Vurğun Əyyubdan iynəli açıqlamalar...
Oxunub: 4264
23 Nov 2014 | 01:34
Vurğun Əyyubdan iynəli açıqlamalar...
Müsavat Partiyasının son qurultayından xeyli müddət keçsə də, partiyadaxili çəkişmələr səngimir. Bir-birinin ardınca tanınmış partiya üzvləri sıraları tərk edir. Hətta Müsavat Partiyasının parçalanacağını söyləyənlər də var. Bəs qurultaydan sonra narazılar arasında olan Müsavat Partiyasının tanınmış simalarından biri ”“ Vurğun Əyyub nə düşünür? Onunla proseslərin doğurduğu suallara cavab tapmağa çalışdıq...

- Vurğun bəy, Müsavat Partiyasında qurultaydan narazı qalanlar əvvəlcə fraksiya yaradacaqlarını bildirirdilər. Səxavət Əlisoy isə bugünlərdə yeni partiyanın yaranacağı ətrafında müzakirələrin aparıldığını dedi. Siz də qurultayın legitimliyi məsələsini qabardırsınız. Yəni həm fraksiya, həm yeni partiya, həm də legitimlik məsələsi, bu narazıların vahid xəttinin olmadığını deməyə əsas verirmi?

- Partiya yaratmaq məsələsini kim deyibsə, bəlkə sualı ona ünvanlayasınız?! Mən belə bir müzakirədə iştirak etməmişəm.

- Deməli, yeni partiya yaranmayacaq?

- Mən belə bir müzakirədə iştirak etməmişəm.

- Bəs fraksiya barədə nə deyə bilərsiniz?

- Fraksiya barədə təkliflər olub, fikirlər var. Ancaq o müzakirələrdə də iştirak etməmişəm. Hesab etmirəm ki, fraksiya barədə təkliflər və fikirlər varsa, onlara hücum edib xəyanətdə günahlandırmaq lazımdır. Fraksiya, yaxud hansısa hərəkat yaratmaq, növbədənkənar qurultay çağırmaq barədə təkliflər bir-birinə mane olacaq işlər deyil.

- O zaman Müsavatda vəhdətin yaranmasına nə mane olur?

- Vəhdətin yaranmasına totalitar təfəkkür tərziylə avtoritar idarəetmənin zahiri parıltılarına aldananlarla, istər ölkədə, istərsə də partiya daxilində demokratik mühitin genişləndirilməsini istəyən adamların arasındakı mübarizə mane olur.

- Bəlkə fikrinizi konkretləşdirəsiniz? Çünki sabiq başqan İsa Qəmbər də bugünlərdə bu barədə açıqlama vermişdi: “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir...

- Tamamilə doğru müşahidədir. Bilirsiniz ki, Əliyev rejimi özünün avtoritar üsulu ilə məşğuldur. Müsavatçılar da partiyanı avtoritar tərzdə idarə etmək istəyən adamlarla mübarizə aparırlar.

- Deməli, belə çıxır ki, İsa Qəmbərlə Arif Hacılı Əliyevçiliyi təmsil edir?

- Siz, “deməli” sözünü artırıb öz fikirlərinizi mənim adımdan ifadə etməyin.

- Bəs hansı məntiq çıxır?

- Məntiq odur, İsa Qəmbərin müşahidəsi doğrudur.

- İsa Qəmbər kimin yanındadır, narazıların, yoxsa Arif Hacılının?

- Bu sualı yəqin ki, İsa Qəmbərə verməlisiniz. Çünki mən də bu sualı ünvanlamışam, amma cavab gəlməyib.

- Ancaq Arif Hacılını başqan kimi qəbul edənlər bildirirlər ki, İsa Qəmbərin mesajı qarşı tərəfə idi?

- Hər kəs hər şeyi deyə bilər. Mən də belə deyirəm.

- Siz qurultayın nəticələrini qəbul edirsinizmi?

- Qurultayın nəticələri bir az çox ümumi söz oldu. Mən qurultayda keçirilən seçkinin nəticələrini qeyri-legitim hesab edirəm. Bu barədə də qurultayın səhərisi günü bildirmişəm.

- Yəni siz Arif Hacılının Qubad İbadoğluya 28 səs üstünlüyü ilə qalib gəlməsini qəbul etmirsiniz?

- Siz də hesabda deyəsən mənim kimi zəifsiniz.

- Mən nəticələrdən danışıram.

- Düz demirsiniz. İndiki nəticələrə görə, Arif Hacılı 3 səslə başqan olub. Çünki qurultayda 50 faizdən yuxarı səs 226 səs idi, o da 228 səs toplayıb. Deməli, 3 səslə Müsavat Partiyasının başqanı seçildiyini iddia edir.

- Ancaq qurultayın nəticələrində 28 səs yazılmışdı...

- Yazanlar da sizin kimi hesablamada zəifdirlər.

- Həm də sizin kimi.

- Mənim kimi niyə?

- Özünüz dediniz ki, hesabda zəifsiniz.

- Bəli.

- Deməli, siz Arif Hacılını başqan kimi qəbul etmirsiniz?

- Çünki mən qurultay seçkilərinin ədalətsiz keçirildiyinin qənaətindəyəm. İlk günlər legitimlik mənim üçün şübhəliydi, sonra əldə etdiyim informasiyalar şübhəni aradan qaldırdı. Və mən qurultayın səsverməsinin nəticələrini legitim hesab etmirəm.

- Nədən ibarətdir əldə etdiyiniz informasiyalar?

- Bir çox fakt var, mən cəmi ikisinin üzərində dayanıram. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında səsvermə günü hansısa siyahıların paylanmasını qadağan edən müddəa vardı. Buna baxmayaraq, qurultayda kimlərin məclis üzvü seçilməsi, kimlərin MNTK-na üzv seçilməsi barədə siyahılar paylanmışdı. Həmin siyahılarda adı daha çox olan adamlar seçildilər. Məsələn, MNTK-ya yalnız siyahıda olanlar seçildi. Məclis üzvlərinin əksəriyyətini həmin siyahıda olanlar təşkil edib. Bəzilərinin fikrincə, siyahı paylamaq demokratiyaya zidd deyil, ola bilsin ki, belədir. Amma təlimatda bu məsələ qoyulmuşdu və yasaq edilmişdi. İkincisi, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sənədində belə bir fikir də əksini tapmışdı ki, Müsavat Partiyasının başqanının nüfuzundan sui-istifadə etmək yolverilməzdir. Buna baxmayaraq, uzun illər Müsavat Partiyasının Təşkilat Şöbəsinə rəhbərlik etmiş Zöhrab Məhərrəmov şəxsən mənim gözümün qarşısında kənd, rayon təşkilatlarından gələn qurultay nümayəndələrinin qarşısını kəsib İsa Qəmbərin Arif Hacılını seçdiyini və onların da bu seçimə tabe olmalı olduqlarını deyirdi. Qurultayın başlanmasına 20 dəqiqə qalmış mən Təşkilat Komitəsinin sədri İsa Qəmbərə bu barədə dedim və onu bu hərəkətlərə son qoymağa çağırdım.

- O isə “bu məsələləri çox qabartmayın” deyə cavab verdi, düzdürmü?

- Mən bu barədə mediada danışmışam, İsa bəyin cavabı belə oldu: “Çox şişirtməyin”.

- “Çox şişirtməyin” cavabı və qurultaydan uzun müddət sonra “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir...” söyləməsi İsa Qəmbərin mövqe bildirməsi demək deyilmi?

- Siz başqalarına ünvanlayacaq sualları mənə niyə ünvanlayırsınız, bilmirəm.

- Çünki siz qurultayın nəticələrindən narazı qalan şəxssiniz.

- Mən öz mövqeyimi deyir və özümə aid olan suallara da cavab verirəm.

- Və o da bildirib ki, Müsavatın bir başqanı var - Arif Hacılı...

- Bu, onun fikridir, mən ona necə qadağa qoya bilərəm? Mən də hesab edirəm ki, o başqan deyil. Olduq heç-heçə.

- 20 ildən çox tanıdığınız İsa Qəmbərin mövqeyi sizdə hansı təəssürat yaradır?

- Mənim təəssüratım mənim üçündür. Lazım gələndə, deyəcəm.

- Zamanı çoxmu var?

- Ona baxarıq. Heç kəs zamanı qabaqlaya bilməz.

