi itiririk. İndi sayın, görək biz müxtəlif
problemlərimizə neçə il itirmişik və itiririk?