Moderator.az tanınmış şair-publisist Nurəddin İsmayılın yeni şeirini oxuculara təqdim edir.
Bir gün
düşər saçlarına dən sənin,
Bilərsən
ki, qocalıqda yaş nədir.
Yaşamayan,
hardan bilsin sirrini,
Əsən çənə,
əyri duran qaş nədir.
Cavanlıqda
qocalığı anmasan,
Mərifətdən
nəsibini almasan,
Eşq oduna
alışmasan, yanmasan,
Nə bilərsən
gözdən axan yaş nədir.
Qaranlıqdır
dünya başdan ayağa,
Öyrətmə sən
tellərini boyağa,
Anlayarsan, qulaq assan, qağaya,
Ağ
saçınan, göz oxşayan baş nədir.
Bu
dünyanın əvvəli var, sonu var,
Al-qumaşdan,
ölüm adlı donu var,
Gözləyirlər,
yolunu get, sona var,
Dəyən bilər,
başa dəyən, daş nədir.
Yola
varsan, yol yoldaşın untuma,
Tut əlini,
doğru yoldan yanıltma,
Insanlıqdır,
insasnlığa can atma,
Yaxşı
bilsən yol nədir, yoldaş nədir.
Dünya
fani, həyat gəldi-gedərdi,
Ax-vay ilə
keçən ömür hədərdi,
Yazılıbdır,
hər yazılan qədərdir,
Olan işə,
deməyəsən kaş, nədir.
Nurəddin
Ismayıl
12 noyabr
2014