“Heydər Əliyevi qəsdən Naxçıvan yox, Naftalan təyyarəsinə mindirmişdilər”
Oxunub: 2316
22 Nov 2014 | 20:31
“Heydər Əliyevi qəsdən Naxçıvan yox, Naftalan təyyarəsinə mindirmişdilər”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov publika.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

”“ YAP-ın yaranmasının 22 ili tamam olur. Siz partiya yaranandan bəri onun üzvüsünüz. Hətta belə bir deyim də var: Siyavuş Novruzov YAP-da saç ağartdı. İstərdik ki, YAP-ın keçdiyi bu 22 ili bir də yada salaq...

”“ İlk növbədə onu qeyd edim ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Hətta hərdən bizim partiyaya deyirlər ki, YAP zərurətdən yaranan partiyadır. 90-cı illərin əvvəllərində artıq siyasi sistem dəyişmişdi, yəni Sovet İttifaqı yenicə dağılmışdı və yeni sistem formalaşırdı. Həmin dövrdə bir çox adamlar siyasi partiya yaratmağa başladılar. Hərə bir partiya yaradırdı. Kimi millətçi, kimi sosial-demokrat, kimi mərkəzçi və sairə mövqeli siyasi partiyalar yaratdı. Əslində bu partiyalar həmin ərəfədə yaranmış boşluğu doldurmaq məqsədi güdürdü. Bu gün Azərbaycanda 100-ə yaxın siyasi partiya var, bunun da 50-si Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Bu partiyaların da böyük əksəriyyəti həmin dövrdə yaranıb. Ancaq sonradan bu partiyaların böyük əksəriyyəti özlərini doğrultmadı və necə yaranmışdılarsa, eləcə də kağız üzərində qaldı. Amma Yeni Azərbaycan Partiyası doğrudan da ehtiyacdan yaranan partiya oldu. Bu da nədən irəli gəlir? Çünki o dövrdə hakimiyyətin qanunu və hüquqi yeganə yolu seçkilər yolu idi.














Məhz Yeni Azərbaycan Partiyası hakimiyyətə seçkilər yolu ilə gəlməklə digər siyasi partiyalara nümunə oldu. O dövrdə Azərbaycanda xaos və hərc-mərclik hökm sürürdü. Həmin vaxtı Azərbaycan xalqı və cəmiyyəti düşünürdü ki, Azərbaycanı bu düşdüyü vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilər. Bu baxımdan da Heydər Əliyevin hakimiyyətə gəlməsinin yolları aranırdı. Bu yollardan da ən əsası siyasi partiya vasitəsilə Heydər Əliyevin hakimiyyətə gəlməsi idi.

Ümummilli lider Heydər Əliyevin nüfuzu o qədər böyük idi ki, istər-istəməz partiyanın yaradılması prosesi bütün respublika üzrə tez zamanda uğurla başa çatdı. Ulu öndər hakimiyyətə gələnədək, yəni 1988-ci ildən 1993-cü ilədək Azərbaycanda 5 nəfər birinci şəxs oldu. Ancaq hamısı da bir il və ya 5-6 ay hakimiyyətdə qaldı. Təbii ki, bütün bunların xalqa təsiri çox idi. Çünki hər gələn adam yeni komanda gətirirdi, müxtəlif dəyişikliklər baş verirdi və sairə. Ulu öndərə qədər hakimiyyətə gəlmiş 5 nəfərin idarəçilik qabiliyyəti yox idi, ona görə də həmin dövrdə Azərbaycanda böyük çətinliklər yaşanırdı. Azərbaycanda çox ciddi anarxiya və xaos yaranmışdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Bir tərəfdən Azərbaycanda separatizm baş alıb gedirdi, digər tərəfdən isə ərazilərimiz işğal olunurdu. 

Həmin ərəfədə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri seçildi və o, çox böyük işlər gördü. Müstəqillik qazandıqdan sonra ilk dəfə Azərbaycanın üçrəngli bayrağı Naxçıvanda qaldırıldı, “Sovet Sosialist Respublikası” sözləri burada çıxarıldı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü Naxçıvanda elan olundu. O dövrdə Qarabağın ayrı-ayrı bölgələrində bir çox insanlar itkin düşürdü. O zaman iqtidarda olan adamlar dövləti idarə edə bilmirdi. Ölkədə anarxiya və xaos yaranmışdı.

İnsanların müraciət etməyə ünvanı yox idi, şikayətlərə baxan olmurdu. Buna görə də həmin illəri bir çox valideynlər məcburiyyət qarşısında qalıb Naxçıvanda Heydər Əliyevin yanına üz tuturdular, ondan şikayətlərinə baxılmasını xahiş edirdilər. Heydər Əliyev də imkan daxilində çalışırdı ki, insanların şikayətlərinə baxılsın, problemləri həll edilsin. Ulu öndər Heydər Əliyevin insanlara qarşı bu cür yardım göstərməsi və insanların da ancaq ümummilli liderdən kömək istəmələri o dövrdə hakimiyyətdə olan AXC-Müsavat və Ayaz Mütəllibov hakimiyyətini ciddi narahat edirdi. Ona görə də o zaman iqtidarda olan şəxslər Azərbaycanın Konstitusiyasının 121-ci maddənin ikinci bəndinə belə bir düzəliş etdi ki, yaşı 65-dən çox olan şəxs prezident seçilə bilməz. Həmin vaxtı Heydər Əliyevin də 68 yaşı var idi.

Təbii ki, bu addım bilavasitə Heydər Əliyevin prezident olmaq üçün yolunu kəsmək məqsədi daşıyırdı. Heydər Əliyevə qarşı digər konstitusiya dəyişikliyi isə onun Milli Məclisin sədr müavini olması ilə bağlı oldu.

Yəni əvvəllər Naxçıvan Ali Məclisin sədri həm də Milli Məclisin sədr müavini olurdu və parlamentdə yuxarı kürsüdə əyləşirdi. Ancaq Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçilən kimi, o vaxtkı hakimiyyət Konstitusiyaya dəyişiklik etdi. O dövrdə YAP-ın yaranmasına qarşı daxildən kifayət qədər təzyiqlər var idi. Ayaz Mütəllibov və AXC-Müsavat hakimiyyətləri Heydər Əliyevə görə Naxçıvanı blokada vəziyyətində saxlayırdı.

Təsəvvür edin ki, o zaman Naxçıvanı Ermənistanla yanaşı Azərbaycan hökuməti də blokadaya almışdı. Dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaitlər ödənilmirdi, ərzaq məhsulları çatdırılmırdı və sairə. Bütün sahələrdə Naxçıvana qarşı təzyiqlər var idi. Belə bir vəziyyətdə Azərbaycan xalqının bir qrup tanınmış insanı o vaxtkı Ali Sovetin binası qarşısında 18 gün mitinq keçirdilər. Tələb konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinin ləğv olunması və ümummilli lider Heydər Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması idi.

O vaxtın qanunlarına görə, prezidentliyə namizədləri ancaq seçici qurumları deyil, hər hansı müəssisə və təşkilatlar da irəli sürə bilərdi. O zaman qısa müddət ərzində Azərbaycanda 300-dən çox müəssisə və təşkilat ulu öndər Heydər Əliyevin namizədliyini irəli sürmüşdü.

Bu prosesin iştirakçılarından biri də şəxsən mən olmuşam. Rəhmətlik Cəfər Vəliyev də Mərkəzi Seçki Komissiyasının sədri idi. O zaman ulu öndərin də prezidentliyə namizədliyinin qeydə alınması üçün Cəfər Vəliyevin yanına getdik. Həmin vaxtı Əbülfəz Elçibəy, Etibar Məmmədov, Nizami Süleymanov və digər bir neçə şəxslər prezidentliyə namizədliyini irəli sürmüşdü. Təxminən 7 nəfər namizəd var idi. Ümummilli lider Heydər Əliyevin də namizədliyi 300 müəssisə və təşkilat tərəfindən irəli sürülmüşdü. Təbii ki, bütün bunlar digər namizədləri qorxuya salmışdı.

Adam gərək haqla danışsın, o dövrdə MSK sədri Cəfər Vəliyev məsələyə çox ədalətlə yanaşdı. Dedi Heydər Əliyev hakimiyyətə gəlməsə, bu ölkə düzəlməyəcək, ancaq çox təəssüf ki, konstitusiyada olunan dəyişiklik mənə imkan vermir ki, Heydər Əliyevin namizədliyini qeydə alım. Buna görə də o vaxt MSK Heydər Əliyevin namizədliyini qeydə almadı. Əgər yadınıza gəlirsə, o vaxt Nizami Süleymanov belə bir fikir də söyləmişdi: 7 namizədik, 7-ni 7-yə vursaq belə yenə də Heydər Əliyevi əvəz edə bilmərik.

Bütün bunlardan sonra belə bir qərar verildi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsini süni əngəlləyən şəxslərə qarşı mübarizə davam etdirilsin. Xalqın böyük əksəriyyəti də bunu tələb edirdi. Mübarizənin sivil forması isə yeni siyasi partiyanın yaranması idi. 1992-cü il, mayın 28-də Naxçıvanda “Ümid körpüsü”nün açılması münasibətilə mən də rəhmətlik Murtuz Ələsgərovla birgə Naxçıvana getmişdim. O vaxt mən “Əlincə” Cəmiyyətinin məsul katibi idim, Murtuz müəllim isə bu cəmiyyətin Ağsaqqallar Şurasına rəhbərlik edirdi, həm də “Əlincə” Cəmiyyəti İdarə Heyətinin üzvü idi. Biz Naxçıvana gedəndə ilk dəfə siyasi partiya yaradılması məsələsi burada müzakirə olundu. Həmin vaxtı mən, Murtuz Ələsgərov, Ziyafət Əsgərov və Munis Bayramov bir yerdə idik.

Dördümüz də ilk dəfə bu müzakirələrdə iştirak etdik. Biz ilk dəfə ona siyasi partiyanın yaradılması və digər bu kimi məsələlərlə bağlı fikir söylədik. Təbii ki, ümummilli lider o zaman partiyanın yaradılması ilə bağlı bu təklifə nə “hə”, nə də “yox” demədi. Sonra isə 1992-ci ilin iyun və iyul aylarında Əli Nağıyevin rəhbərliyi altında bir qrup ziyalı Naxçıvana getdilər və partiyanın yaradılması ilə bağlı müzakirələr aparıldı. Sonralar isə belə bir qərar verildi ki, bu məsələ ilə bağlı Azərbaycanın tanınmış ziyalılarına müraciət edilsin.

Sonradan bu müraciət tarixə “91-lər”in müraciəti kimi düşdü. Bu gün çox təəssüf ki, “91-lər”lə bağlı bir sıra ziddiyyətli fikirlər söylənilir. Ancaq mən bilavasitə bu proseslərin yaxından iştirakçısı olmuşam. Ona görə də deyim ki, həmin vaxtı imzatoplama prosesi çox çətin idi. İndi bir neçə adam telekanallarda sinəsinə döyüb deyir ki, mən də “91-lər”ə imza atan adamlardan biriyəm və sairə. Az qalır ki, özünü Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi aparsın. Ancaq vaxtilə onların qapısını döyəndə “91-lər”ə imza atmaqdan imtina etmişdi.

Bu cür şəxslər kifayət qədərdir, məndə bunların hamısının siyahısı var. Bu adamların adları həm öz yaddaşımda, həm də partiyanın arxivində var. O vaxt “91-lər”ə imza atılması ilə bağlı bir neçə qrup fəaliyyət göstərirdi. Onların hər biri parlamentin deputatlarından, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), universitetlərin işçilərindən, incəsənət xadimləri və digər sahələrin tanınmış nümayəndələrindən imzalar toplayırdı. 

Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə çox böyük diqqət və qayğı göstərirdi. O, hər zaman mədəniyyət və incəsənət xadimlərini təltif edirdi, mənzillər verilirdi, irəli çəkirdi və sairə. Bu gün də bu siyasət cənab prezident tərəfindən davam etdirilir. Ancaq çox təəssüf ki, o dövrdə yazıçılar və mədəniyyət adamları arasından həmin “91-lər”ə cəmi 4 nəfər imza atmışdı. Bunlar Xəlil Rza Ulutürk, Zeynəb Xanlarova, Sirus Təbrizli və Ömər Eldarov idi. Baxmayaraq ki, hamısına müraciət olunmuşdu, ancaq yazıçılar, rəssamlar, mədəniyyət nümayəndələrindən cəmi 4 nəfər bu müraciətə imza atmışdı.

Sovet İttifaqı dövründə Heydər Əliyevin yetişdirdiyi kadrlar var idi. Həmin adamlar Heydər Əliyev tərəfindən ayrı-ayrı dövlət vəzifələrinə də irəli çəkilmişdi. “91-lər”ə imza atılan zaman onlara da müraciət olundu. Ancaq onların böyük əksəriyyəti buna imza atmaqdan imtina etdi. O zaman Pedaqoji Universitetdə “91-lər”ə imzaları Həsən Mirzəyev toplayırdı. O dövrdə Həsən Mirzəyev bizə dedi ki, filankəsin də adını siyahıya yazın. Biz də yazdıq. Səhəri günü onun adı qəzetdə çıxanda bizi məhkəməyə verirdi ki, mən ona imza atmamışam, adımı ora salıblar və sairə. Lakin Heydər Əliyev hakimiyyətə gələn kimi hamıdan birinci o adam gəlib qapını kəsdirdi ki, mən də “91-lər”dənəm, özü də ən fəalından.

Halbuki o adam vaxtı ilə bizi məhkəmə ilə hədələyirdi. Həmin “91-lər” Yeni Azərbaycan Partiyasının qızıl fondudur. Yeni Azərbaycan Partiyası yaranan ərəfədə ulu öndər Heydər Əliyev də bəyan etdi ki, əgər bu partiya yaranarsa, o zaman mən bu partiyaya sədrlik edə bilərəm. Həmin vaxtı Milli Məclisdə təmsil olunan 350 nəfər deputatdan cəmi 4 nəfəri “91-lərə” imza atdı. Halbuki, həmin 350 nəfərin böyük əksəriyyəti Heydər Əliyevin çörəyi ilə böyümüş insanlar idi. Heydər Əliyev onları müxtəlif vəzifələrə yüksəltmişdi, onun kadrları idi. Bu cür hallar çox olub. İndi görürsən ki, bəzi adamlar Heydər Əliyev haqqında bərli-bəzəkli kitablar yazır. Ancaq həmin adamlara vaxtilə müraciət olunanda “91-lər”ə imza atmamışdı. İndi o adamlar Heydər Əliyev haqqında xatirə yazır ki, guya mən onun ən sevimli kadrı idim və sairə. Bu, tarixdir və tarixdə də qalacaq. 

1993-cü ilin iyun ayına kimi, yəni Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər artıq 36 rayonda partiya təşkilatı təsis olunmuşdu. Digər rayonlarda da olacaqdı, ancaq Xalq Cəbhəsi xalqın Heydər Əliyevə qarşı bu qədər sevgisini görüb bütün ölkədə fövqəladə vəziyyət elan etdi. Fövqəladə vəziyyət elan olunandan sonra isə artıq yerlərdə toplantıların keçirilməsi qadağan olundu. Fövqəladə vəziyyət aradan qalxandan sonra isə YAP-ın daha 51 təşkilatı təsis olundu. YAP-ın 70 rayon təşkilatı 1993-cü ildə yaranıb. Digərləri isə sonradan yeni rayonlar yaradılanda yarandı. Bu gün YAP-ın 600 min nəfər üzvü var. Azərbaycan cəmiyyətinin qaymaqları Yeni Azərbaycan Partiyasında təmsil olunur. 

- Partiyanın adı necə yarandı? Niyə məhz Yeni Azərbaycan Partiyası oldu?

”“ Bunu ilk dəfə mətbuatda sizə açıqlayıram. Çünki görünür, bu barədə çox adamın məsələdən məlumatı yoxdur. Yeni Azərbaycan Partiyasının yaradılması vaxtı ortaya belə bir sual çıxdı ki, bu partiyanın adı nə olsun. Müxtəlif fikirlər və adlar təklif olundu. Ancaq “Doğru Yol Partiyası” adı üzərində dayanıldı. Çünki həmin vaxtı Süleyman Dəmirəl Naxçıvanda “Ümid körpüsü”nün açılış mərasiminə qatılmışdı. Bilirsiniz ki, Süleyman Dəmirəl Heydər Əliyev ilə də yaxın dost idi. Buna görə də o vaxt razılıq var idi ki, yeni partiyanın adı “Doğru Yol Partiyası” olsun. Belə düşünülürdü ki, Doğru Yol Partiyasının Türkiyədə rəhbəri Süleyman Dəmirəldir. Azərbaycanda da bu adda partiyanın rəhbəri Heydər Əliyev olsun və sairə. Hətta buna hazırlıq işlərinə də başlanılmışdı.

Ancaq həmin ərəfədə Tamerlan Qarayev elan etdi ki, mən Doğru Yol Partiyası yaratdım. Bu səbəbdən də “Doğru Yol Partiyası” adından imtina edildi. Sonra fikir mübadiləsi aparıldı və rəhmətlik Sirus Təbrizli təklif etdi ki, partiyanın adı Yeni Azərbaycan Partiyası olsun. O vaxtı rəhmətlik Murtuz Ələsgərov da hüquqşünaslardan ibarət qrup təşkil etmişdi və partiyanın nizamnaməsini yazıb Heydər Əliyevə aparmışdı. Ancaq ulu öndər həmin nizamnaməni qarşısına qoyub baxandan sonra hamısının üzərindən xətt çəkdi. Daha sonra isə partiyanın nizamanməsini yenidən özü yazdı. Bu gün də həmin nizamnamədə bir nöqtə belə dəyişməyib. Ulu öndər 22 il öncə uzaqgörən siyasəti ilə necə yazıbsa, bu gün də elə qalır. Yəni Heydər Əliyev bir saat, bir gün deyil, on illərlə gələcəyi görürdü. Vaxtilə ulu öndərə partiyanın adının Yeni Azərbaycan Partiyası olması barədə təklif veriləndə Heydər Əliyev bunu onun üçün əsaslandırmağı istədi. Nə üçün Yeni Azərbaycan Partiyası? Deyiləndə ki artıq müstəqil Azərbaycanın yeni erası və dövrü başlayır və partiya da Yeni Azərbaycan Partiyası olsun, buna hamı razı oldu. Ulu öndər də partiyanın adının Yeni Azərbaycan Partiyası olmasına razılıq verdi.

”“ O dövrdə iqtidarda olan hakimiyyət nümayəndələri tərəfindən sizə təzyiqlər çox olurdu?

”“ Təzyiqlər var idi, özü də çox idi. O vaxt yaş senzi ilə bağlı mitinqlərə başlanılanda, mən və Ziyafət Əsgərov bir yerdə Elmlər Akademiyasının “Aspirantlar yataqxanası"nda yaşayırdıq. O vaxt mitinqlərdə plakat, şüarlar və digər ləvazimatları gəzdirən şəxslərin hamısı izlənilirdi. Ona görə də mitinqdə istifadə olunan plakatları heç kəs öz evinə apara bilmirdi. Hətta o vaxtı biz üç dəfə avtobus, iki dəfə metro dəyişirdik ki, harada yaşadığımız bilinməsin. Bizə qarşı hücumlar və təzyiqlər olurdu. Təsəvvür edin ki, 18 gün dalbadal mitinqin plakatları hər gün aparılıb-gətirilirdi və mənim otağımda saxlanılırdı.

O vaxt Ayaz Mütəllibovun avtomatlı dəstəsi bir neçə dəfə gəlib otağımızı və plakatları dağıtdılar, bizə də hücum çəkdilər. Həmin silahlı dəstənin üzvləri Bakının ayrı-ayrı kəndlərindən yığılmışdı. Həmin dəstə silah çəkib mitinqi də dağıdırdı. Hətta atışma da olmuşdu. Ancaq Heydər Əliyev hər dəfə bizə deyirdi ki, heç bir halda qarşıdurmaya və qan tökülməsinə getməyin. Sonrakı hadisələrdə də, “OMON” və oktyabr hadisələrində də hamı gördü ki, Heydər Əliyev məsələləri ancaq sözün və siyasətin gücü ilə həll edir. AXC-Müsavat hakimiyyəti dövründə də partiyamızın fəalları izlənilirdi. Hətta rəhmətlik Murtuz Ələsgərovun əl-ayağını sındırmışdılar. O vaxt Yeni Azərbaycan Partiyasının qərargahına da silahlı basın edilmişdi.

Bu zaman mən və Abdin Fərzəliyev də ciddi xəsarət aldıq. Ayrı-ayrı partiya funksionerlərinə qarşı telefon zəngləri və hədələri var idi. Bu cür hadisələr regionlarda da baş verirdi. Partiya tərəfdarlarına qarşı ciddi təzyiqlər var idi.

O zaman İlham Əliyev Moskvadan Bakıya qayıtmışdı. Ancaq bütün yolları bağlamışdılar ki, İlham Əliyev Naxçıvana gedə bilməsin. Mən də İlham Əliyevi müşayiət edirdim. Hava limanına gedən yolda ən azı 10 yerdə postlar qurulmuşdu ki, bizi saxlayıb həbs etsinlər. O vaxtkı hakimiyyət o qədər ədalətsiz idi ki, hətta övladın atası ilə görüşməsinə belə qadağa qoyurdu. Bir dəfə də ulu öndər Heydər Əliyev Bakıda Ali Sovetin iclasından çıxandan sonra onu qəsdən Naxçıvana deyil, Naftalana gedən yük təyyarəsinə oturtmuşdular. O, bir neçə saat həmin təyyarədə qalmışdı. Yəni bu cür insanlığa zidd və ədalətsizlik var idi...
Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi