Son illər Azərbaycan gündəmində müzakirə edilən ən başlıca məsələlərindən biri xaristian təəssübkeşliyi və Qarabağ probleminin məhz məlum faktor səbəbi ilə ədalətli həll olunmaması ilə bağlıdır. Bəli, nə qədər qəribə də olsa, millət vəkillərindən tutmuş nazirlərə, sıradan insanlardan tutmuş məşhur siyasətçilərə qədər hər kəs Ermənistanın xristian təəssübkeşliyi hesabına ayaqda durduğunu, bu təəssübkeşlik hesabına işğaldakı torpaqları hələ də nəzarətində saxladığını iddia edir. Halbuki bu, gözlə görülən, əllə tutula bilən aşkar bir yalandır.
Səmimiliyini və obyektivliyini
ititrməyən bütün məntiq sahibləri yaxşı bilir ki, dünya xristian təəssübkeşliyi
ilə hələ orta əsrlərdə, xaç yürüşləri dövründən vidalaşıb. Bu gün dünya dövlətləri
və beynəlxalq birlik yalnız Dağlıq Qarabağ münaqişəsinə deyil, heç bir problem
və konfiliktə xristian və ya müsəlman təəssübkeşliyindən yanaşmır. Ona görə
yanaşmır ki, bu gün Azərbaycanda dillər əzbəri olan təəssübkeşlik yerli-dibli
mövcud deyil. Xristian təəssübkeşliyi ifadəsinin nə qədər cəfəng və əsassız
olduğunu yəqin etmək üçün son 20 ildə dünyada baş verən münaqişə və müharibələrə,
habelə bu müharibələr fonunda xristian dövlətlərinin sərgilədiyi mövqeyə nəzər
salmaq yetərlidir.
NATO-nun Yuqoslaviyanı
bombarduman etməsindən tutmuş Rusiyanın Gürcüstan və Ukraynaya müdaxiləsinə qədər
son 20 ildə xristian dövlətləri arasında baş verən onlarla münaqişə xristian təəssübkeşliyi
ilə bağlı səslənən fikirlərin əsassız olduğunu isbatlamaqdadır. Hər iki dünya
müharibəsinin müsəlman aləmini deyil, xristian dünyasını hədəf alması və əsasən
xristian ölkələrini əhatə etməsi reallığı da bütün dövlətlərin dünyada baş verən
proseslərə nə xristian, nə də müsəlman təəssbkeşliyindən deyil, öz fərdi
maraqlarından yanaşdığını isbatlayır. Əslində, bu həqiqət Azərbaycanın siyasi
hakimiyyət mənsublarına da yaxşı bəllidir. Lakin prosesləri “xristian təəssübkeşliyi”
prizmasından şərh etmək hakimiyyət yetkililərinə daha çox sərf etdiyi üçün əsl
həqiqət dilə gətirilmir.
Əsl həqiqət isə bundan ibarətdir
ki, mövcud siyasi sistem 20 il ərzində daha güclü, daha qüdrətli Azərbaycanın
formalaşması üçün heç bir ciddi addım atmayıb. Bu gün Azərbaycan üstün insan
resursları və neft gəlirləri hesabına əldə edilən maliyyə ehtiyatı xaricində
Ermənistan qarşısında ciddi bir üstünlüyə malik deyil. Məhz bu səbəbdən də “xristian təəssübkeşliyi”
ifadəsi mövcud hakimiyyətin uğursuz siyasətini pərdələmək, onun səriştəsizliyini
ört-basdır etmək üçün sadəcə bir qılafdır. Rəsmi Bakı bununla öz
bacarıqsızlığına, fəaliyyətsizliyinə haqq qazandırmağa, uzun onilliklər
uzunudur ki, guya bütün xristian dünyasına qarşı mübarizə apardığını
isbatlamağa çalışır. Reallıq isə qeyd etdiyimiz kimi, tamamilə başqadır.
Əlbəttə, işğaldakı
torpaqlarımızın 20 ildən çoxdur ki, düşmən tapdağı altında qalmasına yüzlərlə,
minlərlə bəhanə ilə haqq qazandırmaq, daha doğrusu, haqq qazandırmağa cəhd göstərmək
mümkündür. Lakin heç bir bəhanə əsl həqiqəti əvəz edə bilmədiyi kimi, problemin
həllinə də yardımçı ola bilməz. Çünki hər bir məsələdə uğur qazanmağın başlıca
şərti mövcud vəziyyət və şərtləri real və özünütənqid mövqedən dəyərləndirməkdir.
Uydurma iddialar isə sadəcə bəlli bir
müddət üçün keçərli ola bilər.
Seymur Əliyev
e-mail: [email protected]