- Qarşı tərəf başqanın seçildiyini deyir, siz isə narazısınız, bu, sona qədər gedə bilməz, proses hardasa dayanmalıdır. Belə olanda, nəticələri necə görürsünüz?

- Hələ nə qədər ki, bacarırıq, gedirik də. Mənim üçün Müsavat Partiyasında legitim olan heç bir orqan yoxdur. Çünki başqan seçkilərində ədalətsizliyə yol verilib, məclis, MNTK seçkisində, qurultaydan sonra seçilən sərbəst məclis üzvlərinin səlahiyyətinin təsdiqi qeyri-legitimdir. Ona görə ki, onların səlahiyyəti qurultay tərəfindən təsdiqlənməliydi. Yaxud qurultay məclisə öz səlahiyyətini verməliydi. Qurultay məclisə öz səlahiyyətini verməyib, qurultaydan bir gün sonra nümayəndələri toplayıb onların səlahiyyətini təsdiq etmək istəyərkən yetərsay olmayıb. Ona görə məclis tərəfindən təsdiq olunub, qurultay isə məclisə bu səlahiyyəti verməyib. Məclis ona səlahiyyət verilmədiyi halda MNTK üzvləri seçib, bu baxımdan partiyanın indiki fəaliyyətdə olan orqanlarının qərarları mənim üçün legitim deyil. Onlara görə məsuliyyət daşımıram, onların icrası da mənim üçün məcburi deyil. Təbii ki, tənqid etmək, düz yola çağırmaq, bu kimi vasitələrdən istifadə edib onları nizamnamə pozuntularına son qoymağa və partiyada demokratik ənənələrə hörmət etməyə çağırıram. Və Müsavat Partiyasının üzvü olaraq qalıram. Prosesin sonrakı gedişi, necə gedəcək, nələri diktə edəcək, ona yerində baxacağıq.

- Sizin bu çağırışınızı deyənlər-Səxavət Əlisoy partiyadan çıxarıldı, Hikmət Hacızadə özü istefa verdi, yaxud Tofiq Hüsenli, Əlövsət Talışxanlı istefa verdi və töhmət alanlar var. Bu aqibət sizi və Qubad İbadoğlunu gözləyirmi? Belə olacağı təqdirdə nə edəcəksiniz?

- Hər halda körpüyə çıxıb özümü atmayacam. Ola bilsin dedikləriniz gerçəkləşsin. Çünki qeyri-legitim orqanların hər cür qərar qəbul edəcəyi gözləniləndir. Qeyri-legitim olduqları üçün də onların qərarları mənim üçün heç bir əhəmiyyət daşımır. Nə qədər partiyadan istefa verən, çıxardılan dostlarım üçün üzülsəm də, bunu böyük bir faciə hesab etmirəm.

- Vurğun bəy, tələbləriniz sırasında növbədənkənar qurultayın keçirilməsi varmı?

- Təbii. Mən növbədənkənar qurultay çağrılması təklifinin tərəfdarıyam. Bu, nizamnaməylə də təsbit olunub, Müsavat Partiyasının üzvlərinin belə bir hüququ var.

- Amma Arif Hacılı sonuncu məqaləsində bu məsələyə münasibət bildirib. O, deyib: “Növbədənkənar Qurultayın keçirilməsinə zərurətin, belə Qurultayla bağlı prosedurları keçmək üçün lazım olan sayda tərəfdarlarının olmadığını, əgər belə Qurultay keçirilsə, VIII Qurultayda topladıqları səsin heç yarısını da toplamağa nail olmayacaqlarını hamıdan yaxşı bilirlər...”

- Bunlar ritorikadır və mənim cavab vermək niyyətim yoxdur.

- O zaman demək olar ki, Müsavat Partiyası özündən əvvəlki AXCP və AMİP-in taleyini yaşadı?

- Yox, mən belə deməzdim, bu cür qərar çıxartmaq tezdir. Əvvəla, mahiyyət tamamilə fərqlidir. Müsavat Partiyasında illər boyu Azərbaycan siyasi həyatı üçün bir çox tövhələr verilib. Əslində qurultay seçkilərində ədalətsizlik olmasına baxmayaraq, hətta VIII qurultayın özü belə Azərbaycan cəmiyyəti və demokratiya üçün bir nümunə idi. Bu nümunələrin heç biri nə AXCP, nə AMİP tərəfindən Azərbaycan cəmiyyətinə verilməyib. İkincisi, partiyadakı durumun motivləri fərqlidir, narazı tərəf partiyanın demokratik ənənələrinin inkişaf etdirilməsi tərəfdarıdır, nəinki geri çəkilməsi. Bu adamlar hələ Müsavat Partiyasından ayrılıb hansısa siyasi partiya yaratmaq barədə düşünmürlər. Bütün böhtan, qarayaxma kampaniyasına baxmayaraq, qurultaydan keçən müddət sübut edir ki, bu adamlar partiyanı parçalamaq, bölmək, partiya yaratmaq iddiasında olsaydılar, addımlarını qurultaydan dərhal sonra atardılar. Məntiq də bunu deyir. Amma fikir verirsinizsə, bu adamlar daha çox mövcud qüsurların aradan qaldırılması istiqamətində mübarizə aparırlar. Ümid etmək istəyirəm ki, Müsavat Partiyasının indiki rəhbərliyi nəhayət ki, özlərində güc tapacaq, hökm etmək, başqalarına mütləq yerini göstərmək ehtirasından əl çəkəcək və proseslərin yanlış istiqamətə yönəlməsinə imkan verməyəcək.

- Amma tanınmış köşə yazarı Elnur Astanbəyli bildirib ki, daha pis şeylər gözləyir, AMİP və AXCP-də olanlardan daha pis...

- Bu da Elnur bəyin fikridir. Adamlara fikrinə görə cəza vermək olmaz ki.

- Siz daha pis vəziyyət gözləmirsiniz?

- Hər halda ümid etmək istəyirəm ki, pis şeylər olmaz.

- Son sualıma “Yeni Müsavat” qəzeyində Azər Rəşidoğlunun yazısı əsasında cavab almaq istərdim. O yazır: Proseslərin arxasından səsi o qədər də çıxmayan daha bir funksionerin kölgəsi görünür. Sovet DTK-nın polkovniki bu sətirlərin müəllifinə verdiyi müsahibədə o şəxsi 1988-ci ildə özünün agenti etdiyini vurğulamışdı. Deyəsən, düyünlər elə bununla açılır...”

- Mən, ümumiyyətlə, heç vaxt jurnalistlərin yazdıqlarını şərh etmirəm, “Yeni Müsavat” qəzetini isə oxumuram. İndi siz oxudunuz. “Çənlibel”, 1988-ci il hadisələri ayrıca bir söhbətin mövzusudur, DTK polkovnikinin dediklərini əsas kimi götürmək Sahib Məmmədov kimisinin dediklərini əsas götürməyə bənzəyir.

- O, polkovnik, Sahib Məmmədov isə adi bir işçi...

- Nə aidiyyatı var? DTK-ın polkovniki nə zaman düz söz danışa bilər? İkincisi, mən bilirəm ki, dediyiniz DTK polkovnikinin müsahibəsi təhrif olunub, üçüncü, o heç bir ad çəkməyib. Dördüncü, o, tamamilə başqa bir adamı nəzərdə tutur və tarixdən xəbərsiz olan adamlar dərhal buna şərh verdilər. Ki, “Çənlibel”in yeganə sədri Vurğun Əyyub olub. Bu, yalandır! Vurğun Əyyubu iki aylığına bir nəfər sədrlikdə əvəz edib. Tarixi məlumatları dəqiq olmayan adamlar yanlış nəticələr çıxarıb, onu cəmiyyətə sıramaq istəyirlər. Bilmirəm, bu söhbətin indiki məsələlərə nə qədər aidiyyatı var, mən o məsələlər haqqında danışmaq istəmirəm.

- Sadəcə, qurultayla bağlı yazılmış məqaləydi...

- Mən son qurultaydan ötən müddət ərzində həyatım boyu heç YAP-çılardan bu qədər böhtan, yalan, təhqir eşitməmişdim. Əslində, məni üzən məsələlərdən biridir və ağlıma belə gətirə bilməzdim ki, Müsavat Partiyasında hətta kiçik bir qrup olsa belə, bu dərəcədə böhtançı, məkrli, yalançı bir insanlar ola bilərmiş. Hər pis şeydə yaxşı cəhət varmış, o adamları da gördük və tanıdıq.
Oxşar xəbərlər
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:17, Bu gün
Prezident Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fərman imzaladı
14:13, Bu gün
Prezident: “Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb”
14:10, Bu gün
Bu günün ən xoşbəxt bürcü: Əkizlər üçün şanslı olacaq
14:07, Bu gün
Prezident hökumətinin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLADI
14:04, Bu gün
Bu ölkədə 3 avqust – yezidi kürdlərin soyqırımı günü elan olundu...
14:02, Bu gün
İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi
14:00, Bu gün
Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
13:57, Bu gün
İlham Əliyev: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”
13:55, Bu gün
Prezident Aydın İbadovu vəzifəsindən azad etdi - FOTO
13:53, Bu gün
Prezident: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq”
13:52, Bu gün
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
13:50, Bu gün
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
13:48, Bu gün
Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”
13:45, Bu gün
Prezident: “Həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var”
13:42, Bu gün
Şair Salam Sarvan yenidən əməliyyat olunacaq
13:39, Bu gün
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi
13:36, Bu gün
"İslam dünyasının nicatı fişəng kimi sadəcə parıltı verən raketlərdə deyil..." - Əli Orucov
13:34, Bu gün
İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoydu - YENİLƏNİB + FOTO
13:32, Bu gün
"Qazaxıstan Azərbaycanla Ermənistan arasında bitərəf vasitəçi rolunda çıxış edə bilər" - FOTO+ VİDEO
13:30, Bu gün
UEFA AFFA-nı cərimələdi
13:28, Bu gün
Nazir: "Xəzər dənizindən Aİ-yə qədər “yaşıl enerji” dəhlizinin yaradılması planlaşdırılır"
13:26, Bu gün
İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir
13:24, Bu gün
Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI
13:22, Bu gün
Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, 11 nəfərin nəticəsi ləğv olunub
13:20, Bu gün
Etibar Məmmədovdan oğlu barədə xəbərə REAKSİYA
13:17, Bu gün
Ermənilər indi də “O olmasın, bu olsun” musiqisini oğurladı - VİDEO
13:15, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
13:13, Bu gün
Pərviz Şahbazov: "Hidrogen Azərbaycanın Aİ ilə strateji tərəfdaşlığının mühüm elementlərindən biridir"
13:09, Bu gün
Bakıda evlərin qiyməti hansı səbəbdən yenidən bahalaşacaq?
13:06, Bu gün
KİV: “HƏMAS” girov mübadiləsi təklifinin bütün bəndlərini rədd edib
13:03, Bu gün
Çəkiliş zamanı Alek Bolduinin operatoru güllələməsi ilə bağlı işdə ilk hökm oxundu - FOTO
13:00, Bu gün
Axtarışda olan şəxslər ölkəmizə ekstradisiya edildi
12:56, Bu gün
Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
12:53, Bu gün
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - SABAHIN HAVASI
12:49, Bu gün
Naxçıvanda ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib
12:45, Bu gün
Avropalı politoloq: "Bakı ilə Belqrad arasında münasibətlər sabit yüksəliş trendinə malikdir"
12:41, Bu gün
Agentlik: Katarakta əməliyyatında ABŞ istehsallı linzalar icbari tibbi sığorta ilə qarşılanır
12:38, Bu gün
Azərbaycanın minifutbol millisinə Monteneqrodakı toplanış üçün 20 oyunçu cəlb edilib
12:34, Bu gün
AQTA əkin sahəsində monitorinq apardı: Nöqsanlar aşkarlandı - FOTO
12:30, Bu gün
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? – AÇIQLAMA
12:27, Bu gün
Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO
12:25, Bu gün
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:23, Bu gün
“Onlar niyə tutulsun?! Onlar Azərbaycan üçün canla-başla böyük işlər görürlər!..”
12:23, Bu gün
Bu tibb işçilərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
12:21, Bu gün
Onkologiya, “Rehabus”, yoqa, rəqs terapiyası: Departament müdiri bərpada yeniliklərdən danışdı-MÜSAHİBƏ+FOTO
12:20, Bu gün
Tokayevin İrəvandakı bəyanatının doğurduğu üç sual - TƏHLİL
12:18, Bu gün
Qarabağ Universitetində doktorantura təhsili də olacaq - YENİLİK
12:15, Bu gün
Avropa Birliyindən 8 kəndlə bağlı açıqlama – “Ermənilərin yerləşdiyi bu ərazilər...”
12:12, Bu gün
Van Dammın azərbaycanlı gəlini həyat yoldaşı ilə FOTOLAR paylaşdı
12:08, Bu gün
“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri
12:05, Bu gün
İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb
12:02, Bu gün
Bu şəxslər daha diqqətli olmalıdır - Kardioloqla MÜSAHİBƏ + FOTO
11:59, Bu gün
Azərbaycan millisinin üzvü: "Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq"
11:56, Bu gün
Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb - FOTO
11:53, Bu gün
BDU-nun SABAH qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada - FOTO
11:49, Bu gün
Gəncədə 37 yaşlı kişi itkin düşüb - FOTO
11:48, Bu gün
UNEC doktoranturaya və dissertanturaya qəbul elan edir
11:45, Bu gün
Narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb
11:44, Bu gün
Azərbaycanda doktoranturaya sənəd qəbulu başlayıb - YENİLƏNİB
11:40, Bu gün
İmtahan nəticələri ilə bağlı DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
11:37, Bu gün
Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO
11:33, Bu gün
“WhatsApp”da başqasının “onlayn” olub-olmadığını yoxlamağa gərək qalmayacaq - YENİLİK - FOTO
11:29, Bu gün
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan vətəndaşları üçün qəbul elan edib
11:22, Bu gün
AMB-nin sədri: "Insurtech"lərin fəailiyyətinə təkan verəcəyik"
11:13, Bu gün
Azərbaycanda istehlakçılara qaytarılan vəsait 5 dəfə artıb
11:10, Bu gün
İcma beynəlxalq təşkilatları radikal erməni millətçi dairələrinə qarşı mübarizə aparmağa çağırıb
11:07, Bu gün
İranla İsrail arasında gərginlik davam edir: TƏFƏRRÜATLAR
11:00, Bu gün
Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
10:56, Bu gün
Masazırda evdən 85 min manatlıq qızıl oğurlandı
10:54, Bu gün
Bakıda 10 yaşlı oğlan itkin düşüb
10:53, Bu gün
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
10:36, Bu gün
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
10:34, Bu gün
Naxçıvanda I rübdə 2 mindən çox daşınmaz əmlaka çıxarış verilib
10:28, Bu gün
"İqtisadiyyat uzunmüddətli şou qəbul eləmir"- İQTİSADÇI EKSPERT 
10:25, Bu gün
Bayram günlərində 32 avtoqəza olub, 9 nəfər ölüb
10:18, Bu gün
Kriştianu Ronaldu 2 oyunluq diskvalifikasiya ediləcək
10:11, Bu gün
Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
10:00, Bu gün
MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"
09:52, Bu gün
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıb
09:44, Bu gün
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
09:42, Bu gün
Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
GÜNLÜK
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 14:57
“Kimin evinin bünövrəsi varsa bərpa olunur, Xocalıya da ilk onlar köçəcək”-FOTO + ÖZƏL
15 Apr 2024 | 17:09
M.C.Bağırovun laçınlı xalq qəhrəmanı Sultan bəyə bənzətdiyi məşhur dövlət xadimi kim idi?.. 
15 Apr 2024 | 16:39
Dənizdə süni torpaq sahələri: Xəzərin əlçatanlığı daha da çətinləşir?
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  
HƏFTƏLİK
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
AYLIQ
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 14:57
“Kimin evinin bünövrəsi varsa bərpa olunur, Xocalıya da ilk onlar köçəcək”-FOTO + ÖZƏL
15 Apr 2024 | 17:09
M.C.Bağırovun laçınlı xalq qəhrəmanı Sultan bəyə bənzətdiyi məşhur dövlət xadimi kim idi?.. 
15 Apr 2024 | 16:39
Dənizdə süni torpaq sahələri: Xəzərin əlçatanlığı daha da çətinləşir?
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 18:01
Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI